Məhkəmə qərarları › İş №2(102)-1459/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1459/2021

09.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1459/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı “əmək funksiyası ilə əlaqədar dəymiş maddi ziyanın və dövlət rüsumunun tutulması” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: maddi ziyan tələbi, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-783/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfində n verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı MMC ilə Cavabdeh arasında xx xxxx 2016-cı il tarixli əmək müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-yə satış şöbəsinin ticarət nümayəndəsi vəzifəsinə işə qəbul edilmişdir. Eyni zamanda həmin tərəflər arasında Cavabdeh öhdəlik götürməsi və cəmiyyətin əmlakının qorunması, satılması və əldə olunmuş pul vəsaitinin vaxtında yığılıb cəmiyyətə ödənilməsi ilə əlaqədar tam maddi məsuliyyət daşıması barədə müqavilə bağlanmışdır. İddiaçı MMC-nin xx xxxxxx 2016-ci il tarixli əmri ilə Cavabdeh ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı MMC-nin Satış Nəzarət - Təftiş Şöbəsi tərəfi ndən tərtib edilmiş xx.xx.2016-cı il tarixli akta əsasən ticarət nümayəndəsi Cavabdeh iştirakı ilə onun fəaliyyətinin yoxlanmasını, ona etibar edilmiş maddi sərvətlər üzrə hesabatın müəyyən edilməsi (inventarizasiyanın aparılmasını) üzrə təftiş aparılmış və onun hesabında 41248,05 manat əskik gəlmə aşkar olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək funksiyası ilə əlaqədar öhdəsində olmuş maddi sərvətlərin çatışmazlığı ilə iddiaçıya vurduğu 38464.70 manat zərəri, vaxtında ödəmədiyinə görə gecikdirdiyi vaxt üçün illik 5% olmaqla, cəmi 2783.35 manat faiz pulu, cəmi 41248,05 manat məbləğində ziyan və 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutul ması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh MMC-yə işə qəbul olunmaq üçün ərizə ilə müraciət etmişdir. Əmək və mülki məcəllələrin tələblərinə uyğun olaraq onunla müvafiq qaydada öhdəlik götürməsi və cəmiyyətin əmlakının qorunması, satılması və əldə olunmuş pul vəsaitinin vaxtında yığılıb cəmiyyətə ödənilməsi ilə əlaqədar tam maddi məsuliyyət daşıması barədə müqavilə bağlanmışdır. Cavabdeh Nəsimi rayonu ərazisində yerləşən satış nöqtələri ilə işləmişdir. Həmin satış nöqtələri ilə birbaşa əlaqədə olan cavabdeh müştərilərdən istədikləri sifarişləri qəbul edib İddiaçı MMC-nin mərkəzi ofisinə göndərir, ofis isə sifarişi qəbul edib, dərhal həmin qida məhsullarını onun sifariş etdiyi ünvanlara göndərir, 30 gün ərzində satışdan əldə olun an pul vəsaitlərini şirkətin xəzinəsinə ödəyirdi. Lakin öhdəliyə əməl etməmiş və fəaliyyəti öz ərizəsinə əsasən dayandırılaraq xx.xx.2016-ci il tarixdə işdən azad olmuşdur. İşlədiyi müddət ərzində cəmiyyətdən 73386.30 manat dəyərində mal almış, 35290.94 manat cəmiyyətin xəzinədarlığına pul ödəmiş, 2870.82 manat dəyərində mallar geriyə qaytarmış, 4861.79 manat mühasibat üzrə artma olmuş, 435 manat məbləğində endirim olunmuş, müştərilərdə qalan məbləğ 1065.83 manat, üzləşmə zamanı təsdiqlənməyən məbləğ isə 120.80 manat olmuşdur. Qalıq məbləğ 38464,70 manat təşkil edir. Fəaliyyət göstərdiyi ərazidə olan pul qalıqlarının yığılması üçün ona 1 ay müddət verilmişdir. Ancaq o, müqavilə şərtlərinə əməl etməmiş, nəticədə balansında qalan pul vəsaitini şirkətə təhvil vermədiyindən MMC-nə 38464.70 man at məbləğində zərər vurmuşdur. Bundan əlavə, cavabdeh vurduğu 38464.70 manat zərəri vaxtında ödəməyərək gecikdirdiyi üçün illik 5% olmaqla, cəmi 2783.35 manat faiz pulu hesablanaraq əsas vurduğu zərərin üzərinə əlavə edilərək ümumilikdə 41248.05 manat zərər hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Kamran Əsədov) xx xxxx 2018-ci il tarixli 2(001)-5784/2018 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi yuxarıda sadalanan sübutlarla iddianın əsaslı olduğu qənaətinə gəlmiş, məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199.1, 200.1, 202.1, 205.2, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1cü maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə Bakı şəhəri Binəqə di Rayon Məhkəməsinin 2(001)-5784/2018 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək təqdim edilmiş sübutlar əsasında yeni qətnamə qəbul edilməsi xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə xətşünaslıq və məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, məhkəmə xətşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli rəyi ilə mülki işin 2-ci cildinin bütün vərəqlərində və 3-cü cildinin 42-52,65- 69,72-73, 76-78,122-134-cü vərəqələrində olan qaimə faktura və kassa mədaxil orderlərindəki imzaların Cavabdeh tərəfindən icra olunub-olunmaması araşdırılmış və ekspertizaya təqdim edilən çoxsaylı qaimə faktura və kassa mədaxil orderlərindən 174-də ki imzaların ca vabdeh tərəfindən yox başqa şəxs tərəfindən imzalandığı, 35 sənəddəki imzanın kim tərəfindən icra edilməsinin müəyyən etməyin mümkün olmadığı, həmçinin bir sıra sənədlərin əsilləri təqdim edilmədiyindən, bəzi sənədlərdə isə imzalar olmadığından həmin sənədlər üzrə tədqiqatın aparılmadığı göstərilmişdir. Məhkəmənin qərardadı əsasında keçirilmiş Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməmühasibatlıq ekspertizasının xx xxxx 2019-cu il tarixli 2725 saylı rəyinə əsasən Cavabdeh xx.xx.2017-ci il tarixdə 152,30 manat məbləğində pul vəsaitinin müəssisənin kassasına ödənilməsi nəzərə alınmaqla İddiaçı MMC-nin ticarət nümayəndəsi Cavabdeh hesabında 38464,70 (38617,00152,30) manat satış pulu çatışmazlığı müəyyən edilir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Raqib Qurbanov - sədrlik e dən və məruzəçi, Etibar Nəbiyev və Aida Hüseyn) 2(103)-783/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5784/2018 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh qanunazidd hərəkətləri ilə İddiaçı MMC-yə 38464,70 manat məbləğində maddi zərər dəyməsi iş üzrə keçirilmiş məhkəmə ekspertizası rəyi ilə təsdiq olunur. Həmin rəyin qeyri-dəqiq olması qənaətinə gəlməsi üçün isə heç bir əsas mövcud deyildir. Qeyd olunanları, eyni zamanda tərəflər arasında tam maddi məsuliyyət daşıma barədə müqavilə bağlandığını nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı 38464,70 ma nat məbləğində zərərin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Həmçinin kollegiya Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesab etmişdir ki, əsas borca illik 5 faizlə hesablanmış faiz borcunun tutulması barədə tələblər də əsaslıdır. Cavabdehin istinad etdiyi dəlilləriisə məhkəmə əsassız hesab edərək göstərmişdir ki, o, öz etirazının əsası kimi istinad etdiyi halların təsdiqi barədə sübutları təqdim etməmişdir. Məhkəməxətşünaslıq ekspertizasının xx xxxx 2019-cu il tarixli 2606 saylı rəyi isə cavabdehin istinad etdiyi halları təsdiq etmir. Belə ki, həmin rəyə əsasən bir sıra (rəyin nəticə hissəsinin 2-ci bəndində sadalanmış) qaimə faktura və kassa mədaxil orderlərindəki imzalar cavabdehə məxsus deyil. Lakin kollegiya qeyd edir ki, hazırkı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası rəyi məhkəməxətşünaslıq ekspertizası rəyindən sonra, yəni onun nəticəsi nəzərə alınmaqla verilmişdir. Bundan başqa həmin sənədlərin çox hissəsində (c.2 i/v 2, 16, 21, 26, 52, 56, 72, 110, 112, 114, 116, 158, 160, 163, 200, 204, 210, 250, 252, 254, 300, 302, 304 və s.) cavabdehin adindan ümumiyyətlə imza edilməmişdir. Halbuki ekspert qarşısında yalnız cavabdehin adından olan imzaların onun özü tərəfindən icra olunub-olunmamasının müəyyən edilməsi sualı qoyulmuşdur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh apellyasiya icraatı zamanı iddia tələbinə etiraz edərək göstərmişdir ki, iddiaçının təqdim etdiyi hesab üzrə borc cədvəlini, satış hesabat cədvəllərini, qarşılıqlı üzləşmə aktlarını birtərəfli qaydada, iddiaçı tərəfindən onun imzaları saxtalaşdırmaqla təqdim edilmişdir. Satış obyektlərindən geri qaytarılan malların dəyəri əsassız olaraq onun vurduğu ziyan kimi göstərilmişdir. Müddəti ötmüş qida məhsulları və müddəti ötməmiş malların siyahı sı dəyərləri ilə birlikdə 20 səhifədə olan satış cədvəllərində göstərilmişdir. Həmin satış cədvəllərində cavabdehin saxtalaşdırılmış imzaları ilə üzləşmə aktlarında göstərilənlər hesablanaraq çatışmamazlıq kimi səhv məlumatlar auditə verilmiş və həmin çatışmamazlıqları onun tərəfindən MMC-nə vurulan ziyan kimi auditorun rəyində göstərmişdir. Lakin cavabdeh həmin malları (əsassız olaraq ziyan kimi ona aid edilən) MMC-in anbarına qaimə ilə təhvil vermişdir. xx xxxxxx 2016-cı il tarixdə işdən çıxdığı vaxtdan 2016-cı ilin sonunadək iddiaçı ilə aralarında qarşılıqlı hesablamalar aparılmışdır. Lakin bu hesablaşmaların nəticələri məhkəmədə nəzərə alınmamışdır. Belə ki, xx.xx.2016-cı il tarixli “xxxx” cədvəlində göstərildiyi kimi, cavabdehin MMC-nə təhvil vermədiyi istifadə müddəti bitmiş və müd dəti bitməmiş qida məhsullarının ümumi dəyəri ilə birlikdə 23.612,09 manat borcu yaranmışdır. Ondan istifadə müddəti ötmüş və istifadə müddəti ötməmiş mağazalardan qaytarılan və mağazalarda saxlanılmaqla hesabata daxil edilməmiş qida mallarının dəyəri 14.800,0 manat, cəmiyyətin maliyyə işləri üzrə meneceri X marketlərdən onun əvəzinə götürdüyü pulun miqdarı 6.820,0 manat olduğu halda, onun MMC-nə olan borcu 23.612,0914.800,0-6.800,0 = 2012,09 manat təşkil edir. MMC-in meneceri X cavabdehin əvəzindən pulun yığılmasını MMC-in işçiləri A, Z və digərləri təsdiq edir. Bu barədə cavabdeh dəfələrlə rəhbərliyə məlumat vermiş, sms-lər yazmış, lakin buna əhəmiyyət verilməmiş, heç bir tədbir görülməmişdir. Apellyasiya icraatı zamanı iki növ ekspertiza keçirilmişdir. Onlara istinad edən apellyasiya mə hkəməsi göstərmişdir ki, xx xxxx 2019 il tarixli, 2725 saylı məhkəmə-mühasibatlıq ekspert rəyi ilə cavabdehin 38.464,70 manat çatışmamazlıq təsdiq edilir. xx xxxx 2019 il tarixli, 2606 saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə cavabdehin istinad etdiyi hallar təsdiq edilmir. Həmin rəyin nəticə hissəsinin 2-ci bəndində göstərilib ki, qaimə faktura və kassa mədaxil orderlərindəki imzalar cavabdehə məxsus deyil. Lakin qeyd edilir ki, hazırki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası rəyi xətşünaslıq ekspertizası rəyindən sonra, yəni onun nəticəsi nəzərə alınmaqla verilmişdir. Apellyasiya məhkəməsi əlavə olaraq göstərmişdir ki, sənədlərin çox hissəsində cavabdehin adından ümumiyyətlə imza edilməmişdir. Beləliklə, apelyasiya instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi ekspert rəylərinin tədqiqində və onların qiymətləndirilməsində səhvə yol vermişdir. Bu yanlışlıq isə qanunsuz qətnamə ilə nəticələnmişdir. İddiaçı tərəfindən dəvət olunan auditin verdiyi rəyin mötəbərliyinə məhkəmədə tənqidi yanaşılmamışdır, digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməmişdir. Xətşünaslıq ekspertizanın rəyi ilə (nəticənin 2-ci və 3-cü bəndləri) xeyli sayda əhəmiyyətli sənədlərdəki imzaların cavabdeh tərəfindən icra edilmədiyi göstərilib. Apellyasiya instansiyası məhkəməsinin bu ekspertizanın mühasibatıq ekspertizasından əvvəl aparıldığı üçün nəticələrinin sonuncu ekspertizada nəzərə alındığına dair fikri yanlışdır, məhkəmə baxışı prinsiplərinə ziddir. Məhkəmə bu nəticəsini mühasibatıq ekspertizası rəyin də bunun konkret olmasına, yəni nəzərə alınmasına istinad etmədən, sadəcə məntiqi mülahizə şəklində göstərmişdir. Halbuki, mühasibatıq ekspertizasının rəyində xətt üzrə ekspertizanın rəyinin nəzərə alındığı göstərilmir, deməli nəzərə alınmayıb. Beləliklə, apellyasiya instansiya məhkəməsi prosessual qanunvericiliyin sübutların qiymətləndiriləsi, obyektivlik və hərtərəfli araşdırma tələblərini pozmuşdur. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh və vəkili Vəkil iş üzrə verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə d ə, o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: Maddə 191. əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Maddə 191.2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar o lduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 199-cu maddəsinin 1-ci hissəsinin “a” bəndi. İşçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Maddə 205-ci maddəsinin 2-ci bəndi. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmə k haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcbu ri deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3 Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmam asına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunm uş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi zamanı prossesual hüquq normalarının tələbləri pozulduğuna görə qətnamə ləğv edilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi ekspert rəylərini işdə olan digər sübutlarla birgə qiymətləndirməmişdir. Belə ki, Apellyasiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə xətşünaslıq və məhkəmə mü hasibatlıq ekspertizası təyin edilmiş, məhkəmə xətşünaslıq ekspertizasının qarşısında mülki işin 2-ci cildinin bütün vərəqlərində və 3-cü cildinin 42-52,6569,72-73, 76-78,122-134-cü vərəqələrində olan qaimə faktura və kassa mədaxil orderlərindəki imzaların Cavabdeh tərəfindən icra olunub-olunmamasının araşdırılması, məhkəmə-mühasibatlıq ekspertizasının qarşısında isə işi 2-ci və 3-cü cildində olan mühasibatlıq sənədlərinə əsasən cavabdehin öhdəsində hər hansı məbləğdə satış pulunun çatışmazlığının aşkar edilməsi sualı qoyulmuşdur. Məhkəmə xətşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli rəyi ilə ekspertizaya təqdim edilən çoxsaylı qaimə faktura və kassa mədaxil orderlərindən 174-də ki imzaların cavabdeh tərəfindən yox başqa şəxs tərəfindən imzalandığı, 35 sənəddəki imzanın kim tərəfind ən icra edilməsinin müəyyən etməyin mümkün olmadığı, həmçinin bir sıra sənədlərin əsilləri təqdim edilmədiyindən, bəzi sənədlərdə isə imzalar olmadığından həmin sənədlər üzrə tədqiqatın aparılmadığı göstərilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxx 2019-cu il tarixli 2725 saylı rəyinə əsasən Cavabdeh xx.xx.2017-ci il tarixdə 152,30 manat məbləğində pul vəsaitinin müəssisənin kassasına ödənilməsi nəzərə alınmaqla İddiaçı MMC-nin ticarət nümayəndəsi Cavabdeh hesabında 38464,70 (38617,00-152,30) manat satış pulu çatışmazlığı müəyyən edilmişdir. Lakin həmin rəyin təsviri hissəsindən görünür ki, ekspert təqdim olunmuş iş materiallarında olan borc qalığına dair aylıq üzləşdirmə aktları, balans və mühasibat proqramı məlumatlarına əsasən anbardan götürülmüş malların miqdarı, kassaya təh vil verilmiş satış pullarının məbləği, anbara qaytarılmış malların miqdarı müəyyən edilməklə, bu nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə-mühasibatlıq ekspertizası keçirilərkən borcun hesablanması zamanı xx.xx.2019-cu il tarixli xətşünaslıq ekspertizasının rəyi ilə imzaların cavabdehə məxsus olmadığı və ya imzaların kimə məxsusluğu müəyyən edilməmiş, həmçinin imzalanmamış və əsilləri olmayan mühasibatlıq sənədlərinin nəzərə alınıb-alınmadığı həmin ekspert rəyindən görünmür. Belə olan təqdirdə, apellyasiya məhkəməsinin yalnız iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası rəyinin xətşünaslıq ekspertizası rəyindən sonra verilməsinə istinad edərək, həmin rəyin nəticəsi nəzərə alınmaqla verilməsi barədə gəldiyi qənaət əsassız olmuş, ekspert rəyləri digər sübutlarla yanaşı qiymə tləndirilməmiş və bununla da, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 88-ci maddəsinin tələbləri pozulmuşdur. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o va xt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-783/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İşə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar