Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-147/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: Ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh Səyyad oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-147/21 (Açar sözlər: kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: Ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil, Cavabdeh: Cavabdeh vəkili X1 iştirakları ilə, Bakı Apellyasiy a Məhkəməsi Mülki Kollegiyasının 11 iyun 2020-ci il tarixli, 2(103)-4937/2020 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kasasiya şikayəti üzrə işə 23 fevral 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, ondan 28 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 100.000 ABŞ dolları, faiz borcuna görə 27.951,83 ABŞ dolları, hesablanmış cəriməyə görə 18.923,98 ABŞ dolları olmaqla, cəmi 146.875,81 ABŞ dolları kredit borcunun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icr aat Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim G.M.Abbasova) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri kredit müqaviləsinə əsasən əmələ gəlib. Həmin müqavilə 12 ay müddətinə bağlanıb. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edənədək qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürüb. Bu səbəbdən də iddia müddəti keçdiyi üçün iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 373.1-373.3, 377.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməs i barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova sədrlik edən, məruzəçi, E.Ə.Mehtiyev və X.Ə.Sarıyev) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apelyasiya şikayətinin dəlillərinə əsasən qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apelyasiya in stansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 373.2-373.3, 377.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icr aatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı LPO “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh vəkili X məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlmədiyi üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti y erinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir və hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq müqavilə tələbləri üzrə iddia müddəti üç il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (Mülki Məcəllənin 373.2-373.3-cü maddələri). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( Mülki Məcəllənin 375.1 və 375.2 maddələri). Mülki Məcəllənin 377.2-ci maddəsinə görə, icra müddəti müəyyənləşdirilmiş öhdə liklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlanır ( Mülki Məcəllənin 368 və 377.2-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət ver ir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmı r. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçı kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyindən qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nə ticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, işdən görünür ki, 28 avqust 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə, illik 15 faiz ödəmək şərti ilə 100.000 ABŞ dolları kredit verilib. İddiaçı tərəfindən verilmiş 05 avqust 2019-cu il tarixli maliyyə arayışına görə, həmin tarixə cavabdehin iddiaçıya olan əsas borcu 100.000 ABŞ dolları, faiz borcu 27.951,83 ABŞ dolları, artırılmış faiz borcu 18.923,98 ABŞ dolları olmaqla, cəmi 146.875,81 ABŞ dolları təşkil edir Eyni zamanda, sözügedən kredit müqaviləsi üzrə 27 sentyabr 2016-cı il tarixdə 9.900 ABŞ dolları, 24 noyabr 2016-cı il tarixdə isə 7.000 ABŞ dolları olmaqla, cəmi 16.900 ABŞ dolları məbləğində ödəniş edilib. Əvvəla kasasiya instansiyası məhkəməsi, iddiaçının ilkin olaraq 09 avqust 2019-cu ildə deyil, 03 oktyabr 2019-cu il tarixdə iddia ilə məhkəməyə müraciət etməsinə dair apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddia müddəti bitən tarixədək rabitə orqanı vasitəsilə məhkəməyə təqdim edilib və 03 oktyabr 2019-cu il tarixdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olub. Bundan sonra, iddia ərizəsi məhkəmənin 07 oktyabr 2020-ci il tarixli qərardadı ilə geri qaytarıldıqdan sonra 23 oktyabr 2019-cu il tarixdə iddiaçı təkrarən iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Belə ol an halda, iddia müddətinin axımının kəsilməsi iddia ərizəsinin məhkəməyə daxil olduğu tarixdən deyil, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin rabitə orqanına təqdim edildiyi vaxtdan hesablanmalıdır. Apelyasiya instansiyası məhkəməsi bu hala diqqət yetirmədən, iddia müddətinin kəsilməsi anını düzgün müəyyən etməyib. Digər tərəfdən, apelyasiya instansiyası məhkəməsi, tərəflər arasında bağlanmış 28 avqust 2015-ci il tarixli kredit müqaviləsinin sonuncu icra müddətinin 29 avqust 2016-cı il tarixdə bitdiyini, iddiaçının hazırki iddia ilə məhkəməyə əvvəl 09 avqust 2019-cu il tarixdə, sonradan isə 23 oktyabr 2019-cu il tarixdə müraciət etməklə qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürdüyünü, cavabdehin onun adından X1 adlı şəxs tərəfindən 27 sentyabr 2016-cı il tarixdə 9.900 ABŞ dolları, 24 noyabr 2016-cı il tarixdə 7.000 ABŞ dolları məbləğində aparılmış ödənişlərdən məlamatsız olduğunu, onun həmin şəxsi ümumiyyətlə tanmadığını göstərsə də, gəldiyi nəticəni kifayət qədər əsaslandırmayıb. Belə ki, cavabdehin adından kifayət qədər böyük məbləğdə, yəni cəmi 16.900 ABŞ dolları ödəniş etmiş X1in şəxsiyyətini müəyyən edib, onun cavabdehə, o cümlədən hazırki mübahisəli məsələyə münasibətini öyrənmədən, habelə Mülki Məcəllənin 431.1-ci maddəsinin tələbinə əsasən öhdəliyin borclunun əvəzinə üçüncü şəxsin də icra edə bilməsini nəzərə almadan və beləliklə də iddia müddətinin axımının başlanması anını düzgün müəyyən etmədən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Halbuki, qeyd olunan maddənin mənasına görə, öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Həmin Məcəllənin 431.2-ci maddəsində göstərilir ki, kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əlehinədirsə, qəbul etməyə bilər. Maddənin mənasına görə, borclu əlehinə olduqda, kreditor üçüncü şəxsin təklif etdiyi icranı qəbul etməyə bilər. Hazırki halda apelyasiya instansiyası məhkəməsi, X1 tərəfindən müxtəlif vaxtlarda ödənilmiş cəmi 16.600 ABŞ dolları məbləğində vəsaiti bank qəbul edərkən, borclu Cavabdeh bunun əlehinə və ya bu ödənişlər barədə məlumatlı olub-olmamasına dair heç bir araşdırma aparmadan, işə əlavə edilmiş 27 sentyabr 2016-cı il və 24 noyabr 2016-cı il tarixli kassa mədaxil orderlərinin və həmin orderləri imzalamış əməliyyatçı və xəzinadarın imzalarının həqiqiliyini yoxlamadan, onların hazırk i mübahisəli məsəyə münasibətini öyrənmədən, cavabdehin borcu etiraf etməsini göstərən və təsdiqləyən hər hansı hərkətlər etməməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti saylır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Maddənin mənasına görə iddia müddəti dedikdə- məhkəməyə iddia vermək yolu ilə pozulmuş hüququn müdafiəsi üçün qanunla müəyyənləşdirilən müddət başa düşülür. İddia müddətinin mahiyyəti ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsi ilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Bunun üçün ilk növbədə iddia müddət ini düzgün hesablamaq lazımdır. İddia müddəti axımının başlanması anının müəyyən edilməsi onun düzgün və dəqiq hesablanması üçün həlledici rol oynayır. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır. O gündən ki, həmin gün pozulmuş hüququn məcburi qaydada məhkəmə orqanlarının köməyi ilə həyata keçirilmək imkanı yaranır. İddia hüququnun əmələ gəldiyi gün isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (Mülki Məcəllənin 377.1-ci maddəsi). Deməli, şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya konkret hallar əsasında bunu bilməli olduğu gündən iddia müddətinin axımı başlanır. İddia müddətinin axımının kəsilməsi isə özündə onu ifadə edir ki, qanunda nəzərdə tutulan əsaslar mövcud olduqda iddia müddətinin axımına xitam verilir, son qoyulur və həm in əsaslar aradan qalxdıqda, iddia müddətinin axımı yenidən başlanır, təzələnir. İddia müddətinin axımının kəsilməsi birdəfəlik iradəvi hərəkətlərdə ifadə oluna bilər və iddia müddətinin axımı müəyyənləşdirilmiş qaydada iddianın irəli sürülməsi, eyni zamanda borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər etməsi ilə də kəsilir (Mülki Məcəllənin 380.1-ci maddəsi). İddianın irəli sürülməsi və ya iddianın verilməsi məhkəməyə yazılı formada iddia ərizəsi verilməsi yolu ilə rəsmiləşdirilir. Yalnız mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun verilən iddia, iddia müddəti axımının kəsilməsi üçün əsas ola bilər. Digər tərəfdən, qüvvədə olan mülki qanunvericiliyin tələblərinə görə həm borclu fiziki şəxsin, həm də borclu hüquqi şəxsin borcu etiraf etməsi iddia müddəti axımının kəsilmə si üçün əsasdır. Vacib və əsas odur ki, borclu şəxs borcu etiraf etməsini göstərən və təsdiqləyən hərkətlər etsin. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formalarda ifadə oluna bilər: məsələn, kreditor qarşısında borclu şəxsin borcu etiraf etməsi, əsas borcu və ya faiz borcunu tam və ya qismən ödəməsi, əsas borc üzrə faizləri köçürməsi və sair. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayətində gö stərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kasasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 iyun 2020-ci il tarixli, 2(103)4937/2020 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-147/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-147/2021
23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver