Məhkəmə qərarları › İş №2(102)-1464/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1464/2025

11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1464/2025 11.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (X13 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kirayə müqaviləsi, öhdəliyin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (X13 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “pul” tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-121/2025 nömrəli 14 yanvar 2025-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 11 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2021-ci il tarixli kirayə müqaviləsinə əsasən, kirayəçi X2 verən İddiaçı aylıq 300 manat kirayə haqqı ödəyir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən, ünvan 1 ünvanda 0,0548 ha torpaq sahəsində yerləşən 96.8 kv.m sahədən ibarət fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində **********91-10301 reyestr nömrəl i qeydiyyata alınmış və Cavabdeh1 torpaq sahəsində 6/36 hissə, X6 torpaq sahəsində 6/36 hissə, X7 torpaq sahəsində 6/36 hissə, İddiaçı yaşayış evində 5/6 hissə, torpaq sahəsində 8/36 hissə, Cavabdeh2 yaşayış evində 1/6 hissə, torpaq sahəsində 10/36 hissə payları müəyyən olunmuşdur.

3. Yevlax Rayon Məhkəməsinin 2(039)-130/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, iddiaçılar Cavabdeh2, Cavabdeh1, X6 və X7 cavabdeh İddiaçı qarşı hər birinin ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən yaşamaq, istifadə hüququnun tanınması və həmin evə köçürülmələrinin təmin edilməsi və ünvan 3 ünvanda yerləşən həyətyanı torpaq sahəsinə dair paylarının natura qaydasında bölünməsi, o cümlədən iddiaçıların hüquqi maraqlarının üst-üstə düşməsini nəzərə alaraq, paylarının eyni istiqamətdən ayrıl ması tələbinə dair ilkin iddiası təmin edilməmiş, cavabdeh İddiaçılar Cavabdeh2, Cavabdeh1, X9 və X10 qarşı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin paylara uyğun naturada bölünməklə istifadə qaydalarının müəyyən edilməsi, torpağın naturada bölgüsü mümkün olduğu təqdirdə, həmin hissədə təmin edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ilkin iddia tələbi ilə Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxs X11 qeyd etməklə) qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli kirayə müqaviləsinə əsasən X8 2021-ci ilin aprel ayından 2023-cü ilin sentyabr ayınadək olan müddət ərzində Cavabdeh1 ödədiyi ona çatası 8700 manat kirayə haqqının və döv lət rüsumu kimi ödədiyi 107 manatın Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə ona verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə və ƏMDK-nin yanında DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş dövlət reyestrdən çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi onun paylı mülkiyyətindədir. Onun adına verilmiş çıxarışda torpaq payı 11/36 hissə qeyd olunmuşdur. Lakin Cavabdeh1 adına verilmiş çıxarışda onun torpağa payı 8/36 hissə, mənzildəki payı isə 5/6 hissə qeyd olunmuşdur. Onun fərdi yaşayış evində özünə aid olan 5/6 hissə xx.xx.2021-ci il tarixdə kirayə müqaviləsinə əsasən X3 verilmişdir. Buna baxmayaraq, mənzilin kirayə pulları Cavabdeh1 ve rilmişdir və bu günə kimi də ona ödənilir.

6. Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X14 9000 manat vurulmuş maddi və mənəvi ziyan görə pulun, yəni 7000 manat maddi ziyan və 2000 manat mənəvi ziyan görə pulun və 110 manat dövlət rüsumunun, cəmi 9110 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin icraatında olan 2(039)-2778/2023 nömrəli mülki iş üzrə iddiaçı qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı ona qarşı iddia tələbi irəli sürərək ondan 8700 manat ona çatmalı olan kirayə haqqı pulu və dövlət rüsumu kimi ödədiyi 107 manat pul vəsaitinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı qarşılıqlı i ddia tələbi ilə cavabdeh İddiaçı ona və ailə üzvlərinə qarşı vurduğu ziyana görə 9000 manat pul vəsaiti və 110 manat tərəfindən ödənilmiş dövlət rüsumu xərcini tələb edir. Onun özü, habelə ailə üzvləri Cavabdeh2 və X4 şəhəri Şadlinski küçəsi 2 ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. Həmin ünvan onun əsas və daimi yaşayış yeri olmuşdur. Ailə olaraq eyni təsərrüfatı idarə edir. Lakin cavabdeh İddiaçı onların razılığı olmadan həmin yaşayış sahəsinə dair X13 adlı şəxslə "mənzil kirayə müqaviləsi" bağlamışdır. Əslində mənzil kirayə müqaviləsi də qanunsuz və əsassız olaraq bağlanmışdır. Çünki, Yevlax şəhəri Şadlinski küçəsi 2 ünvanda yerləşən daşınmaz əmlak cavabdehin, onun və ailə üzvləri olan adları yuxarıda göstərilən şəxslərin ümumi paylı mülkiyyətindədir. Həmin ünvanda həyətyanı torpaq sa həsinə və fərdi yaşayış evinə dair ümumi paylı mülkiyyətçilərin payları: Cavabdeh1 torpaq sahəsinin 6/36 hissəsi, X15 - torpaq sahəsinin 6/36 hissəsi, X16 torpaq sahəsinin 6/36 hissəsi, Cavabdeh2 - yaşayış evinin 1/6 hissəsi və torpaq sahəsinin 10/36 hissəsi, İddiaçı - yaşayış evinin 5/6 hissəsi və torpaq sahəsinin 8/36 hissəsidir. Əslində cavabdeh İddiaçı üçüncü şəxs X13 ilə mənzil kirayə müqaviləsi bağlamasına, o cümlədən onların ailəvi müvəqqəti olaraq Bakı şəhərində olmağından istifadə edərək, mübahisəli daşınmaz əmlakı - yaşayış sahəsini üçüncü şəxs E.Abdullayevə təhvil vermişdir. Cavabdeh İddiaçı E. Abdullayevlə mənzil kirayə müqaviləsi bağlayarkən onların razılığını nəzərə almamışdır. Məhz buna görə də onlar (o və ailə üzvləri) Yevlax Rayon Məhkəməsində 2(039)-30/2023 saylı mülki iş üzrə cavabdeh İddiaçı qarşı "evə köçürülmə" tələbinə dair iddia irəli sürmüşlər. Çünki mübahisəli yaşayış sahəsində X13 ailə üzvləri ilə birlikdə yaşayır. 2023-cü ilin sentyabr ayının ikinci ongünlüyündə, artıq yaranmış vəziyyətin gərginliyini gördüyündən, X13, özü mübahisəli mənzili boşaldaraq ona və ailə üzvlərinə təhvil vermişdir. O, eyni təsərrüfatı idarə etdiyi ailə üzvləri Cavabdeh2, X15 və X16 düz 18 ay müxtəlif ünvanlarda yaşamaq məcburiyyətində qalmışdır. Buna səbəb isə cavabdeh İddiaçı başqa şəxslə - ilk iddia tələbi üzrə üçüncü şəxs X13 ilə mənzil kirayə müqavilə bağlaması olmuşdur. Cavabdeh İddiaçı ünvan 5 ünvanına dair X13 ilə mənzil kirayə müqaviləsi bağlayarkən onun və ailə üzvlərinin razılığını almamışdır. Halbuki, bu hal birbaşa göstərişdir ki, mənzil kirayə müqaviləsi ba ğlanarkən mənzildə qeydiyyatda olan hər bir yetkinlik yaşına çatmış və fəaliyyət qabiliyyəti olan şəxslərin razılığı alınmalıdır. Cavabdeh İddiaçı yaşayış sahəsini tam olaraq (həyətyanı torpaq sahəsini tam və fərdi yaşayış evini tam) X8 istifadəsinə və sahibliyinə vermişdir. Halbuki, Yevlax şəhəri Şadlinski küçəsi 2 ünvanda yerləşən daşınmaz əmlak - yaşayış sahəsi ümumi birgə mülkiyyətçisi olduğu şəxslər arasında natura qaydasında bölünməmişdir. Onunla birlikdə eyni təsərrüfatı idarə etdiyi ailə üzvləri Cavabdeh2, X15 və X7 18 ay müddətində daimi yaşayış yeri olmamışdır, tez-tez yaşayış yerini dəyişmək məcburiyyətində qalmış, şəraitsiz mənzillərdə kirayədə yaşayaraq narahat həyat tərzi keçirmişdir. Onlara uyğun olmayan və alışmadığı həyat tərzi - mənzil şəraiti əsəblərini pozmuş və səhhəti nin pisləşməsinə səbəb olmuşdur. Bu hal da, birbaşa cavabdeh İddiaçı tərəfindən törədilmiş mülki hüquq pozuntusudur deliktdir. O, cavabdehdən cəmi 9.000 manat, onun tərəfindən vurulmuş maddi və mənəvi ziyana görə pul tələb edir. Həmin məbləğin 7.000 manatı maddi ziyan tələbidir ki, həmin məbləği ona və ailə üzvləri ilə birlikdə kirayə mənzillərə sərf etmişdir. 2000 manatı isə ona vurulmuş mənəvi zərər olaraq tələb edir. O, ali təhsilli müəllimədir. Yevlax şəhər 2 saylı tam orta məktəbdə müəllimə işləyir. Əsas və daimi yaşayış yeri olan Yevlax şəhəri Şadlinski küçəsi 2 saylı daşınmaz əmlak - yaşayış sahəsi çalışdığı 2 saylı tam orta məktəbin lap yaxınlığındadır. Eyni zamanda, həmin ünvan kifayət qədər normal şəraitə malikdir. O və ailə üzvləri isə ucuz olsun deyə, ucqar və şəraitsiz mənzill ərdə kirayədə yaşayırlar. Üstəgəl, şagirdləri arasında fikir formalaşmışdır ki, müəlliməni evdən qovmuşlar və onu evə buraxmırlar. Bütün bu hallar mənəvi olaraq ona ziyan vurmamış deyildir.

8. Yevlax Rayon Məhkəməsinin 4 mart 2024-cü il tarixli, 2(039)-146/2024 nömrəli qətnaməsi ilə (hakim Kamil Əliyev) ilk İddiaçı paylı mülkiyyətində olan (5/6 hissə) Yevlax şəhəri Şadlinski küçəsi 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair 19 aprel 2021-ci ildə üçüncü şəxs X13 ilə bağlamış olduğu kirayə müqaviləsindən cavabdehlərin əsassız varlandığı 8.100 manat kirayə haqqının və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 101 manat pul tələbinə dair ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı 7000 manat maddi ziyan a və 2000 manat mənəvi ziyana görə pulun və 110 manat dövlət rüsumu xərci olmaqla cəmi 9100 manat məbləğində pulun tutulması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Elşən Abdullayev adlı şəxs 2020-ci ilin sentyabr ayından 2023-cü ilin avqust ayınadək iddiaçıya məxsus fərdi yaşayış evində kirayəçi olaraq yaşamış və həmin müddət ərzində hər ay 300 manat olmaqla cavabdehlərə buna görə haqq ödəmiş, sözügedən evin kirayəsi ilə bağlı isə iddiaçı ilə kirayəçi arasında 2021-ci ilin aprel ayından 2023-cü ilin aprel ayınadək aylıq 300 manat ödənilməklə kirayə müqaviləsi bağlanmış, lakin Elşən Abdullayev həmin evdə 2023-cü ilin avqust ayınadək yaşayaraq həmin vaxtadək kirayə haqqını cavabdehlərə ödəmişdir.

10. Birinci inst ansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranması əsası iş materialları ilə təsdiq olunmamışdır.

11. Birinci instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, 27 ay üçün, yəni 2021-ci ilin aprel ayından 2023-cü ilin avqust ayınadək olan müddətdə müvafiq kirayə müqaviləsi əsasında ödənilmiş 8100 manat pulun məhz cavabdehlər tərəfindən alınması onların özlərinin və şahidin izahatı ilə təsdiq olunmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı isə cavabdehdən 9000 manat məbləğində pul tələb etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab etmişdir ki, ilkin iddia təmin edilməli və qarşılıqlı iddia üzrə iddia təmin edilə bilməz və qarşılıqlı iddia üzrə tərəfin ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 127-ci Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 385.1, 386.1, 1091.1, 1091.2, 1092.1ci, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarına, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 4.1, 14.2, 77.1, 82, 119.1, 217.4 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İlk iddia üzrə Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd və qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, üçüncü şəxs Elşən Abdullayev ailə üzvləri ilə birlikdə 2020-ci ilin sentyabr ayından mübahisəli ünvanda yaşayır və aylıq ödənilən 300 manat da məhz Cavabdeh1 və Cavabdeh2lə olan razılaşmaya görə ödənilir. Sonuncuların həmin ünvana dair paylı mülkiyyət hüquqları vardır. Elşən Abdullayev polis zabiti olduğu üçün mənzil kirayə müqaviləsi bağlamaqla kirayə pulunu dövlətdən əldə etmək istədiyindən, İddiaçı ilə mənzil kirayə müqaviləsi bağlamışdır. E.Abdullayevlə İddiaçı arasında hansı razılaşmanın olduğu onlara məlum de yildir. Elşən Abdullayevin onlara verdiyi aylıq 300 manat İddiaçı çatası məbləğ deyil, onların E.Abdullayevlə aralarında olan razılaşmaya görə əldə etdikləri məbləğdir. Onlar - Cavabdeh2, Cavabdeh1 və qızları Nəsrin və Səbrin Yevlax şəhəri Şadlinski küçəsi 2 ünvanda yerləşən daşınmaz əmlakdayaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatdadırlar. Həmin ünvan onların əsas və daimi yaşayış yerləri olmuş və İddiaçı onların razılığı olmadan həmin yaşayış sahəsinə dair X13 adlı şəxslə “mənzil kirayə müqaviləsi” bağlamışdır. Əslində mənzil kirayə müqaviləsi də qanunsuz və əsassız olaraq bağlanmışdır. Çünki Yevlax şəhəri Şadlinski küçəsi 2 ünvanda yerləşən daşınmaz əmlak-yaşayış sahəsi iddiaçının, onun və onun ailə üzvləri olan yuxarıda adları göstərilən şəxslərin ümumi paylı mülkiyyətinə daxildir. Belə ki, ünvan 5 ünvanda həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə dair ümumi paylı mülkiyyətçilərin payları aşağıdakı kimidir: Cavabdeh1-torpaq sahəsi 6/36 hissə, X15- torpaq sahəsi 6/36 hissə, X16-torpaq sahəsi 6/36 hissə, İddiaçı-yaşayış evi 5/6 hissə, torpaq sahəsi 8/36, Cavabdeh2-yaşayış evi 1/6 hissə, torpaq sahəsi 10/36 hissə. Mübahisə ilə bağlı mübahisəyə birtərəfli və səthi yanaşılmışdır. MM-nin 21-ci maddəsində zərərin aid edilməsi ilə bağlı birbaşa qayda yoxdur. Aid edilmə o deməkdir ki, prinsip etibarı ilə yalnız borclunun səbəb olduğu zərərin əvəzi ödənilir. Əgər, İddiaçı, Elşən Abdullayevlə kirayə müqaviləsi bağlayarkən onunla arasında heç bir sövdələşmə olmamışdırsa, bu o demək deyildir ki, onlar ona zərər vurmuşlar və öz yaşayış yerlərini Elşən Abdullayevə verdikl ərinə görə, sonuncudan aldıqları məbləği İddiaçı verməlidirlər. Məhkəmə ədalət mühakiməsini həyata keçirərkən qeyd edilənlər nəzərə alınmamışdır. İş üzrə qətnamə qəbul edilərkən məhkəmə iş üzrə müəyyən edilmiş həqiqi hallara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə işin həqiqi hallarına deyil, İddiaçı dediklərinə inandırıcı mövqe nümayiş etdirmişdir. Onlar iddia tələbinin yönəldiyi tərəf olmalı deyil. Çünki, onlar eyni zamanda övladları iddiaçı tərəf kimi, Yevlax şəhəri Şadlinski küçəsi 2 ünvanında yerləşən daşınmaz əmlakın-yaşayış sahəsinin ümumi paylı mülkiyyətçiləridirlər. Məhkəmə ilk iddianı təmin, qarşılıqlı iddia tələbini isə rədd etmişdir. Lakin, ilk iddianın təmin edilməsinə gətirib çıxaran hallar sübut edilməmişdir. X18 Əsgərova arasında mənzil kirayə müqaviləsi rəsmi bağlanmış ( 2021-ci ilin aprel ayında) və həmin müqavilənin bağlanmasından onların məlumatları olmamışdır və müqavilə bağlanarkən ümumi paylı mülkiyyətçilər olaraq onların ailələri cəlb edilməmişdir. X19 Vəliyev arasında sövdələşmə 2020- ci ilin sentyabr ayında baş tutmuş və aralarında şərtlər olmuşdur. Onlar öz yaşayış sahələrini Elşən Abdullayev və onun ailəsinə verirlər. O, isə əvəzində onlara aylıq 300 manat pul vəsaiti verir. Əslində, tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğundan asılı olmayaraq müəyyən şərtlər olduqda qanunda tələblər nəzərdə tutulur. Bu normalar qanundan irəli gələn iddia tələblərinin qanuni əsasları adlanır, çünki onlar hüquqi əqdə xas olan adi iradə ifadəsi ilə bağlı qərar olmadan bilavasitə qanundan irəli gəlir. Belə hallarda müqavilədən və qanundan irəli gələn iddia tələblərinin qanuni əsasları arasında tələblərin rəqabətindən danışılır. Üçüncü şəxs Elşən Abdullayev mübahisəli ünvanda 2020-ci ilin sentyabr ayından yaşayır. Aylıq 300 manat, Cavabdeh2 və onun ailə üzvlərinin öz yaşayış yerlərini E. Abdullayevə verdikləri üçün aldıqları haqdır. Həmin məbləğin X18 Əsgərova arasında 2021-ci ilin aprel ayında bağlanmış mənzil kirayə müqaviləsinə heç bir aidiyyəti yoxdur. Əgər, həmin məbləğ İddiaçı çatmalı olan kirayə haqqı idisə, 18 ay ərzində, İddiaçı pulun ona verilməli olduğunu kirayəçiyə bildirərdi.

15. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər E.Mehdiyev - sədrlik edən və məruzəçi, Ə.Məcidov və Ə.Kərimov ) 2(107)-121/2025 nömrəli, 14 yanvar 2025-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə apellyasiya şikayəti qismən təmin edil miş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı xx.xx.2021-ci il tarixli kirayə müqaviləsinə əsasən 2021-ci ilin aprel ayından 2023-cü ilin sentyabr ayınadək olan müddət üçün ona çatmalı kirayə haqqı olan 8700 manatın və 107 manat dövlət rüsumunun xeyrinə tutulmasına dair ilk iddia tələbi hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı xx.xx.2021-ci il tarixli kirayə müqaviləsinə əsasən 2021-ci ilin aprel ayından 2023-cü ilin sentyabr ayınadək olan müddət üçün ona çatmalı kirayə haqqı olan 8700 manatın və 107 manat dövlət rüsumunun xeyrinə tutulması tələbinə dair ilk iddiasının təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları tam düzgün müəyyən edilməmiş, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır.

17. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin X18 Əsgərova arasında mənzil kirayə müqaviləsi bağlandıqdan sonra, 300 manat kirayə haqqının hansı səbəbdən İddiaçı ödənilməsini sonuncunun Elşən Abdullayevdən tələb etməməsi, İddiaçı öz tələblərini hansı səbəbdən Elşən Abdullayevə bildirməməsinə dair dəlilləri ilə razılaşaraq qeyd etmişdir ki, işdə olan 19 aprel 2021-ci il tarixdə bağlanmış mənzillərin evl ərin bağların müvəqqəti istifadəyə verilməsi (kirayə müqaviləsi) müqaviləsinə əsasən kirayəyə verən İddiaçı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə özünə məxsus 5/6 hissəsini aylıq 300 manat müqabilində 19 aprel 2023-cü il tarixədək dövr üçün X1 vermişdir. Həmin müqavilənin 5-ci bəndinə əsasən “Kirayəyə götürən” X13 “Kirayəyə verən” İddiaçı aylıq 300 manat kirayə haqqı ödəyir. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbi də xx.xx.2021-ci il tarixli kirayə müqaviləsi üzrə X8 2021-ci ilin aprel ayından 2023-cü ilin sentyabr ayınadək olan müddət ərzində Cavabdeh1 ödədiyi ona çatmalı kirayə haqqı və dövlət rüsumunun ödənilməsi ilə bağlıdır. İddiaçı ilə X13 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış kirayə müqaviləsinin qüvvədə olduğu müddətdə İddiaçı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən mülkiyyət payı naturada ayrılmamaqla yanaşı, həmin müqavilə üzrə İddiaçı qarşısında kirayə müqaviləsi üzrə üzərinə kirayə haqqının ödənilməsi vəzifəsi düşən şəxs X13 olmuşdur. Belə ki, xx.xx.2021-ci il tarixli kirayə müqaviləsinin 5-ci bəndinə əsasən məhz X13 bağladığı kirayə müqaviləsi üzrə kirayəyə verən İddiaçı aylıq 300 manat kirayə haqqı ödəməli idi. Yəni, həmin müqavilədə müqavilə üzrə ümumi kirayə haqqının kirayə müqavilə müddətinin sonunda və yaxud daha sonra bir dəfəyə ödənilməli olması nəzərdə tutulmadığı halda, İddiaçı müqavilə müddəti ərzində aylıq ödənişləri müqavilə tərəfi X5 tələb etməməsinə iddia ərizəsində, birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında aydınlıq gətir ilməmişdir.

18. Kollegiya qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli kirayə müqaviləsi kirayəyə verən İddiaçı ilə kirayəçi X13 arasında bağlandığından müqavilədən irəli gələn öhdəliklərin icrası da müqavilə tərəfləri olaraq həmin şəxslərə aid edilməlidir. Cavabdehlər ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin özlərinə aid hissəsini X1 verdiklərini, fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin özlərinə aid hissəsinin müqabilində X5 aylıq kirayə haqqı əldə etdiklərini göstərmişlər.

19. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin X18 Əsgərova arasında 2021-ci ilin aprel ayında mənzil kirayə müqaviləsinin bağlanmasından onların məlumatlarının olmaması, müqavilə bağlanarkən ümumi paylı mülkiyyətçilər olaraq onların ailələrinin cəlb edilməməsinə dair dəlillərinə mün asibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar ə şyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər.

20. İş materiallarından cavabdehlər Cavabdeh2 və Cavabdeh1 X18 Əsgərova arasında xx.xx.2021-ci il tarixdə bağlanmış kirayə müqaviləsindən əvvəlcədən məlumatlı olmaları, sonradan həmin müqavilə ilə razılaşmaları halı müəyyən edilməmişdir. Həmçinin, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kirayə haqqı olaraq 8700 manatın tələb etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən ilkin iddia tələbi 8100 manat həddində təmin edilmiş, 600 manata aid hissədə ilk iddia tələbinin rədd edilmə səbəbləri üzrə heç bir dəyərləndirmə aparılmamış, xx.xx.2021-ci il tarixli müqavilə üzrə pul məbləği tələb edilirdisə, müqavilə müddətinin başa çatmasından sonrakı dövr üçün də cavabdehlərdən müqaviləyə istinadən pulun tutulması səbəbləri aydınlaşdı rılmamışdır.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, ilk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı xx.xx.2021-ci il tarixli kirayə müqaviləsinə əsasən 2021-ci ilin aprel ayından 2023-cü ilin sentyabr ayınadək olan müddət üçün ona çatmalı kirayə haqqı olan 8700 manatın və 107 manat dövlət rüsumunun xeyrinə tutulmasına dair ilk iddia tələbi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə, MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir. Belə ki, iş materiallarından cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ilə X13 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kirayə müqaviləsinin tərəfləri olmadıqları halda, birinci instansiya məhkəməsi həmin müqavilə üzrə iddiaçının pul tələbini cavabdehlər Cavabdeh 2 və Cavabdeh1 qarşı qismən təmin etməklə və ilk iddianın təmin edilməmiş hissəsi üzrə heç bir dəyərləndirmə aparmamaqla maddi və prosessual hüquq normalarının tələbləri pozmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı xx.xx.2021-ci il tarixli kirayə müqaviləsinə əsasən 2021-ci ilin aprel ayından 2023-cü ilin sentyabr ayınadək olan müddət üçün ona çatmalı kirayə haqqı olan 8700 manatın və 107 manat dövlət rüsumunun xeyrinə tutulmasına dair ilk iddia tələbi hissəsində işin araşdırılması və məhkəmə aktının tərtib olunmasına dair prosessual qanunvericiliyin tələblərinə riayət olunmamışdır.

22. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 İddiaçı qarşı “pul tələbinə” dair qarşılıqlı iddiasının rədd edilməsi hissəsində birinci instansiya məhkəm əsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, həmin hissədə maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmiş, həmin hissədə sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

23. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 14.2.1, 21, 385.1, 386.1, 387.3, 425.1, 433, 442, 448.1, 675, 684.1, 1097.1-ci və MPM-in 14.2, 77.1, 88, 217, 218.1, 372 və 402.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İlk iddia üzrə iddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilki n iddianın tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti Mülki Məcəllənin 385.1, 386.1, 675, 1091, 1092.1-ci, MPM-nin 14, 77.1, 88, 217, 417.1.4, 418-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, E.Abdullayev kirayə müqaviləsi üzrə iddiaçıya ödəməli olduğu pul məbləğini cavabdehlərə ödədiyi üçün həmin cavabdehlərin həmin pul məbləğini qaytarması barədə iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Apellyasiya instansiya məhkəməsi göstərilənləri nəzərə almamaqla mülki qanunvericiliyin göstərilən maddi hüquq normasının pozuntusuna yol vermişdir. İşin faktiki hallarından da göründüyü kimi cavabdehlər iddiaçıya məxsus kirayə haqlarını əldə etdiklərindən əsassız varlanmış və iddiaçıya zərər vurmuşlar. Cavabdehlərin hüquqa zidd hərəkətləri nəticəsində iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Hazırkı iş üzrə əldə olunan mötəbər sübutlardan, eləcə də tərəflərin izahatlarından görünür ki, iddiaçı ilə E.Abdullayev arasında xx.xx.2021-ci il tarixli kirayə müqaviləsi bağlanmış və həmin müqavilə üzrə kirayəçi (E.Abdullayev) hər ay 300 manat ödəməyi öhdəsinə götürür. Hər iki instansiya məhkəməsinin qətnaməsindən də göründüyü kimi, E.Abdullayev 300 manat məbləğdə vəsaiti hər ay cavabdehlərə ödəmişdir. Cavabdehlər 2021-ci ilin aprel ayından 2023-cü ilin avqust ayına kimi hər ay 300 manat məbləğdə olmaqla, ümumilikdə 8.700 manat məbləğdə vəsait əldə etmişlər. Həmin pul vəsaiti iddiaçıya məxsus olmuş, cavabdehlər heç bir hüquqi əsas olmadan onu əldə etmişlər. Göründüyü kimi cavabdehlərin iddiaçının əmlakı hesabına əsassız varlanması sübut olunmuşdur. Əfsuslar olsun ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normasını iş üzrə tətbiq etməyərək, cavabdehlərin iddiaçının əmlakı hesabına əsassız varlanması halını qiymətləndirməyərək pozuntuya yol vermişdir. Apellyasiya instansiyası məhkəməsi iddia tələblərinin əsasını təşkil edən sübutları nəzərə almamış, yalnız cavabdehlərin izahatını əsas götürərək qanunsuz və əsassız qətnamə çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda, qanunsuz və əsassız qətnamə çıxarılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. İlk iddia üzrə cavabdehlər kassasiya şikayətinə qarşı etiraz göndərərək təmin e dilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

30. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir.

31. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

32. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikd ə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

33. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

34. Maddə

675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

35. Maddə 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir.

36. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üç ün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı mübahisə üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.

49. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əs as yoxdur.

50. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

51. M əhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

52. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi Apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo xlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassas iya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-121/2025 nömrəli, 14 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar