Məhkəmə qərarları › İş №2(102)-1467/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1467/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1467/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə münasibətlərindən irəli gələn mübahisələr, borcun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi, iddia müddətinin tətbiq barədə ərizə, iddia müddəti ilə bağlı maddi hüquq normasının tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “borcun qaytarılması və tələ bin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-516/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 01 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Azərbaycan Beynəlxalq Bankının” “Sənaye” filialı 23 iyul 2013-cü il tarixli 01145 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 18 faizlə 60 ay müddətinə 25356 ABŞ dolları məbləğdə kredit vermiş, kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan ** SE *** dövlət qeydiyyat nişanlı “HYUNDAİ SANTAFE” markalı minik avtomibili (Buraxılış ili 2013, ban-KMHST81CDDU172439, rəngi ağ) ipoteka müqaviləsi ilə yüklü edilmişdir.

2. İpoteka müqa viləsi DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 23 iyul 2013-cü il tarixli AA seriyalı 094222 nömrəli “İpoteka müqaviləsinin qeydiyyatı haqqında” şəhadətnamə verilmişdir. 3. "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair 11 avqust 2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçirilmişdir.

4. İddiaçı QSC-nin nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci bəndə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi kredit təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statusl u qurum (“X6 edilməsi agentliyi” MMC) vasitəsilə həyata keçirilmişdir. Qeyd edilən dəyişikliyə əsasən "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X6 edilməsi agentliyi” MMC həyata keçirmişdir. 5. “X6 Edilməsi Agentliyi” MMC tərəfindən borc alan Cavabdeh 4 iyun 2021-ci ildə ünvanlanmış bildirişlə 23 iyul 2013-cü il tarixli 01145 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrası tələb edilmiş, əks təqdirdə kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə məhkəmədə iddia qaldırılacağı diqqətinə çatdırılmışdır.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-nin problemli aktivlərin satın alınması ilə bo rclu şəxs Cavabdeh dair sənədlər S-A VK-1869 saylı 10 yanvar 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir.

7. İddiaçı QSC BOKT Cavabdeh 15.605,74 ABŞ dolları məbləğində əsas borc, 3.050 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 18.656.67 ABŞ dolları məbləğində kredit borcunun tutulması, tutmanın Cavabdeh mülkiyyətində olan ** SE *** dövlət qeydiyyat nişanlı “HYUNDAİ SANTAFE” markalı minik avtomibilinə yönəldilərək açıq hərracda satılması barədə iddiası Biləsuvar Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(022)855/2021 saylı qətanaməsi ilə təmin edilmişdir.

8. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 sentyavr 2022-ci il tarixli, 2(106)1666/2022 saylı qərardadı ilə Cavabdeh apelyasiya şikayəti qismən təmin olunmuş, Biləsuvar Rayon Məhk əməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(022)855/2021 saylı qətanaməsi ləğv edilmiş, İddiaçı QSC BOKT Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası baxılmamış saxlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı (bundan sonra “iddiaçı” və ya “BOKT”) 09 sentyabr 2022-ci il tarixdə poçta təqdim etməklə hazırki iddia ərizəsi ilə Binləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra “cavabdeh” və ya “borcalan”) 15.605,74 ABŞ dolları məbləğində əsas, 3.050 ABŞ dolları məbləğində faiz borcu olmaqla, ümumilikdə 18.656.67 ABŞ dolları məbləğində kredit borcunun, həmçinin ödənilmiş 185 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi, tutmanın cavabdehin mülkiyyətində olan ** SE *** dövlət qeydiyyat nişanlı “HYUNDAİ SANTAFE” markalı minik avtomibilinə (buraxılış ili 2013, BanKMHST81CDDU172439 rəngi-ağ) yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin iddiaçının hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin cavabdehə qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan borc məbləğinin cavabdehdən tutulub iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi belə əsaslandırılmışdır ki, kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən ABB nəqliyyat vasitəsinin alınması üçün borcalana 25356 manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüş dür. Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmiş və cavabdehin hazırda 15605.74 ABŞ dolları əsas, 3050.91 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 18656.67 ABŞ dolları borcu vardır. Pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıq edilmiş, lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir.

11. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 269.1, 295, 296.1, 297, 385, 442 və 448.1-ci maddələrinə istinad etmişdir.

12. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.

13. Ərizə Mülki Məcəllənin 373.2, 375.1, 375.2, 381.1 və 382-ci maddələrinə istinadən belə əsaslandırılmışdır: - Biləsuvar Rayon Məhkəməsinin 2(022)-855/2021 nömrəli 30 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı iddiası tam təmin edilmiş, həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Apellyasiya instansiyası məhkəməsində məlum olmuşdur ki, iddia ərizəsi hüququ olmayan şəxs tərəfindən verilərək imza edilmiş və bu səbəbdən apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 6 sentyabr 2022-ci il tarixli 2(106)-1666/2022 qərardadı ilə ləğv edilmiş və iddia ərizəsi baxılmamış saxlanılmışdır. Şirvan Apellyaisya Məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin 2(022)-855/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğvi üçün əsas səbəb məhz iddia ərizəsinin hüququ olmayan şəxs tərəfindən verilərək imzalanması olmuşdur. Bu o deməkdir ki, iddia ərizəsi kredit müqaviləsi üzrə tərəf olmayan şəxs tərəfindən verilərək imzalanmışdır. Yəni bu hal heç bir halda iddia ərizəsinin qanunla müəyyənləşdirilmiş qaydada verilməsi kimi qəbul edilib iddia müddətinin kəsilməsi üçün əsas ola bilməz; - hazırkı halda iddia müddətinin axımının dayandırılması və ya kəsilməsi iş üzrə tərəf olan iddiaçı və cavabdehə aid hüquqi məsələdən ibarət olmuşdur. İş üzrə tərəf olmayan şəxsin və ya səlahiyyəti olmayan şəxsin cavabdehə qarşı iddia qaldırması və həmin iddiaya məhkəmədə baxılması dövrü iddia müddətinin axımının nə kəsilməsi, nə də dayandırılması kimi qiymətləndir ilməli idi. İddia müddətinin axımının kəsilməsi və dayandırılması hallarının nizamlayan və hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilə bilməz.

14. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1121/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə əsas borc qismində 15.605.74 ABŞ dolları, faiz borcu qismində 3.050.91 ABŞ dolları, ümumilikdə 18.656.67 ABŞ dolları məbləğində kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 185 manat məbləğində pul vəsaitinin ödənilməsi, tutmanın cavabdehin mülkiyyətində olan ** SE *** dövlət qeydiyyat nişanlı “HYUNDAİ SANTAFE” markalı minik avtomibilinə (Buraxılış ili 2013, ban - KMHST81CDDU172439, rəngi ağ) yönəldilərək açıq hərracda satılması və satışdan əldə olun an vəsaitin iddiaçının hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin cavabdehə qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə qalan borc məbləğinin cavabdehdən tutulub iddiaçının hesabına ödənilməsi qət edilmişdir. (hakim Pərviz Əhmədov)

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işdə olan sübutlarla cavabdehin kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə xx.xx.2013-cü il tarixdə 01145 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehin iddiaçıya 15.605.74 ABŞ dolları məbləğində əsas, 3.050.91 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 18.656.67 ABŞ dolları məbləğində borcunun yarandığı təsdiq olunur. Buna görə də iddia təmin edilməlidir.

16. Birinci instansiya məhkəməsi iddia müddətinin tətbiq edilməsinə dair cavabdehin nümayəndəsinin ərizədə göstərdiyi hallarla bağlı göstərmişdir ki, hazırkı iddia tələbində göstərilən məbləğin cavabdehdən məhkəmə qaydasında alınması "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 saylı Fərmanının tətbiqindən irəli gələn haldır. İddiaçı cavabdehə qarşı eyni tələblə Biləsuvar Rayon Məhkəməsinə 12 iyul 2021-ci il tarixdə müraciət etmiş, məhkəmənin 2(022)855/2021 nömrəli 30 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 6 sentyabr 2022-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti əsasında həm in qətnamə ləğv edilərək iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı isə göründüyü kimi, müqavilə üzrə 3 illik iddia müddəti keçmədən Biləsuvar Rayon Məhkəməsinə müraciət etmişdir.

17. Belə ki, iddia müddəti 23 iyul 2021-ci il tarixdə bitəcəyi halda, iddiaçı məhkəməyə 12 iyul 2021-ci il tarixdə - müddətin qurtarmasına 11 gün qalmış müraciət etmiş, daha sonra Şirvan Apellyasiya Məhkəməsinin 6 sentyabr 2022-ci il tarixli qərardadı çıxarılandan 3 gün sonra - 9 sentyabr 2022-ci il tarixdə yenidən poçt vasitəsilə iddia tələbini irəli sürmüşdür. Beləliklə, hazırkı iddia tələbi üzrə iddia müddəti keçməmişdir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 269.1, 269.5, 269.7, 317.1, 380, 381.1, 739,-cu, “İpoteka haqqında” Qanununun 33 və 39.1-ci maddələri ilə əsaslandırmı şdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Cavabdehin apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti belə əsaslandırılmışdır: - birinci instansiya məhkəməsinin qətnaməsi həm maddi, həm də prosesual normalarının pozulması ilə qəbul edildiyi üçün ləğv edilməli və iddia ərizəsinin təmin olunmaması barədə müvafiq məhkəmə aktı qəbul edilməli idi. Belə ki, iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə nəzər yetirdikdə məlum olur ki, iddia ərizəsi BOKT-un idarə Heyətinin Sədrin birinci müavini Yusub Vəliyev tərəfindən imzalanmışdır. Lakin iddia ərizəsinə Yusub Vəliyevin BOKT-un adından iddia ərizəsini imzalamaq səlahiyyətinin olubolmamasını təsdiq edən hər hansı bir sənəd əlavə e dilməmişdir. İddia ərizəsinə əlavə edilmiş 29 mart 2021-ci il tarixli etibarnamədə onun iddia ərizələrini imzalamaq hüququnun olması qeyd edilsə də, iddia ərizəsinə onun həqiqətən BOKT-un X4 birinci müavini olmasını və ya onun həqiqətən də hüquqi şəxsin işçisi olmasını təsdiq edən hər hansı sənəd əlavə edilməmişdir. İddia ərizəsi kredit müqaviləsi üzrə tərəf olmayan şəxs tərəfindən imzalanmışdır. Yəni bu hal heç bir halda iddia ərizəsinin qanunla müəyyənləşdirilmiş qaydada verilməsi kimi qəbul edilə bilməzdi. Birinci instansiya məhkəməsinin bu halları nəzərə almadan iddia ərizəsini icraata qəbul edib qətnamə çıxarması Azərbaycan Respublikası mülki prosesual qanunvericiliyinin kobud pozuntusu kimi qəbul edilməli idi; - qətnamə həmçinin iddia müddətinin keçməsi ilə əlaqədar olaraq ləğv edilm əli və iddia ərizəsi təmin edilməməli idi. Birinci instansiya məhkəməsində iddia müddətinin keçməsi ilə əlaqədar olaraq iddia ərizəsinin rəd edilməsi barədə vəsatətlə hakimə müraciət edilsə də, vəsatət heç bir qanuni əsaslandırma olmadan rədd edilmişdir. Belə ki, yuxarıdada qeyd edildiyi kimi birinci instansiya məhkəməsinin 2(022)- 855/2021 saylı 30 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğvi üçün əsas səbəb məhz iddia ərizəsinin hüququ olmayan şəxs tərəfindən verilərək imzalanması olmuşdur. Şirvan Apellyaisya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1666/2022 saylı 6 sentyabr 2022-ci il tarixli qərardadından aydın olmuşdur ki, həmin qətnamənin çıxarılması üçün verilmiş iddia ərizəsi buna heç bir hüququ olmayan şəxs tərəfindən imzalanmış və məhkəməyə verilmişdir. Bu hal isə heç bir ha lda iddia müddətinin kəsilməsi kimi qəbul edilməli deyildi. İş üzrə tərəf olmayan şəxsin və ya səlahiyyəti olmayan şəxsin cavabdehə qarşı iddia qaldırması və həmin iddiaya məhkəmədə baxılması dövrü iddia müddətinin baxımının nə kəsilməsi, nədəki dayandırılması kimi qiymətləndirilməməli idi.

21. Apellyasiya instansiyası məhkəməsi ipoteka predmeti olan avtomobilin likvid dəyərinin müəyyən edilməsi məqsədilə 03 may 2023-cü il tarixli qərardadı ilə əmtəəşünaslıq ekspertizası təyin etmiş,dir. 22. "xxxx" MMC-nin 26 may 2023-cü il tarixli ekspert rəyinə əsasən ipoteka predmeti olan **-SE-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ SANTAFE” minik markalı avtomibilinin (buraxılış ili 2013, ban - KMHST81CDDU172439, rəngi ağ) likvid qiyməti 49500 manatdır.

23. Cavabdehin təqdim etdiyi "xxxx" MMC-nin qiymət ləndimə barədə 19 may 2023cü il tarixli hesabatına əsasən **-SE-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ SANTAFE” minik markalı avtomibilinin (buraxılış ili 2013, ban - KMHST81CDDU172439, rəngi ağ) likvid qiyməti 50540 manatdır. Rəsmi internet resurslarında (turbo.az; avto.az) yerləşdirilmiş avtomobil satış elanlarında 2013-cü il buraxılışlı “HYUNDAİ SANTAFE” minik markalı avtomibilin bazar dəyəri 35000-40000 manat arasında dəyişir.

24. İddiaçının nümayəndəsi avtomobilin qiyməti ilə abğlı verilmiş rəylə razı olmadlğı üçün avtomobilin ekspertə təqdim edilməklə təkrar qiymətləndirilməsini xahiş etmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi 16 iyun 2023-cü il tarixli qərardadı ilə təkrar əmtəəşünaslıq ekspertizası təyin etmişdir.

26. Məhkəmə Ekspertizası Mərkəzinin 13 noyabr 2023-cü il tarixl i, 9/5193 saylı ekspert rəyinə əsasən “HYUNDAİ SANTAFE” minik markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə qiyməti təxminən 33000 manat, likvid dəyəri isə 31000 manatdır.

27. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-516/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, qətnamə ilə tutmanın yönəldildiyi ipoteka predmeti olan **-SE-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ SANTAFE” minik markalı avtomibilin (buraxılış ili 2013, ban KMHST81CDDU172439, rəngi ağ) açıq hərracdan satış qiyməti (likvid) 31000 manat müəyyən edilmişdir. (hakimlər Tale Kərimov (sədrlik edən və məruzəçi), Samir Həsənov, Cahid İmanov)

28. Apellyasiya instansiyası m əhkəməsi qeyd etmişdir ki, cavabdehə nəqliyyat vasitəsinin alınması məqsədilə illik 18 faizlə 60 ay müddətinə 25356 ABŞ dolları məbləğində kreditin vermiş, borc alan tərəfindən isə kreditdən məqsədli təyinatına uyğun istifadə edilərək, müqavilədə nəzərdə tutulmuş müddətdə və şərtlər daxilində qaytarılmasını öz öhdəliyinə götürmüşdür. Borc alan Kredit müqaviləsi üzrə kreditin və ona hesablanmış faizləri 23 avqust 2013-cü il tarixindən başlayaraq hər ay 643.88 ABŞ dolları məbləğində ödənişlər etməklə 23 iyul 2018-ci il tarixinədək qaytarmalı idi. 2 avqust 2013cü il tarixli kassa məxaric orderinə əsasən kreditor kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirərək, borc alana 25356 ABŞ dolları məbləğində kredit vermişdir. Həmçinin **-SE-*** dövlət qeydiyyat nişanlı “HYUNDA İ SANTAFE” minik markalı avtomobil ipoteka ilə yüklü edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını, ipoteka pedmetinə tutma ilə bağlı qanunvericilik normaları baxımından tədqiq edərək göstərmişdir ki, tutmanın ipoteka predmetinə yönəldilməsini istisna edən hər hansı bir hal iş materialları ilə müəyyən olunmur. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsində bütün mühüm zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmiş və ipoteka müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Sonrakı mərhələdə isə tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildiriş daşınar əmlakın dövlət reyestrində qeydiyyata alınmış, cavabdehlərə də bununla bağlı müvafiq bildirişlər verilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, borc alan kreditorla bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyindən, kreditorun borc alana qarşı irəli südüyü əsas borc və əsas borca müqavilə müddəti ərzində hesablanan faiz borcu hissədə tələbi qanuni və əsaslı olmuşdur.

31. Bununla belə apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur ki, birinci instansiya məhkəməsi tutmanı ipoteka predmetinə yönəltməklə yanaşı, ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etməli idi.

32. Apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ipoteka predmeti olan minik avtomobilinin likvid qiymətinin müəyyən edilməsinə dair ekspert rəyini mötəbər sübut ki mi qəbul edərək ipoteka predmetinin ilkin satış (likvid) qiyməti 31000 manat müəyyən etmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmaması barədə apelyasiya şikayətinin dəlillərini qəbul etməyərək göstərmişdir ki, bu dəlillər iş materialları ilə təkzib olunur. Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydliyyatı idarəsi tərəfindən verilmiş kommersiya qurumunun dövlət reyestrindən çıxarışa əsasən İddiaçı QSC BOKT-nın qanuni təmsilçisi X1r. İddia ərizəsi İddiaçı QSC BOKT-nın idarə heyətinin sədri X3 tərəfindən 29 mart 2021-ci ildə verilmiş və 3 il müddətində qüvvəsini saxlayacaq etibarnamə əsasında təşkilatın idarə heyəti sədrinin birinci müavini X5 tərəfindən imza lanmışdır. Etibarnamədə təşkilatın adından verilən iddia ərizələrinin imzalanması səlahiyyəti də sonuncuya verilmişdir. İddiaçı QSC BOKT-nın idarə heyətinin sədri Məmməd Musayevin 15 mart 2021-ci il tarixli 15/Ş saylı əmrinə əsasən X5 15 mart 2021-ci il tarixindən yenidən 4 il müddətinə təşkilatın idarə heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi kredit müqaviləsi üzrə iddia müddətinin tətbiq olunmalı olduğu halda, tətbiq olunmaması barədə apellyasiya şikayətinin dəlilini əsassız saymış və mövqeyini belə əsaslandırmaq üçün bildirmişdir ki, iş üzrə tədqiq edilmiş sübutlara əsasən tərəflər arasında 23 iyul 2013-cü il tarixində bağlanmış 01145 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün müəyyənləşdirilmiş müddət 23 iyul 2018- ci il tarixində bitir. Belə olan halda kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə bağlı 23 iyul 2021-ci il tarixindən sonra veriləcək tələb üzrə üç illik iddia müddətinin tətbiqi üçün əsas yaranmış olacaqdı. Lakin iddiaçı cavabdehə qarşı ilk dəfə Biləsuvar Rayon Məhkəməsinə 12 iyul 2021-ci il tarixində, iddia müddətinin bitməsinə 11 gün qalmış müraciət etmiş və məhkəmənin 2(022)-855/2021 saylı 30 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi cavabdeh tərəfindən apellyasiya qaydasında mübahisələndirilmiş və Şirvan Apellyasiya Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qərardadı ilə qətnamə ləğv edilərək iddia ərizəsi baxılmamış saxlanılmışdır. Sonradan iddiaçı 09 sentyabr 2022-ci il tarixində poçta təqdim etməklə (iddianın baxılmamış saxlanılmasına dair qərardadın qəbul edildiyi tarixdən 3 gün sonra) hazırki iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət etmişdir.

35. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam etdiyindən, hazırki iş üzrə iddiaçı tərəfindən iddianın baxılmamış saxlanmasına dair qərardadın qanuni qüvvəyə minməsi gözlənilmədən 3 gün müddətində yenidən iddianın verilməsini və bununla iddia müddətinin ötürülməməsini nəzərə alan birinci instansiya məhkəməsi mübahisə üzrə iddia müddətini tətbiq etməməkdə haqlı olmuş, maddi hüquq normalarının tətbiqində səhvə yol verməmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 375.2, 377.1, 377.2, 373.2, 380.1, 380.2, 381.1, 385.1, 386.1, 389.1, 442, 448.1, 739.1-ci Mülki Prosessual Məcəlləsinin 14.2, 69.1, 69.2, 74.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

37. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddia müddətin keçməsi səbəbindən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tələbi başqa şəxsə güzəşt etmiş kreditor ona tələb hüququnu təsdiqləyən sənədləri təqdim etməyə və tələbin həyata keçirilməsi üçün əhəmiyyət daşıyan məlumatları bildirməyə borclu olmuşdur. "xxxx" QSC tərəfindən tələbin İddiaçı ASC-yə güzəşt edilməsi barədə cavabdehə heç bir məlumat verilməmişdir. Bund an başqa, "xxxx" ASC ilə xx.xx.2013-cü il tarixdə imzalanmış 01145 saylı kredit müqaviləsi 60 ay müddətinə bağlanmışdır və iddia müddətinin axımı xx.xx.2018-ci il tarixdən başlamaqla xx.xx.2021-ci il tarixdə bitmişdir. İddiaçı tərəfindən verilmiş iddia ərizəsi xx.xx.2022-ci il tarixdə imzalanmış və baxılması üçün poçt vasitəsi ilə Biləsuvar rayon Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi, iddia ərizəsi iddia müddəti bitdikdən sonra verilmiş və bu da iddia müddətinin keçməsi səbəbi ilə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas təşkil etmişdir. Həmçinin, qeyd etmişdir ki, cavabdehin banka borcu yoxdur və son ödənişini banka xx.xx.2015-ci il tarixdə etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq e dilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 317.1. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Ma ddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşül ür. Maddə 448.1. Əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.9. İlkin satış qiyməti Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Maddə

33. Borclu əsas öhd əliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun ol mamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

42. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticəni işin müəyyən edilmiş hallarına uyğun hesab etmir.

44. İddia tələbi kredit müaviləsi üzrə borcun tutulması, ipoteka müqavilələsi üzrə tutmanının ipoteka predmeti olan avtomobilə yönəldilməsidir. Cavabdeh iddiya etiraz etmiş, eyni zam anda iddia müddətinin tətbiqi barədə ərizə də vermişdir.

45. Mülki Məcəllənin tələbinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. (MM, m. 375.2)

46. İşin müəyyən edilmiş hallarına görə 23 iyul 2013-cü il tarixində bağlanmış 01145 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün müəyyənləşdirilmiş müddət 23 iyul 2018-ci il tarixində bitir. İddiaçı cavabdehə qarşı ilk dəfə Biləsuvar Rayon Məhkəməsinə 12 iyul 2021-ci il tarixində, iddia müddətinin bitməsinə 11 gün qalmış müraciət etmiş və məhkəmənin 2(022)-855/2021 saylı 30 sentyabr 2021-ci il tarixli qə tnaməsi ilə iddia təmin edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi cavabdeh tərəfindən apellyasiya qaydasında mübahisələndirilmiş və Şirvan Apellyasiya Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qərardadı ilə qətnamə ləğv edilərək iddia ərizəsi baxılmamış saxlanılmışdır. Sonradan iddiaçı 09 sentyabr 2022-ci il tarixində poçta təqdim etməklə (iddianın baxılmamış saxlanılmasına dair qərardadın qəbul edildiyi tarixdən 3 gün sonra) hazırki iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət etmişdir.

47. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş bu halına qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam etdiyindən, hazırki iş üzrə iddi açı tərəfindən iddianın baxılmamış saxlanmasına dair qərardadın qanuni qüvvəyə minməsi gözlənilmədən 3 gün müddətində yenidən iddianın verilməsini o deməkdir ki, iddia müddətinin ötürülməyib.

48. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı Mülki Məcllənin 381.1ci maddəsinə istinad etmişdir.

49. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi Mülki Məcllənin 381.1ci maddəsini səhv təfsir etməklə bu nəticəyə gəlmişdir.

50. Belə ki, Mülki Məcəllənin 380.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

51. Qanunvericilik iddia müddətinin axımının kəsilməsini müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi ilə şərtləndirmişdir.

52. İşdən görünür ki, birinci dəfə iddiaçının tələbi üzrə iş baxılmamış saxlanmış, bu da iddia ərizəsini imzalayan şəxsin səlahiyyəti ilə bağlı olmuşdur. Başqa sözlə, qeyd edilən əsasla iddianın baxılmamış saxlanması müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməməsi deməkdir.

53. Mülki Məcllənin 381.1-ci maddəsinə görə əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.

54. Qeyd edilən maddədə “iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir” ifadəsi o deməkdir ki, iddia verilənədək başlanmış müddət iddianın baxılmamış saxlanması barədə qərardad qəbul edildiyi vaxtdan, yenidən əvvəlki yerindən davam edir. İddia irəli sürüldüyü gündən baxılmamış saxlanıldığı günədək olan müddət başlanmış iddia müddətindən çıxılmır. Yəni müddətin kəsilməsinə səbəb olan iddia verilmədiyi üçün əvvəldən başlanmış müddət axmaqda davam etmişdir.

55. Mülki Məcllənin 381.1-ci maddəsi ilə bağlı eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il, 1/2024 №-li Qərarının 9.7-ci bədində də əks olunmuşdur.

56. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halına görə tərəflər arasında 23 iyul 2013-cü il tarixində bağlanmış 01145 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün müəyyənləşdirilmiş müddət 23 iyul 2018-ci il tarixində bitir. Belə olan halda kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə bağlı 23 iyul 2021-ci il tarixindən sonra veriləcək tələb üzrə üç illik iddia müddətinin tətbiqi üçün əsas yaranmış olacaqdı.

57. Azərbaycan R espublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il Qərarına da diqqəti çəkir. X2 Məhkəməsinin hüquqi mövqeyinə görə kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədb irlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.

58. Göründüyü kimi, apellyasiya instanasiyası məhkəməsi hazrıki iş üzrə iddia müddətinin keçməsini müəyyən etmiş, lakin mübahisəyə Mülki Məcəllənin 380.1 və 381.1ci maddələrini düzgün təfsir etmədən tətbiq etməklə səhv nəticəyə gəlmişdir. Halbuki işin müəyyən edilmiş hal ları və Konstitusiya Məhkəməsinin adı çəkilən qərarı baxımından Mülki Məcəllənin 380.1 və 381.1-ci maddələri düzgün təfsir edilməklə tətbiq olunduğu halda iddia rədd edilməli idi.

59. Həmçinin qeyd edilməlidir ki, Mülki Məcəllənin 378-ci maddəsinə görə öhdəlikdə şəxslərin dəyişilməsi də iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur.

60. Bu baxımdan, yuxarıda şərh edilən hallar hüquqi məsələ olduğu üçün məhkəmə kollegiyası işi apellyasiya baxışına göndərmədən apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə iddianın təmin edilməməli olması qənaətinə gəlir.

61. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh iddia müddətini tətbiqi ilə bağlı qeyd edilən halları apellyasiya şikayətində xüsusi vurğulas a da, apellyasiya instansiyası məhkəməsi onun bu dəlilinə əhəmiyyət verməmiş, bu da sonda işin müəyyən edilmiş hallarına münasibətdə maddi normasının düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir.

62. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iddiaçının cavabdehə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmeti olan avtomobilə yönəldilməsi barədə iddia tələbi təmin edilməməlidir.

63. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-516/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “borcun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi” barədə iddia tələbi təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar