Məhkəmə qərarları › İş №2(102)-1456/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1456/2020

13.03.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1456/2020 13.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, İddiaçı, Cavabdeh vəkili X3 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-12333/2019 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)3172/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim V.Ş.Quliye v) İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” barədə iddiası qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq tərəflərin birgə nikahından xx xxxxx 2011-ci il tarixdə doğulmuş X6, xx xxxxxxxx 2008-ci il tarixdə doğulmuş xxx oğlu və xx xxxxxx 2007-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılaraq, hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 420 manat müəyyən edilməsi və iddia ərizəsinin qalan hissədə rədd olunması qət edilib. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Koll egiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-12333/2019 saylı qətnaməsi ilə (hakimlər A.Ə.Hüseyn sədrlik edən, məruzəçi, E.Q.Nəbiyev və R.Ə.Qurbanov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı “alimentin miqdarının artırılması” barədə iddia qaldıraraq, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılması və xx xxxxxx 2007-ci il tarixdə doğulmuş X5, xx xxxxxxxx 2008-ci il tarixdə doğulmuş xxx oğlu və xx xxxxx 2011-ci il tarixdə doğulmuş X1 üçün cavabdehdən onun xeyrinə hər ay, hər uşa ğa görə 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, üç uşağın saxlanılması üçün cavabdehdən hər ay, hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat alimentin tutulub iddiaçıya ödənilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizə si daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh vəkili xxx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, Cavabdeh vəkili xxxin izahatını dinləyib, kassasiya şikayətinin dəlillə rini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin ailə və maddi vəziyyətlərində dəyişikliyin olmasına, iddia əriz əsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Ailə Məcəlləsinin 112.1-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi halları ndan görünür ki, tərəflər ailə qurmuşlar və onların ər-arvad münasibətlərindən xx xxxxxx 2008-ci il tarixdə x xx xxxxxxxx 2008-ci il tarixdə x ə xx xxxxx 2011-ci il tarixdə x adlı üç uşaqları doğulub. Sonradan tərəflər ayrılmış və hər üç uşaqlar iddiaçının yanında qalmışlar. xx xxxx 2014-cü il tarixdə cavabdeh yenidən xxx ilə ailə qurmuş və onların birgə nikahından iki uşaqları doğulmuşdur. Hazırda iddiaçı, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq, üç uşağın saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay, hər uşağa görə 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində alimentin tutulmasını iddia etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nə ticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları tədqiq edib müəyyən etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən, həmin iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin alimentin məbləği və tutulması tarixində dəyişdirilməsi, uşaqlara görə tutulmalı olan alimentin miqdarının hər ay, hər uşağa görə 120 manat müəyyən edilməsi və alimentin tutulmasının hazırki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əs asən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun ola raq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş süb utları araşdırıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə işin faktiki hallarına, tərəflərin qarşılıqlı münasibətlərinə tam uyğundur və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi, prosessual hüquq normalarının tələbləri hazırki mülki mübahisəyə düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün valideynlərin aliment öhdəliklərinin yerinə yetirilməsinə cəlb edilmələri və bu zaman uşaqların maraqlarını və mənafelərini əks etdirən bütün diqqətəlayiq halların nəzərə alınması, xüsusilə atanın bir valideyn kimi uşaqlarının maddi cəhətdən təmin edilməsinə d aha aktiv şəkildə cəlb edilməsi zəruridir. Çünki, alimentin miqdarının artırılması və artırılması zamanı əsas meyar kimi uşağın maddi təminatının normal səviyyədə təmin edilməsi təşkil etməlidir. Digər tərəfdən, alimentin miqdarının dəyişdirilməsi məsələsi mübahisələndirilən zaman əsas meyar kimi tərəflərin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması əsas götürülməlidir. Birinci instansiya məhkəməsi alimentin miqdarını artıran zaman uşaqların tərbiyəsində və saxlanılmasında ananın üzərinə daha çox yükün düşməsini, habelə tərəflərin maddi vəziyyəti ilə əlaqədar halları tam nəzərə almışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının yanında yaşayan uşaqların maddi tələbatı h əqiqətən kifayət qədər artmışdır. Ona görə də işə baxan məhkəmələr düzgün olaraq qeyd etmişlər ki, aliment ödəyən əmək qabiliyyətli cavabdehin qazancının aşağı olması, onun yenidən başqa qadınla ailə qurması və ondan da iki uşağının doğulması, onu əvvəlki nikahdan doğulmuş üç uşağını saxlamaq və onlara qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat ödəmək vəzifəsindən azad etmir. Belə ki, “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci hissəsinə əsasən, ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 160 manat müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdırıb, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarını nəzərə a lıb hesab edir ki, alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının xərclərinin artması, yəni uşaqların böyüməsi, maddi, mənəvi qayğılarının artması, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi halları və işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmış və sadalanan maddi hüquq normalarının tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilmişdir. Kassasiya instansiyası məhkəməsi eyni zamanda hesab edir ki, cavabdehin başqa qadınla ailə qurması, ondan da iki uşağının doğulması, həmçinin onun xx xxxxxx 2019-cu il tarixdən “xxxx” MMC gözətçi vəzifəsində işləməklə hər ay 300 manat əmək haqqı alması, onun əvvəlki nikahdan doğulmuş üç uşağına minimum dolanacaq xərclərindən az məbləğdə aliment ödəməsi üçün əsas ola bilməz. Çünki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. İddiaçının özünün Azərbaycan Dövlət Pedaqoji Universitetində xarici dillər kafedrasında baş müəllim vəzifəsində işləməsi və hər ay 750 manat əmək haqqı almasına gəlincə isə, kassasiya instansiyası məhkəməsi he sab edir ki, bu hal da alimentin miqdarının artırılmaması üçün əsas ola bilməz. Belə ki, cavabdehin hər ay cəmi ödəyəcəyi 420 manat və üstəgəl iddiaçının hər ay aldığı 750 manat əmək haqqı üç uşağın bir ay ərzində normal yaşaması, qidalanması və sair minimum dolanacaq xərcləri üçün yetərli deyil və hazırki vaxtda üç uşağın normal yaşaması üçün kifayət qədər vəsait tələb olunur və bu gün uşaqların bütün əziyyətini iddiaçı çəkir. Beləliklə də, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni, əsaslı sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən və iş üzrə qətnamə qəbul edərkən maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir və işdə, apellyasiya instansiyası m əhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanuni əsaslar yoxdur. Ona görə də kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-12333/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar