Məhkəmə qərarları › İş №2(102)-1455/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1455/2019

04.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1455/2019 04.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ “04” mart 2019-cu il iş № 2(102)-1455/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı1 və vəkili X4 iştirakları ilə, Cavabdeh “Əmanətlərin Sığortalanması Fondu”nun Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2018-cı il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim:N.T.Tağıyeva; 2(006)-3600/2018) iddiaçılar İddiaçı1 və X1 cavabdeh “Əmanətlərin Sığortalanması Fondu” na qarşı “pul” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh “xxxx” ASC-nin Yasamal filialı (Ləğv prosesində olan) “Əmanətlərin Sığortalanması Fondu”ndan aralarında bağlanmış 27 avqust 2015-ci il tarixli ********* nömrəli Bank əmanət müqaviləsi üzrə 1500 ABŞ dolları əsas əmanət məbləği və həmin məbləğin illik 8.75 faiz məbləği və 27.08.2016-cı il tarixdən iddia verildiyi tarixədək 1500 ABŞ dolları əsas pul tələbinə dair müəyyən edilmiş 15 faiz uçot faiz dərəcəsinə əsasən hesablanmış 225 ABŞ dolları məbləğində pul vəsaitinin alınması və İddiaçı1 qızına verilməsi, cavabdeh “xxxx” ASC-nin Yasamal filialı (Ləğv prosesində olan) “Əmanətlərin Sığor talanması Fondu”ndan aralarında bağlanmış 18 fevral 2015-ci il tarixli ********* nömrəli Bank əmanət müqaviləsi üzrə 6353 ABŞ dolları əsas əmanət məbləği və həmin məbləğin illik 8.75 faiz məbləği və 18.02.2016-cı il tarixdən iddia verdiyi tarixədək 6353 ABŞ dolları əsas pul tələbinə dair müəyyən edilmiş 15 faiz uçot faiz dərəcəsinə əsasən hesablanmış 952.95 ABŞ dolları məbləğində pul vəsaitinin alınması və iddiaçı X2 verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8 oktyabr 2018ci il tarixli, qətnaməsi ilə (hakimlər: İ.K.Xəlilov (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və A.Q.Hüseynov; 2(103)-10816/2018) cavabdeh “Əmanətlərin Sığortalanması Fondu” nun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli qətnam əsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçılar İddiaçı1 və X3 cavabdeh “Əmanətlərin Sığortalanması Fondu”na qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “xxxx” ASC-nin Yasamal filialından (Ləğv prosesində olan) aralarında bağlanılan 27 avqust 2015-ci il tarixli ********* nömrəli Bank əmanət müqaviləsi üzrə 1500 ABŞ dolları əsas əmanət məbləğinin və həmin məbləğin illik 8.75 faiz məbləğinin və 27.08.2016-cı il tarixdən iddia verildiyi tarixədək 1500 ABŞ dolları əsas pul tələbinə dair müəyyən edilmiş 15 faiz dərəcəsinə əsasən hesablanmış 225 ABŞ dolları pul məbləğinin cavabdehdən tutulub İddiaçı1 ödənilməsi, cavabdeh “xxxx” ASC-nin Yasamal filialından (Ləğv prosesində olan) aralarında bağlanılan 18 fevral 2015-ci il tarixli ********* nömrəli Ban k əmanət müqaviləsi üzər 6535 ABŞ dolları əsas əmanət məbləğinin və həmin məbləğin illik 8.75 faiz məbləğinin və 18.02.2016-cı il tarixdən iddia verildiyi tarixədək 6353 ABŞ dolları pul məbləğinin cavabdehdən tutulub X2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 “xxxx” ASC-nin Yasamal filialı ilə arasında 27 avqust 2015-ci il tarixli ********* nömrəli Bank əmanət müqaviləsi bağlanılaraq 27.08.2015-ci il tarixdən 27.08.2016-cı il tarixədək 12 ay müddətinə illik 8.75 faiz olmaqla 1500 ABŞ dolları məbləği bank tərəfindın ondan qəbul edilmişdir.Onun tərəfindən banka qoyulmuş məbləğ 27.08.2016-cı il tarixdə geri götürülməsə də illik faiz məbləğləri tərəfindən qəbul edilmişdir. 27.08.2016-cı il tarixdə bankda qüvvədə olan faiz dərə cəsi müqavilə bağlanan zaman qüvvədə olan faiz dərəcəsinə uyğun olmasına baxmayaraq bank müqavilə bağlanan zaman nəzərdə tutulmuş mövcud şərtləri pozaraq 1500 ABŞ dollar əmanət məbləğini ona qaytarmaqdan imtina edir. Bu isə müqavilənin tələblərinin və şərtlərinin cavabdeh tərəfindən pozulması kimi qəbul olunmalıdır. X7 “xxxx ASC-nin Yasamal filialı ilə 18 fevral 2015-ci il tarixli ********* nömrəli Bank əmanət Müqaviləsi bağlayaraq 18.02.2015-ci il tarixdən 18.02.2016-cı il tarixədək 12 (on iki) ay müddətinə, illik 8.75 faiz olmaqla, 6 353 ABŞ dolları Bank tərəfindən ondan qəbul etmişdir. Tərəfindən banka qoyulmuş məbləğ 18.02.2016-cı il tarixdə geri götürülməsə də illik faiz məbləğləri tərəfindən qəbul edilmişdir. 18.02.2016-cı il tarixdə Bankda qüvvədə olan faiz dərəcəsi müqavilə bağlana n zaman qüvvədə olan faiz dərəcəsinə uyğun olmasına baxmayaraq Bank müqavilə bağlanan zaman nəzərdə tutulmuş mövcud şərtləri pozaraq 6353 ABŞ dolları əmanət məbləğini ona qaytarmaqdan imtina edir. Bu isə müqavilənin tələblərinin və şərtlərinin cavabdeh tərəfindən pozulması kimi qəbul olunmalıdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh Əmanətlərin sığortalanması Fondu kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944-cü, “Əmanətlərin Sığortalanması haqqında “Qanunun 1,3,4.1,4.1.4,8.1.20-ci, “Banklar haqqında“ Qanunun 71,72,76.1,77.1,77.8-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88,153.2.1,254, 261.0.1,405.0.1-ci maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki halları araşdırılmamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəmə kollegiyasının iclasında İddiaçı1 və vəkili X8 iclasında kassasiya şikayətin təmin edilməməsini xahiş etdilər. məhkəmə Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəm kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Az ərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad e tməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır.Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən “xxxx” ASC-nin 18 fevral 2015-ci il tarixli ********* nömrəli Bank əmanət müqaviləsinə əsasən X3 bankın depozit hesabına müqavilənin bağlandığı tarixdən 12 ay müddətinə yəni 18.02.2016-cı il tarixədək 8.75 faizlə 6353 ABŞ dolları məbləğində əmanət qoymuşdur. “xxxx” ASC-nin 27 avqust 2015-ci il tarixli ********* nömrəli Bank əmanət müqaviləsinə əsasən İddiaçı1 qızı bankın depozit hesabına müqavilənin bağlandığı tarixdən 12 ay müddətinə yəni 27 avqust 2016-cı il tarixədək 8.75 faiz 1500 ABŞ dolları məbləğində əmanət qoyulmuşdur. Qeyd olunan müqavilənin 6.2. bəndinə əsasən bank tərəfindən əmanətçidən bütün müvafiq valyutalarda qəbul edilmiş əmaətlər fond tərəfindən sığortalanır. Həmin müqavilələrin 6.6. bəndinə əsasən cəlb edildiyi gün Fond tərəfindən Mərəkəzi Bankla razılaşdırmaqla müəyyən edilmiş hədən, yəni 9% faizdən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Müqavilələrin 6.7. bəndinə əsasən Fond sığorta hadisəsi baş verdikdə əmanətçiyə əmanətin 100 faizi həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödəyir. “Əmanətlərin sığortalanması haqqınd a” Azərbaycan Respublikası Qanunun: - 2.1.2.6. maddəsinə əsasən depozitin cəlb edildiyi günə illik faiz dərəcəsi nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, iddiaçılar depozit müqaviləsi bağlanarkən əmanətlərini tam olaraq sığortalamışlar. Müqavilənin 6.1. bəndinə əsasən bank Əmanətlərin Sığortalanması Fondunun iştirakçısı olaraq Fonda sığorta haqqı ödəyir. Əmanətlərin tam sığortalanması haqqında Qanunun 3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır. Həmin Qanunun 4.1. maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcləri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Əmanətlərin sığortalanması haqqında Qanunun 2.1.2.6 əsasən cəl b etdiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlər hesab olunmur. Həmin qanunun 8.1.20-ci maddəsinə əsasən Fondun Himayəçilik Şurası qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edilir. Həmin norma “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununda 29 dekabr 2006-cı il tarixdə edilmiş dəyişiklik və əlavələrlə Qanuna daxil edilmişdir. İddiaçılar özlərinə məxsus olan vəsaiti 18 fevral 2015-ci il və 27 avqust 2015-ci il tarixlərdə depozitə qoymuşlar. Ona görə Əmanətlərin sığortalanması haqqında Qanunun 2.1.2.6. maddəsinə əsasən depozit yerləşdirilən günə, yəni cəlb edildiyi günə illik faiz dərəcəsi Qanunun 8.1.20. maddəsində nəzərdə tutulan dərəcəsinə uyğun olmuşdur. Beləki, X5 2013-cü ilin 01 avqust tarixli qərarı ilə illik faiz dərəcəsi 10 faiz, 24 fevral 2015-ci il tarixli qərarı ilə 12 faiz, 2016-cı il 02 mart tarixli qərarı ilə xarici valyutaar üzrə 3 faiz, milli valyuta ilə 15 faiz müəyyən edilmişdir.“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 2.1.2.6. maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 sentyabr 2018-ci il tarixli qərarında deyilir ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 2.1.2.6. maddəsinə görə, həmin Qanunun 8.1.20-ci madəsinə müvafiq olaraq əmanətin qorunan əmanət statusuna aid edilməsi üçün illik faiz dərəcəsi müəyyən edilmiş həddən artıq olmamalıdır. Göründüyü kimi iddiaçılar depozit yerləşdirərəkən onların razılaşıqları illik faiz dərəcəsi vəsaitin cəlb edildi vaxt qüvvədə olan vaiz dərəcəsindən xeyli aşağı olmuşdur. Tərəflər müqavilə münasibətlərinə girərək depoziti tam olaraq sığortalamışlar. Əvvəla, Əmanətlərin sığortalanması haqqında Qanunun 2.1.2.6. maddəsinə əsasən depozitin cəlb edildiyi günə illik faiz dərəcəsi nəzərdə tutulmuşdur. Depozit cəlb olunan vaxtda faiz dərəcəsi “Əmanətlərin sığortalanması haqqında” Qanunun 8.1.20-ci madəsinə uyğun olmuşdur. Bundan başqa, illik faiz dərəcəsi dəyişdikdən sonra müştərini bu barədə bank xəbərdar etməli və ona yeni müqavilə təklif etməlidir. Depozitin yerləşdirilməsi müqavilə yolu ilə həyata keçirilir. Depozitin illik faiz dərəcəsi həmin müqavilənin əsas şərtidir. Həmin şər tin dəyişməsi, qeyd olunan məsələ ilə bağlı yeni müqavilə bağlanmasını, müqavilənin şərtlərinin dəyişməsini ehtiva edir. Müqavilənin bağlanması və dəyişdirilməsi qaydası Mülki Məcəllə ilə nizama salmır. Bu ya tərəflərin razılığı ilə və yaxud, məhkəmənin qərarı ilə mümkündür. İşin mübahisəsiz halıdır ki, illik faiz dərəcəsi dəyişdikdən sonar bank müştəriyə belə bir təklif irəli sürmüşdür. Müştərinin illik faiz dərəcəsinin dəyişməsi barədə məlumatı olması halı qəbul edilsə belə, o, bank tərəfindən bu barəə xəbərdar olmamış, bağlanmış və qüvvədə olan müqaviləyə güvənərək hərəkət etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsinə istinadı əsaslı deyil. Ona görə də apellyasiya qaydas ında işə baxan məhkəmə kollegiyası haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsini qanunu və əsaslı hesab edərək onu dəyişdirmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: K assasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 08 oktyabr 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar