Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1452/2023 03.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X19 cavabdeh X8 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işgüzar nüfuza, şərəfə ziyan vurma, maddi və mənəvi zərər, ekspert rəyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa (məruzəçı), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı X19 cavabdeh X8 qarşı “işgüzar nüfuza ziyan vurma, qəsdən şərəfin alçaldılması nəticəsində vurulmuş bütün növ ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1281/2022 nömrəli, 17 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı X19 kassasiya şikayətinə 03 aprel 202 3-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X24 (bundan sonra “iddiaçı”) və X10 (bundan sonra “cavabdeh”) 2004-cü ildən 2020-ci ilədək müxtəlif şirkətlərdə bir yerdə işləyərək dost münasibətlərində olmuşlar. 2. "xxxx" MMC ilə iddiaçı arasında 19 oktyabr 2019-cu il tarixdə Əmək müqaviləsi bağlanmış, əmək müqaviləsinin müddəti 30 aprel 2020-ci il tarixinədək müəyyən edilmişdir.
3. İddiaçı sözügedən MMC-də böyük mexanik-istismar texniki kimi işləmiş, cavabdeh isə "xxxx" MMC-də texniki xidmət rəhbəri kimi işləmişdir. 4. 17 aprel 2020-ci il tarixli 01/04.20 tarixli protokola əsasən iddiaçının işində yol verdiyi nöqsanların tam araşdırılmasına, həmçinin koronavirus pandemiyasının yayılması ilə əlaqədər ölkədə tə tbiq edilmiş karantin şəraitinin səbəb olduğu çətinliklərin müəyyən hissəsinin aradan qalxmasına kimi, onunla bağlanmış əmək müqaviləsinin 1 (bir) ay müddətinə uzadılması işəgötürənə tövsiyə edilmişdir.
5. AR ƏƏSMN yanında DƏMX-nin xx.xx.2020-ci il tarixli məktubuna əsasən iddiaçının adına "xxxx" MMC tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək müqaviləsi bildirişi” altsisteminə xx.xx.2019-cu il tarixli müqavilə bağlanması və xx.xx.2020-ci il tarixli müqavilənin xitam edilməsi barədə məlumatlar daxil edilmişdir.
6. Mübahisə iddiaçı barəsində cavabdehin şərəfə və ləyaqəti ləkələyən məlumatlar yayması ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək, öz xeyrinə 2020-ci ilin iyun ayından ilin sonunadək 6 ay sabit şəkildə gələcəkdə ala bilmədiyi, itirdiyi 37000 (otuz yeddi min) manat və ya 30.600 (otuz min altı yüz) ABŞ dolları məbləğində əmək haqqı kimi əldən çıxmış faydanın, kirayə mənzildə yaşamaq üçün borcla ödədiyi 3 aylıq 2550 (iki min beş yüz əlli) manat icarə haqqının, uşaqların təhsili üçün borcla ödənilən 11.500 (on bir min beş yüz) manat təhsil haqqının, pozulmuş hüquqlarının bərpa edilməsi üçün vəkilə, nümayəndəyə ödənilən vəsaitin, dövlət rüsumu kimi cəmi 541 (beş yüz qırx bir) manat real zərərin, həmçinin mənəvi sarsıntı keçirməsinə görə 50000 AZN (əlli min) manat mənəvi ziyanın cavabdehdən tam şəkildə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onu nla əsaslandırılmışdır ki, 2004-cü ildən 2020-ci ilin fevral ayınadək tərəflər yaxın qardaş münasibətlərində olublar. İddiaçı Türkiyə Respublikasında uzun müddət “Anel” şirkətlər qrupunda, əsasən mexanika mühəndisi kimi işləyib. Həmin vaxtlarda cavabdeh də eyni şirkətdə elektrik mühəndisi kimi çalışıb. 2004-cu ildə İstanbul şəhəri Bakırköydə “Carousel” alış-veriş mərkəzində tərəflər birgə işləyiblər. 2006-cı ildə iddiaçı “ANELTECH” firmasının Avca layihəsində mexanika mühəndisi, cavabdeh isə “ANELTECH” firmasının Cevizli bağda Türkcell layihəsində, elektrik mühəndisi kimi işləyib. İddiaçı uzun müddət işlədikdən sonra şirkətdən ayrılmış və öz işini quraraq “klima hava 1 andırma" işləri ilə məşğul olub.
9. İddiaçı öz işini qursa da, cavabdehlə sıx münasibətdə olub. İddiaçı “ANEL” şirkətlər q rupundan ayrılsa da, şirkət əməkdaşlarının yaddaşında qabiliyyətli, işgüzar, işini yaxşı bilən və görən işçi kimi qalmışdı.
10. Uzun müddət sonra 2019-cu ilin avqust ayında iddiaçıya şifahi şəkildə “AnelGrup” şirkəti tərəfindən təkrar aylıq maaşlı iş təklifi edilib. İddiaçı cavabdehin azı 4 il ailəsi ilə birgə Bakı şəhərində yaşadığını və işlədiyini öyrəndikdən sonra, “Abi" böyük qardaşı ilə birgə əvvəlki kimi işləmək, ona dəstək olmaq qərarına gəlir. “AnelGrup” şirkətilə əmək müqaviləsi müddətsiz nəzərdə tutulurdu.
11. İddiaçı yazılı şəkildə təklifi xx.xx.2019-cu ildə qəbul etmiş və 18 sentyabr 2019cu ildə Bakı şəhərinə gəlmiş, 20 sentyabr tarixdə "xxxx" MMC-də işə başlamışdır. Bu razılaşmaya etibar etdiyindən iddiaçı öz ailəsini Bakıya gətirmiş, azyaşlı övladlarını müvafiq təhsil haqqı tutulan məktəbə və bağçaya yazdırmışdır. Cavabdeh iddiaçıya qaldığı eyni binadan kirayə ev tutmasından uşaqlarının məktəbə yazılmasına kimi istiqamət vermişdir. Belə ki, iddiaçı öncədən Azərbaycanda olmayıb, yaşamayıb. Yalnız “Abi” böyük qardaşa etibar etdiyindən bir çox şeyləri cavabdehdən soruşub. İddiaçının həyat yoldaşı cavabdehin həyat yoldaşına “Abla", böyük bacı deyə müraciət edir və yalnız ona etibar edirdi. Tərəflər bir binada qonşu kimi yaşadıqlarından tez-tez bir-birlərinə gedib-gəlir, kömək edirdilər. İddiaçı "xxxx" MMC-də böyük mexanika-istismar texniki, cavabdeh isə "xxxx" MMC-də texniki xidmət rəhbəri kimi işləyib. Amma iddiaçının özünə “ORİON O and MM" MMC-nin əməkdaşı kimi SOCAR tərəfindən müvəqqəti buraxılış vəsiqəsi verilmişdir.
12. Tərəflər arasında münasibət ilk olara q 2019-cu ilin noyabr ayından pozulmağa başlayır. Səbəb isə o olub ki, cavabdeh iddiaçıya müraciət edib bildirib ki, “iddiaçının işlədiyi şirkətdə Erdal Keskendir pis adamdır, davaçıdır, onun yerində gözü var. Təhrik edir ki, onun işində ona hər hansı yardım etməsin, işində çətinliklər yaratmasını təmin etsin. Nəticədə həmin adamın işindən şirkət rəhbəri narazı qalaraq onu işdən çıxardacaqlar.” İlk əvvəl iddiaçı cavabdehə inanır, lakin iddiaçının işlədiyi şirkətdə Erdal Keskendirin öz işinə ciddi yanaşdığını, işini düz gördüyünü, vicdanlı və ailəli olmasını görüb cavabdehin təklifindən qəti imtina edir.
13. İddiaçı qaydasında, vaxllı-vaxtında işləyir, Erdal Keskendirə heç bir xətər yetirmir, ona heç bir söz demir ki, bəlkə nə vaxtsa, onlar aralarındakı məsələni özləri həll edər. 2019-cu il yeni il ərəfəsində münasibətlər daha da pozulur. Səbəb o olur ki, Yeni il gecəsi cavabdeh iddiaçının evində olan 4-dən çox türk qonaqların qarşısında birbaşa iddiaçını təhqir edir, dava salır. Bununla iddiaçının qüruru digər kənar şəxslərin qarşısında alçaldılır. Bu hadisədən sonra iddiaçı cavabdehin hərəkətlərindən mənəvi sarsıntı alaraq ondan küsür. Lakin cavabdeh hərəkətlərinə davam edib iddiaçının işlədiyi şirkətdə onun barəsində nüfuzuna xələl gətirən məlumatlar yayır. Hətta, cavabdeh pis adam dediyi Erdal Keskendirlə münasibət qurur və şirkətin rəhbərliyinə mütəmadi deyirdi ki, əgər iddiaçının işindən narazıdırlarsa, dərhal onu işdən göndərə bilər. Digər tərəfdən iddiaçını təhrik edir ki, Erdalın işində problemlər yaratsın. Lakin iddiaçının bu hadisələrdən xəbəri olmur. Rəhbərliyin və əməkdaşların ona qarşı soyuq davranışlarına fikir vermir, ümid edir ki, ona qarşı anlaşılmaz münasibət aradan qalxacaq. Cavabdeh isə yenə iddiaçı ilə yaxın qardaş münasibətlərində olmağa çalışır, guya ona məsləhətlər verərək istiqamətləndirməyə çalışdırdı. İddiaçının qüruru incilsə də, bir müddət cavabdehə “Abi", böyük qardaş deyə müraciət edirdi.
14. Tərəflər arasında münasibət 2020-ci ilin iyun ayında daha gərginləşir. Belə ki, 2020-ci ilin may və iyun aylarında başqa yerdən iş təklifi alsa da, işəgötürənlə əmək müqaviləsi müddətinin davamlı olmasına əmin olduğundan həmin iş təklifindən imtina edib. Cavabdeh iddiaçı barəsində şirkət rəhbəri, Erdal Keskendir və digər şirkət əməkdaşlarında onun barəsində nüfuzunu alçaldan məlumatlar yaydığından 16 iyun 2020ci il tarixdən onunla əmək mün asibətlərinə xitam verilir və iddiaçı işsiz qalır. Bununla, iddiaçı maddi və mənəvi ağır vəziyyətə düçar olur. Bu hadisədən sonra 2020-ci ilin iyul ayında iddiaçı alçalmış şərəfini, işgüzar nüfuzunu bərpa etmək, pozulmuş hüquqlarını bərpa etmək üçün yaşadıqları binada türk qonşularını və cavabdehi məhəllədə üzləşməyə dəvət edir. Üzləşmə ərəfəsində iddiaçının çalışdığı şirkətdən Erdal Keskendir də iştirak edir. Nəticədə bir sıra qaçılmaz faktlar, həqiqətlər aşkar olur, cavabdehin əxlaq normalarına sığmayan ikili hərəkətləri müəyyən olur. Həmin faktlarla üzləşən cavabdeh əvvəl etdiyi hərəkətlərindən zərrə qədər peşman olmadığını bəyan edir və əməlinə davam edib iddiaçını məhəllədə qonşuların və üzləşmədə iştirak edən digər şəxlərin aydın eşitdiyi tərzdə, ağır şəkildə bir neçə dəfə təhqir edi r. Bununla da, iddiaçının şərəfini ağır və kütləvi şəkildə kobudcasına alçaldır. Nəticədə iddiaçıya bir daha ağır mənəvi ziyan vurulub.
15. İddiaçı barəsində pis təqdimata imza edən Erdal Keskendir yanlış etdiyini gec başa düşür. Lakin vəziyyəti bərpa etmək qeyri-mümkündür. Vurulmuş ziyan həddən ağırdır. Sonuncu iş yeri iddiaçının yeganə qazanc yeri olub. Himayəsində 2 azyaşlı uşağı var, özü əcnəbi, türk vətəndaşıdır. Kirayədə qalaraq, ayda 850 manat icarə haqqı ödəyir. Yeganə qazanc yerini itirib uzun müddət işsiz qalaraq qazanc əldə edə bilmədiyi üçün maddi vəziyyəti ağırlaşıb. Övladlarının təhsil haqqını, evin icarə haqqını və həyat yoldaşının sağlamlığındakı problemin müalicə haqqını ödəmək iqtidarında deyil. Həm də onun barəsində şirkət rəhbərliyi və işçilərə neqativ fikirlərin aşıl anması, neqativ rəylərin olmasına dair təqdimatın qəbul edilməsi nəticəsində iddiaçı həm də mənəvi sarsıntı keçirib.
16. Aşağıda qeyd edilən kobud qanunsuz aktiv hərəkətlər nəticəsində hesab edilməlidir ki, İ) cavabdeh iddiaçının işgüzar nüfuzuna xələl gətirərək onun barəsində iş yerində neqativ fikirlər və mənfi rəylə təqdimat verilməsinə səbəb olaraq əmək müqaviləsinin xitam edilməklə uzun müddət işsiz qalması nəticəsində ona həm maddi, həm də mənəvi ziyan vurub. 2) Maddi ziyan dedikdə - iddiaçının pozulmuş hüquqlarını bərpa etmək üçün çəkdiyi xərclər, övladlarının borc pulla ödədiyi təhsil haqqısını, işsiz qaldığı üçün borc pulla ödədiyi icarə haqqı və aylıq əmək haqqı verilən digər iş təkliilərindən imtina etdiyindən əldən çıxmış fayda nəzərdə tutulur, mənəvi ziyan dedikdə iş yerində n üfuzuna xələl gətirilməsi, barəsində mənfi fikir aşılanması və təkrar, kütləvi və ədəbsiz şəkildə təhqir olunaraq şərə fənin alçaldılması nəzərdə tutulur. 3) Cavabdeh məhəllədə kütləvi şəkildə üzləşmədə iştirak edən və eşidən kənar şəxslərin qarşısında iddiaçını ağır, ədəbsiz şəkildə təhqir edərək onun öncədən incildilmiş qürununu və şərəfini təkrar alçaldaraq onun mənəvi sarsıntı keçirtməsinə səbəb olub.
17. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 24, 46-cı, Mülki Məcəllənin 14.2.6, 21, 23, 1096.2 və 1097-ci maddələrinə istinad etmişdir.
18. Cavabdeh iddiaya etiraz vermişdir. Etirazın dəlilləri ondan ibarət olub ki, iddiaçı 37000 manat kompensasiyanın alınması barədə öz işəgötürəninə qarşı Suraxanı Rayon Məhkəməsində iddia qaldırıb. Bundan əlavə, onla r arasında əmək müqaviləsi bağlanmayıb, buna görə də kompensasiyanın nəyə görə ödəməli olduğu məlum deyil. İddiaçının uşaqlarının təhsil haqqı kimi xərclədiyi 11.500 manatın, iddiaçı ilə mənzil sahibi arasında bağlanmış kirayə müqaviləsinin cavabdehə heç bir aidiyyəti yoxdur. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb edərkən keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməli olduğu halda, sadəcə söz yığınından ibarət cümlələrlə ona mənəvi zərərin vurulmasını bildirir.
19. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-2932/2020 saylı, 11 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (sədrlik edən Solmaz Ədilova)
20. Birinci instansiya məhkəməsi müəyyən edib ki, "xxxx" MMC ilə iddiaçı arasında 19 oktyabr 2019-cu il tarixli Əmək müqaviləsi bağlanmışıdır. Əmək müqaviləsinin müddəti 30 aprel 2020-ci il tarixinədək müəyyən edilmişdir. 17 aprel 2020-ci il tarixli 01/04.20 tarixli protokola əsasən, bağlanmış əmək müqaviləsinin 1 (bir) ay müddətinə uzadılması üçün işəgötürənə tövsiyə edilmişdir. DƏMX-nin xx.xx.2020-ci il tarixli məktubuna əsasən iddiaçının adına "X23 Maıntenance" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək müqaviləsi bildirişi” altsisteminə xx.xx.2019-cu il tarixli müqavilə daxil edilmiş, xx.xx.2020-ci il tarixli müqavilənin xitam edilməsi barədə məlumat daxil edilmişdir.
21. Birinci instansiya məhkəməsi göstərib ki, tərəflər arasında ilk öncə ailə-məişət səviyyəsində yaranmış münasibətlər daha sonra iş yoldaşlığı səviyyəsinə qalxmış, bundan sonra tərəflər arasında mübahisə yaranmışdır.
22. Birinci instansiya məhkəməsi belə nəticəyə gəşib ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normaları ilə tənzimlənən hallar, yəni iddiaçının şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatların olması və belə məlumatların yayılma hallarının mövcudluğu ilə bağlı hər hansı mötəbər sübut təqdim edilməmişdir.
23. Birinci instansiya məhkəməsi iddiaçı əldən çıxmış fayda, icarə haqqı, uşaqlarının təhsili üçün borcla ödənilən təhsil haqqı, real zərərin ödənilməsini tələb etməsini cavabdehin qanunsuz hərəkətləri ilə əlaqələndirərək işgüzar nüfuzuna xələl gətirildiyinə və sonda işsiz qaldığından bir sıra xərclərini borcla təmin etməsi ilə əsaslandırmışdır. Belə olan təqdirdə, ilk öncə iddiaçının işgüzar nüfuz una xələl gəlməsi yoxlanılmalıdır.
24. Eyni zamanda iddiaçının iddia tələbinin “iddiaçının itirdiyi əmək haqqı kimi cəmi 37.000 və ya 30.600 ABŞ dolları əldən çıxmış fayda” hissəsinə münasibətdə birinci instansiya məhkəməsi qeyd edib ki, iddiaçı tərəfindən əldən çıxmış faydanın cavabdehin qanunsuz hərəkətləri, o cümlədən təqsiri nəticəsində meydana gəldiyi sübuta yetmədiyindən həmin hissədə iddia tələbi təmin edilməməlidir.
25. Bu mövqedən çıxış edərək, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin “kirayə mənzildə yaşamaq üçün borcla ödədiyi 3 aylıq 2550 AZN icarə haqqı, uşaqların təhsili üçün borcla ödənilən 11.500 AZN təhsil haqqı, pozulmuş hüquqlarının bərpa edilməsi üçün vəkilə, nümayəndəyə ödənilən vəsait, dövlət rüsumu olaraq cəmi 541 AZN real zərər”ə dair tələbi ilə bağlı əlavə olaraq qeyd edib ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur
26. Birinci instansiya məhkəməsi mübahisələndirilən iddia tələbi üzrə “kirayə mənzildə yaşamaq üçün borcla ödədiyi 3 a ylıq 2550 AZN icarə haqqı, uşaqların təhsili üçün borcla ödənilən 11.500 AZN təhsil haqqı, pozulmuş hüquqlarının bərpa edilməsi üçün vəkilə, nümayəndəyə ödənilən vəsait, dövlət rüsumu cəmi kimi 541 AZN real zərərə dair əlavə araşdırmaya lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir.
27. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 46-cı, Mülki Məcəllənin 23.1, 23.4, 23.6-cı, Mülki Prosessual Məcəllənin 88, 107, 119.1, 217.4, 218.1, 220.5-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı və "Mənəvi zərərin ödənilməsi ba rədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
28. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
29. Apellyasiya şikayətinin dəlilləri: - cavabdehin ifadəsi ziddiyyətlidir, rəsmi etirafları qətnamədə qeyd edilsə də, onlara hüquqi qiymət verilməyib, həqiqət təhrif edilib, sübutlara məcmu halında hüquqi qiymət verilməyib; - cavabdehin zamanla ara verməklə davamlı olan əməlinə hüquqi qiymət verilməyib. Belə ki, xx.xx.2020-ci il tarixli təqdimat iddiaçının işlədiyi şirkətdə işçi Erdal Keskendir in iddiaçı barədə uydurma rəyidir. Təqdimatın yarı Azərbaycan, yarı türk dilində yazılması özlüyündə şübhəlidir. Sonda yazılıb ki, uzun müddət işlədikdən sonra işverən tərəfindən verilən neqativ paylaşımları nəzərə alıb belə qənaətə gəlib ki, cihazdan gərəkli texniki biliklərə sahib deyil. “İşveren” dedikdə, işəgötürən, “neqativ paylaşımlar” dedikdə, şəxs barəsində mənfi məlumatların yayılması nəzərdə tutulur. Yəni, işəgötürən iddiaçı barəsində mənfi məlumatları yayıb; - Erdal Keskendir iddiaçının işlədiyi "xxxx" MMC-də, şirkətin nə direktoru, nə də digər səlahiyyət sahibi olmayan işçidir. Neqativ paylaşımların nədən ibarət olması müəmmalıdır. Hansı səbəbdən məhz onun tərəfindən belə təqdimatın yazılması aydınlaşdırılmayıb. Erdal Keskendir işəgötürən tərəfindən neqativ paylaşımları etməs ini yazaraq nəyi nəzərdə tutması aydınlaşdırılmayıb. Səbəb aydın deyil. Bu sənəd aşkar, aydın şəkildə sübut edir ki, kimsə iddiaçı barəsində onun işi, şəxsiyyəti barədə yalan, uydurma məlumatları yayıb. Yəni, iddiaçıya qarsı əxlaqsız davranış icra olunaraq bitib və nəticə göz qabağındadır. Bunun ardında № 01/04.20, xx.xx.2020-ci il tarixli Komissiya iclasının protokolu qəbul edilir. Bu sənədi, ümumiyyətlə iddiaçının və təqdimatı tərtib edən şəxsin işinə hər hansı təsir etmək səlahiyyətinə malik olmayan işçilər tərtib ediblər. İclas iddiaçının əmək funksiyalarının qeyri-qənaətbəxş icra etməsi ilə bağlı araşdırılması və iddiaçının əmək müqaviləsinin müddətinin nəzərdən keçirilməsi ilə bağlı təşkil olunub. Komissiya sədri Adil Həsənov əmək müqaviləsinin 1 ay müddətinə uzadılmasını və bu müddə tdə təqdimatda yazılanların həqiqətə uyğunluğunun araşdırılmasını məqsədəuyğun hesab edib. Sonda qərara alınıb ki, iddiaçının işində yol verdiyi nöqsanların araşdırlması işəgötürənə tövsiyə edilib. İddiaçını həmin sənədlərdən xəbəri olmayıb. Maraqlıdır ki, təqdimat tərtib edildiyi və iclas keçirildiyi vaxtda işçilərin hər ikisi (Erdal Keskendir və iddiaçı Ali Riza) normal iş vaxtı müəssisədə işləyiblər, lakin iclas nə təqdimatı tərtib edən şəxsin, nə də iddiaçının iştirakı olmadan keçirilib. Qeyd edilən 2 sənəd aprel ayında deyil, iyul ayında hazırlanıb. X17 üzləşmədə özü etiraf edib. Səs yazısı iş materiallarına əlavə edilib. Sonra № 01-T/04.20, xx.xx.2020-ci il tarixli Əmri işəgötürən imzalayır. Bu sənədlə cavabdeh müqavilə müddətinin xx.xx.2020-ci il tarixdə bitsə də, işçinin iş fəaliyy ətinin qeyri-qənaətbəxş olması ilə bağlı təqdimatın araşdırılması və koronavirus pandemiyasmın yayılması səbəbilə karantin şəraitinin çətinlikləri ilə bağlı müqavilənin 1 ay müddətinə uzadılması qərara alınıb; - iddiaçı barəsində “işinin qeyriqənaətbəxş olması" ifadəsi sübut edir ki, kimsə iddiaçı barəsində 7 ay işlədikdən sonra peşəsinə, şəxsiyyətinə uyğun olmayan yalan məlumatları həm şirkətin işəgötürəninə, həm də kollektivə yayıb. Fakt aşkardır. Sonda iddiaçının işlədiyi şirkətdən onun ərizəsinə № 0İL/06.20, xx.xx.2020-ci il tarixli imtina cavabında iddiaçının müraciətinə cavab olaraq bildirilib ki, onun şirkətdə işlədiyi müddət ərzində fəaliyyəti ilə bağlı mühəndis Erdal Keskendir tərəfindən verilən mənfi rəylər və onun xx.xx.2020-ci il tarixli təqdimatına əsasən daimi fəaliyyət komis siyasının iclası keçirilmiş və əmək fəaliyyətinin qeyri-qənaətbəxş olması qənaətinə gəlinmişdir. xx.xx.2020-ci il tarixədək uzadılmış müqaviləyə müddəti bitdikdən sonra xitam verilməsinə qərar verilib; - məhkəmə ardıcıl və bir-birinə uyğun gələn bu sübutlara əhəmiyyət verməyib, sadəcə sadalamaqla kifayətlənib. Heç təkzib edə bilməyib. Belə çıxır ki, məhkəmə özü etiraf edir ki, sübutlar var və mötəbərdir; - AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin sorğuya xx.xx.2020-ci il tarixli və 07.2020-ci il tarixli cavablarından aydın olur ki, X22 adına “Əmək müqaviləsi bildirişi“ altsisteminə əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə daxil edilib. Xitamın sistemə işlənməsi xx.xx.2020-ci il tarixdə icra olunub. Komissiya iclasının iştirakçıları və təqdimatı tərtib edən şəxsi n əmək müqaviləsinə dair məlumatlar elektron altsistemdə mövcuddur. Sorğuya cavaba əsasən müəyyən olunur ki, X2 - kadrlar üzrə böyük mütəxəssis öncə 2015-ci ildən “Orion O And M" MMC (VÖEN **********) şirkətində çalışmışdır, xx.xx.2019-cu il tarixdə cavabdehlə əmək müqaviləsi bağlanılıb, Erdal Keskendir öncə 2016-ci ildən “Orion O And M" MMC (VÖEN **********) şirkətində çalışmışdır, xx.xx.2019-cu il tarixdə cavabdehlə əmək müqaviləsi bağlanılıb. X3 öncə 2015-ci ildən "xxxx" MMC (VÖEN **********) şirkətində çalışmışdır, xx.xx.2019-cu il tarixdə cavabdehlə əmək müqaviləsi bağlanılıb, X6 2015-ci ildən "xxxx" MMC (VÖEN **********) şirkətində çalışır. Yəni, təqdimatı tərtib edən Erdal Keskendir və şirkətin işçiləri əvvəl cavabdehin işlədiyi şirkətdə çalışıblar; - kollektivin cavabdehlə sıx əlaq əsi və onun kollektivdə nüfuzu var, söz sahibidir. Onun sözünə etimad edirlər. X7 cavabdehin çalışdığı şirkətdə onun tabeliyindəki işçidir. Ayxan Hümbətovun cavabdehlə sıx münasibətdə olmasına dair səs yazısı iş materiallarına təqdim edilsə də, bununla əlaqəli digər sübutlara məhkəmə qətnamədə münasibət göstərməyib və onlara məcmu halında hüquqi qiymət verməyib; - məhkəmə, ümumiyyətlə, şirkətin işçilərinin, işəgötürənlərin və Erdal Keskendirin iddiaçı və cavabdehlə nə kimi əlaqəsinin olmasını müəyyən etməyib. Belə ki, həmin şəxslərin iddiaçının işinə dair hansı iradlarının olmasını, onun işi ilə əlaqəsini və onun işinə neçə təsir etməsini müəyyən etməyib. Ümumiyyətlə, bu sübutlara hüquqi qiymət verməyib. Hərçənd, bu sənədlər və səsli audio yazılar sübut edir ki, iddiaçı barəsində yalan, onun peşə nüfuzunu ləkələyən məlumatlar təkcə işəgötürənə deyil, həm də kollektivdə də yayılıb. Kollektivdə iddiaçı barəsində mənfi rəylər səbəbindən ona pis münasibət formalaşıb; - məhkəmə qeyd edilən sübutları, rəsmi sənədləri məcmu halında qiymətləndirərək iddiaçının işinə dair qeyd edilən “qeyri-qənaətbəxş" ifadəsinin, “şərəfsizsən” və digər ifalələrin onun kollektivdə peşəsini və şəxsiyyətini alçaldan davranış olub-olmamasını, baş verənlərin cavabdehin əməli ilə səbəbli əlaqəsini müəyyən etməyib, onlara hüquqi qiymət verməyib; - cavabdehin qəsdən əxlaqsız əməli səbəbindən şirkət tərəfindən iddiaçıya vəd edilən uzun müddətli daimi işə xitam verilib. Cavabdehin əxlaqsız hərəkətləri səbəbindən iddiaçı sonrakı 6 aylıq işindən və almalı olduğu əmək haqqından məhrum olub. Cavabdeh və ya kim sə iddiaçı barəsində “neqativ paylaşımları etməsəydi, kollektivdə peşəsi, şəxsiyyəti barəsində mənfi fikirlər yaymasaydı, iddiaçı 6 ay müddətində işləyib real şəkildə 6 aylıq əmək haqqını, yəni 37.000 manat və ya 30600 ABŞ dolları ala bilərdi; - iş materiallarına həmçinin 1 video görüntü və 2 səs yazısı təqdim edilib. Bu video yazılardan biri iddiaçının özünə məxsusdur, yəni özü məhkəməyə görüntülü ifadə verib. Lakin, məhkəmə qətnaməsində iddiaçının ifadəsinə, müraciətinə, ümumiyyətlə, əhəmiyyət verilməyib. İddiaçının görüntülü izahatının səbəbi odur ki, məhkəmə prosesinin getdiyi vaxtda iddiaçı Türkiyəyə ailəsi ilə birgə qayıtmağa məcbur olub. Səsli yazının biri iddiaçının yuxarıda qeyd edilən cavabdehin çalışdığı şirkətdə Ayxan Hümbətovla danışığı ilə bağlıdır. Ayxan Hümbətovün cavabdehə münasibəti və cavabdehin Ayxan Hümbətova nə dərəcədə təsir etməsi real sübut olunur. Danışıqların nədən ibarət olmasını, ümumiyyətlə, məhkəmə müəyyən etməyib, hüquqi qiymət verməyib; - sonuncu səsli yazı isə yay vaxtı, xx.xx.2020-ci il tarixdə günün İİ yarısında məhəllədə tərəflərin - 4 nəfər şəxsin (həmçinin 2-dən çox şəxsin görə, eşidə bildiyi yerdə), üzləşməsi ilə bağlıdır. Bu səs yazısını üzləşmədə iştirak edən hər bir şəxs yazıb və səs yazılarından xəbəri olub. Bu yazı birbaşa və aydın şəkildə cavabdehin birbaşa əxlaqsız əməllərini ifşa edir, yuxarıda qeyd edilən sənədlərin iyun ayında hazırlandığını sübut edir və cavabdehin iddiaçını təkrar şəkildə şəxsiyyətinin və ləyaqətinin kobud və ağır şəkildə söyüb təhqir edərək alçaltmasını sübut edir. Lakin məhkəmə bunların heç birini sübut kimi qəbul etməyib; - məhkəmə üzləşmədə iştirak edən şəxslərin məhkəməyə şahid qismində çağırılmasını təmin etməyib, ümumiyyətlə, səs yazılarının saxta, uydurma olubolmamasını belə müəyyən etməyib. İddia ərizəsində nöqtələrlə qeyd edilən təhqir və söyüşlərin nədən ibarət olmasını, həmçinin, kiməsə “şərəfsizsən” deməyin təhqir olubolmasına, ifadənin söyüş olub-olmamasına, onun ağırlıq dərəcəsinə hüquqi qiymət verilməyib; - tərəflər arasında məhəllədə üzləşmə 25 iyun 2020-ci il tarixində baş verib. İş materiallarına təqdim edilən Erdal Keskendir ilə WhatsApp yazışmalarından görünür ki, üzləşmə yuxarıda qeyd edilən tarixdə baş verib. Üzləşmədəki danışıqları hər bir tərəf mobil telefonda qeydə alıb. Yəni, üzləşmədə iştirak edən şəxslər bilirdilər ki, danışıqlar yazılır. İddiaçının işlədiyi şir kətin rəhbəri Məhəbbət Bağırovdur, Erdal Keskendir deyildir.
30. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 iyul 2021-ci il tarixli, 2(103)-5590/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), Tofiq Səmədov, İkram Şirinov)
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı apellyasiya şikayətində qeyd etdiyi əsasları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və həmin sübutlar iş materiallarında aşkar edilməmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
32. İddiaçı kassasiya şikayəti verərək, apel lyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)6190/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı X25 tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)5590/2021 nömrəli qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
34. Ali Məhkəmənin mövqeyi belə olub: - apellyasiya məhkəməsi qənaətini iddiaçı tərəfindən tələblərinin sübuta yetirilmədiyi ilə əsaslandırsa da, kassasiya şikayətində qeyd edildiyi kimi iddiaçının şərəfinin alç aldılması ilə bağlı olduğu iddia edilən audio və kağız üzərində olan yazıları, iddiaçının şərəfinin alçaldılması iddia edilən şəraitdə iddiaçının həmin zaman yanlarında olan şəxslərin kimliyinin müəyyən edilməsi, həmin şəxslərin müəyyən edilib şahid qismində məhkəməyə dəvət edilərək dindirilməsi, iddiaçının həqiqətən də şərəfinin alçaldılmasına məruz qalıb-qalmaması istiqamətində hər hansı araşdırma aparmamışdır; - apellyasiya instansiyası məhkəməsi işin hallarını tam araşdırmamış, ədalət mühakiməsini sübutların müqayisəli tədqiqatı əsasında həyata keçirməmiş, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, iddiaçının şərəfinin alçaldılmasına yol verilibverilməməsi barədə ətraflı məhkəmə araşdırmasını həyata keçirməmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
35. İşi n təkrar apellyaisya baxışı zamanı iddiaçının vəkilinin vəsatəti əsasında 24 fevral 2022-ci tarixli qərardadla linqvistik ekspertiza təyin edilmişdir.
36. Məhkəmə Ekspertiza Mərkəzinin 4/427 saylı, 7 sentyabr 2022-ci il tarixli rəyinə əsasən audio və videoyazılarnda şərəf və ləyaqəti ləkələyən məlumatlar mövcuddur. İş materiallarına əlavə edilmiş mətndə “şerefsizin tekisin”, “şerefsizliyini dalacam”, “şerefsizliyini çekemem”, “şerefsizliyinden sonra” ifadələrini linqvistik baxımdan təhlil etdikdə X20 şəxsiyyətini, şərəf və ləyaqətini nalayiq formada alçaldan təhqir xarakterli söz və fikirlər hesab olunur.
37. Təkrar apellyasiya baxışı zamanı şahid Haluk Kar ifadəsində bildirmişdir ki, onlar görüşməmişdən iki gün əvvəl Erdal Keskendir WhatsApp programı vasitəsilə ona yazaraq, Hasan bəy, Ali Riza, və onun bir yerdə oturub üzləşməsini təklif etmişdir. O da mövzuyla əlaqəsi olmadığını, amma görüşməyə etiraz etmədiyini bildirmişdir. Bir-iki gün sonra, yəni təxminən 27 iyun tarixində onlar binanın həyətində görüşmüşlər. Həmin vaxt onların başqa iş yoldaşları da orda olub. Danışacaqları yerə doğru dördü gedərkən Ali Riza da, Erdal Keskendir də ona dönüb demişlər ki, ona ehtiyac yoxdur, onlar Hasan bəylə danışacaqlar. Bu səbəbdən digər iş yoldaşları ilə birgə onların görüşdükləri yerdən təxmini 50-60 metr məsafədə dayanıb, gözləmişlər. Orda nə danışdıqlarından və nə olduğundan məlumatı olmayıb.
38. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 noyabr 2022-ci il tarixli, 2(103)-1281/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsi nin qətnaməsinin qismən ləğv ediməsi, iddia tələbinin qismən təmin edilməsi, mənəvi zərərə görə 3000 manat pulun cavabdeh X4 tutularaq iddiaçı X19 xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Şeyda Məhərrəmova)
39. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiyası məhkəməsi audio və video yazılarda göstərilən məlumatların doğru olmadığını iş materialları və iddiaçının təqdim etdiyi sənədlərə əsasən müəyyən etmişdir.
40. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiyası məhkəməsi həmin hal üzrə, yəni məlumatların doğru olub-olmaması ilə bağlı müvafiq araşdırma aparmış olsa da, aydınlaşdırılmalı olan digər iki hal üzrə, yəni məlumatları n iddiaçının şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələməsi və yayılması ilə bağlı heç bir araşdırma aparmamış və məlumatın yayılması ilə bağlı gəldiyi nəticəni əsaslandırmamışdır. İddianın təmin olunması üçün isə hər üç halın aydınlaşdırılması, mövcud olması və məcmu halında qiymətləndirilməsi tələb edilir.
41. Apellyasiya instansiyası məhkəməsinə görə işə yenidən baxılarkən qeyd olunan digər iki hal, yəni məlumatların iddiaçının şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar olub-olmaması və yayılıb-yayılmadığı bir daha aydınlaşdırılmalı və ona işin müəyyən edilən digər halları ilə birlikdə məcmu şəklində qiymət verilməlidir.
42. Apellyasiya instansiyası məhkəməsi şahid ifadəsini, ekspert rəyini, qeyd olunan məlumatların iddiaçının şərəf və ləyaqətini ləkələdiyini, məlumatı n ən azından bir nəfər şəxsə bildirildiyini və bu faktın məlumatın yayılması halı kimi qiymətləndirildiyini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, cavabdehin “şerefsizin tekisin”, “şerefsizliyini dalacam”, “şerefsizliyini çekemem”, “şerefsizliyinden sonra” kimi ifadələri iddiaçının ünvanına işlətməsi nəticəsində iddiaçıya mənəvi zərər dəymişdir. Həmçinin nəzərə alınmalıdır ki, baxılan iş üzrə cavabdehin istinad etdiyi məlumatların kütləvi yayılmaması faktı özüözlüyündə qeyd olunan məlumatların iddiaçının şərəf və ləyaqətini ləkələdiyini və ya ona mənəvi zərər vurduğunu istisna etmir. Belə ki, həm şərəf, həm də ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusudur. Əgər şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edirsə, ləyaqə t həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Bu baxımdan, şəxsin şərəfinin alçaldılmış hesab edilməsi üçün yalan məlumatların və ya ittihamedici ifadələrin ən azı bir neçə şəxs arasında yayılması tələb edilirsə, ləyaqətin alçaldılmış hesab edilməsi üçün belə ifadələrin üçüncü şəxslərin iştirakı olmadan şəxsə söylənilməsi kifayət edir. Hətta kütləvi yayılma halı olmadan ünvanlandığı şəxsin şəxsiyyətinə uyğun olmayan, onu açıq-aşkar alçaldan, nüfuzdan salan ifadələr zərərçəkənin ləyaqətini alçaltmaqla onun mənəvi iztirab və sarsıntı keçirməsinə, başqa sözlə, mənəvi zərərə məruz qalmasına səbəb ola bilər
43. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasındakı mübahisənin xarakterini, məlumatların yayılma dərəcəsini, habelə işin digər diqqətəlayiq halla rını nəzərə alaraq hesab etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi kimi cavabdehdən tutulmalı olan kompensasiyanın məbləğinin 3000 manat müəyyən edilməsi ədalətli və ağlabatandır. Həmçinin qəbul edilmiş qətnamə iddiaçının pozulmuş hüququnun bərpa olunması üçün yetərli vasitə kimi çıxış edir.
44. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə oxşar işlər üzrə belə bir ümumi prinsipi nəzərə alınır ki, tutulan mənəvi ziyanın məbləği bir tərəfi həddən artıq zənginləşdirməməli, digər tərəfi isə müflis etməməlidir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, şərəf və ləyaqətin müdafiəsi hüququnun pozulması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsinin yeganə üsulu pul kompensasiyası deyil. İddiaçının pozulmuş hüququnun məhkəmə qaydasında tanınması da pozulmuş hüququn müdafiəsinin m ühüm mexanizmlərindən hesab edilir.
45. Apellyasiya instansiyası məhkəməsi maddi ziyan tələbinin təmin olunmaması hissəsinə gəldikdə isə birinci instansiya məhkəməsinin qənaətini qanuni və əsaslı hesab edib. Belə ki, iddiaçı qeyd edilən ifadələrlə onun işdən azad olunması, bunun nəticəsində əldə çıxmış faydanı, uşaqlarının təhsil haqqı və kirayə pulunu ödəyə bilməməsi arasında səbəbli əlaqəni əsaslandıra bilməmiş, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
46. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 46-cı, Mülki Məcəllənin 21.2, 23.1, 23.4, 23.6, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun 14 may 1999-cu il tarix li Qərarı, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
47. İddiaçı (vəkil X5) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv və yeni qərar qəbul edilməsini xahiş etmişdir.
48. Şikayət onunla əsaslandırılmışdır ki, şikayətdə dəlil olan sənədlər ətraflı və aydın şəkildə qeyd edilib. Həmçinin, məhkəmə araşdırması vaxtı yeni sübutlar elektron sistem vasitəsi ilə məhkəməyə təqdim edilmişdir. Məsələn, tərcümə digər sənəd adı ilə sistemə yerləşdirilmişdir, məhkəmə çıxışı apellyasiya şikayətinə əlavə kimi sistemə yerləşdirilmişdir. Lakin məhkəmə tərəfindən dəlillər barədə hüquqi münasibət bildirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etiraz ın dəlilləri
49. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə
46. Şəxsiyyətin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur, heç bir hal şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mül ki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun 14 may 1999-cu il ta rixli qərarı Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən 3 halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatların vətəndaşların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayə tində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
50. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, i ş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
51. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etsə, kassasiyanın dəlilləri iddianın təmin edilməyən hissəsi ilə bağlıdır. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni iddianın təmin edilməyən hissəsində yoxlayır.
52. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə ko llegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. İş üzrə apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməyən hissəsində əsaslı və qanuni nəticəyə gəlmişdir.
55. İddia tələbi şərəf və ləyaqəti ləkələyən məlumatlar nəticəsində dəymiş mənəvi və maddi zərərin tutulması barədədir.
56. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 3946-cı bəndlərində hər iki növ ziyanla bağlı əks edi lən qiymətləndirməsi ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.
57. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin hallarını müəyyən etmək üçün linqvistik ekspertiza təyin etmiş, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, hazırki iş üzrə kassasiya məhkəməsinin qərarında verdiyi göstərişlərə əməl edərək qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
58. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
59. Məhkəmə kollegiyası da öz növbəsi ndə qeyd edir ki, analoji işlərdə ilkin olaraq yayılmış məlumatların şərəf və ləyaqəti ləkələyən məlumatlar hesab edilməsi, başqa sözlə iddiaçının hüquqularının pozulmasının tanınması mühüm əhəmiyyət kəsb edir. Hazırki işdə də iddiaçının hüquqlarının pozulması faktı tanınmış, pozuntu nəticəsində dəymiş mənəvi zərər qismində cavabdehdən pul da tutulmuşdur. Bu isə artıq iddiaçının pozulmuş hüquqlarının səmərəli bərpası deməkdir. “Alexina və digərləri Rusiyaya qarşı” işdə X18 Məhkəməsinin mövqeyinə görə də pozuntu faktının tanınması belə mənəvi ziyanın ədalətli əvəzi hesab edilə bilər.
60. İddianın maddi zərər hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı işə mahiyyəti üzrə baxan məhkəmələrdə barəsində deyilmiş ifadələrlə onun işdən azad olunması, bunun nəticəsində əldə çıxmış f aydanı, uşaqlarının təhsil haqqı və kirayə pulunu ödəyə bilməməsi arasında səbəbli əlaqəni əsaslandıra bilməmişdir. Halbuki dəymiş ziyanla hüquqazidd hərəkət arasında səbəbli əlaqənin olması bu qəbildən olan iddiaların təmin olunmasının əsas şərtidir.
61. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
62. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X19 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1281/2022 nömrəli, 17 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişd irilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.