Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1460/2025 22.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Mənzil-Tikinti Kooperativinə, Cavabdeh3 Abbasqulu oğluna, Cavabdeh4, Cavabdeh7, Cavabdeh2, Cavabdeh8, Cavabdeh6, habelə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kooperativin üzvlərinin kooperativin öhdəliklərinə görə məsuliyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 yanvar 2025-ci il tarixli, 2(103)739/2025 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Sumqayıt Şəhər Məhkəməsinin 13 aprel 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə "xxxx" MTK arasında 12 avqust 2010-cu il tarixdə bağlanmış 121 saylı “Kooperativ mənzil tikinti haqqında” müqavilə ləğv edilmiş, "xxxx" MTK-dan 20000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
2. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Bağırovun “İcrası mümkün olmayan icra sənədinin məhkəmə və ya digər orqana qaytarılması barədə” 30 mart 2023-cü il tarixli qərarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 13 aprel 2017-ci il tarixli icra sənədi “İcra haqqında” Qanunun 70.4-cü maddəsinə əsasən, məhkəməyə geri qaytarılmışdır. Qərarda qeyd olunmuşdur ki, aparılmış icra tədbirləri nəticəsində və “Elektron İcra İnformasiyası” sistemindən alınan çıxarışa əsasən "xxxx" Mənzil Tikinti Kooperativinin fəaliyyət göstərməməsi aydın olmuş, borclu hüquqi şəxsin və rəhbərinin hüquqi varisinin müəyyən edilməsi üçün 14 noyabr 2022-ci il tarixdə “ASAN Xidmət” mərkəzinə və 27 yanvar 2023-cü il tarixdə Dövlət Vergi Xidmətinə sorğular verilmiş, cavablarına əsasən "xxxx" Mənzil Tikinti Kooperativinin hüquqi varisinin ol maması müəyyən edilmişdir.
3. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəmə sorğusuna 23 oktyabr 2023-cü il tarixli **********430800 nömrəli cavab məktubundan görünür ki, dövlət reyestr məlumatlarında "xxxx" Mənzil-Tikinti Kooperativinin üzvləri X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh6dur.
4. X2 02 dekabr 2015-ci il tarixdə ölmüş, Bakı şəhəri 50 saylı notariat ofisində rəsmiləşdirilmiş 07 iyun 2016-cı il tarixli, 17 iyun 2016-cı il tarixli və 14 iyul 2016-cı il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrə əsasən onun vərəsəsi qismində Cavabdeh8 tanınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh3 Abbasqulu oğluna, Cavabdeh4, Cavabdeh7, Cavabdeh2, Cavabdeh8 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər – "xxxx" Mənzil-Tikinti Kooperativinin üzvləri Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh2, Cavabdeh8 və Cavabdeh6 müştərək qaydada maddi zərərin əvəzi kimi 20000 ABŞ dolları məbləğində pulun (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan manatına olan məzənnə ilə), habelə hüquqi yardıma çəkilmiş 220 manat xərcin, o cümlədən dövlət büdcəsinə ödənilmiş 192 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Mənzil-Tikinti Kooperativinin İddiaçı münasibətdə 20.000 ABŞ dolları məbləğində pul öhdəliyi olduğu halda, kooperativin vəzifəli şəxsləri icra məmuru tərəfindən qətnamənin könüllü icrası üçün xəbərdarlığın verilməsinə baxmayaraq, imperativ norma ilə müəyyən edilmiş 2 ay ərzində qətnamənin icra edilməsi üçün qanunla müəyyən edilmiş tədbirləri görməmişdir. Digər tərəfdən qətnamənin məcburi icrası üçün kooperativin əmlak və vəsaiti aşkar edilməmişdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(004)4693/2023 nömrəli qətnaməsi ilə (hakim G.Babazadə) iddia təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıdıqlarından, Sumqayıt Şəhər Məhkəməsinin 13 aprel 2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı v erilməsi qət edilmiş 20000 ABŞ dolları pul vəsaiti "xxxx" Mənzil Tikinti Kooperativinin təsisçiləri olan üzvləri cavabdehlər Cavabdeh3 Abbasqulu oğlundan, Cavabdeh4, Cavabdeh7, Cavabdeh2, Cavabdeh6 və X1 vərəsəsi Cavabdeh8 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1103.1, 110-3.4 və 110.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 Abbasqulu oğlu, Cavabdeh6 və Cavabdeh7 qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam rədd olunması barədə yeni qətnam ə çıxarılmasını xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyun 2024-cü il tarixli, 2(103)-2575/2024 nömrəli qətnaməsi ilə (hakim F.Qasımovun sədrliyi və məruzəsi ilə, hakimlər F.Abdiyev və X.Sarıyev) cavabdehlərin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq yeni qətnamə qəbul edilmiş, iddiaçının cavabdehlərə qarşı maddi ziyanın ödənilməsi tələbi rədd olunmuşdur.
12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Mülki Məcəllənin 110-3.4 və 110.4-cü maddələrinə istinad etməklə iddianı təmin edən birinci instansiya məhkəməsi səhvə yol vermişdir.
13. Mülki Məcəllənin 110.4-cü maddəsinə görə kooperativin üzvləri əmələ gəlmiş zərəri illik balansın təsdiqindən sonra iki ay ərzində əlavə haqlar vermək yolu ilə ödəməyə borcludurlar. Bu vəzifə yerinə yetirilmədikdə kreditorların tələbi ilə kooperativ məhkəmə qaydasında ləğv edilə bilər. Kooperativin üzvləri onun öhdəlikləri üçün kooperativin hər bir üzvünün əlavə haqqının verilməmiş hissəsi həddində birgə subsidiar məsuliyyət daşıyırlar.
14. Bu müddəanın yer aldığı 110-cu maddə “Kooperativin əmlakı” adlanır və elə maddənin adından da məlum olur ki, bu maddə bütövlükdə kooperativin daxili əmlak məsələlərinin nizamlanmasına yönəlmişdir. Bu mənada, maddənin dispozisiyasındakı “Zərər” anlayışı kooperativin hər hansı xarici öhdəliyini ehtiva etmir. Üzvlərin verməli olduqları əlavə haqların təyinatı da bu öhdəliklərin qarşılanması ola bilməz. Həmçinin, nəzərə alınsa ki, kooperativ artıq fəaliyyətini dayandırıb, artıq fəaliyyət göstərməyən kooperativdə ü zvlərin hər hansı əlavə haqq ödənilməsinə cəlb edilməsi də sadəcə olaraq mümkünsüzdür. Odur ki, istinad olunan 110.4-cü maddə hazırkı iddianın maddi hüquqi əsasını təşkil edən norma kimi nəzərdən keçirilə bilməz.
15. Məcəllənin 110-3.4-cü maddəsinə əsasən isə, kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və bu Məcəllənin 110.4-cü maddəsinə müvafiq qaydada müəyyənləşdirilir.
16. Mülki Məcəllənin 110-3.4-cü maddəsi üzrə subsidiar məsuliyyətin yaranması üçün isə ilk növbədə elə həmin maddədə qeyd olunan “kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitlərinin olmaması” hal ının mövcudluğu öz təsdiqini tapmalıdır. Göründüyü kimi, adıçəkilən maddə üzrə subsidiar məsuliyyətin yaranması üçün, yəni hazırkı kazus üzrə iddianın maddi hüquqi əsası kimi bu normaya istinadla iddianın təmin olunması üçün başlıca şərt kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitinin olmamasıdır.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 20000 ABŞ dolları məbləğində pul vəsaitinin "xxxx" MTK-dan tutularaq iddiaçıya ödənilməsi ilə bağlı icra sənədi mövcuddur. Hazırkı iddianın təmin olunduğu təqdirdə eyni məbləğin həm kooperativdən, həm də üzvlərindən tutulması ilə bağlı 2 icra sənədi mövcud olacaqdır. 1-ci icra sənədi geri qaytarılsa da, icraata xitam verilməmişdir, qüvvədədir və istənilən vaxt maraqlı şəxslərin ərizəsinə əsasən yenidən icraya yönəldil ə bilər.
18. Həmçinin, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Bağırovun “icrası mümkün olmayan icra sənədinin məhkəmə və ya digər orqana qaytarılması barədə” 30 mart 2023-cü il tarixli qərarı da tələbkar tərəfindən mübahisələndirilməmişdir. Həmin qərar ona əsaslanmışdır ki, aparılmış icra tədbirləri nəticəsində və “Elektron İcra İnformasiyası” sistemindən alınan çıxarışa əsasən "xxxx" Mənzil Tikinti Kooperativinin fəaliyyət göstərməməsi aydın olmuş, borclu hüquqi şəxsin və rəhbərinin hüquqi varisinin müəyyən edilməsi üçün xx.xx.2022-ci il tarixdə “ASAN Xidmət” mərkəzinə və xx.xx.2023cü il tarixdə Dövlət Vergi Xidmətinə sorğular verilmişdir. Cavablarına əsasən "xxxx" MənzilTikinti Kooperativinin hüquqi varisinin olmaması müəyyən edilmişdir. Halbuki, kooperativ ləğv olunmam ışdır, fəaliyyətini dayandırmışdır, bu halda onun hüquqi varisi ola bilməz.
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 59.1, 109.1,109.2,109.5, 109.6, 109-4.4, 109-4.4.1, 109-4.4.2, 104-4.4.3, 110.4, 109-4.4.4, 110.4, 110-3.4 və 113.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
20. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 08 oktyabr 2024-cü il tarixli, 2(102)-3037/2024 nömrəli qərarı ilə (hakim Ə.Nurməmmədovun məruzəsi ilə, hakimlər M.Əhmədova və A.Abbasov) İddiaç ıı qızı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və işin yeni apellyasiya baxışına qaytarılmışdır.
22. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşmayaraq hesab etmişdir ki, məhkəmə hüquq normasının təfsirində səhvə yol vermişdir.
23. Belə ki, məhkəmələr tərəfindən işin müəyyən edilmiş hallarına görə cavabdehlərin borclu "xxxx" MTK-nın təsisçiləri və üzvləri olması, "xxxx" MTK-nın İddiaçı 20000 ABŞ dolları məbləğində pul borclu olması, həmin borc tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması və qətnamənin icraya yönəldilməsi mübahisəsizdir. Həmçinin borclu MTK-dan 20000 ABŞ dollarının iddiaçının xeyrinə tutulması barədə qətnamənin icrası mümkün olmamışd ır, buna əsas isə kooperativin vəsaitinin olmaması, onun fəaliyyətinin dayandırılmasıdır.
24. Apellyasiya məhkəməsi iddiaçıya verilməsi 20000 ABŞ dolları məbləğində pulun ödənilməsi üçün kooperativin vəsaitinin olmaması halının mövcudluğunun öz təsdiqini tapmaması barədə qənaətə gələrkən iş materallarında olan və tərəflərin təqdim etdikləri sübutları, o cümlədən icra məmurunun İcra sənədinin qaytarılmasına dair qərarı nəzərə almamışdır. Həmin sənədlərə görə icra məmuru tərəfindən yerinə yetirilmiş icra hərəkətləri nəticəsində MTK vəsaitinin olması müəyyən edilməmiş, kooperativ fəaliyyətinin dayandırmış, bu əsasla icra vərəqəsi geri qaytarılmışdır. 25. 20000 ABŞ dolları məbləğində pul vəsaitinin "xxxx" MTK-dan tutularaq iddiaçıya ödənilməsi ilə bağlı icra sənədinin artıq mövcud olması, hazı rkı iddianın təmin olunduğu təqdirdə eyni məbləğin həm kooperativdən, həm də üzvlərindən tutulması ilə bağlı 2 icra sənədi mövcud olacağı, bunun da yolverilməzliyi ilə bağlı apellyasiya məhkəməsinin qənaəti ilə əlaqədar məhkəmə kollegiyası qeyd etmişdir ki, bu hal iddia tələbinin rədd olunması üçün əsas ola bilməz, hazırkı iş üzrə iddia tələbinin təmin olunması, qətnamənin icrası ilə bağlı icra vərəqəsinin verilməsi əvvəlki iş üzrə yenidən icra vərəqəsinin verilməsini istisna edir, habelə əvvəlki iş üzrə icra sənədinin məhkəməyə qaytarılması barədə icra məmurunun qərarı da tələbkar (hazırkı iş üzrə iddiaçı) tərəfindən mübahisələndirilməmişdir və o, həmin qərarla razılaşmışdır.
26. Məhkəmə kollegiyası hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının iş üzrə gəldiyi nəticəs i qanuni və əsaslı olmamış, məhkəmə təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
27. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 59.1, 109.1, 109.2, 109.5, 109.6, 109-4.4, 109-4.4.1, 109-4.4.2, 104-4.4.3, 110.4, 109-4.4.4, 110.4, 110-3.4 və 113.1-ci maddəl ərinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiya məhkəməsində ikinci icraat
28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 yanvar 2025-ci il tarixli, 2(103)739/2025 nömrəli qətnaməsi ilə (hakim M.Rüstəmlinin sədrliyi və məruzəsi ilə, hakimlər A.İsgəndərov və S.Səlimova) cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(004)4693/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
29. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, "xxxx" MTK-nın İddiaçı 20.000 ABŞ dolları məbləğində pul borclu olması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur və həmin qətnamə icraya yönəldilsə də, icra məmuru tərəfindən yerinə yetirilmiş icra hərəkətlər i nəticəsində MTK-nın vəsaitinin olması müəyyən edilməmiş, kooperativ fəaliyyətini dayandırmış, bu əsasla icra vərəqəsi geri qaytarılmışdır. İcra məmurunun bu qərarı tələbkar (hazırkı iş üzrə iddiaçı) tərəfindən mübahisələndirilməmişdir. Göründüyü kimi, MTK-dan 20.000 ABŞ dollarının iddiaçının xeyrinə tutulması barədə qətnamənin icrası mümkün olmamışdır.
30. Mülki Məcəllənin 110-3.4-cü maddəsində kooperativin üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşımaları müəyyən edilmiş, bu hal kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitlərin olmaması ilə şərtləndirmiş, kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşımasının qaydası isə həmin Məcəllənin 110.4-cü maddəsinə müvafiq qaydada müəyyənləşdirilməsi təsbit edilmişdir. Başqa sözlə, 110.4-cü maddə təkcə əmələ gəlmiş zərərin kooperativi üzvləri tərəfindən qarşılanması qaydasını deyil, həm də kooperativin öhdəliklərinə görə kooperativ üzvlərinin məsuliyyət daşımaları qaydasını da tənzimləyir. Kooperativin idarəetmə orqanları tərəfindən kooperativin öhdəliklərinin silinməsi üçün tədbirlərin görülməməsi, yəni Mülki Məcəllənin 110.4-cü maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməməsi kooperativ üzvlərini (təsisçiləri) həmin öhdəliklərin yerinə yetirilməsindən azad etmir, kooperativ üzvləri (təsisçiləri) həmin öhdəliklər icrasına görə məsuliyyət daşıyırlar.
31. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəmə sorğusuna 23 oktyabr 2023-cü il tarixli məktubuna əsasən dövlət reyestr məlumatlarında " xxxx" Mənzil-Tikinti Kooperativinin üzvləri X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh6dur.
32. Cavabdeh3 apellyasiya şikayətində təsis müqaviləsinin onun tərəfindən imzalanmadığını bildirsə də, bununla bağlı hüquqi şəxslərin dövlət reyestrində olan məlumatların həqiqiliyinə dair mübahisə açmamışdır. Belə olan halda, məhkəmə kollegiyası reyestrdə olan məlumatların həqiqiliyi prezumpsiyasını əsas tutur.
33. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, X2 02 dekabr 2015-ci il tarixdə vəfat etmiş və onun vərəsəsi qismində Cavabdeh8 tanınmış, miras əmlak Bakı şəhəri, T.Abbasov küçəsi, ev 39, mənzil 1 və bir neçə MTK-da, o cümlədən "xxxx" MTK-da təsisçilik hüququ üzrə paylardan ibarətdir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanı n mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar.
34. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 59.1, 109.1, 109.2, 109.5, 109.6, 109-4.4, 109-4.4.1, 109-4.4.2, 104-4.4.3, 110.4, 109-4.4.4, 110.4, 110-3.4, 113.1, 1151.1 və 1306.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
35. Cavabdeh4 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 yanvar 2025-ci il tarixli, 2(103)-739/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməs i Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Mülki Məcəllənin 44, 46, 59.1, 61.1, 61.12-ci, Mülki Prosessual Məcəllənin 4.1, 9.3, 14.1, 77, 82.3, 88, 261.0.1, 262.3, 262.4, 384.0.2, 385.1.1-ci maddələrinin pozulması ilə qəbul edilmişdir.
37. Belə ki, "xxxx" MTK qanunla nəzərdə tutulan qaydada ləğvi, bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoyulmadığından və ləğv olunmadığından artıq baxılaraq qətnamə çıxarıldığından təsisçilərə qarşı iddia tələbi qəbul olunmamalı, qəbul olunmuş iddia tələbi üzrə isə işə xitam verilməli idi. Apellyasiya instansiyası məhkəməsi çəkişmə prinsipini təmin etməmiş, heç bir araşdırma aparmamış, tərəfləri dinləməmiş, “Ali Məhkəmənin göstərişi aşağı instansiya məhkəməsi üçün məcburi dir” yazmaqla kifayətlənmişdir.
38. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
39. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
40. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
41. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlərdən yalnız Cavabdeh4 tərəfindən mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun iddianın Cavabdeh4 qarşı təmin olunan hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109.1-ci maddəsinə əsasən kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi o lub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. 109.2-ci maddəsinə əsasən kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. 109-4.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 110.4-cü maddəsində nəzərdə tutulmuş hallarda və qaydada kooperativdə əmələ gəlmiş zərərin ödənilməsində iştirak etmək kooperativin üzvlərinin vəzifələrindən biridir. 110.4-cü maddəsinə əsasən kooperativin üzvlə ri əmələ gəlmiş zərəri illik balansın təsdiqindən sonra iki ay ərzində əlavə haqlar vermək yolu ilə ödəməyə borcludurlar. Bu vəzifə yerinə yetirilmədikdə kreditorların tələbi ilə kooperativ məhkəmə qaydasında ləğv edilə bilər. Kooperativin üzvləri onun öhdəlikləri üçün kooperativin hər bir üzvünün əlavə haqqının verilməmiş hissəsi həddində birgə subsidiar məsuliyyət daşıyırlar. 110-3.4-cü maddəsinə əsasən kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və bu Məcəllənin 110.4-cü maddəsinə müvafiq qaydada müəyyənləşdirilir.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci ma ddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə süb utlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 261.0.2-ci maddəsinə əsasən isə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. 262.3-cü maddəsinə ə sasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsi nin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfind ən cavabdehlərin apellyasiya şikayətlərinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə, yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə tam razılaşır.
46. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 110-3.4 və 110.4-cü maddələrini düzgün tətbiq etməklə, MTK-nın öhdəliyinə görə onun üzvlərinin subsidiar məsuliyyət daşıması nəticəsində gəlmişdir. Bu məsuliyyətin yaranması üçün kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmaması və kooperativin üzvlərinin əmələ gəl miş zərəri qanunla müəyyən olunan müddətdə ödəməmələri əsasdır.
47. İş üzrə icraata xitam verilməli olmasına dair kassasiya şikayətinin dəlili həmçinin qəbul oluna bilməz. Belə ki, kassator bu hissədə mövqeyini Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Halbuki, bu müddəa işin məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmamasını nəzərdə tutur. Hazırkı mübahisənin məhkəmədə mülki mühakimə icraatına baxılmasının qeyri-mümkünlüyü, o cümlədən Mülki Prosessual Məcəlləsinin 262.3-cü maddəsinə əsasən başqa orqan vasitəsi ilə həll edilməli olması müəyyən olunmur.
48. Həmçinin qeyd olunmalıdır ki, kassator şikayətində bilavasitə Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinin pozuntusunu göstərməsə də, bu maddənin məzmununa da istinad etmiş dir.
49. Həmin prosessual hüquq normasının dispozisiya şərtlərini hazırkı mübahisəyə tətbiq edərkən məhkəmə kollegiyası izah edir ki, iddianın elementlərinə aid hər üç komponent: 1. tərəflər, 2. iddianın predmeti və 3. iddianın əsası eyni olduğu, onların hamısı mövcud olduğu halda iş üzrə icraata xitam verilə bilər. Mülki Prosessual Məcəllənin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər.
50. Hazırkı işdə isə birinci komponent üzrə cavabdeh, Sumqayıt Şəhər Məhkəməsinin 13 aprel 2017-ci il tarixli qətnaməsindəki cavabdehlə eyni deyil. Qüvvədə olan qətnamədə cavabdeh kimi hüquqi şəxs – Kooperativ iştirak etmiş, hazırda isə onun təsisçiləri müstəqil cavabdehlər kimi cəlb edilmişlər.
51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası m əhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 yanvar 2025-ci il tarixli, 2(103)-739/2025 nömrəli qətnaməsi iddianın Cavabdeh4 qarşı təmin olunan hissəsində dəyişdiril mədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.