Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1469/2025 03.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: əsassız varlanma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1509/2025 nömrəli 1 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı və Cavabde h qonşu olmuş, Gəncə Şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis leytenantı Süleyman Piriyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023- cü il tarixli qərara əsasən, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərardan görünür ki, material üzrə izahatı alınmış Cavabdeh göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Evdar qadındır. İddiaçı onun qonşusudur. Onun Gövhər ilə əvvəllər aralarında düşmənçilikləri və ədavətləri olmamışdır. 2023-cü ilin yanvar ayının əvvəllərində Gövhər onun yaşadığı mənzilə gəlib, qan laxtalanması xəstəliyindən əziyyət çəkən oğlu Nihat Quliyevə baş çəkmişdir. Söhbət zamanı Gövhər ona övladı olmadığına görə qulluq etməyi ondan x ahiş etmişdir. O da uşağına xatir Gövhər ilə razılaşmışdır. Sonra Gövhər yaşadığı evin giriş qapısının açarlarını ona vermişdir. Gövhər hər dəfə durub qapını açmasın deyə, mənzilinə məxsus giriş açarlarını ona vermişdir. O hər səhər Gövhərin yaşadığı evə gedib ona “kerkules” bişirməklə çayını dəmləmiş, hər səhər çörəyini alır, zibilini atırmış. Dəqiq tarixi yadında qalmayan vaxtda o qardaşı Ramin, anası Mahizər ilə birlikdə Gövhər müayinə ötrü Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanada işləyən Knyaz həkimin yanına aparmışlar. Bundan əlavə Gövhəri MRT müayinəyə də aparmışlar. Sonradan əri Barat Quliyev onu Gövhərin yaşadığı və gedibgəlməsinə icazə verməmişdir. O da əri Baratın göstərişindən sonra Gövhərə məxsus mənzilin giriş açarlarını aparıb sonuncuya təhvil vermişdir. O, Gövhərdən 24500 manat pul götürməmiş, Gövhərə 3000 manat pul geri qaytarmamışdır. Həmçinin o, Gövhərdən hər ay sonuncuya baxmaq müqabilində hər ay 500 manat olmaqla, cəmi 1500 manat pul almamışdır, onun göstərdikləri yalandır. Aparılmış araşdırma zamanı izahatı alınmış X1 Cəlilova ilə eyni məzmunlu izahat vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 150 manat pul olmaqla, cəmi 20150 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1954-cü ildə Şəmkir rayonu Bayramlı kəndində fəhlə ailəsində anadan olmuşdur. Ali tə hsillidir, təqaüdçüdür, heç bir yerdən köməyi yoxdur. Həyat yoldaşı X2 2011-ci ildə vəfat edib, övladı olmayıb, tək yaşayır. 2022-ci ilin noyabr ayında yaşadığı evi 35000 (otuz beş min) manata Durdanə xanıma satmışdır. Onunla bir binada yəni, ünvan 1 ünvanında qonşuluqda yaşayan Cavabdeh ilə bir qonşu kimi münasibətləri yaxşı olubdur, onun evinə gəlib-getmiş, ona ev işlərində kömək etmiş, ustalarına yemək bişirmiş, zibilini tökmüşdür, özünü ona ən yaxın insan kimi aparmışdır. Cavabdeh onun evini satdığından məlumatlı idi və bilirdi ki, satdığı evin pulu evdədir. Bir gün cavabdeh onun evini təmizləməyə bir xanım gətirdi, həmin qadın hər gün gəlib evi yığışdırırdı. İddiaçı həmin şəxsi tanımırdı. Cavabdehin iki oğlu var - Murat və Nihat. Nihat anasının dediyinə görə xəstə idi. Nihatı müalicə etmək üçün cavabdeh onu tez-tez Bakı şəhərinə aparmışdır. 20 yanvar 2023-cü il tarixdə cavabdeh ona bildirmişdir ki, “Gövhər müəllimə mən Bakı şəhərinə Nihatı müalicəyə aparacam, evi satdığın pulu ver, evimdə saxlayım, sənə lazım olanda verərəm, pulunu götürərlər”. O cavabdehə Allaha inandığı kimi inanmış və bu səbəbdən mətbəxdən qazanın içindən, göy rəngli sellofan paketin içində 24500 manat pulu (245 ədəd yüzlük), evin 3 açarını, iki qızıl sepini, bir ədəd qızıl klon quran, bir ədəd möhür (yoldaşından qalan, Məqam qəzetində təsisçi baş redaktor işləmişdir) pensiya kartını, tam kredit kartını, işığın kartını, qazın kartını cavabdehə vermişdir. Cavabdeh Bakı şəhərinə gedəndə ona demişdir ki, “Gövhər müəllimə səni aparım anamgilə, mən gələnə kimi orada qal”. O, əvvəlcə razı olmasa da, son ra razılaşmışdır. Cavabdeh Bakı şəhərindən ona zəng eləyirdi, ona “gəlirəm, darıxma” deyirdi. 2023-cü ilin fevral ayının əvvəllərində cavabdeh Bakı şəhərindən qayıtdıqdan sonra o, da öz evinə qayıtmışdır. 2023-cü ilin aprel ayında cavabdeh onun pensiyasını almaq üçün xəstə oğlu X4 getmişdir. Həmin vaxt cavabdeh ona demişdir ki, “Gövhər müəllimə sənin kartında 39 manat pul oldu”. Elə həmin vaxt cavabdehə bildirmişdir ki, “qızım Rübabə göy rəngli sellofan paketin içində sənə verdiyim 24500 manat pulu (245 ədəd yüzlük), evin 3 açarını, iki qızıl sepini, bir ədəd qızıl klon quranı, bir ədəd möhürü (yoldaşımdan qalan Məqam qəzetində təhsisçi baş redaktor işləyirdi) pensiya kartını, tam kredit kartını, işığın kartını, qazın kartını gətir ver özümə”. 22 aprel 2023-cü il tarixdə evdə oturanda görm üşdür ki, evin qapısına açar salınaraq qapı açılmış və cavabdeh içəri girmişdir. Cavabdeh ona bildirmişdir ki, “Gövhər müəllimə sənin iki qızıl sepini, qızıl quran klonunu, 3 açarını, pensiya kartını, tam kredit kartını, işığın kartını və möhürü gətirmişəm, 24500 manatdan üç ay sənə köməkçi qüvvə kimi baxdığıma yanvar, fevral, mart ayları üçün hər ay 500 manatdan çıxıram edir 1500 manat”. O da cavabdehə bildirmişdir ki, “1500 manat pul ana südün kimi halalın olsun, orda 23000 manat pul qaldı”. Cavabdeh də bildirmişdir ki, “Gövhər müəllimə 3000 manat pul gətirmişəm, qalır 20000 manat”. İddiaçı da bildirdi ki, “Rübabə qızım, 20000 manat pulu nə vaxt verəcəksən”. Cavabdeh də cavabında “2023-cü il may ayının 1-də saat 12-də verəcəm”. 2023-cü il may ayının 1-də saat 12-də cavabdehə telefonla zə ng etmiş və cavabdehə verdiyi 20000 manat pulunu istəmişdir. Cavabdeh isə demişdir ki, “gəlirəm”. Bir müddətdən sonra cavabdeh gəlmiş, evə girməmiş və bildirmişdir ki, “Gövhər müəllimə bankdan zəng ediblər ora gedirəm, mənə verdiyin 20000 manat pulu evdə saxlayıram, gətirib verəcəm”. Həmin gün saat 22.00-a kimi cavabdehi gözləsə də, cavabdeh gəlməmişdir. O, dəfələrlə cavabdehdən pulunu qaytarmağını tələb etsə də o, hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən boyun qaçırmışdır. 2023-cü ilin avqust ayında dəfələrlə telefonlarına zəng vursa da, telefonu açmamışlar. Bütün bunlardan sonra əsəb-stressdən gözündən əməliyyat olunmuş, xəstəliklər tapmışdır. Cavabdeh onu bir ildir ki, aldadır, ona verdiyi 20000 manat pulunu qaytarmır. Göstərilən səbəblərdən çox ağır maddi vəziyyətə düşmü şdür. Cavabdeh onun 20000 manat pulunu vermir, onun cavabdehə verdiyi pul ilə cavabdeh oğlu Murada dəbdəbəli nişan edibdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, cavabdehin ona 20000 manat borcu qalmışdır və cavabdehlə aralarında olan razılaşmaya görə cavabdeh ona olan borcunu 01 may 2023-cü il tarixdə qaytarmağı öhdəsinə götürmüş və bu barədə cavabdeh ona olan borcunu etiraf etmişdir. Tərəflər arasında borc müqaviləsi şifahi qaydada bağlanmışdır. Cavabdeh razılaşdırılmış müddət bitməsinə baxmayaraq, 20000 manat pulunu qaytarmır. Cavabdehə dəfələrlə bu barədə bildirsə də, cavabdeh onu aldadaraq hər dəfə borcunu yaxın müddətdə qaytaracağını desə də, müxtəlif bəhanələr gətirərək pulu qaytarmır, öhdəliyini icra etməmişdir.
4. Birinci instansiya məhkəməsində cavabdehin vəkili və nümayəndəsi idd ianı qəbul etməyərək göstərmişdir ki, tərəflər qonşudur, iddia tələbi ağlabatan deyil, cavabdeh iddiaçı qoca və xəstə olduğundan cavabdeh qonşuluq münasibətlərindən irəli gələn xırda xahişləri yerinə yetirmiş, həmçinin iddiaçı cavabdehə sözügedən pulun verilib-alınmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir.
5. Gəncə Şəhər Məhkəməsinin 7 may 2024-cü il tarixli 2(125)-1442/2024 nömrəli qətnaməsi ilə (hakim Fuad Fərhadov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehi tanıdığı üçün və ona inanaraq cavabdehə saxlamaq üçün 20 yanvar 2023-cü il tarixdə 24500 manat pulu (245 ədəd yüzlük), evin 3 açarını, iki qızıl sepini, bir ədəd qızıl klon quran, bir ədəd möhür (yoldaşından qalan Məqam qəzetində təsisçi baş redaktor işləmişdir) pensiya kartını, tam kredit kartını, işığın kartını, qazın kartını verdiyini, 22 aprel 2023-cü il tarixdə cavabdehin ona məxsus iki qızıl sepini, qızıl quran klonunu, 3 açarını, pensiya kartını, tam kredit kartını, işığın kartını, möhürü və 3000 manat pulunu qaytardığını, 21500 manatdan üç ay ona köməkçi qüvvə kimi baxdığına görə yanvar, fevral, mart ayları üçün hər ay 500 manatdan, cəmi 1500 manat çıxdığını, cavabdehin ona cəmi 20000 manat borcu qaldığını iddia edir. Lakin iddiaçı pul vəsaitini cavabdehə verməsini təsdiq edən konkret mötəbər dəlil gətirməmiş, bunu təsdiq edən hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1 091.1, 1091.2, 1092.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 76.2, 77.1, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, tək-tənha qadındır, nə oğlu, nə də ki, qızı var. Cavabdeh Allaha inandığı kimi inanmış və bu səbəbdən mətbəxdən qazanın içindən, göy rəngli selofan paketin içində 24500 manat pulu (245 ədəd yüzlük), evin 3 açarını, iki qızıl sepini, bir ədəd qızıl klon quran, bir ədəd möhür (yoldaşından qalan Məqam qəzetində təsisçi baş redaktor işləmişdir) pensiya kartını, tam kredit kartını, işığın və qazın kartını vermiş, Cavabdeh. Cavabdeh dəfələrlə məhkəmə iclasının yeri və vaxtı bildirilsə də, lakin sonuncu məhkəmə iclasına gəlməmişdir. Özünün günahı olduğu üçün, onun 20000 manat pulunu verməmək məqsədi ilə özünün əvəzinə vəkil göndərmişdir. Cavabdeh məhkəmədə iştirakının təmin edilməsini, ona sualları olacağını, əgər cavabdeh gəlsə ondan pul aldığını etiraf edəcəyəni bildirsə də, məhkəmə bunları nəzərə almamışdır.
10. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər İ.T.Həsənov ( sədrlik edən və məruzəçi), L.S.Süleymanov və Ş.Q.Rzaquliyev) 2(104)-1509/2024 nömrəli mülki iş üzrə 1 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı Cavabdeh 24500 manat pul verdiyini, həmin pul vəsaitindən 1500 manat pulun sonuncuya xidmət haqqı kimi verdiyini, həmin puldan 3000 manat məbləğini ona geri qaytarıldıqdan sonra 20000 mant pulun cavabdehdə qaldığını iddia etsə də, lakin bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh tərəf birinci instansiya məhkəməsində icraat zamanı, habelə apellyasiya baxışında verdiyi izahatında iddiaçıdan pul alınmadığını və ona hər hansı məbləğdə pul qaytarmadığını bildi rmişdir.
12. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
13. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir.
14. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd etmişdir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlill ər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1-ci, Azərbaycan Respublikasının MPM-in 14.1, 77.1, 88, 217.3, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)- 1509/2024 nömrəli qətnaməsini ləğv edib, yenidən baxılması üçün işin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti A zərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 386.1, 385.1, 425.1, 427.3, 442.1, 739.1-cü, MPM-in 106, 185, 217-cü maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında olan şifahi müqaviləyə əsasən razılaşdırılmış müddət, yəni cavabdehin ona olan borcunun qaytarılması müddətinin bitməsinə baxmayaraq, ona olan borcunu, yəni 20000 manat pulunu qaytarmır. Cavabdeh dəfələrlə aralarında olan şifahi müqaviləyə əsasən ona olan borcunun qaytarılması barədə bildirsə də, o, aldadaraq hər dəfə borcunu yaxın müddətdə qaytaracağını bildirirmiş, müxtəlif bəhanələr gətirərək 20000 manat borcunu qaytarmamışdır. Yəni, aralarında olan şifahi müqaviləyə əsasən yaranmış öhdəliyini icra etməmişdir. Tək-tənha qadındır. Nə oğlu, nə də ki qızı var. Cavabdeh çox inanırdı və bu sə bəbdən mətbəxdən qazanın içindən, göy rəngli selofan paketin içində 24500 manat pulu (245 ədəd yüzlük), evin 3 açarını, iki qızıl sepini, bir ədəd qızıl klon quran, bir ədəd möhür (yoldaşından qalan Məqam qəzetində təhsisçi baş redaktor işləyirdi) pensiya kartını, tam kredit kartını, işığın kartını, qazın kartını Cavabdeh vermişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarını tətbiq edib cavabdehdən 20000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 150 manat pul olmaqla, cəmi 20150 manat məbləğində pulun alınıb mənə verilməsinə dair qərar verməli idi.
18. Cavabdeh dəfələrlə məhkəmənin yeri və vaxtı bildirilsə də o, məhkəmə iclasına gəlməmişdir, özünün günahı olduğu üçün, ona olan 20000 manat borcu verməmək məqsədi ilə məhkəmə iclaslarında iştirak etməmişdir. Qətiyyətl ə Cavabdeh məhkəmədə iştirakının təmin edilməsini, ona suallarının olacağını, əgər cavabdeh gəlsə ondan borca pul aldığını etiraf edəcəyəni bildirsə də məhkəmə onun dediklərini nəzərə almadan, birtərəfli, cavabdehi dinləmədən, qanunsuz və əsassız bərabərlik hüququ pozulmaqla qətnamə qəbul etmişdir. Apellyasiya Məhkəməsinin işə baxan məhkəmə tərkibindən cavabdehin şəxsən özünün məhkəmə iclasında iştirakının təmin edilməsini xahiş etmişdir. Əgər cavabdeh özü də məhkəmə iclasında iştirak etsəydi məhkəmə tərkibi də onun yalan danışdığının şahidi olacaqdı. Həmçinin məhkəmə onun izahatımı sübut kimi qəbul etməmişdir. Hesab edir ki, nə qədər ki cavabdeh məhkəmə iclasında iştirak etməyibdir, izahatına qarşı öz etirazını və yaxud əsaslandırılmış dəlillərini təqdim etməyibdir, onun izahatı iş üzrə s übut kimi qəbul olunmalıdır. Qeyd olunan prosessual hüquq normasının pozulması onda ifadə olunmuşdur ki, məhkəmə sübutlara düzgün qiymət verməmiş, təqdim etdiyi sübutlar iddiasının təmini üçün əsas olduğu halda heç bir qanuni əsas olmadan sübutlarına tənqidi yanaşmış, yanaşmasını qanunun tələbləri ilə əsaslandırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İş üzrə Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə1 tərəfindən kassasiya şikayətinə qarşı etiraz verilərək kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1509/2024 saylı, xx.xx.2024- cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüqu qi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
21. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
22. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərt ərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Ma ddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
31. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
32. Maddə 418.3. Proses sual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı k assasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Məhkəmə kollegiyası kassasiya şikayətinin cavabdehin məhkəmə iclaslarında iştirak etmədiyi, qətiyyətlə Cavabdeh məhkəmədə iştirak ının təmin edilməsini, ona suallarının olacağını, əgər cavabdeh gəlsə ondan borca pul aldığını etiraf edəcəyəni bildirsə də məhkəmə onun dediklərini nəzərə almadan, birtərəfli, cavabdehi dinləmədən, qanunsuz və əsassız bərabərlik hüququ pozulmaqla qətnamə qəbul etdiyi barədə dəlilləri ilə razılaşmır. Belə ki, əvvəla, iş materialları ilə təsdiq edilir ki, apellyasiya məhkəməsi tətəfindən Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin o, məhkəmə iclasında iştirak etməmiş, 01 oktyabr 2024-cü il tarixli məhkəmə iclasında məhkəmə, məhkəmə iclasının cavabdehin iştirakı olmadan davam etdirilməsini mümkün hesab etmiş, 1 oktyabr 2024-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkil) Nümayəndə1 iştirak edərək izahat vermişdir. Cavabdeh tərəfin isə cavabdehin işt irakı olmadan işə baxılmasına hər hansı etirazı olmamışdır. Azərbaycan Rerspublikasının MPM-in 74.1-ci maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir.
37. Məhkəmə kollegiyası onu da qeyd edir ki, prosessual hüquq normaları ilə hazırkı kateqoriya işlər üzrə cavabdehin iştirakının məcburi olaraq təmin edilməli olduğu nəzərdə tutulmur. Məhkəmə iclasında iştirak tərəfin hüququdur.
38. Məhkəmə kollegiyası kassasiya şikayətinin nə qədər ki cavabdeh məhkəmə iclasında iştirak etməyibdir, izahatına qarşı öz etirazını və yaxud əsaslandırılmış dəlillərini təqdim etməyibdir, onun izahatının iş üzrə sübut kimi qəbul olunmalı olduğu barədə dəlili ilə də razılaşmır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı Cavabdeh 24500 manat pul verdiyini, həmin pul vəsaitindən 1500 manat pulun sonuncuya xidmət haqqı kimi verdiyini, həmin puldan 3000 manat məbləğini ona geri qaytarıldıqdan sonra 20000 manat pulun cavabdehdə qaldığını iddia etsə də, lakin bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh tərəf birinci instansiya məhkəməsində icraat zamanı, habelə apellyasiya baxışında verdiyi izahatında iddiaçıdan pul alınmadığını və ona hər hansı məbləğdə pul qaytarmadığını bildirmişdir. İddia tələbi sübutl arın çatışmamazlığı nöqteyinəzərindən əsassızdır. Çünki iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir.
39. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət veri ldiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
41. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 oktyabr 2024-cü il tarixli 2(104)-1509/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.