Məhkəmə qərarları › İş №2(102)-1461/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1461/2019

05.03.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1461/2019 05.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 05 mart 2019-cu il İŞ № 2(102)-1461/ 2019 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 oktyabr 2018-ci il tarixli, 2(103)-11316/2018 saylı qətnaməsindən Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 31 avqust 2018-ci il tarixli, 2(004)-6500/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim S.B.Mehrəliyev) İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” barədə iddiası təmin edilərək, həmin məhkəmənin 22 fevral 2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilərək, cavabdehdən 31 iyul 2003-cü il tarixdə doğulmuş Mirilqar, 18 oktyabr 2008-ci il tarixdə doğulmuş Ceyran və 11 noyabr 2011-ci il tarixdə doğulmuş Aylanın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 154 manat olmaqla, cəmi 462 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 oktyabr 2018-ci il tarixli, 2(103)-11316/2018 saylı qətnaməsi ilə (hakimlər İ.K.Xəlilov sədrl ik edən, məruzəçi, X.A.Cəmilova və A.Q.Hüseynov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 31 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, cavabdehdən qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq hər ay 31 iyul 2003-cü il tarixdə doğulmuş Mirilqar, 18 oktyabr 2008-ci il tarixdə doğulmuş x və 11 noyabr 2011-ci il tarixdə doğulmuş Aylanın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aylıq qazancının (digər bəlirlərinin) yarısı (1/2 hissəsi) miqdarında, eləcə də əlavə olaraq hər ay, hər uşağa görə 35 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh və vəkili Vəkil qətnamədən kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəməd ə cavabdehə qarşı “alimentin miqdarının artırılaraq hər ay, hər uşağa görə 154 manat olmaqla, cəmi 462 manat sabit pul məbləğində alimentin” tutulub ona ödənilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə rəsmi nikah əsasında ailə qurmuş və birgə nikahlarından 31 iyul 2003-cü il tarixdə x, 18 oktyabr 2008-ci il tarixdə x və 11 noyabr 2011-ci il tarixdə x adlı üç uşaqları doğulmuşdur. Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 22 fevral 2017-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozularaq cavabdehdən üç uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 137 manat olmaqla, cəmi 411 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi qət edilmişdir. Həmin vaxtdan bir müddət sonra aliment ödənilmiş, sonradan məl um olmayan səbəbdən alimentin ödənilməsi dayandırılmışdır. Yetkinlik yaşına çatmayan uşaqlarının tutumlu xüsusi qida, qulluq göstərmə xərcləri, yeməyi, təhsili və yaşayışları üçün zəruri olan vəsaitləri ödənilməmiş qalmışdır. Bu uşaqların hər biri bir neçə fəndən əlavə repetitorlara ödənilən pul vəsaitlərindən kənarda qalmış və cavabdeh bu barədə maraqlanmamışdır. Bundan başqa cavabdeh uşaqlara çəkilən əlavə xərclərin (tibbi xidmət, idmanla məşğul olmaq, nəqliyyat xərcləri və sair) ödənilməsində iştirak etməmiş, uşaqların qayğısına qalmamış və onların təlim-tərbiyyəsində iştirak etməmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya ş ikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhvə nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iş üzrə ədalətli qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat vermişdir. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azə rbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, Cavabdeh vəkili Vəkil izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddia ərizəsinin qismən təmin edilməsi barədə yeni qətnamə çıxararkən, cavabdehdən tutulan alimentin miqdarının artırılması üçün əsasların olmasına, birinci instansiya məhkəməsinin işin müəyyən edilmiş faktiki halları üzrə səhv nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1, 78.2, 112.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə y ol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər 29 oktyabr 2002-ci il tarixdə rəsmi nikah əsasında ailə qurmuş və onların birgə nikahından 31 iyul 2003-cü il tarixdə Mirilqar, 18 oktyabr 2008-ci il tarixdə Ceyran və 11 noyabr 2011-ci il tarixdə Aylan adlı üç uşaqları doğulmuşdur. Sonradan Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 22 fevral 2017-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş və cavabdehdən üç uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 137 manat olmaqla, cəmi 411 manat sabit pul məbləğində alimentin tutulub i ddiaçıya ödənilməsi qət edilmişdir. Daha sonra işdən görünür ki, Cavabdeh “X3” MMC-də sürücü-ekspeditor vəzifəsində işləyir və hər ay 410 manat əmək haqqı alır. Hazırda iddiaçı sözügedən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin uşaqların təlabatını ödəməməsini, uşaqların təlabatının artmasını göstərib, alimentin miqdarının artırılaraq üç uşağın yetikinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay, hər uşağa görə 154 manat olmaqla, cəmi 462 manat alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, kassasiya şikayətinin dəlillərini araşdırıb, tərəflərin maddi, ailə vəziyyətlərini nə zərə alıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsinin qismən təmin edilməsi barədə yeni qətnamə çıxararkən düzgün nəticəyə gəlmişdir. Kassasiya instansiyası məhkəməsi eyni zamanda kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddə sinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfində n tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinəəsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətindədəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi iləalimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2018-ci il üçün yaşayış minimumu uşaqlar üçün 154 manat məbləğində müəyyən edilmişdir. Sadalanan maddi hüquq normalarının mənasına görə, uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin ed ilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi, ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları araşdırıb, ölkə üzrə minimum yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarını, cavabdehin maddi vəziyyətini, həmçinin uşaql arın mənafelərini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, alimentin müəyyən olunmuş miqdarının artırılması üçün faktiki və hüquqi əsaslar olduğuna görə, alimentin miqdarı artırılaraq üç uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay cavabdehin qazancının (digər gəlirlərinin) yarısı (1/2 hissəsi) miqdarında, eləcə də əlavə olaraq hər ay, hər uşağa görə 35 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya ödənilməsini qət etməklə düzgün nəticəyə gəlmiş və sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdırıb, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəy yən edilmiş faktiki hallarını nəzərə alıb hesab edir ki, alimentin miqdarı müəyyən olunduqdan sonra uşaqların böyüməsi, maddi, mənəvi qayğılarının artması, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi halları və işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia ərizəsinin qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmışdır. İşdən görünür ki, cavabdeh kassasiya şikayətində iddiaçıya hər ay qazancının (digər gəlirlərinin) yarısı (1/2 hissəsi) miqdarından əlavə, hər ay, hər uşağa görə 35 manat olmaqla, cəmi 105 manat sabit pul məbləğində aliment ödəməyə maddi imkanının olmamasını, iddiaçının özünün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında baş məsləhətçi vəzifəsində işləməklə hər ay 663 manat əmək haqqı almasını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə də razılaşmır. Belə ki, əvvəla işdən, kassasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh hər ay qazancının (digər gəlirlərinin) yarısı (1/2 hissəsi) miqdarından əlavə, iddiaçıya hər ay, hər uşağa görə 12 manat olmaqla, cəmi 36 manat sabit pul məbləğində aliment ödəməyə razıdır. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı ilə, cavabdehin etiraz etdiyi alimentin məbləği arasındakı fərq hər ay cəmi 69 manat, cavabdehdən hər ay sabit pul məbləğində iddiaçının xeyrinə tutulmalı olan alimentin miqdarı isə 410:2=205 manat+hər uşağa görə 35 manat olm aqla, cəmi 105 manat=310 manat təşkil edir. Bu isə ölkə üzrə 2018-ci ildə uşaqlar üçün müəyən edilmiş yaşayış minimumundan (154x3=462 manat) kifayət qədər azdır. Digər tərəfdən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56, 58, 75.1-ci maddələrinin mənasına görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, üç uşağın bütün digər zəruri xərcləri iddiaçı tərəfindən qarşılandığından, sonuncunun hər ay 663 manat əmək haqqı alması, cavabdehi aliment ödəmək vəzifəsindən azad etmir. Çünki cavabdehdən üç uşağın saxlanılması üçün tutulacaq alimentin miqdarı əslində uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasına əsas vermir və uş aqların saxlanılması üçün zəruri olan əlavə xərclər məhz iddiaçının özünün vəsaiti hesabına ödəniləcəkdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi bar ədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 oktyabr 2018-ci il tarixli, 2(103)-11316/2018 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar