Məhkəmə qərarları › İş №2(102)-1471/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1471/2019

13.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1471/2019 13.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehlər Cavabdeh2, Cavabdeh3, vəkili Vəkil, nümayəndə Nümayədə iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 05 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və vəkili Vəkil kassasiya şikayəi üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-108/ 2016 saylı 08 dekabr 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 12 iyun 2014-cü il tarixli ************ nömrəli kredit müqaviləsi ləğv olunmuş, 12 iyun 2014-cü il tarixli ************ nömrəli kredit müqaviləsi üzrə 8338,91 ABŞ dolları əsas borc, 612,91 ABŞ dolları faiz borcu olmaqla, cəmi 8951,82 ABŞ dolları borcun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə və ödənilmiş 30,00 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08 fevral 2018-ci il tarixli 2(103)-1885/18 saylı qətnaməsi ilə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-108/2016 saylı 08 dekabr 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğvi və borcun ödənilməsi”nə dair iddiası rədd edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətindən dövlət büdcəsinə 150 manat ekspertiza xərci tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4649/18 saylı 06 iyul 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 08 fevral 2018-ci il tarixli 2(103)-1885/18 saylı qətnaməsi ləğv edilmiş, iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 oktyabr 2018-ci il tarixli, 2(103)-9261/2018 saylı qətnaməsi ilə (hakimlər E.Kazımov sədrlik edən, məruzəçi T.Səmədov və İ.Şirinov) cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 birgə apellyasiya şikayəti qismən təmin edilərək hazırki iş üzrə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-108/2016 saylı 08 dekabr 2016-cı il tarixli qətnaməsi əsas və faiz borcunun məbləği hissəsində dəyişdirilsin. Əsas borcunun məbləği 8299,98 (səkkiz min iki yüz doxsan doqquz ABŞ dolları, doxsan səkkiz sent) ABŞ dolları, faiz borcunun məbləği 175,12 (yüz yetmiş beş ABŞ dolları, on iki sent) ABŞ dolları, əsas və faiz borcunun cəmi isə 8475,10 (səkkiz min dörd yüz yetmiş beş ABŞ dolları, on sent) ABŞ dolları(məzənnə üzrə manatla) müəyyən edilməsi, qətnamə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 birgə verdiyi apellyasiya şikayətinə münasibətdə, mübahisələndirdikləri qalan his sədə dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş ekspertiza xərci – 50 (əlli) manat, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********0000003944 SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Nizami rayon Məhkəməsinə müraciət edərək Cavabdeh2 ilə “xxxx” ASC arasında bağlanmış 12 iyun 2014-cü il tarixli ********** saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 8299,98 ABŞ dolları əsas kredit borcu, 636,31 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 56,08 ABŞ dolları penya, qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə hesablanmaqla, cəmi 8992,37 ABŞ dolları, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə tərəfindən iş üzrə tətbiq edilən maddi və prossesual hüquq normaları düzgün tətbiq edilməmiş və bu da öz növbəsində obyektiv olmayan qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə tərəfindən işdə müxtəlif normativ hüquqi aktlara müraciətlər edilsə də,bu iş üzrə səhv təfsir edilmişdir. Qanunvericiliyə məhkəmə tərəfindən formal müraciətlər edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını, iddianın rədd edilməsini xahiş edrilər. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh3, vəkili Vəkil, Nümayəndə kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, iddiaçının vəkili Vəkil isə assasiya şikayətinin dəlilləri ilə razılaşmadğını vurğulayaraq şikayətin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 oktyabr 2018-ci il tarixli qətnaməsinin xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, onlar üzrlü səbəblər olmadan gəlmə mişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 05 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya insta nsiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 12 iyun 2014-cü il tarixli ******** nömrə li kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh2 30 ay müddətinə, 27 faiz ödəmək şərti ilə 10.800 ABŞ dolları məbləğində kredit verilmişdir, Cavabdeh2 36 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 12 iyun 2014-cü il tarixli ******** nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 həmin tarixli kredit müqaviləsindən irəli öhdəliklərin yerinə yetirilməsi üçün borclu Cavabdeh2 ilə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 12 iyun 2014-cü il tarixli ********nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borclu Cavabdeh2 Hüseynbaba oğlu ilə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İşdə olan 12 avqust 2014-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh2 həmin tarixli kredit müqaviləsi üzrə 10.800 ABŞ pulu nağd şəkildə İddiaçıdən almışdır. İşdə olan 09 aprel 2015-ci il tarixli ərizələrdən görünür ki, Cavabdeh2 Hüseynbaba oğlu İddiaçı-yə müraciət edərək aralarında bağlanmış 12 iyun 2014-cü il ı ********nömrəli kredit müqaviləsi üzrə ona verilmiş 10.800 ABŞ məbləğində olan krediti ABŞ dolları məzənnəsinin artması və bununla əlaqədar yazılı tərtib olunmuş ödəniş cədvəli üzrə krediti ödəmək iqtidarında olmadığına görə kredit müqaviləsinə müvafiq əlavənin onunla imzalanmasını və kreditin müddətinin artırılmasını xahiş etmişdir. İşdə olan 12 iyun 2014-cü il tarixli *********** nömrəli kredit müqaviləsinə 09 aprel 2015-ci il tarixli 1 nömrəli əlavədən görünür ki, kreditin kredit verənə qaytarılması üçün son müddət 09 aprel 2018-ci il tarixi müəyyən olunmuşdur. İşdə olan ödəniş qrafikindən görünür ki, kredit üzrə borc qalığı 8183,66 dollar müəyyən edilməklə kreditin 09.04.2018-ci il tarixədək aylıq ödəniş 340,42 ABŞ dolları olmaqla qaytarılması, cəmi 8299,98 ABŞ dolları əsas borc, 3954,96 ABŞ dolları faiz borcu ödənilməsi nəzərdə tutulmuşdur. İşdə olan İddiaçı-nin 25 iyul 2015-ci il tarixli maliyyə arayışından görünür Cavabdeh2 Hüseynbaba oğlunun 23 iyul 2015-ci il tarixə 8299,98 ABŞ dolları əsas borcu, 636,31 ABŞ dolları faiz borcu, 56,08 ABŞ dolları penya olmaqla, cəmi 8992,37 ABŞ dolları borcu vardır. İşdə olan məhkə mə mühasibatlıq ekspertizasının 10 may 2016-cı il tarixli 2366 nömrəli rəyində qeyd edilmişdir ki, Cavabdeh2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 12.06.2014-cü il tarixli 14032-1986/456104 saylı kredit müqaviləsinin şərtlərini əsas götürməklə Cavabdeh2 13 may 2015-ci il tarixədək banka olan borcu 8514,03 ABŞ dolları məbləğində müəyyən olunur. əsas borc üzrə 8338,91 manat, faiz borcu üzrə 175,12 manat. İşdə olan əlavə məhkəmə-mühasibatlıq ekspertizasının birinci instansiya məhkəməsinə təqdim edilmiş 10 noyabr 2016-cı il tarixli 16060 saylı rəyindən görünür ki, tərəflər arasında razılaşdırılmış müqavilə şərtlərinə və 30 aylıq ödəniş cədvəlinə əsasən götürülmüş 10.800 ABŞ dolları məbləğində kreditin aylıq ödəniş məbləği 498,95 ABŞ dolları ümumilikdə 14.968,50 A BŞ dolları məbləğində müəyyən edilir. Bundan əlavə 10.800 ABŞ dolları olan kredit məbləğinə 30 ay müddətində illik 27%-lə hesablanmalı faiz məbləği 4168,50 ABŞ dolları təşkil edir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 12 iyun 2014-cü il tarixli 4032-1986/456104 nömrəli kredit müqaviləsi üzrə ödəniş cədvəlində aylıq ödənişlər düzgün bölünməmiş və cədvəl üzrə faiz borcunun və əsas borcun silinməsi hər ay müqavilə şərtlərinə uyğun olaraq 27%-lə aparılmamışdır. Tədqiqatla müəyyən edilmiş ödəniş cədvəli ilə bank tərəfindən tərtib edilmiş ödəniş cədvəli arasında fərq müəyyən edilir. Cavabdeh2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 12.06.2014-cü il tarixli, ************ saylı kredit müqaviləsinin şərtlərini əsas götürülməklə Cavabdeh2 13 may 2015-ci il tarixə (sualda göstərilən tarixə) 175,12 ABŞ dolları faiz borcu olmuş və 23 iyul 2015-ci il tarixə banka olan borcu 8951,82 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: 23.07.2015-ci il tarixə əsas borc üzrə 8338,91 ABŞ dolları, faiz borcu üzrə 612,91 ABŞ dolları. İşdə olan məhkəmə-mühasibatlıq ekspertizasının 18.12.2017-ci il tarixli 13051 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh2 12.06.2014-cü il tarixli kredit müqaviləsi üzrə son ödənişin aparıldığı 09.04.2015-ci il tarixədək əsas borc üzrə 22,12 ABŞ dolları, faiz borcu üzrə 39,12 ABŞ dolları məbləğində artıq ödəməsi olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, cavabdehlərin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin iddianın əsas borc üzrə dəyişdirilmə si və qalan hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılması üçün deyil, həm əsas, həm də faiz borcunun məbləği hissəsində dəyişdirilməsi üçün əsasdır. Belə ki, iddiaçı cavabdehlərdən 12.06.2014-cü il tarixli *********** saylı kredit müqaviləsi üzrə 13.05.2015-ci il tarixə 8299,98 ABŞ dolları əsas, 636,31 ABŞ dolları faiz borcu, 56.08 ABŞ dolları penya, cəmi 8992,37 ABŞ dolları borc tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsas və faiz borcun məbləği hissəsində iş üzrə keçirilmiş ilkin və əlavə məhkəmə mühasibatlıq ekspertizasının 13 may və 23 iyul 2015-ci ilə olan 8338,91 ABŞ dolları əsas və 23 iyul 2015-ci ilə olan 612,91 ABŞ dolları faiz, cəmi 8951,82 ABŞ dolları borcun olmasını əsas götürərək iddianı qismən təmin etmiş, lakin bu qənaətini mötə bər sübutlarla əsaslandırmamışdır. Əvvəla, birinci instansiya məhkəməsi iddiaçının cavabdehlərdən 13.05.2015-ci il tarixə tələb etdiyi 8299,98 ABŞ dolları məbləği deyil, ekspertin müəyyən etdiyi əsas borcun məbləğini əsas götürümşdür ki, bu hal da, iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməlidir. Çünki, iddiaçı cavabdehlərdən həmin məbləğdə əsas borc tələb etməmişdir. İkincisi, iddiaçı cavabdehlərdən 13.05.2015-ci il tarixə 636,31 ABŞ dolları tələb etsə də, birinci instansiya məhkəməsi iş üzrə keçirilmiş ilkin və əlavə məhkəmə mühasibatlıq ekspertizasının 23 iyul 2015-ci il tarixə müəyyən etdiyi 612,91 ABŞ dolları faiz borcunun olmasını əsas götürmüşdür. Lakin, hər iki rəydə iddiaçının tələb etdiyi 13.05.2015-ci il tarixə olan faiz borcunun məbləğinin 175,12 ABŞ dolları olmasına b axmayaraq, tələb edilməyən 23 iyul 2015-ci il tarixə olan faiz borcunun məbləğini əsas götürməsini hər hansı bir formada əsaslandırmamışdır. Yəni, birinci instansiya məhkəməsi faiz borcunun məbləği üzrə ekspert rəyində müəyyən olunmuş məbləği əsas götürsə də, nədənsə bunu iddiaçının tələb etdiyi tarixə görə deyil, özünün mülahizəsinə əsasən 23 iyul 2015-ci il tarixə ekspertizanın müəyyən etdiyi məbləği əsas götürmüşdür. Buna görə də, məhkəmənin bu qənaəti ziddiyyətli olmuşdur. Apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-108/2016 saylı 08 dekabr 2016-cı il tarixli qətnaməsi əsas və faiz borcunun məbləği hissəsində dəyişdirilməlidir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıdakı maddi hüquq normaları ilə əsaslandırmışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edi lmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 kassasiya şikayətinin dəlillərinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onların arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməm iş, nəticədə kreditor qarşısında müqavilə üzrə öhdəlikləri yaranmışdır. Cavabdeh həmin öhdəliyin icrasından yayındığı üçün iddiaçı bu tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə üzrə tədbiq edilməli olan hüquq normalarını düzgün tətbiq edərək nəticə etibarı ilə qanuni və əsaslı qətnamə çıxarmışdır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz, ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 05 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar