Məhkəmə qərarları › İş №2(102)-1464/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1464/2019

13.05.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1464/2019 13.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, CavabdehBakıApellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 noyabr 2018-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun müdafiəsi və qeyri-yaşayış sahəsindən məcburi çıxarılma tələbinə dair iddia ərzəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 üzərin ə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 15.8 kv.m qeyriyaşayış sahəsini boşaltmaq, qeyri-yaşayış sahəsinin ona qaytarmaq vəzifəsi qoyulmaqla cavabdeh və həmin sahədə qanunsuz yerləşdirilmiş digər şəxslərin qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılması, cavabdehdən ona məxsus olan ünvan 1 ünvanında yerləşən 15.8 kv.m qeyri yaşayış zirzəmi sahəsindən onun qanunsuz zəbt edərək istifadə etməsi, həmin sahədən çıxmaması nəticəsində vurulmuş zərər qismində 61800 manat pul vəsaitinin tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli qərardadı ilə (hakim:A.S.Məmmədov; 2(004)-5619/2018) İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun müdafiəsi və qeyri-yaşayış sahəsindən məcburi çıxarılma tələbinə dair mü lki işə ərazi aidiyyatı üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsinə dair Cavabdeh ərizəsi təmin edilməmişdir. Qərardaddan narazı qalan cavabdeh Cavabdeh şikayət verərək, 06 sentyabr 2018-ci il tarixli qətnamənin ləğv edilməsini, işin ərazi aidiyyatı üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir Bakı Apellyasiya Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli, 2(103)-124444/2018 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5619/2018 saylı, 06 sentyabe 2018-ci il tarixli qərardadı Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayətində apellyasiya insta nsiyası məhkəməsinin qərardadının ləğv edilərək ərizənin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadıAzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-ci maddəsinin tələblərinin pozulması ilə çıxarılmışm əsassız və qanunsuz qəbul edilmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onlarıniştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək laz ımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən müəyyən edilir ki, cavabdeh X2 Bakı şəhəri Yasamal rayonu ərazisində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. - 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. - 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin ö z icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. - 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. İşdə olan sənədləri tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddianın cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməsi nəzərdə tutulmuş, Cavabdeh Bakı şəhəri, Yasamal rayonunda qeydiyyatda olmaqla, iddiaçı, aidiyyət qaydalarına düzgün riayət edərək Yasamal Rayon Məhkəməsinə müraciət etdiyindən və iddia ərizəsi həmin məhkəmə tərəfindən icraata götürülüb baxıldığından mahiyyəti üzrə də həmin məhkəmədə həll edilməlidir.İddia tələbi iqtisadi mübahisə xarakterli deyil və ərizəni təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir. Şikayət təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli qərardadından Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qərardad qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Göstərilənlərə əsasən və Azərbaycan Respu blikası Mülki-Prosessual Məcəllənin 416-419- cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə 21 noyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar