Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1469/2022 04.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı “ödənilmiş pul vəsaitinin və dövlət rüsumunun tutulması” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi, əsassız varlanma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X3 və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2439/2021 nömrəli iş 11 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 04 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdak ıları müəyyən etdi: İşin halları “Elektron notariat” X1 16 may 2020-ci il tarixli çıxarışın məzmunundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh özünə məxsus “Dodge Nitro” markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair sərəncam vermək hüququna dair Bakı şəhəri 9 nömdəli notariat kontoru tərəfindən 25939 reyestr nömrəsi ilə təsdiq edilmiş etibarnamə verilmiş, etibarnamənin müddəti bir il, yəni 11 oktyabr 2017-ci il tarixdən 11 oktyabr 2018-ci il tarixədəkdir. Barəsindəki cinayət işinə xitam verilməsi haqqında qərarda görə Cavabdeh istintaqa verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı özünə məxsus olan **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir işlərinə aparıb-gətirmək üçün özü ona 10 oktyabr 2017-ci il tarixli baş etibarnamə vermişdir. Təxminən 2018- ci ilin yanvar ayınd a İddiaçı, atomobili idarə edən zaman mühərrik hissəsində problemlər yaranmışdır. O da həmin vaxt İddiaçı istəyi ilə avtomobili 15500 manata satmış, həmin puldan 500 manatı İddiaçı vermiş, qalan 15000 manat pulu isə İddiaçı razılığı ilə ticarətlə məşqul olduğu üçün sərmayə kimi istifadə etmək qərarına gəlmişdir. Həmin puldan əldə olunan gəlirdən İddiaçı çatmalı idi. 3000 manat məbləğində pulu o, İddiaçı xeyir kimi vermişdir. Bundan başqa İddiaçı 3196 manata iki ədəd İphone 8 modelli mobil telefon alıb vermiş, avtomobilinin təmir işlərinə 2000 manat məbləğində pul ödəmişdir. Ticarətə yatırdığı pulu şərikindən ala bilməmiş, lakin buna baxmayaraq İddiaçı pulunu hissə-hissə qaytarmış, onun adına olan krediti ödəmişdir. Hazırda İddiaçı 4104 manat borcu qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə a ktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “ödənilmiş pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19500 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 19530 manat məbləğində pul vəsaiti alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2015-ci ilin iyul ayında ailə həyatı qurmaq məqsədilə Cavabdeh ilə tanış olmuşdur, lakin onun yaxın qohumları dünyasını dəyişdiyi üçün onların evlənmək məsələsi uzanmışdır. Hətta bu məqsədlə Cavabdeh onu öz yaxın qohumları ilə də tanış etmişdir. Tərəflərin tanışlığı dövründə, yəni 2016-cı ildə o özünə “Dodge Nitra'' marka avtomo bil almışdır. Təxminən 1,5 il müddət həmin avtomobili idarə etdikdən sonra satmaq qərarına gəlmişdir. Cavabdeh bu məsələni bildikdə avtomobili almaq istədiyini deyib, onun özünün nəqliyyat vasitəsini satması üçün avtomobillə bağlı ona baş etibarnamə verməyini istəmişdir. O da bununla razılaşmış, 10 sentyabr 2017-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən 9 nömrəli notariat kontorunda “Dodge Nitra” markalı avtomobillə bağlı Cavabdeh etibarnamə vermişdir. Cavabdeh daha sonra avtomaşının təmirinə görə ondan 4000 manat məbləğində pul almışdır. Cavabdeh bir neçə aydan sonra həmin avtomobili 15500 manata qohumu Orxan adlı şəxsə satsa da, ona cəmi 500 manat pul vermiş, qalan pulu isə verməmişdir. Cavabdeh təcili pula ehtiyacı olduğundan 15000 manat məbləğində pul vəsaitinin o nda qalmasını xahiş etmiş və həmin pulu bir tanışı ilə qurduğu biznesə yatıracağını, bir ay sonra isə həmin məbləği qaytaracağını vəd etmişdir. Həmin vaxtlar Cavabdeh inandığı üçün buna etiraz etməmişdir. Bir ay sonra o müvafiq pul vəsaitini Cavabdeh tələb etdikdə, sonuncu həmin məbləği artıq biznesə yatırdığını və tezliklə qaytaracağını qeyd edərək əlavə vaxt istəmişdir. Həmin vaxtlar taksi xidmətlərindən istifadə etdiyinə görə Cavabdeh ona iki dəfəyə ümumilikdə 200 (iki yüz) manat məbləğində pul vermişdir. 2018-ci ilin aprel ayında ona zəng edərək biznes qurduğu şəxsin onu aldadıb, pullarını ələ keçirərək ölkədon qaçdığını bildirmişdir. Lakin ona narahatçılığa əsas olmadığını və pul məbləğinin özü tərəfindən qaytaracağını bildirmişdir. Bir müddət sonra Cavabdeh ona zəng edərək müvafiq pul məbləğini qaytara bilməyəcəyini, 2500 manat dəyərində əvvələr aldığı iki ədəd telefonun pulunu borclu olduğu məbləğdən çıxacağını, qalan pulu isə hissə-hissə 100 - 200 manat olmaqla qaytarmağı təklif etdikdə, o bununla razılaşmamışdır. Bundan sonra Cavabdeh qalan məbləği ümumiyyətlə qaytarmayacağını bildirmişdir. Bu səbəbdən 2019-cu ilin yanvar ayında Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə şikayət etmişdir, sonradan ərizə əsasında toplanmış materiallar Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 24 sentyabr 2019-cu il tarixli qərarı ilə cinayət təqibinə xitam verilmişdir. Həmin qərarda cavabdeh ondan aldığı pul məbləğini etiraf etmişdir. Avtomobilinin puluna görə ona 19500 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh avtomaşını sataraq ona pulu qaytarmağı öhdəsinə götürsə də, bu günə kimi öhdəliyini yerinə yetirməmişdir. Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Əsədova, iş N 2(005)-2347/2020) iddia tələbi qismən təmin edilərək Cavabdeh 15.000 (on beş min) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 15030 (on beş min otuz) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 385.1, 386.1, 425.1 və 433.1-ci maddələrinə istinad edərək, iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən Cavabdeh özünə məxsus “Dodge-Nitro” markalı avtomobilə dair sərəncam vermək hüq uqu etibar edilmiş, etibarnamə 11 oktyabr 2017-ci il tarixdən 11 oktyabr 2018-ci il tarixədək olan bir il müddətinə verilmiş, müvafiq etibarnamə Bakı şəhəri 9 nömdəli notariat kontoru tərəfindən 25939 reyestr nömrəsi ilə təsdiq olunmuşdur. Cavabdeh tərəfindən nəqliyyat vasitəsini 15500 manata satılmış, həmin puldan 500 manatı İddiaçı vermiş, qalan 15000 manat pulu isə qaytarmamışdır. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Cinayət təqibinə xitam verilməsi barədə 24 sentyabr 2019-cu il tarixli qərarına görə Cavabdeh İddiaçı məxsus avtomobilin satılması nəticəsində qalan 15000 manat pulu ticarətlə məşqul olduğu üçün sərmayə kimi istifadə etdiyini, həmin pulun çox hissəsini qaytardığını, cəmi 4104 manat borcunun qaldığ ını göstərmişdir. Məhkəmənin qənaətinə görə Cavabdeh iddiaçının avtomobilin satışından əldə olunmuş 15000 manatı özündə saxladığını etiraf etmiş, lakin həmin pulun 4104 manat çıxılmaqla qalan hissəsinin qaytardığını, iddiaçı isə Cavabdeh əlavə olaraq avtomobilin təmiri üçün 4000 manat pul verdiyini sübuta yetirə bilməmişdir, ona görə də 15000 manat pul Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini, İddiaçı iddiasının rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamas ı, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. İşə baxan məhkəmə iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi iddia ərizəsini, məhkəmədəki izahatını və Nərimanov rayon Polis İdarəsinin 24 sentyabr 2019-cu il tarixli “Cinayət təqibinə xitam verilməsi haqqında” qərarında göstərilənlərə əsaslanmış, qərarda Cavabdeh cinayət təqibi üzrə verdiyi ifadələrinə məhkəmə sübut kimi qəbul etmiş, İddiaçı gətirdiyi dəlilləri, yəni Cavabdeh ona avtomobilə görə 15000 manat borclu olduğunu qəbul etmiş, lakin cinayət təqibinə xitam verilməsi barədə qərarda Cavabdeh İddiaçı tam qaytardığını, ona öz vəsaiti hesabına almış olduğu 3196 manat dəyərində 2 ədəd "Phone 8” modelli mobi l telefona ödənilmiş pulun borcdan çıxılmasını, 3000 manat İddiaçı borcundan verilməsi, İddiaçı “Baku Elektroniks” mağazasında olan kredit borcundan 855 manat ödəməsi, iddiaçıya məxsus avtomobilə ehtiyyat hissəsi alması və təmir işlərinə görə 2000 manat xərcləməsi, 2015-ci ilin dekabrında İddiaçı Bakı-Dubay təyyarə reysində uçmaq üçün gediş-gəliş aviabiletinə xərclədiyi 1000 manat pulun onun borcundan çıxılması və başqa xüsusatlara, həmçinin sözü gedən 24 sentyabr 2019-cu il tarixli “Cinayət təqibinə xitam verilməsi haqqında” qərarında cavabdehin atası Rafik Rüstəmov tərəfindən İddiaçı 5000 manat maddi zərərin ödənilməsinin qeyd olunması məsələsinə məhkəmə heç bir münasibət bildirməmişdir. Məhkəmə qərarın təsviri hissəsini qismən qətnaməyə köçürsə də, yuxarıda qeyd olunan məsələlərə diqq ət yetirməmiş, qətnamənin əsaslandıncı hissəsində münasibət bildirməmişdir. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh 2015-ci ildə tanış olmuşlar və faktiki ər-arvad kimi münasibətləri olmuşdur. 2015-ci ilin dekabrında İddiaçı Cavabdehla birlikdə BƏƏ-nin Dubay şəhərinə getmək üçün onun əvəzinə borc olaraq cavabdehin aviabilet almasını xahiş etmiş və Cavabdeh İddiaçınm adına 2015-ci ilin dekabrın sonuna Bakı-Dubay aviareysinə uçuş və qayıdış aviabiletlər üçün 1000 manat pulu borc şəklində ödəmişdir, İddiaçı həmin borcu qaytaracağını cavabdehə bildirmişdir. 2016-cı ildə onlar hər ikisi Dubay şəhərində olarkən Cavabdeh özü üçün “Apple” markalı İphone 6S modelli mobil telefon alarkən İddiaçı ondan xahiş etmişdir ki, həmin modelli mobil telefondan bir ədədini ona da alsın, B akıya qayıtdıqdan sonra həm 1000 manat aviabiletin pulunu, həm də qiyməti 880 ABŞ dolları olan İphone 6S modelli mobil telefonun pulunu Cavabdeh qaytaracaqdır. Cavabdeh 04 yanvar 2016-cı il tarixdə öz şəxsi puluna Dubay şəhərində İddiaçı 880 ABŞ dolları qiymətinə 1 ədəd “Apple” markalı İphone 6S modelli mobil telefon almışdır. Bundan əlavə Cavabdeh 2015-ci ilin dekabrın 28-dən 2016-cı ilin yanvarın 5-dək olan müddətdə İddiaçı oteldə qalmaq və qidalanmaq xəclərini də çəkmişdir (aviabiletin pulundan başqa). Bu təxminən 1500-2000 manat təşkil edir. 2016-cı ildə İddiaçı özüım “Dodge Nitra” markalı avtomobili almaq üçün avtomobilin pulundan 2500 manat vəsaiti çatmadığı üçün Cavabdeh ona 2500 manat borc verməsini xahiş etmiş və Cavabdeh İddiaçı avtomobil almaq üçün heç bir rəsmiləşdirmə aparmada n əlbə-əl 2000 (iki min) manat pul vermişdir. Qalan 500 manat İddiaçı özü haradansa tapmış və 15.500 manata özü üçün avtomobil almışdır. 2016-cı il tarixinə İddiaçınm Cavabdeh 3.000 manat (1000+2000) və 880 ABŞ dolları borcu var idi. 2017-ci ildə İddiaçı Ukrayna Respublikasına təhsilə gedib qayıtdıqdan sonra Cavabdeh vəsaiti hesabına Dubaydan aldığı mobil telefonu itirdiyini bildirimiş və Cavabdeh xahiş etmişdir ki, ona Bakıdan mobil telefon alsın, avtomobilini satdıqdan sonra bütün borclarını qaytaracaqdır. 2017-ci ilin mart ayında Cavabdeh öz şəxsi pulu ilə Bakı şəhərində İddiaçı 1700 manata İphone 6 modelli mobil telefon almışdır. Deməli, 2017-ci ilin axırlarında İddiaçınm Cavabdeh 4700 manat (1000+2000+1700) və 880 ABŞ dolları borcu var idi. Bir məsələni də qeyd etməyi zəruri hesab edi r ki, birinci instansiya məhkəməsində mülki işə baxılan zaman İddiaçı məhkəmədə iştirak edən nümayəndəsinin mülki işlərdə iştirak etmək səlahiyyəti verən etibarnaməsi məhkəməyə təqdim olunmamışdır, məhkəməyə İddiaçı cinayət mühakimə icraatında cinayət işləri üzrə zərərçəkmişin, mülki iddiaçının nümayəndəsi səlahiyyətləri verən 15.05.2020-ci il tarixli etibarnamə təqdim olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ş.Məmmədova-sədrlik edən və məruzəçi, E.Mehtiyev, X.Sarıyev, iş N 2(103)-2439/2021) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İd diaçı iddiasının qismən əsaslı olması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və müqayisəli şəkildə tədqiq edilməklə düzgün hüquqi qiymət verilmişdir. Cavabdeh isə etirazının əsası kimi istinad etdiyi hallara dair hər hansı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Apelyasiya instansiyası məhkəməsi öz mövqelərini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 385.1, 386.1, 425.1 və 739.1-ci maddələrinə istinad etmişdir. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə id diaçı ilə cavabdeh arasında hər hansı müqavilə münasibətləri mövcud olmamış, eləcə də Cavabdeh iddiaçı qarşısında hər hansı öhdəlik götürməmişdir. Mülki Məcəllənin 740.2-ci maddəsində qeyd olunur ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Hazırki vəziyyətdə mübahisə predmeti 3000 manatdan 6 dəfədən çox olmasına baxmayaraq, tərəflər arasında nə yazılı, nədəki şifahi formada müqavilə bağlanılmamışdır. mülki işin aidiyyət qaydaları pozulmuşdur. Belə ki, cavabdeh iddia ərizəsi qaldırılan dövrdə Kürdəmir rayonunun Mürtülü kəndində pasport qeydiyyatında olmuş (mülki işin 20-ci vərəqində olan etibarnamədə qeyd edilib), lakin iddiaçı iddia ərizəsi ilə Nəri manov Rayon Məhkəməsinə müraciət etmiş, işə baxılmasında aidiyyət qaydaları pozulmuşdur. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavil ə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq no rmalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri verilmiş etirazın dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. İddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə münasibətləri mövcud olmaması, eləcə də Cavabdeh iddiaçı qarşısında hər hansı öhdəlik götürməməsi, iddia borc müqaviləsindən irəli gələn öhdəliyin icra olunmaması əsası ilə təmin olunsa da, tərəflər arsın da yazılı borc müqaviləsinin olmamasının nəzərə alınmamasına dair kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr iddianı qismən təmin edərkən cavabdehin iddiaçının hesabına hüquqi əsas olmadan əsassız varlanması qənaətinə gəlmiş və düzgün olaraq Mülki Məcəllənin 1091.1 və 1091.2-ci maddələrinə istinad etmişdir. Həmin Məcəllənin 14.2.7-ci maddəsində isə əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Mülki işə ərazi aidiyyəti qaydaları pozulması ilə baxılması barədə cavabdehin dəlillərinə gəldikdə isə işdən görünür ki, iddia ərizəsi verilərkən cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Cuma küçəsi-2 ünvanda qeydiyyatda olmuş, bu barədə iddia ərizəsinə DİN-in BPQMİ-nin MARS şöbəsini n 09.06.2020 tarixli arayışı əlavə edilmişdir. Həmin arayış cavabdehin adına 03.03.2020-ci il tarixdə verilmiş Şəxsiyət vəsiqəsinə əsasən tərtib edilmişdir. Cavabdehin iddia ərizəsi verilərkən Kürdəmir rayonun Mürtülü kəndində qeydiyyatda olmasının təsdiqi kimi göstərilən etibarnamə isə 10 sentyabr 2017-ci il tarixdə verilmşidir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kass asiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2439/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1469/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1469/2022
04.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver