Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-146/2022 07.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-146/22 (Açar sözlər: borc tələbi, tələbin ipoteka predmetinə yönəldilməsi, kredit məbləği ilə bağlı ekspert rəyi) Bakı şəhəri, 07 fevral 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən oğlundan tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sığortalanması Fondunun vəkili Vəkil2 iştirakı ilə, Ləğve dicisi Əmanətlərin İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit məbləğinin geri qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-662/2021 nömrəli, 15 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı ASC-nin kassasiya şikayətinə 07 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx"ASC-nin “Nəsimi” filialı ilə cavabdeh Cavabdeh1 arasında bağlanmış 09 oktyabr 2014-cü il tarixli 1196/14 №-li kredit müqaviləsinə əsasən avtomobil almaq məqsədilə sonuncuya illik 23 faizlə 24 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit veril mişdir
2. Cavabdeh2 da 09 oktyabr 2014-cü il tarixli zaminlik müqaviləsi ilə həmin kredit müqaviləsinə zamin durmuşdur.
3. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh1 məxsus **FL-*** dövlət qeydiyyat nişanlı, 2005-ci il buraxılışlı, ağ rəngli “Mercedes Benz 0403 Avtobus” markalı avtomobil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
4. Tərəflər arasında 11.09.2017-ci il tarixdə əlavə razılaşma bağlanmışdır. Razılaşmasının 1.1-ci bəndinə görə 1196/14 saylı, 09.10.2014-cü il tarixli Kredit müqaviləsi üzrə qalıq borc məbləği 16877.34 ABŞ dolları təşkil edir və 24 aylıq ödəniş qrafiki əsasında Borcalan tərəfindən Kreditora 1 USD - 1.40 AZN məzənnəsi əsas götürülməklə ödənilir. a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lə ğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 09 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 18934.94 ABŞ dolları əsas, 5547.94 ABŞ dolları faiz və 2871.02 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 27353.9 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması; cavabdehlərdən tutulmalı olan məbləğin ipoteka ilə yüklü edilmiş və Cavabdeh1 mülkiyyətində olan ** FL *** dövlət qeydiyyat nişanlı, 2005-ci il buraxılışlı, ağ rəngli MERCEDES BENZ 0403 AVTOBUS minik markalı (mühərrik: **********2543, ban:) avtomobilin açıq hərrac vasitəsilə satılması hesabına ödənilməsi; ipoteka ilə yüklü edilmiş əmlakın satışından eldə edilmiş məbləğ borc mə bləğinin yönəldilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin ümumi qaydada cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 bank qarşısındakı kredit öhdəliklərini lazımınca yerinə yetirməmişdir.
7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 317.1, 442, 448.1, 465.2, 472.1, 501-ci, “İpoteka haqqında” Qanunun 4, 34.1.1, 34.1.3 və 39.1-ci maddələrinə istinad etmişdir.
8. Cavabdeh1 iddiaya etiraz edərək göstərib ki, bank ləğv edilməmişdən əvvəl bağlanmış əlavə razılaşmanı nəzərə almayıb.
9. Cavabdeh2 da eyni məzmunda iddiaya etiraz edib.
10. Cavabdeh1 vəsatəti əsasında birinci instansiya məhkəməsi 15 noyabr 2019-cu il tarixli qərardadla məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, ekspertin qar şısında kredit müqaviləsi üzrə öhdəliklərə dair 11 sentyabr 2017-ci il tarixli Razılaşmaya əsasən borcun məbləği barədə suallar qoyulmuşdur.
11. Məhkəmə Ekspertizası Mərkəzinin 28 yanvar 2020-ci il tarixli, 31308 saylı ekspert rəyinə görə 11 sentyabr 2017-ci il tarixli Razılaşmanın şərtləri nəzərə alınmaqla, Cavabdeh1 06 sentyabr 2019-cu il tarixinə İddiaçı ASC-yə 16185,78 ABŞ dolları məbləğində əsas borcu vardır, faiz borcu isə yoxdur.
12. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-21/2020 nömrəli, 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 16185.78 (on altı min bir yüz səksən beş dollar 78 sent) ABŞ dolları əsas borc və 200 (iki yüz) ABŞ dolları cərimə olmaqla, cəmi 16385.78 (on altı min üç yüz səksən beş dollar 78 sent) ABŞ dolları kredit borcunun qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manatın tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə verilməsi, pulun tutulmasının ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi, Cavabdeh1 məxsus, ipoteka predmeti olan, ilkin satış qiyməti 75000 (yetmiş beş min) manat qiymətləndirilmiş **-FL-*** dövlət qeydiyyat nişanlı, 2005-ci il buraxılışlı, ağ rəngli “Mercedes Benz 0403 Avtobus” markalı nəqliyyat vasitəsinin açıq hərracda satışa çıxarılması, satışdan əldə edilən vəsaitdən 16185.78 (on altı min bir yüz səksən beş dollar 78 sent) ABŞ dolları əsas borc və 200 (iki yüz) ABŞ dolları cərimə olmaqla, cəmi 16385.78 (on altı min üç yüz səksən beş dollar 78 sent) ABŞ dolları kredit borcunun qətnamə icra olunan gü nə manat məzənnəsi ilə və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manatın tutularaq iddiaçıya verilməsi, borcun ödənilməsindən sonra avtomaşının açıq hərracdan satılmasından qalan pulun cavabdehə qaytarılması və ipoteka ilə yüklü edilmiş avtomaşının satışından əldə edilmiş vəsait kredit borcunun ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin müştərək qaydada cavabdehlərdən tutulması qət edilmişdir. (hakim Məhburə Kərimova)
11. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 1196/14 №li 09.10.2014-cü il tarixli kredit müqaviləsi var, bank Cavabdeh1 24 ay müddətinə 23 faizlə 50000 ABŞ dolları məbləğində kredit verməyi, Cavabdeh1 isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürüb. Cavabdeh2 09.10.2014-cü il tarixli ZM1196/14 №li zaminlik müqaviləsinə əsasən zamin kimi kredit müqaviləsinin kredit alan tərəfdən tam yerinə yetirilməməsi halında məsuliyyəti öz üzərinə götürüb. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 məxsus **-FL-*** dövlət qeydiyyat nişanlı, 2005-ci il buraxılışlı, ağ rəngli “Mercedes Benz 0403 Avtobus” markalı avtomobil bankın xeyrinə ipoteka ilə yüklü edilib.
12. Birinci instansiya məhkəməsi əsas və faiz borcu hissəsində iddia tələbini ekspert rəyinə uyğun təmin etmiş, cəriməni isə tənasübsüz yüksək hesablanmasına istinad etməklə azaltmışdır.
13. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 317.1, 319.3, 319.6, 385.1, 389.1, 390.1, 442, 467, 472.1, 472.2, 739.1, 739.2-ci, “İpoteka haqqında” Qanunun 1.0.6, 4, 34.1.1, 34.1.2, 36.1, 47.2, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın tam edilməsini xahiş etmişdir.
15. İddiaçının apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsi borcun məbləğini ekspert rəyinə əsasən müəyyən etmişdir. MPM-nin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-c maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza ap arılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər; - kredit müqaviləsi üzrə əsas borc həmin müqavilə ilə nəzərdə tutulmuş kreditin qaytarılma müddəti bitdikdən uzun müddət sonra qaytarılmadığından Bank həmin müddətdə ona qaytarılmalı olan pul vəsaitindən istifadə edə bilməmiş və bunun nəticəsində əldən çıxmış fayda qismində zərərə uğramışdır; - iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Konstitusiya Məhkəməsi həmin qərarda hüquqi mövqeyini ifadə edərək, göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”; - məhkəmə qətnaməsində cəriməni azaldarkən Mülki Məcəllənin 467-ci maddəsinə əsalanmışdır. Həmin maddənin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz su rətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə qanunun bu normasına istinad etsə də, onun ikinci hissəsini - “tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır” müddəasını mübahisəli münasibətə tətbiq etməmişdir. Çünki dəbbə pulunun 200 ABŞ dolları müəyyən edilməsi 2871.02 ABŞ dolları məbləğində dəbbə borcu ilə müqayisədə tənasübsüz surətdə azdır və kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmamışdır. Dəbbə pulunun həcmini azaldarkən qanuna görə məhkəmə cavabdehin deyil, kreditorun mənafelərini nəzərə almalıdır.
16. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da apellyаsiyа şikаyəti verərək qətnamənin 16185.78 (on altı min bir yüz səksən beş dollar yetmiş səkkiz sent) ABŞ dolları əsas borc və 200 (iki yüz) ABŞ dolları cərimə olmaqla, cəmi 16385.78 (on altı min üç yüz səksən beş dollar yetmiş səkkiz sent) ABŞ dolları hissəsində dəyişdirilərək, iş üzrə mövcud sübutlar əsasında əsas borcun və cərimə məbləğinin azaldılaraq 2211,89 ABŞ dolları əsas borc və 50 ABŞ dolları cərimə borcunun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
17. Cavabdehlərin apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsinin qətnaməsi əsas borc və cərimə ilə bağlı hissədə əsassızdır və dəyişdirilməlidir. Belə ki, məhkəmə tərəfindən işə baxılarkən və qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmiş, təqdim edilən sübutlar müqayisəli surətdə tədqiq edilməmiş, sübutlara düzgün qiymət verilməmiş və nəticədə məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzr ə səhv nəticəyə gələrək borc məbləğinin müəyyən edilməsi hissəsində əsassız qətnamə çıxarmışdır.
18. İşin apellyasiya baxışında apellyasiya instansiya məhkəməsinin 11 mart 2021ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
19. Məhkəmə Ekspertizası Mərkəzinin 08.05.2021-ci il tarixli 9/2247 nömrəli ekspert rəyinə əsasən 11 sentyabr 2017-ci il tarixli razılaşmanın şərtləri nəzərə alınmaqla Cavabdeh1 müqavilə üzrə İddiaçı ASC-nə əsas borc üzrə 6780,94 ABŞ dolları əsas borcu vardır, faiz borcu isə yoxdur.
20. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-662/2021 nömrəli, 15 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 2(051) -21/2020 nömrəli, 13 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiаçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməli olan əsas kredit borcunun məbləğinin 6780,94 (altı min yeddi yüz səksən ABŞ dolları 94 sent) ABŞ dolları, cəmi borcun məbləğinin 6980,94 (altı min doqquz yüz səksən ABŞ dolları 94 sent) ABŞ dolları məbləğində müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Gündüz Abbasov (sədrlik edən və məruzəçi), İmamverdi Şükürov və Akif Eyvazov)
21. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin cərimə məbləği ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, birinci instansiya məhkəməsi borclunun maddi vəziyyətinin ağırlığını, əsas və hesablanmış faizlərin müəyyən hissəsinin ödənilməsini, hesablanmış dəbbə pulunun əsas kredit borcuna münasibətdə tənasübsüz olmasını nəzərə alaraq 2871.02 ABŞ dolları cəriməni azaldılaraq 200 ABŞ dolları məbləğində müəyyə etməkdə halı olmuşdur.
22. Apellyasiya instansiyası cavabdehlərdən 16185.78 ABŞ dolları əsas borcun tutulmalı olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı saymamışdır.
23. Apellyasiya instansiyası məhkəməsi özünün təyin etdiyi ekspertizanın nəticəsi olaraq Məhkəmə Ekspertiza Mərkəzinin 08.05.2021-ci il tarixli 9/2247 nömrəli rəyini əsas götürüb, 11 sentyabr 2017-ci il tarixli razılaşmanın şərtləri nəzərə alınmaqla Cavabdeh1 müqavilə üzrə İddiaçı ASC-yə əsas borcun 6780,94 ABŞ dolları olmasını, faiz borcunun isə olmamasını müəyyən et mişdir.
24. Apellyasiya instansiyası məhkəməsi hesab edib ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın tam təmin edilməsi və ya işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi cavabdehin borc məbləğini ekspert rəyinə əsasən müəyyən etmişdir. Lakin həmin rəydə borc düzgün hesablanmayıb. Məhkəmə də rəyə düzgün qiymət verməyib. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri
27. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Məhkəmə kollegiyasının iclasında iddiaçı Dəmirbank” Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.
29. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, iddiaçının nümayəndəsi və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişd ir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Mülki Prosessual Məcəllə Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. M addə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və q ərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qi ymətləndirilməməlidir
31. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etsə də, şikayətin dəlillərindən və iddianın tam təmin edilməsi barədə xahişindən görünür ki, iddiaçı qətnaməni cavabdehdən tutulan borc məbləği hissəsində mübahisələndirir. Bu baxımdan, kollegiya apellyasiya məhkəməsinin aktını cavabdehdən tutulan borc hissəsində yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissələrdə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxım dan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. İddiaçı və cavabdeh apellyasiya şikayətlərində borcun məbləğinin birinci instansiya məhkəməsi tərəfindən alınan ekspert rəyi ilə müəyyən edilməsi ilə razı olmayıblar.
34. Qətnamədən görünür ki, apellyasiya məhkəməsi bu dəlili yoxlamaq üçün əlavə mühasibatlıq ekspertizası təyin etmiş, kredit müqaviləsi üzrə Əlavə Razılaşmanın şərtləri və cavabdehin ödədiyi məbləğlər nəzərə alınmaqla cavabdehin borcunun nə qədər olması barədə ekspert qarşısında müvafiq suallar qoymuş və borcun məbləğini də özünün təyin etdiyi ekspertizanın nəticəsinə əsasən müəyyən edərək, borc məbləğini həmin rəyə uyğunlaşdırmışdır.
35. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi bu nəticəni işin müəyyən edilmiş hallarına və tətbiq edilən qanunvericilik normalarına uyğun hesab edir.
36. Ekspert rəyini apellyasiya məhkəməsi MPM-in 88 və 103.1-ci maddələrinə uyğun qiymətləndirilmişdir.
37. Apellyasiya məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə tam qiymət verib, cərimə məbləğinin azaldılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razı olmasını əsaslandırmışdır. (hazırki qərarın 21-ci bəndi)
38. İddiaçının kassasiya şikayətində ekspert rəyinin düzgün olmaması barədə dəlilini məhkəmə kollegiyası qəbul etmir. Mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə həmin rəyin əsassız olması demək deyil. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalıdır.
39. Məhkəmə kollegiyası qeyd olunanlar a əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-662/2021 nömrəli, 15 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.