Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1462/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, cavabdehlər X3, Cavabdeh2 və onların vəkili X1 iştirakları ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 noyabr 2019-cu il tarixli qətnaməsindən cavabdehlər X5, Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 01 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim İ.Məmmədov, iş № 2(060)-529/18) iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğv edilməsi,kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X5 arasında bağlanmış 20.06.2015-ci il tarixli 07/5549/KBK saylı kredit müqaviləsinin ləğv edilməsi, X2, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 7.919 (yeddi min doqquz yüz on doqquz) ABŞ dolları 94 sent məbləğində əsas borc və 2.237 (iki min iki yüz otuz yeddi) ABŞ dolları 29 sent məbləğində faiz borcu, cəmi 10.157 (on min yüz əlli yeddi) ABŞ dolları 23 sent məbləğində borc, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla, dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat, 4 0 (qırx) qəpik məhkəmə xərci, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh2 tam mülkiyyət hüququ ilə məxsus olan Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 31,2 kv.m ümumi, 17.3 kv.m yaşayış və 13,9 kv.m yardımçı sahədən ibarət 1 otaqlı mənzilə (yeni qaydalarla Sumqayıt şəhəri, Bakı küçəsi, 245, M5, m2) yönəldilməsi, həmin mənzilin hərracda ilkin satış qiymətinin 32.000 (otuz iki min) manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunmuş pul məbləğinin cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-nə olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildi kdən sonra mənzilin satışından artıq qalan məbləğin Cavabdeh2 qaytarılması qət edilmiş, iddia tələbi mənzilin satıldıqdan sonra bir ay müddətində boşaldılması hissəsində təmin edilməməmişdir. Cavabdeh1 həmin qətnamədən apelyasiyaşikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər G.Tağızadə-sədrlik edən və məruzəçi, T.Quliyev və E.Rəhimov iş № 2(105)-337/19) cavabdeh X3 apellyasiya şikayəti qismən təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 01 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmiş, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X5 arasında bağlanmış 20.06.2015-ci il tarixli 07/5549/KBK saylı kredit müqaviləsi ləğv edilmiş, X2, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 7.919 (yeddi min doqquz yüz on doqquz) ABŞ dolları 94 sent məbləğində əsas borc və 917 (doqquz yüz on yeddi) ABŞ dolları 98 sent məbləğində faiz borcu, cəmi 8837 (səkkiz min səkkiz yüz otuz yeddi) ABŞ dolları 92 sent məbləğində borc, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla, dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat, 40 (qırx) qəpik məhkəmə xərci, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı «xxxx» ASC-nin xeyrinə ödənilmiş, tutmanın ipoteka predmeti olan Cavabdeh2 tam mülkiyyət hüququ ilə məxsus olan Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 31,2 kv.m ümumi, 17.3 kv.m yaşayış və 13,9 kv.m yardımçı sahədən ibarət 1 otaqlı mənzil (yeni qaydalarla Sumqayıt şəhəri, Bakı küçəsi, 245, M5, m2) yönəldilməsi, həmin mənzilin hərracda ilkin satış qiyməti 32.000 (otuz iki min) manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunmuş pul məbləği cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 «xxxx» ASC-nə olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra mənzilin satışından artıq qalan məbləğ Cavabdeh2 qaytarılması, Cavabdeh1 ekspertiza xərci 200 (iki yüz) manatın tutulması qət edilmiş, iddia tələbi mənzil satıldıqdan sonra bir ay müddətində boşaldılması hissəsində təmin edilməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 08 noyabr 2019-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə qeni qərar çıxarılmasını və ya mülki işin yeni apelyasiya baxışına qaytarılması barədə qəbul olunmasını xahiş etmişlər. İşin halları: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 ilə bağlanılmış 20 iyun 2015-ci il tarixli 07/5549/KBK saylı kredit müqaviləsinin ləğv edilməsini, cavabdeh X5 ilə bağlanılmış 20 iyun 2015-ci il tarixli 07/5549/KBK saylı kredit müqaviləsi üzrə hesablanmış 7919 (yeddi min doqquz yüz on doqquz) ABŞ dolları 94 sent məbləğində əsas və 2237 (iki min iki yüz otuz yeddi) ABŞ dolları 29 sent məbləğində faiz borcu olmaqla, cəmi 10157 (on min yüz əlli yeddi) ABŞ dolları 23 sent məbləği, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 40 qəpik (qırx qəpik) xidmət haqqı məhkəmə xərcləri və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh2 tam mülkiyyət hüququ ilə məxsus olan Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 31.2 kv.m ümumi, 17.3 kv.m yaşayış və 13.9 kv.m yardımçı sahədən ibarət 1 otaqlı mənzilə yönəldilməsi, həmin evin qiymətləndirilərək açıq hərracdan satılması və satışdan əldə olunmuş pul məbləğinin cavabdehlərin İddiaçı ASCyə ödənilməsinə yönəldilməsi, qətnamə qüvvəsini aldıqdan sonra 1 (bir) ay müddətinə evin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili M.Əliyev məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili M.Əliyevin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 08 noyabr 2019-cu il tarixli qətnaməsi əsas borcun və faiz borcunun tutulması hissəsində dəyişdirilməli, qalan hissədə isə qətnamə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakılar ı nəzərə alır. İşdən göründüyü kimi, iddiaçının tələbi 20 iyun 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə hesablanmış 7919,94 ABŞ dolları məbləğində əsas, 2237,29 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 10157 ABŞ dolları borcun cavabdehlərdən tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək cavabdehlərdən kredit müqaviləsi üzrə 7919,94 ABŞ dolları məbləğində əsas, 2237,29 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 10157 ABŞ dolları borcun iddiaçının xeyrinə tutulmasını, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsini, ipoteka predmetinin ilkin satış qiymətinin 32000 manat müəyyən edilməsini və s. qət etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsini apelyasiya qaydasında yalnız Cavabdeh1 mübahisələndirmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Ona görə də apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını yalnız cavabdehin apellyasiya şikayətinə münasibətdə yoxlamış və qətnaməni dəyişdirmişdir. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirərkən cavabdehlərdən tutulan əsas borcun məbləğini 7919,94 ABŞ dolları, faiz borcunun məbləğini 917,98 ABŞ dolları və cəmi tutulmalı olan borcun məbləğini 8837,92 ABŞ dolları müəyyən etmişdir. Hazırda apelyasiya instansiyası məhkəməsinin qətnaməsini cavabdehlər bütövlükdə mübahisələndirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi kredit müqaviləsi üzrə ə sas borcun və faiz borcunun tutulması istisna olmaqla qalan hissələrdə işin hallarını düzgün məyyən etmiş və müəyyən edilən hallara maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya instansiyası məhkəməsi cavabdehlərdən iddiaçının xeyrinə tutulan əsas borcun, faiz borcunun və cəmi borc məbləğinin miqdarını müəyyən edərkən səhvə yol vermişdir. Belə ki, işin 165-166-cı vərəqlərində olan 07.11.2019-cu il tarixli Bank maliyyə arayışından görünür ki, iddiaçı Bank özü X3 banka 20 iyun 2015-ci il tarixli 07/5549/KBK saylı kredit müqaviləsi üzrə sonradan edilən ödənişlər nəzərə alınmaqla 7.363 (yeddi min üç yüz altmış üç) ABŞ dolları 37 sent əsas borc və 708 (yeddi yüz səkkiz) ABŞ dolları 92 sent faiz borcu olmaqla, cəmi 8072 (səkkiz min yetmiş iki) ABŞ dolları 29 sent borcunun qaldığını təsdiq etmişdir. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən və qətnaməni dəyişdirərkən həmin maliyyə arayşını nəzərə almamış və cavabdehlərdən bankın etiraf etdiyindən daha böyük məbləğdə pulun tutulmasını qət etmişdir. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilm iş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini əsas və faiz borcunun tutulması hissəsində dəyişdirərkən səhvə yol vermişdir və bu səhvin aradan qaldırılması ü çün qətnamə həmin hissədə dəyişdirilməli və cavabdehdən tutulan əsas və faiz borcunun məbləği Bankın 07.11.2019-cu il tarixli maliyyə arayışında göstərilən rəqəmlərə uyğunlaşdırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Azərbaycan Respublikası MPM-nin 417.1.2-ci maddəsinin tələbinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadında dəyişiklik edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehlər X5 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 08 noyabr 2019-ci il tarixli 2(105)-337/19 saylı qətnaməsi əsas və fa iz borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulub İddiaçı ASCnin xeyrinə ödənilməli olan əsas borcun məbləği 7.363 (yeddi min üç yüz altmış üç) ABŞ dolları 37 sent, faiz borcunun məbləği 708 (yeddi yüz səkkiz) ABŞ dolları 92 sent və cəmi tutulmalı olan borcun məbləği 8072 (səkkiz min yetmiş iki) ABŞ dolları 29 sent (ödəniləcək günə məzənnə üzrə Azərbaycan manatı ilə) müəyyən edilsin. Qətnamənin qalan hissəsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1462/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1462/2020
10.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver