Məhkəmə qərarları › İş №2(102)-1458/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1458/2019

11.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1458/2019 11.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1458/2019 11 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, İddiaçı və cavabdeh Ləğv prosesində olan "Bank Standard" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili ***nıniştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.09.2018-ci il tarixli, 2(103)-8357/2018 nömrəli qətnaməsindən cavabdeh Ləğv prosesində olan "Bank Standard" KB -nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Ləğv prosesində olan "Bank Standard" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19.05.2011-ci il tarixli qətnaməsinə əsasən 02 avqust 2007-ci il tarixli, KMFŞ ********** saylı kredit müqaviləsi üzrə öhdəliklərə xitam veıilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim A.İ.Paşayev) 18 iyul 2017-ci il tarixli, 2(006)4788/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, tərəflər arasında bağlanmış 02 avqust 2007-ci il tarixli, KMFŞ ********** saylı kredit müqaviləsi üzrə iddiaçının öhdəliklərinə xitam verilmiş hesab olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: A.Q.Hüseynov, X.A.Cəmilova və İ.K.Xəlilov) 21 noyabr 2017-ci il tarixli, 2(103)-11174/2017 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: A.K.Kalbalıyev, V.Ə.İbayev və Ə.Ə.Əliyev) 18 may 2018-ci il tarixli, 2(102)-3165/2018 saylı qərarı ilə cavabdeh Ləğv prosesində olan "Bank Standard" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilərək və iş yenidən baxılm ası üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: T.S.Səmədov, İ.S.Şirinov və E.C.Kazımov) 27 sentyabr 2018-ci il tarixli, 2(103)-8357/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Ləğv prosesində olan "Bank Standard" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh Ləğv prosesində olan "Bank Standard" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiya sının 27.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin qanunun tələbindən aydın olur ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımadığından əmlakın girovdan azad olunması borclunun kredit borcu üzrə öhdəliklərini yerinə yetirməsi demək deyil. İddiaçı qətnamə üzrə borcu 33.520,90 manat olduğu halda onun 23.560 manat məbləğində ödəniş etməsi onun kredit borcu üzrə öhdəliklərini tam yerinə yetirməsi demək deyil. Bank öz müştərisinə güzəşt edərək qətnamə üzrə borcun əsas və faiz məbləğinin ödədikdən sonra onun əmlakını girovdan azad etməsi, borclunun öhdəliklərinin tam yerinə yetirilməsi anlamına gəlməməlidir. İddiaçı, Bakı şəhəri Qaradağ Məhkəməsinin 2(002)-495/2011 saylı 19 may 2011-ci il tarixli qətnaməsi üzrə hal-hazırda 9.960,90 manat məbləğində borcu mövcüddur. Bakı Apellyasiya Məhkəməsi öz qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə əsaslanaraq qeyd etmişdir ki, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası nəticəsində xitam verili r. X4 oğlunun kredit borcu üzrə öhdəlikləri tam yerinə yetirilmədikdən öhdəliyin icrasına xitamdan söhbət gedə bilməz. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdeh Ləğv prosesində olan "Bank Standard" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili *** kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə AR MPM-nin 67-ci maddəsinə uyğun olaraq işə onun izahatı alınmadan baxılmışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 27.09.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18 iyul 2017-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış 02 avqust 2007-ci il tarixli, KMFŞ ********* nömrəli kredit müqaviləsinə əsasən, Bank borcalana illik 18% dərəcəsi ilə 60 ay müddətinə 30000 manat kredit vermiş, kreditin təminatı olaraq Bakı şəhəri, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, ev 7, 113 saylı mənzil eyni tarixli və nömrəli ipoteka müqaviləsi ilə Bank qarşıs ında yüklü edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(002)-495/2011 saylı, 19 may 2011-ci il tarixli qətnaməsinə əsasən, cavabdehlər İddiaçı, X1 və X2 müştərək qaydada 13486,95 manat əsas, 10033,31 manat faiz, 10000 manat cərimə borcu olmaqla, ümumilikdə 33520,9 manat borcun və 20 manat dövlət rüsumunun tutularaq Bankın xeyrinə ödənilməsi, həmin məbləğin ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi qət edilmişdir. 27 iyul 2011-ci il tarixli, TTl ********* nömrəli qəbzin surətinə əsasən, İddiaçı kreditin ödənilməsi üçün QSC Cavabdeh-nin kredit şöbəsinə 23.560,00 manat məbləğində vəsaiti mədaxil etmişdir. QSC Cavabdeh tərəfındən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 23 avqust 2011-ci il tarixli, SH-02/106 nömrəli məktubun surətin ə əsasən, QSC Cavabdeh-nin "Sahil" fılialı ilə İddiaçı arasında bağlanmış 02.08.2007-ci il tarixli, ********** saylı Kredit müqaviləsi üzrə kredit öhdəliklərinin bank qarşısında tam olaraq yerinə yetirilməsi bildirilmiş, bununla əlaqədar 02 avqust 2007-ci il tarixli, ********** saylı İpoteka müqaviləsi üzrə İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 113 nömrəli mənzilin özgəninləşdirilməsinə qoyulmuş qadağanın götürülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfındən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının ünvan 3 ünvanlanmış 25 yanvar 2017-ci il tarixli, **********88 nömrəli məktuba əsasən, ünvan 2 ünvanında yerləşən 113 nömrəli mənzilinə dair 10.08.2007-ci il tarixdə aparılmış ipotekanın dövlət qeydiyyatı QSC Cavabdeh-nin "Sah il" fılialının 106 saylı, 23 avqust 2011-ci il tarixli məktubuna əsasən 01 sentyabr 2011-ci il tarixdə ləğv edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianın qanuni əsaslarını aşağıdakı kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıl arı arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı tərəfındən kredit müqaviləsi üzrə cavabdeh QSC Cavabdeh qarşısında götürülmüş öhdəlik lazımınca icra olunduğu üçün onun 02 avqust 2007-ci il tarixli, KMFŞ ********** saylı kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilmiş hesab olunmasını qət etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaəti prosessual qanunvericiliyin tələblərinə zidd hesab edərək, aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi akt lara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. İstinad edilən prosessual normalardan göründüyü kimi, yazılı sübut yalnız onun əslinin və yaxud müvafiq qaydada təsdiq edilmiş surətinin təqdim edildiyi halda sübut qismində qiymətləndirilə bilər. Apellyasiya i nstansiyası məhkəməsi isə iddiaçı tərəfindən öhdəliyin icra edilməsi qənaətinə iddiaçı tərəfin təqdim etdiyi sənədlərin surətləri əsasında gəmişdir ki, bu da prosessual qanunvericiliyə ziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Odur ki, iş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı qanunvericiliyin tələb etdiyi yuxarıda qeyd edilən halların araşdırılması zərurəti olduğundan, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üç ün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Ləğv prosesində olan "Bank Standard" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin e dilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.09.2018-ci il tarixli, 2(103)8357/2018 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Hacıyev Sənan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar