Məhkəmə qərarları › İş №2(102)-1468/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1468/2020

16.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1468/2020 16.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Əhməd Əhmədovdan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı vəkili Vəkil oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 oktyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil2 oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Zəngilan Rayon Məhkəməsinin 13 avqust 2018-ci il tarixli, 2(034)-159/2018 saylı qətnaməsi ilə (hakim A.M.Həsənov) İddiaçı Cavabdeh qarşı pul tələ binə dair iddia təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 yanvar 2019-cu il tarixli, 2(105)-443/2019 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilib, Zəngilan Rayon Məhkəməsinin 13 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdeh X1 qarşı pul tələbinə dair iddia tələbi rədd edilmiş və apelyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2019-cu il tarixli, 2(102)-4458/2019 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilib, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 yanvar 2019-cu il tarixli, 2(105)443/2019 saylı qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxıl ması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 oktyabr 2019-cu il tarixli 2(105)-3434/2019 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək hazırki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 13 avqust 2018-ci il tarixli, 2(034)-159/2018 saylı qətnaməsinin qismən «İddiaçı Cavabdeh qarşı avtomobilin alışına görə ödənilmiş 4000 manat məbləğində pul tələbinə» dair hissədə ləğv edilməsi və iddia həmin hissədə təmin edilməsi, Cavabdeh 4000 (dörd min) manat pul alınaraq İddiaçı verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh avtomobilin alışına görə ödənilmiş 4000 manat, 71,25 manat sığorta pul u, avtomobilin cilalanması və hissələrinin rənglənməsi üçün 150 manat, 4 ədəd «Continental» (195/65/R15) markalı yeni təkərlərin alınmasına görə 680 manat, cəmi 4901,25 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və vəkili Vəkil2 oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, tərəfindən təqdim edilmiş sübutlar araşdırılmadan, iş üzrə məlumatlı şəxslərin şahid, üçüncü şəxs və ya əsil cavabdeh kimi cəlb edilmələri barədə şifahi vəsatətləri qəbul edilmədən iş üzrə olan sübutlar digər sübutlarla yanaşı yoxlanılmadan və qiymətləndirilmədən qətnamə qəbul e dilmişdir. Hesab edirlər ki, qətnamə qəbul edilərkən MPM-nin 54, 88, 106.1, 217-ci maddələrinin tələbləri pozulmuş və MM-nin 1091.1 və 1091.2-ci maddələrini tətbiq etməklə yanlışlığa yol vermişdir. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 30 oktyabr 2019-cu il tarixli 2(105)-3434/2019 saylı qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması haqqında qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 30 oktyabr 2019-cu il tarixli 2(105)-3434/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanı lması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 30 oktyabr 2019cu il tarixli 2(105)-3434/2019 saylı qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə müb ahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh faktiki istifadəsində olmuş «SEAT» markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı etibarnamə əsasında alqı-satqı müqaviləsi olmadan satmış və bunun əsasında ondan 4000 manat ilkin ödəniş almışdır. Avtomobilin mülkiyyətiçisinin bank qarşısında öhdəlikləri olduğundan və avtomobil ipoteka ilə yüklü edildiyindən qətnamənin icrasını təmin etmək məqsədi ilə alınmışdır. Bunun nəticəsində İddiaçı Cavabdeh verdiyi 4000 manat pulu tələb etmişdir. Avtomobilin alışına görə İddiaçı tərəfindən 4000 manat məbləğində pul vəsaitinin Cavabdeh verilməsi və sonuncu tərəfindən həmin pul vəsaitinin qəbul edilməsi işin mübahisəsiz halıdır. Apellyasiya ko llegiyasının iş üzrə gəldiyi nəticələrdən görünür ki, qanunvericiliyə əsasən cavabdehin iddiaçıya borclu olması təsdiq edilirsə cavabdehin həmin öhdəliyi tamamilə icra etməsi və bu öhdəliyin iddiaçı tərəfindən qəbul edilməsi yalnız həmin etiraf üzrə ona qaytarılmalı olan pulun qəbul edildiyi, yaxud da öhdəliyin icra edilməsinə dair cavabdehə iddiaçı tərəfindən sənəd verilməsi yolu ilə müəyyən edilə bilər. Lakin hazırkı iş üzrə cavabdehdə nə öhdəliyin icra edilməsinə dair iddiaçı tərəfindən verilmiş sənəd yoxdur, nə də ki, onun tərəfindən razılaşmanın icra edilməsinə dair heç bir qeyd yoxdur. Bu isə cavabdeh tərəfindən öhdəliyin icra edilməməsini göstərir, borcun ödənilmədiyi qəbul edilir. Göstərilən halları nəzərə alaraq apellyasiya kollegiyası hesab etmişdir ki, İddiaçı Cavabdeh tərəfində n avtomobilin alışına görə borclu olduğu 4000 manat məbləğində pul vəsaitinin qaytarılmamasını sübuta yetirə bilmişdir. İddiaçı avtomobili cavabdehdən aldıqdan sonra çəkdiyi 71,25 manat sığorta pulu, avtomobilin cilalanmasına və bəzi hissələrinin rənglənməsinə 150 manat, hal-hazırda avtomobilin üzərində olan 4 ədəd “Continental” (195/65/R15) markalı yeni təkərlərin alınmasına isə 680 manat əlavə xərclərin ödənilməsini tələb etmişdir. İddia tələbinin qeyd olunan hissəsinə hüquqi qiymət verən apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçı tərəf bu barədə heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilmədiyindən, iddia həmin hissədə təmin edilmə bilməz. Apellyasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi 4000 manat pul tələbi üzrə işin həqiqi h allarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin həmin hissədə apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqi ilə bağlı aşağıdakıları qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin ic rasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-c i maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olan ın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən təqdim edilmiş sübutlar araşdırılmadan, iş üzrə məlumatlı şəxslərin şahid, üçüncü şəxs və ya əsil cavabdeh kimi cəlb edilmələri barədə şifahi vəsatətləri qəbul edilmədən iş üzrə olan sübutlar digər sübutlarla yanaşı yoxlanılmadan və qiymətləndirilmədən qətnamə qəbul edilmişdir. Hesab edirlər ki, qətnamə qəbul edilərkən MPM-nin 54, 88, 106.1, 217-ci maddələrinin tələbləri pozulmuş və MM-nin 1091.1 və 1091.2-ci maddələrini tətb iq etməklə yanlışlığa yol vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan hazırki işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həq iqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, əvvəlki kassasiya instansiyası məhkəməsini qərarında şərh edilmiş göstərişlərə, eləcə də MPM-in 14, 77, 88, 106.1, 217,218, 372.1, 372.7 və 420-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədə n, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bildiyi üçün iddia tələbinin qismən təmin olunmalı olması barədə düzgün və əsaslı nəticəyə gəlmişdir. Buna görə də kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu və hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasi ya Məhkəməsinin MK-nın 30 oktyabr 2019-cu il tarixli 2(105)3434/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar