Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1451/2021 25.02.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Əliyev Zaur Əli oğlu, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh LPO Cavabdeh ASC-nin verdiyi kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh LPO Cavabdeh ASC kassasiya şikayəti vermişdir. Aşağıdakılara əsasən hesab edirəm ki, iddianın qiyməti qanunla müəyyən edilmiş həddən az olduğuna görə kasssasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməlidir. Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı işdə isə iddiaçının tələbi 726 manat məbləğində borca dair məlumatın bankların mərkəzi reyestri sistemindən silinməsi barədədir. MPM-in 408.2-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1. və 408.1.3.408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Odur ki, cavabdehin kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməli və şikayət geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublik ası Mülki Prosessual Məcəlləsinin 408-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh LPO Cavabdeh ASC-nin verdiyi kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilsin və şikayət geri qaytarılması üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-1451/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-1451/2021
25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver