Məhkəmə qərarları › İş №2(102)-147/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-147/2022

10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-147/2022 10.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, apellyasiya baxışının hədləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasını n 15 iyul 2021-ci il tarixli, 2(106)1948/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 26 noyabr 2014-cü il tarixli, 3914 saylı kredit müqaviləsi ilə "xxxx" ASC tərəfindən ümumilikdə 12800 manat məbləğində pul vəsaiti birgə borclular olan Cavabdeh1 (4000 manat), Cavabdeh2 (3000 manat), Cavabdeh3 (1500 manat), Cavabdeh5 (3000 manat) və Cavabdeh4 (1300 manat) 36 ay müddətinə illik 26 faiz olmaqla kredit verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Ləğv prosesində olan "xxxx" ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə cavabdehlər Cavabdeh1, Cav abdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada Cavabdeh1 3076,94 manat əsas, 2042,98 manat faiz, 1380,07 manat cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış 451,93 manat faiz borcu olmaqla, cəmi 6951,92 manat, Cavabdeh5 543,07 manat əsas, 264,93 manat faiz, 370,40 manat cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış 84,24 manat faiz borcu olmaqla, cəmi 1262,64 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh1 və Cavabdeh5 müqavilə üzrə kredit vəsaitindən istifadə etsələr də, götürdükləri öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə borcları yaranmışdır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq həmin cavabdehlər üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişlər. Cəlilabad Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(073)-442/2021 nömrəli qətnaməsi ilə (hakim Q.H.Paşayev) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 26 noyabr 2014-cü il tarixli, 3914 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 3076,94 manat əsas borc, 2042,98 manat faiz borcu, 150 manat cərimə olmaqla, cəmi 5269,92 manat borcun, Cavabdeh5 543,07 manat əsas borc, 264,93 manat faiz borcu, 40 manat cərimə olmaqla, cəmi 848 manat borcun və 30 manat dövlət rüsumunun m üştərək qaydada alınıb iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh1 apellyasiya şikayəti verərək, Cəlilabad Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(073)-442/2021 nömrəli qətnaməsinin dəyişdirilməsi, faiz və cərimə borclarının silinməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 iyul 2021-ci il tarixli, 2(106)-1948/2021 nömrəli qətnaməsi ilə (hakim İ.H.Əhmədovun sədrliyi və məruzəsi ilə, hakimlər T.S.Kərimovdan və T.X.Heydərovdan ibarət tərkibdə) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 23 fevral 2021ci il tarixli, 2(073)-442/2021 nömrəli q ətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, Cavabdeh1 3076,94 manatın tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Apellyasiya məhkəməsi 14 iyul 2021-ci il tarixdə internet portaldan çıxarış əldə etməklə müəyyən etmişdir ki, mübahisələndirilən Cavabdeh1 kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentini 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanı ilə əhatə olunan kredit borcu olmaqla, Fərmana müvafiq qaydada hesablanaraq Cav abdeh1 borcu 3076,94 manat həcmində müəyyən edilmişdir. Ona görə apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 faiz və cərimə borclarının tutulması hissəsində ləğv edilməli, iddia qismən təmin edilməklə cavabdehdən Problemli kreditlərin kompensasiyasına dair Məlumatdan götürülmüş məbləğ tutulmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı Ləğv prosesində olan "xxxx" ASC kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 iyul 2021-ci il tarixli, 2(106)-1948/2021 nömrəli qətnaməsi ilə faiz borcu, cərimə məbləği və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz məbləğinin tutulmaması hissəsində ləğv edilərək, iddia tələbini tam təmin olunması və ya işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, apellyasiya məhkəməsi əsassız olaraq “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına istinad etmiş, cavabdeh həmin Fərmanın şərtlərinə uyğun olaraq müəyyən olunmuş müddət ərzində borcun restrukturizasiyası üçün banka müraciət etməmiş və bu səbəbdən borcun güzəşt olunması və faizin silinməsi üçün hüquqi əsas olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın heç bir bəndinin təsirinə düşən müqavilələrini məhkəmələr tərəfindən restrukturizasiya olunmayan kredit müqavilələrinin faiz, cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış faiz məbləği borclarının silinməsi səlahiyyətləri verilməmişdir. Həmçinin məhkəmə iddianı yalnız Cavabdeh1 münasibətdə təmin etmiş, digər cavabdehlərin də birgə borclular olmasını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Mə hkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər və vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurə tindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Birinci instansiyası məhkəməsi tərəfindən iddia qismən təmin olunsa da, qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bu səbəbdən apellyasiya baxışının predmetini qətnaməni yalnız Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun yoxlanılması olmalı idi. Hazırki kassasiya şikayətini iddiaçı verdiyindən, kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsini n qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət hədd ində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsində icraata dair MPM-in 41-ci fəslinin, o cümlədən 372-ci maddəsinin təhlili göstərir ki, apellyasiya şikayətinin obyekti birinci instansiya məhkəməsinin qətnaməsi və yaxud onun bir hissəsidir və obyekt apellyasiya tələbləri ilə məhdudlaşa bilər. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü büruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissənin əsassızlığı ilə bağlı olmalıdır. Məhz bu dəlillər şikayətin obyektini müəyyən edir. O da qeyd edilməlidir ki, çə kişmə və dispozitivlik kimi mülki prosesin fundamental prinsiplərinin təmin edilməsi baxımından apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalı, mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması, habelə apellyasiya baxışının hədləri ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlərdən Cavabdeh1 və Cavabdeh5 kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcu cavabdehlərdən müştərək qaydada tutulmuşdur. Həmin qətnamədən yalnız Cavabdeh1 apellya siya şikayəti vermiş, qətnaməni faiz və cərimə borcu hissəsində mübahisələndirmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində apellyasiya şikayətinin təmin edilməli, qətnamənin apellyatordan faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilməli, iddianın həmin hissədə təmin edilməməli olmasını göstərsə də, qətnamənin nəticə hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini tam ləğv edərək, yalnız Cavabdeh1 əsas borcun tutulmasını, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir. Bununla da, apellyasiya məhkəməsi apellyasiya baxışının hədlərini pozaraq, apellyasiya qaydasında mübahisələndirilməyən Cavabdeh5 borcunun iddiaçının xeyrinə tutulmasına dair hissədə də ləğv etmiş və iddianı sonuncuya münasibətdə tam rədd etmişdir. Digər tərəfdən apel lyasiya instansiyası məhkəməsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına istinad edərək, Cavabdeh1 yalnız əsas borcun tutulmasını qət etmiş, lakin həmin borcun kredit müqaviləsi üzrə digər borclulardan tutulmasına dair iddianın təmin edilməməsini ümumiyyətlə əsaslandırmamışdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndəri lməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 iyul 2021-ci il tarixli, 2(106)-1948/2021 nömrəli qətnaməsi ləğv edilsin v ə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar