Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1466/2020 16.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, X1 ibarət tərkibdə, X2 oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil, Cavabdeh1, vəkili X5nun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Seyidəhməd oğluna qarşı “yaşayış evinə gedən yolun açılması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 oktyabr 2019-cu il tarixli, X5saylı qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaç ı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Seyidəhməd oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda həyətyanı torpaq sahəsi və yaşayış sahəsi ona məxsusdur və ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Cavabdeh1 evinə gedən yolun içindən evinin hamamının dibindən kanalizasiya arxı qazaraq oğlu Cavabdeh2 üçün onun evinə bitişik tikdiyi evin kanalizasiya sularını ora axıdır. Hamamın artıq uçmaq təhlükəsi vardır. Tikdikləri evin bütün tullantıları və yağış suları onun evinin damına və həyətinə tökülür. Cavabdehlərin özlərinin həyət darvazaları olduğu halda onun evinə gedən yola da darvaza açmışlar, onun evinə gəlib-gedənlərə və özünə maneçilik törədirlər. Bu barədə bələdiyyəyə müraciət etsə də, heç bir nəticəsi olmamışdır, bu səbəblə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, cavabdehlər Cavabdeh1 və M.N.Əhmədov tərəfindən ona məxsus həyətyanı torpaq sahəsinə və yaşayış evinə gələn yola açdıqları darvazanın bağlanması, tikdikləri evin yağış sularının və kanalizasiya tullantılarının digər istiqamətə yönəldilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, X5 saylı qətnaməsi ilə (hakim Ç.Ə.İsgəndərov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış evinə gedən yolun açılması tələbinə dair iddiası təmin edilməmiş, 100 manat və 106.72 manat məbləğində ekspertiza xərcləri İddiaçı aid edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Quliyev, G.Tağızadə, E.Rəhimov) 3 0.10.2019-cu il tarixli X5nömrəli qətnaməsi ilə iddiasının tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Şabran Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, X5 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.10.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tikinti-texniki ekspertizasının 03 iyul 2019-cu il tarixli, 10758 saylı ekspert rəyi ilə əsaslandırılmışdır. İlk növbədə qeyd edilməlidir ki, hüquqi qüvvəsi nə görə ekspert rəyi məhkəmə üçün məcburi deyil. Məhkəmə mexaniki olaraq ekspert rəyinə istinad edərək işin faktiki hallarını dəqiq nəzərə almadan qətnamə qəbul etmişdir. Ekspert qarşısında qoyulmuş suallar işin mahiyyəti ilə birbaşa əlaqəli deyil. Cavabdehlərin evinin layihəsində cavabdehin evinə gedən yol tam başqa tərəfdə nəzərdə tutulmuşdur. Qətnamədə cavabdehlərin hansı əsasla layihədən kənara çıxaraq qeyd edilən qapının açılmasının hüquqi cəhətdən əsaslandırılmamışdır. Yəni ekspert qarşısında cavabdehlərin evin layihəsindən kənara çıxıb-çıxmaması, cavabdehin həyətindən keçən suyun iddiaçının hamamına təsir edib-etməməsi barədə suallar qoyulmalı idi. Digər tərəfdən tərəf olaraq ekspertiza keçirilərkən iddiaçının iştirakı təmin edilməmişdir. Ekspert rəyində evin üstündən tökülən yağı ş suyunun navalça vasitəsilə ümumi kanalizasiyaya axıdılması barədə göstərilənlər də həqiqi deyil. Ekspert rəyində mübahisələndirilən qapının guya iddiaçıya mane olmadığı göstərilir ki, bu da həqiqəti əks etdirmir. Qeyd edilən qapının bağlanması cavabdehlərin yolunun kəsilməsi anlamına gəlmir. Çünki onların yolu başqa yerdən olduğu halda əsassız olaraq iddiaçının hüquqlarının pozulması ilə nəticələnən yoldan istifadə edir. Cavabdehin tikdiyi ev ilə iddiaçının evi arasındakı məsafə də diqqət mərkəzində saxlanmalı idi. İş materiallarından da görünür ki, cavabdeh evi ondan sonra tikmişdir. Cavabdeh2 məxsus fərdi yaşayış evinin layihəsi də mövcud qanunvericiliyin tələbləri pozulmaqla verilmişdir. Cavabdehin evi ilə iddiaçının evinin ara məsafəsi Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə z iddir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prossesual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və vəkili X5 kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmələr tərəfindən iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli, 06 saylı qərarına əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidməti tərəfindən verilmiş 22 may 2019-cu il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Torpağın Mülkiyyətə Verilməsi Dair JN-5303A KOD 30401004 saylı şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.07 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə gedən yolun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən gediş-gəlişinə hər hansı bir maneə törədilmir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Torpağın Mülkiyyətə Verilməsi Dair JN-5303A KOD 30401004 saylı şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.07 ha həyətyanı torpaq s ahəsinə və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə gedən yolda tikinti işləri aparılmamışdır. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 03 iyul 2019-cu il tarixli, 10758 saylı ekspert rəyinə əsasən Torpağın Mülkiyyətə Verilməsi Dair JN5303A KOD 30401004 saylı şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.07 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə gedən yolun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən gediş-gəlişinə hər hansı bir maneə törətmədiyi müəyyən olunur, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Torpağın Mülkiyyətə Verilməsi Dair JN-5303A KOD 30401004 saylı şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.07 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə gedən yolda tikinti işləri aparılmadığı müəyyən olunur, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 inşa olunduğu evin yaşayış və kanalizasiya sularının navalça vasitəsi ilə ümumi kanalizasiya xəttinə axıdıldığını nəzərə alaraq, həmin suların axıdılması nəticəsində iddiaçının həyətyanı torpaq sahəsinə və evinə ziyan vurulduğu müəyyən olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında yaranmış mübahisə üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək məqsədi ilə təyin edilmiş tikinti-texniki ekspertizasının 03 iyul 2019-cu il tarixli, 10758 saylı ekspert rəyi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qonşuluqda inşa olunan evin yaşayış və kanalizasiya sularının navalça vasitəsi ilə ümumi kanalizasiya xəttinə axıdıldığı, həmin suların axıdılması nəticəsində İdd iaçı həyətyanı torpaq sahəsinə və evinə ziyan vurulduğu müəyyən olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin etməməklə düzgün nəticəyə gəlmişdir. İddiaçı apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, bu zaman maddi və prossesual hüquq normalarının tələblərini pozmamışdır. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa d a, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Həmin Məcəllənin 48.5-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mü hitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən ş əxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırmaları zamanı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya məxsus həyətyanı torpaq sahəsinə və evinə ziyan vurulması və ona qarşı hər hansı bir maneələrin yaradılması halı müəyyən edilməmişdir. Buna görə də, apellyasiya instansiyası məhkəməsinin iddiaçının iddia tələbini sübut edə bilməməsinə dair nəticəsi işin araşdırılmış hallar ına uyğun olmuşdur. Həmçinin kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Kassasiya şikayətində cavabdehin tikdiyi ev ilə iddiaçının evi arasındakı məsafənin nəzərə alınmaması, Cavabdeh2 məxsus fərdi yaşayış evinin layihəsinin mövcud qanunvericiliyin tələbləri pozulmaqla verilməsi, cavabdehin evi ilə iddiaçının evinin ara məsafəsinin Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə zidd olması barədə qeyd edilənlər isə iddianın predmetinə aid olmadığından onların araşdırılmasına məhkəmə kollegiyası zə rurət görmür. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya sı məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.10.2019-cu il tarixli X5nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1466/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1466/2020
16.03.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver