Məhkəmə qərarları › İş №2(102)-1466/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1466/2022

15.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1466/2022 15.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icrası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.11.2021-ci il tarixli, 2(103)7493/2021 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" M MC ilə İddiaçı arasında ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasından pay barədə 162003 saylı, 30.04.2020-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 18-ci mərtəbə, ümumi sahəsi 141 kv.m. olan, 162 saylı mənzil izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi verilir. Müqavilənin 4.1-ci bəndində müqavilə üzrə mənzilin dəyəri bir kv.m. sahəsi üçün 850 manat təyin edilməklə cəmi 141 kv.m. sahəsi üçün 119850 manat təşkil edir. Müqavilənin 4.2-ci bəndində qeyd olunur ki, bu müqavilənin ödənişi yalnız kassa mədaxil qəbzi ilə əsas sayılır. 4.3-cü bəndinə görə bu müqavilə ilə müəyyən olunmuş, yuxarıda göstərilən mənzilin qiymətindən 100% miqdarında, yəni 119850 manat məbləğində ödənilmişdir. Bundan əlavə həmin müqavilənin 4.4-cü bəndinə əsasən payçı bu mənzilin dəyərində "xxxx" MMC-nin inşa etdiyi yüksək mərtəbəli yaşayış binalarında mərmər-qranit işlərini görəcəkdir. 4.5-ci bəndə əsasən payçı bu müqaviləyə əsasən razılaşdırılmış işləri başa çatdırdıqdan sonra müqavilə qüvvəyə minəcəkdir. 2. "xxxx" MMC tərəfindən verilmiş 30.04.2020-ci il tarixli maliyyə arayışında İddiaçı tərəfindən ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 18-ci mərtəbədə ümumi sahəsi 141 kv.m. olan 162 saylı izolə olunmuş 3 otaqlı mənzilinin dəyərini 30.04.2020-ci il tarixli, 162003 saylı müqavilənin şərtlərinə əsasən tam ödənildiyi göstərilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh "xxxx" MMC-yə qa rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış 30 aprel 2020-ci il tarixli, 162003 saylı müqaviləyə əsasən cavabdehin ünvan 1 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 2-ci blokunun 18-ci mərtəbəsindəki ümumi sahəsi 141 kv.m. olan, 162 saylı, 3 otaqlı mənzilinə sahiblik və istifadə hüququnun tanınması, mənzilin açarlarının iddiaçıya təhvil verilməsi və maneələrin aradan qaldırılmasının "xxxx" MMC-yə həvalə edilməsi, 30 aprel 2020-ci il tarixli, 162003 saylı müqaviləsinin 4.4 və 4.5-ci bəndlərinin etibarsız hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin Yasamal rayonunda inşa etdiyi yüksək mərtəbəli binadan mənzil almaq qərarına gəlmişdir. Binaya baxmış, onu qane etdiyinə görə razıl aşaraq həmin MMC-nin işçisi ilə görüşmüş, ondan tələb olunan sənədləri təqdim etmişdir. Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blokunun 18-ci mərtəbəsindəki ümumi sahəsi 141 kv.m. olan, 162 saylı, 3 otaqlı mənzili almaq barədə razılığa gəlmişlər. Bundan sonra MMC-nin rəhbərliyi ilə 30 aprel 2020-ci il tarixli, 162003 saylı müqaviləni imzalamış, mənzilin dəyəri olan 119850 manatı 30 aprel 2020-ci il tarixdə tam ödəmişdir. Buna görə ona arayış da verilmişdir. Tərəflər arasında bağlanmış 30 aprel 2020-ci il tarixli, 162003 saylı müqavilənin şərtlərinə əsasən cavabdeh Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində ümumi sahəsi 141 kv.m.-dən ibarət olan 3 otaqlı mə nzili, xarici tərtibatla, daxili arakəsmələr hörülməklə, mənzilə elektrik enerjisi, qaz, su, kanalizasiya ana xətləri çəkməklə alıcıya təhvil verməyi, alıcı isə hər kv.m.-nə görə 850 manat ödəməyi şərtləndirmişlər. O, üzərinə götürdüyü öhdəliyi müqavilə bağlanan zaman tam icra etmişdir. Lakin cavabdeh qanunvericiliyin normalarını pozaraq mənzili ona təhvil verməkdən imtina edir. Bu barədə dəfələrlə şifahi müraciətlər etməsinə baxmayaraq müraciətlərinə müsbət cavab ala bilməmişdir. Mənzilin dəyərinin iddiaçı tərəfindən tam ödənilməsi həm bağlanmış müqavilədə, həm də ona təqdim edilmiş 30 aprel 2020-ci il tarixli arayışda göstərilmişdir.

5. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, cav abdeh tərəfindən həmin çoxmərtəbəli mənzil inşa edilərkən müəyyən maddi çətinliklər baş verib və belə olan halda bununla bağlı müəyyən tanış şəxslərə müraciət olunmuşdur. Ümumi praktikadan bəllidir ki, inşaat şirkətləri müxtəlif şəxslərlə binanın materialları müqabilində həmin şəxslərə binadan mənzillər verməklə razılığa gəlirlər. İddiaçı da qeyd edilən binada müəyyən sahələrdə mərmər-qranit işlərinin görülməsini təmin etməli idi. O, dəqiq olaraq bilmir ki, iddiaçı xanımın belə bir şirkəti var, ya yox. Müqavilə iddiaçının adına yazılıb, lakin mərmər-qranit işlərini başqa bir şəxs görməli idi. Sadəcə olaraq iddiaçı o şəxsin etibarlı adamı olduğuna görə müqavilə iddiaçının adına yazdırılmışdır və iddiaçıya maliyyə arayışı verilir ki, pul ödənilib. Bundan sonra onlar işləri görməyə başlayırla r. 1-ci və 2-ci mərtəbələrdə təxminən 10.000 manat dəyərində işlər görülüb. Lakin bir müddət sonra qarşı tərəf işləri dayandırıb. Həmin dövrdə onların əməkdaşları müqavilədə konkret bənd qeyd ediblər və həmin bənddə göstərilir ki, ödəniş yalnız kassa mədaxil qəbzi olduqda etibarlı sayılır. Bu müqaviləni həmin vaxt hüquqşünaslar yox, mühasiblər tərtib ediblər. Onlar da müqavilənin bəndinin dəyişdirilməsini bilmir, sadəcə olaraq, göstəriş verilir və ona uyğun əlavələr edirlər. Əməkdaşların qeyd etdiyi 4.4-cü bənddə deyilir ki, payçı binada mərmər-qranit işləri görəcəkdir. Bu bənddə məsələ açıq-aydın şəkildə göstərilib. İnandırıcı deyildir ki, iddiaçı müqavilə imzalasın, 120.000 manata yaxın pul versin, amma bu bənddən xəbəri olmasın. İddiaçı bir ildən artıq müddət keçməsinə baxmayaraq məhkəm ədə müqavilənin bəndini mübahisələndirir. Müqavilənin 10 bəndi var, qarşı tərəf onların hamısını qəbul edir, yalnız bir bəndi mübahisələndirir. Lakin bununla belə cavabdeh şirkətin rəhbəri həmin işləri görəcək şəxslə danışıb və bildirib ki, ya işləri davam etdirsin və yekunlaşandan sonra mənzili təhvil alsın, ya da ki, gördüyü işlərin əvəzi olaraq 10.000 manat haqqı cavabdeh ona ödəsin. Müqavilənin 4.3-cü bəndi isə sadəcə şablon olaraq göstərilib. Əgər həmin dövrdə bağlanılmış müqavilələrə baxılsa, görüləcək ki, bu bənd bütün müqavilələrdə var. Bu da onunla bağlıdır ki, həmin dövrdə müqavilələri hüquqşünaslar tərtib etməyib. Tərtib edənlər mühasiblər olduğu üçün müvafiq bəndlərə dəyişikliklər etməyib, yalnız əlavə bəndlər daxil ediblər. Həmin binada görülən mərmər qranit işlərinin dəyəri 1 19850 manatdır.

6. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-1618/2021 saylı, 05 may 2021ci il tarixli qətnaməsi ilə (hakim O.Məmmədli) iddia ərizəsi təmin edilməmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər göstərilən müqaviləni imzalamaqla, həmin müqavilədə müəyyənləşdirilmiş şərtlərə dair razılıqlarını bildirmişlər. Qeyd edilən müqavilənin hər hansı bəndinin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi öhdəlikləri cavabdehin üzərinə qoymaqda və müqavilədə nəzərdə tutulmuş və tərəflər arasında razılaşdırılmış müəyyən bəndlərin etibarsız hesab edilməsini tələb etməkdə haqlı deyildir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385,389,390-cı maddələrinə istinadla əsa slandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 05 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilədən məlum olur ki, mənzilin hər kv.m. 850 manat qiymətləndirilmişdir. Həmin qiymətləndirmə ilə mənzilin dəyəri 119.850 manat təşkil edir. Lakin müqavilənin 4.4-cü bəndindən görünür ki, payçı mənzilin dəyərində yaşayış binasında mərmər-qranit işlərini görəcəkdir. Müqavilənin 4.4-cü bəndi açıq-aydın müqavilənin digər bəndləri ilə uzlaşmır, ziddiyyət təşkil edir. Həmin bənd doğru sayılarsa mənzilin hər kv.m. dəyəri 850 manat yox, 1700 manat olmalı idi. Həmçinin mənzilin dəyəri də 119.850 manat deyil, 239.700 manat olmalı idi. Cavabdehin nümayəndəsi də məhkəmə iclasında bildirmişdir ki, «müqavilə hüquqşünas deyil, mühasiblər tərəfindən tərtib olunmuşdur. Müqavilə iddiaçının adına yazılıb, lakin mərmərqranit işlərini başqa bir şəxs görməli idi». Əvvəla, müqavilə mühasiblər tərəfindən hazırlanmışsa, yuxarıda qeyd edilən riyazi hesablamalarda qətiyyən səhvə yol verməzdilər. Bundan başqa, müqavilə iddiaçı ilə bağlanmışdır, cavabdehin nümayəndəsi bildirir ki, mərmər-qranit işlərini başqa bir şəxs görməli idi. Başqa şəxsin və ya şəxslərin yaşayış binasında hansı işlərin görməsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Bundan başqa, cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçı tərəfindən mənzilin dəyəri olan 119.850 manat ödənilmişdir. Qeyd edilənlərdən görünür ki, müqavilənin 4.4-cü bəndi 4.1 və 4.3-cü bəndlərinə ziddir. Lakin məhkəmə qeyd edilənlərə əhəmiyyət verməmiş və buna görə iş üzrə düzgün nəticəyə gəlməmişdir.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.11.2021-ci il tarixli, 2(103)7493/2021 saylı qətnaməsi ilə (hakimlər Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), V.Ə.İbayev və R.M.Həsənov) İddiaçı apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2 05 may 2021-ci il tarixli qətnaməsinin ləğv olunması, iddianın təmin edilməsi, cavabdeh "xxxx" MMC-nin ünvan 1 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının İddiaçı 30 aprel 2020-ci il tarixli, 162003 saylı müqaviləsinə əsasən həmin binanın 2-ci blokunun 18-ci mərtəbəsindəki ümumi sahəsi 141 kv.m. olan, 162 saylı, 3 otaqlı mənzilinə sahiblik və istifadə hüququnun tanınması, mənzilin açarlarının cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı təhvil verilməsi və maneələrin aradan qaldırılmasının "xxxx" MMC-yə həvalə edilməsi, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 30 aprel 2020-ci il tarixli, 162003 saylı müqaviləsinin 4.4 və 4.5-ci bəndlərinin etibarsız hesab olunması qət edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 162003 saylı, 30.04.2020-ci il tarixli "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış müqavilənin 4.4-cü bəndi (payçı bu mənzilin dəyərində "xxxx" MMC-nin inşa etdiyi yüksək mərtəbəli yaşayış binalarında mərmər-qranit işlərini görəcəkdir) və 4.5-ci bəndi (payçı bu müqaviləyə əsasən razılaşdırılmış işləri başa çatdıqdan sonra müqavilə qüvvəyə minəcəkdir) müqavilənin digər bəndləri ilə qeyri-müəyyənlik təşkil edir və həmin hal indiki halda cavabdehin ziyanına (əleyhinə) təfsir edilməli olduğundan iddia tələbi - 30 aprel 2020-ci il tarixli, 162003 saylı müqaviləsinin 4.4 və 4.5-ci bəndlərinin etibarsız hesab olunması hissəsində əsaslı olmuşdur.

12. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəf müqavilə ilə üzərinə düşən öhdəliyi həyata keçirməklə müqavilədə göstərilən mənzilin dəyərini tam olaraq cavabdehə ödəmiş, cavabdeh isə müqavilə ilə üzərinə düşən öhdəlikləri həyata keçirməyərək, müqavilədə nəzərdə tutulmuş mənzili iddiaçıya təhvil verməmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh "xxxx" MMC-nin ünvan 1 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının onun 30 aprel 2020-ci il tarixli, 162003 saylı müqaviləsinə əsasən həmin binanın 2-ci blokunun 18-ci mərtəbəsindəki ümumi sahəsi 141 kv.m. olan, 162 saylı, 3 otaqlı mənzilinə sahiblik və istifadə hüququnun tanınması, mənzilin açarlarının iddiaçıya təhvil verilməsi və maneələrin aradan qaldırılmasını cavabdehdən tələb etməkdə haqlı olmuşdur və iddia tələbi həmin hissələrdə də əsaslı olmaqla təmin edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh "xxxx" MMC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayətində cavabdehin nümayəndəsinin b irinci instansiya məhkəməsində verdiyi izahatında göstərdiyi dəlillər təkrarlanmış, əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının göstərdiyi məlumatları sadalamaqla kifayətlənmiş, heç bir sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş, sübutun işə hansı aidiyyətinin olmasını müəyyən etməmiş, cavabdehin göstərdiyi sübutlara isə ümumilikdə heç bir qiymət verməmişdir. Qətnamədə işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, nəticədə qətnamədə göstərilən hallar işin materiallarına uyğun deyildir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən göründüyü kimi 4.4-cü bəndə əsasən payçı bu mənzilin dəyərində "xxxx" MMC-nin inşa etdiyi yüksək mərtəbəli yaşayış binalarında mərmərqranit işlərini görəcəkdir. 4.5-ci bənd ə əsasən payçı bu müqaviləyə əsasən razılaşdırılmış işləri başa çatdırdıqdan sonra müqavilə qüvvəyə minəcəkdir. İddiaçı qeyd olunan şərtlərlə tanış olaraq müqavilə bağlamışdır. İddiaçı öz öhdəliklərini icra etməmişdir. Lakin nəticədə iddiaçının iddia tələbi təmin edilmişdir. Göründüyü kimi, qətnamə və işin halları uyğunluq təşkil etmir. Qətnamədə məhkəmənin əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar dəqiq göstərilməmişdir. Məhkəmə yalnız öz fərziyyələrinə əsaslanmaqla qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə

14. Mülki hüquqlar ın və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

419. Müqavilələrin standart şə rtlərinin qeyri-adi müddəaları 419.1. Müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir. 419.2. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyrimüəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Maddə

452. Fərdi-müəyyən əşyanı vermək öhdəliyinin icra edilməməsinin nəticələri 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalx ır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə

753. Muzd barəsi ndə razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl m əlumat verməlidir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

19. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının süb ut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

20. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bils in (maddə 418.3).

21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasından pay barədə 162003 saylı, 30.04.2020-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 18-ci mərtəbə, ümumi sahəsi 141 kv.m. olan, 162 saylı mənzil izolə olun muş 3 otaqdan ibarət olub bir pay kimi verilir. Müqavilənin 4.1-ci bəndində müqavilə üzrə mənzilin dəyəri bir kv.m. sahəsi üçün 850 manat olmaqla, 141 kv.m. sahəsi üçün 119850 manat müəyyən edilmişdir. Müqavilənin 4.2-ci bəndində qeyd olunur ki, bu müqavilənin ödənişi yalnız kassa mədaxil qəbzi ilə əsas sayılır. 4.3-cü bəndinə görə bu müqavilə ilə müəyyən olunmuş, yuxarıda göstərilən mənzilin qiymətindən 100% miqdarında, yəni 119850 manat məbləğində ödənilmişdir. Bundan əlavə həmin müqavilənin 4.4-cü bəndinə əsasən payçı bu mənzilin dəyərində "xxxx" MMC-nin inşa etdiyi yüksək mərtəbəli yaşayış binalarında mərmər-qranit işlərini görəcəkdir. 4.5-ci bəndə əsasən payçı bu müqaviləyə əsasən razılaşdırılmış işləri başa çatdıqdan sonra müqavilə qüvvəyə minəcəkdir.

25. İddiaçı həmin müqaviləyə ist inadən ünvan 1 ünvanında inşa olunan yaşayış binasının 2-ci blokunun 18-ci mərtəbəsindəki ümumi sahəsi 141 kv.m. olan, 162 saylı, 3 otaqlı mənzilinə sahiblik və istifadə hüququnun tanınması, mənzilin açarlarının ona verilməsi və maneələrin aradan qaldırılmasının "xxxx" MMC-yə həvalə edilməsini, habelə müqavilənin 4.4 və 4.5-ci bəndlərinin etibarsız hesab olunmasını tələb edir.

26. Apellyasiya instansiyası məhkəməsi müqavilənin 4.4 və 4.5-ci bəndlərinin etibarsız sayılmasını aşağıdakı kimi əsaslandırmışdır: «Birinci instansiya məhkəməsi baxışı zamanı cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki: “O, dəqiq olaraq bilmir ki, iddiaçı xanımın belə bir şirkəti var, ya yox. Müqavilə xanımın adına yazılıb, lakin mərmər-qranit işlərini başqa bir şəxs görməli idi. Sadəcə olaraq bu xanım o şəxsi n etibarlı adamı olduğuna görə müqavilə iddiaçının adına yazdırılmışdır və xanıma maliyyə arayışı verilir ki, bəli, pul ödənilib”.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinı əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

28. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

29. Cavabdeh tərəf iddiaçının həqiqətən də mərmər-qranit işlər görməsinə dair hər hans ı sübut təqdim etməmiş, iş materiallarından isə həmin hal öz təsdiqini tapmır.

30. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili şifahi vəsatətlə müraciət edərək bildirmişdir ki, “növbəti məhkəmə iclası üçün qarşı tərəf binanın, layihəsini təqdim etsin, biz də tanış olaq və görək ki, həmin binada mərmər-qranit işlərinin həcmi nə qədərdir. Digər bir tərəfdən qarşı tərəf üçüncü bir şəxsin olduğunu qeyd etdi, hansı ki həmin binada mərmər qranit işlərini görəcəkmiş. Xahiş edirəm ki, qarşı tərəf həmin şəxsi növbəti məhkəmə iclasına gətirsin və mən də iddiaçını gətirim və məhkəmə prosesində müəyyən olunsun ki, həmin şəxs kimdir, ümumiyyətlə, iddiaçı ilə, bir-birlərini tanıyırlarmı” cavabdehin nümayəndəsi və vəkili isə bildi rmişdir ki, “bizim hər hansı bir layihə, smeta və s gətirmək fikrimiz yoxdur. Hesab edirəm ki, belə bir vəzifəmiz də yoxdur. Qarşı tərəf məhkəməyə müraciət edib, ortada müqavilə var və müqavilədə də konkret şərt vardır ki, bu müqavilə hansı halda qüvvəyə minə bilər. Həmçinin müqavilədə məbləğin göstərilməsi o demək deyildir ki, müqavilə qanunsuzdur, etibarsızdır və ləğv olunmalıdır. Və müqavilənin konkret 4.5-ci bəndində göstərilib ki, bu müqavilə üzrə razılaşdırılmış bütün işlər başa çatdırıldıqdan sonra müqavilə qüvvəyə minəcəkdir”.

31. Göründüyü kimi, cavabdeh tərəf birinci instansiya məhkəməsi və apellyasiya baxışı zamanı istinad etmişdir ki, iddiaçı ilə MMC arasında müqavilə bağlansa da müqavilədə qeyd olunan mərmər-qranit işlərinin görülməsini başqa şəxs təmin etməlidir, lakin bununl a bağlı məhkəmədə hər hansı sübut təqdim etməmiş, məhkəmə iclaslarında iştirak etməsi üçün həmin şəxs barəsində ətraflı məlumat verməməklə, həmin şəxsin məhkəmədə iştirakını təmin etməmişdir. Belə olan halda məhkəmə kollegiyası cavabdehin istinadlarına tənqidi yanaşaraq inandırıcı hesab etmir.

32. Digər tərəfdən iş materiallarından görünür ki, müqavilənin 4.3-cü bəndində əsasən bu müqavilə ilə müəyyən olunmuş, yuxarıda göstərilən mənzilin qiymətinin bir hissəsinin, müqavilə qiymətindən 100% miqdarında, yəni 119850 manat məbləğində ödənilib; müqavilənin 4.4-cü bəndinə əsasən payçı bu mənzilin dəyərində "xxxx" MMC-nin inşa etdiyi yüksək mərtəbəli yaşayış binalarında mərmər-qranit işlərini görəcəkdir; müqavilənin 4.5-ci bəndə əsasən payçı bu müqaviləyə əsasən razılaşdırılmış işləri başa çatdı qdan sonra müqavilə qüvvəyə minəcəkdir.

33. İş materiallarından həmçinin müəyyən edilir ki, iddiaçı mənzilinin dəyərini 30.04.2020-ci il tarixli 162003 saylı müqavilənin şərtlərinə əsasən tam ödəmişdir.

34. Göründüyü kimi, müqavilədə bir tərəfdən qeyd olunur ki, mənzilin dəyəri 100 % miqdarında, yəni 119850 manat məbləğində ödənilib, digər tərəfdən qeyd olunur ki, bu müqaviləyə əsasən razılaşdırılmış işləri başa çatdıqdan sonra müqavilə qüvvəyə minəcəkdir.

35. Məhkəmə kollegiyası müqavilənin qeyd olunan bəndlərini bir-birinə zidd hesab edir, belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 419.1-ci maddəsinə əsasən müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir. Həmin Məcəllənin 41 9.2ci maddəsinə əsasən müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyrimüəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir.

36. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilədə iddiaçının nəzərdə tuta bilmədiyi müddəalar əks edilmişdir ki, həmin müddəalar müqavilənin tərkib hissəsinə çevrilmir və həmin qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin, indiki halda cavabdehin ziyanına (əleyhinə) təfsir edilməlidir.

37. Digər tərəfdən apellyasiya baxışı zamanı ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasında 01.01.2020-ci il tarixdən 01.06.2020-ci il tarixədək digər vətəndaşlarla mənzil alğı-satqısı barədə ba ğlanmış müqavilələrin müvafiq qaydada təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim olunması barədə cavabdehə sorğu göndərilmişdir.

38. Təqdim edilmiş müqavilələrin müqayisəli tədqiqi zamanı müəyyən edildi ki, müqavilə üzrə mənzilin dəyəri bir kvadrat metr sahə üçün müəyyən edilmiş yüksək qiymət məhz iddiaçı ilə bağlanmış müqavilə olmuşdur.

39. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan hallarına düzgün qiymət verməyərək, iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlməmişdir.

40. Beləliklə, işin həqiqi hallarından göründüyü kimi 162003 saylı, 30.04.2020-ci il tarixli "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış müqavilənin 4.4-cü bəndi (payçı bu mənzilin dəyərində "xxxx" MMC-nin inşa etdiyi yüksək mərtəbəli yaşayış binalarında mərmər-qranit işlərini görəcəkdir) və 4.5-ci bəndi (payçı bu müqaviləyə əsasən razılaşdırılmış işləri başa çatdıqdan sonra müqavilə qüvvəyə minəcəkdir) müqavilənin digər bəndləri ilə qeyri-müəyyənlik təşkil edir və həmin hal indiki halda cavabdehin ziyanına (əleyhinə) təfsir edilməli olduğundan iddia tələbi - 30 aprel 2020-ci il tarixli, 162003 saylı müqaviləsinin 4.4 və 4.5-ci bəndlərinin etibarsız hesab olunması hissəsində əsaslı olmuşdur.»

41. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır. Tərəflərin arasında bağlanmış müqavilə hüquqi təbiəti etibarilə podrat müqaviləsidir. Podrat müqaviləsinin tərəfləri sifarişçi və podratçıdır. Mübahisələndirilən müqavilədə iddiaçı sifarişçi, cavabdeh isə podratçıdır. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratç ıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

42. Göründüyü kimi, işləri görmək, işi icra etmək vəzifəsi sifarişçiyə deyil, podratçıya aiddir. Cavabdehin iddia etdiyi kimi mənzilin verilməsi üçün iddiaçı tərəfindən qranitmərmər işlərinin görülməli olması barədə dəlil, podrat müqaviləsinin konstruksiyasına tamamilə ziddir. Doğrudur ki, Mülki Məcəllənin 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.

43. Lakin tərəflərin arasında bağlanmış müqavilə nin məzmunu, xüsusilə mənzilin dəyərinin tam ödənildiyi, mənzil üçün razılaşdırılmış ödəniş məbləğinin həmin ərəfədə başqa şəxslərlə bağlanan müqavilələrdə hər kvadrat metr üçün müəyyən olunmuş qiymətdən çox olduğu, iddiaçının hər hansı tikinti işləri ilə məşğul olmadığı halda qranitmərmər işlərinin görülməsi barədə iddiaçının öhdəlik götürməsi ağlabatan deyildir. Müqavilənin 4.4-cü bəndində göstərilən qranit-mərmər işlərinin görülməsi həm maliyyə (119850 manat məbləğdə), həm də həcmi baxımından (inşa edilən yüksək mərtəbəli binalarda) kifayət qədər tutuma malik işlərdir. və kifayət qədər. Bu işlərin smetasının tutulması, icra müddətinin müəyyən olunması, işlərin konkret olaraq hansı binalarda görüləcəyi, hansı materiallardan istifadə olunması və sair kimi zəruri şərtlər yoxdur.

44. Müqav ilənin 4.5-ci bəndi qanuna ziddir. Çünki həmin bənddə bu müqavilənin İddiaçı həmin müqavilə ilə razılaşdırılmış işləri başa çatdırandan sonra qüvvəyə minməsi qeyd olunub.

45. Halbuki, Mülki Məcəllənin 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

46. Müqavilənin qüvvəsi ilə bağlı müəyyən olunmuş bu qaydadan istisnalar qanunvericiliklə müəyyən olunmayıb. Bu hal, Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən həmin bəndin etibarsızlığını şərtləndirir.

47. İddiaçı tərəfindən müqavilədə nəzərdə tutulan məbləğin ödənilməməsi barədə cavabdehin dəlili də əsassızdır. Çünki tərəflərin arasında bağlanmış müqavilənin 4.3-cü bəndində mənzilini pulunun tam (100 %) ödənildiyi aydın və birmənalı qeyd olunmuşdur. Bundan başqa, cavabdeh tərəfindən verilmiş m aliyyə arayışında da iddiaçının müqavilədə nəzərdə tutulan mənzilin dəyərini tam ödədiyi göstərilmişdir.

48. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

49. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

50. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.11.2021-ci il tarixli, 2(103)7493/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar