Məhkəmə qərarları › İş №2(102)-1459/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1459/2019

23.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1459/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 sentyabr 2018-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 oktyabr 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 iyun 2017-ci il tarixli qətnaməsi ilə (hakim A.Qasımov, iş № 2(008)-3211/2017 saylı mülki iş) iddia tələbi t əmin edilərək, iddiaçı “xxxx” Bank ASC ilə Cavabdeh2 arasında bağlanmış 25 iyun 2015-ci il tarixli kredit müqaviləsinə görə cavabdehlərdən müştərək qaydada 4854,63 ABŞ dolları məbləğində əsas borcun, 1113,73 ABŞ dolları məbləğində faiz borcunun, cəmi 5968,36 ABŞ dolları pul məbləğinin və 21 manat dövlət rüsumunun “xxxx bank” ASC-yə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Xəlilov (sədrlik edən, məruzəçi), İ.Kərimli və X.Cəmilova, 2(103)-8331/2018 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 iyun 2017-ci il tarixli qətnaməsi cavabdehlərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları Sabunçu Rayon Məhkəməsinin 31 oktyabr 2016-cı il tarixli 2(008)-14922/16 saylı məhkəmə əmri ilə İddiaçı ASC-nin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit müqaviləsinə görə pul tələbinə dair ərizəsi təmin edilmiş və Cavabdeh2 ilə bağlanmış 25 iyun 2015-ci il tarixli, 10/1230/KİK» saylı kredit müqaviləsinə əsasən cavabdehlərdən müştərək qaydada 4854,63 ABŞ dolları məbləğində əsas borcun, 1113,73 ABŞ dolları məbləğində faiz borcunun, cəmi 5968,36 ABŞ dolları və 21 manat dövlət rüsumunun İddiaçı ASC-yə tutulması qərara alınmışdır. Sabunçu Rayon Məhkəməsinin 03.02.2017-ci il tarixli qərardadı ilə Sabunçu Rayon Məhkəməsinin 31 oktyabr 2016-cı il tarixli 2(008)-14922/16 saylı məhkəmə əmri ləğv edilərək iddia icraatına keçirilmişdir. İddiaçının nümayəndəsi X1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 10/1230/KİK saylı 2 5 iyun 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 25 faiz hesablanmaqla 7000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit alanın bank qarşısında ötürdüyü pul öhdəliyinin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün Cavabdeh3 və Cavabdeh1 ilə zaminlik müqavilələri imzalanmış və sonuncular həmin müqaviləyə əsasən borc alanın öhdəliklərinə görə birgə məsuliyyət daşımalarını üzərinə götürmüşlər. Cavabdeh2 kredit müqaviləsinin şərtlərinə əməl etməyərək öhdəliklərini icra etməmiş və nəticədə onun 21 oktyabr 2015-ci il tarixə 4854,63 ABŞ dolları məbləğində əsas, 1113,73 ABŞ dolları məbləğində faiz borcu hesablanmışdır. Cavabdehlərə edilmiş xəbərdarlıqlara baxmayaraq, sonuncu öhdəliklərini icra etməmişdir. Bunlara əsasən iddiaçının nümayəndəsi Azər baycan Respublikası Mülki Məcəlləsinin 739, 385.1, 442.1, 4427,4; 449-cu madıdələrinə istinad edərək iddianın təmin edilməsi və 25 iyun 2015-ci il tarixli, 10/1230/KİK saylı kredit müqaviləsinə əsasən cavabdehlərdən müştərək qaydada 4854,63 ABŞ dolları məbləğində əsas borcun, 1113,73 ABŞ dolları məbləğində faiz borcunun, cəmi 5968,36 ABŞ dolları pul məbləğinin və 21 manat dövlət rüsumunun İddiaçı ASC-yə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qə bul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əs asən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında kredi t və zaminlik müqavilələrinin bağlanması, vəsaitin verilməsi, borclunun müqavilə öhdəliklərinə riayət etməməsi işin mübahisəsiz hallarıdır, cavabdehlər qətnaməni ümumi borc məbləğinin artıq hesablanması hissəsində mübahisələndirmişlər. Məhkəmə kollegiyası cavabdehin kredit müqaviləsi üzrə borc məbləğinin artıq hesablanılması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, iş materiallarında olan hesabdan çıxarışdan məlum olmuşdur ki, ödənişlər müqavilə şərtlərinə uyğun olaraq silinmiş, cavabdeh tərəfindən edilmiş ödənişlərin və borcun düzgün hesablanılmamasına ehtimal verən hallar olmamışdır. Cavabdeh borc məbləğinin düzgün hesablanmaması barədə heç bir sübut təqdim edə bilməmiş, sadəcə formal əsaslar gətirməklə qətnamənin əsassız olduğunu qeyd etmişdir. Cavabdehin borcunun müqavilə şərtl ərinə uyğun olaraq hesablanması iş materiallarında olan maliyyə sənədləri ilə təsdiq olunduğundan və əksini ehtimal edən halları göstərən sübut təqdim olunmadığından məhkəmə cavabdehin bu dəlilini əsassız saymışdır. Bundan başqa, ölkədə baş verən devalvasiya ilə bağlı cavabdehə hər-hansı güzəşt edilməsi bankın müstəsna hüququdur. Tərəflər bununla bağlı məhkəmədənkənar qaydada istənilən razılığa gələ bilərlər. Lakin bankın belə güzəşt etməkdən imtina etməsi hazırkı iddianın rədd edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad et diyi halları sübut etməlidir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlərə münasibətdə dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 03 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar