Məhkəmə qərarları › İş №2(102)-1471/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1471/2020

11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1471/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və X1 ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdeh1 və vəkili X oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 may 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili X oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Zəngilan Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli, 2(012)-59/2019 saylı qətnaməsilə (hakim G.İmanova) İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 10472,31 ABŞ dolları məbləğində əsas borc, 4801,55 ABŞ dolları məbləğində faiz borcu və 4000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19273,86 ABŞ dolları məbləğində kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülməsi qət olunmuş, qalan hissədə iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1735/2019 saylı 21 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.G.Rəhimov sədrlik edən və məruzəçi, G.F.Tağızadə və T.O.Quliyev) Cavabdeh1 apelyasiya şikayəti qi smən təmin edilərək Zəngilan Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli, 2(012)-59/2019 saylı qətnaməsinin kredit müqaviləsi üzrə cərimə borcunun tutulması hissəsində dəyişdirilib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1000 ABŞ dolları məbləğində dəbbə pulu tutularaq İddiaçı QSC-yə verilməsi, qalan hissələrində qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit razılaşması üzrə cavabdehlərdən müştərək qaydada 10472,31 ABŞ dolları məbləğində əsas borc, 4801,55 ABŞ dolları məbləğində faiz borcu və 6565,93 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 21839,79 ABŞ dolları məbləğində kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı QSC-nin xeyri nə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 və vəkili X oğlu kassasiya şikayəti verərək şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə qətnaməsi əsassız və mövcud qanunvericilik normalarına ziddir. Belə ki, məhkəmə bu prosesdə işə baxaraq birtərəfli və qərəzli qətnamə çıxararaq Avropa Konvesiyasının 6-cı maddəsinin-ədalətli məhkəmə araşdırması hüquqlarını kobud şəkildə pozmuşdur. Qətnamə qəbul edilərkən işin faktiki halları hərtərəfli araşdırılmamış, sübutlar yanlış olaraq iddiaçının-bankın xeyrinə şərh edilmişdir. Hesab edirlər ki, məhkəmə hazırki iş üzrə qətnaməni kobud maddi və prosessual hüquq pozuntuları ilə qəbul etmiş, heç bir qanuni əsas olmadan şikayəti təmin etməmişdir. Bundan əlavə olaraq həmçinin, qeyd edirlər ki, qaranlıq məqamların aydınlaşdırılması barədə qiymətləndirmə və məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsi barədə dəfələrlə vəsatət qaldırılmağına baxmayaraq, nə birinci instansiya, nədə ki, apellyasiya instansiyası məhkəməsi bu vəsatətə belə baxmayaraq, onun bir tərəf kimi məhkəmədə ədalətli məhkəmə hüquqlarını kobud şəkildə pozaraq qərəzli mövqe tutmuşdur. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 21 may 2019-cu il tarixli 2(105)-1735/2019 saylı qətnaməni ləğv edərək, qanunsuz hesablanmış faiz borcunun silinməsi, kreditin restrukturizasiyası aparalması və İddiaçı QSC-nin ona və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia tələbinin tamamilə rədd edilməsi barədə y eni məhkəmə qərarı qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və vəkili X oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 21 may 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülk i kollegiyasının 21 may 2019-cu il tarixli 2(105)-1735/2019 saylı qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olunan faktlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi yoxlanılarkən iş mate riallarında olan sübutlara və hüququ faktlara istinad edilməsi faktiki halların araşdırılması kimi qiymətləndirilə bilməz. Apellyasiya kollegiyası iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 06.09.2007-ci il tarixli, 04L000000522 saylı kredit xətti müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə 15000 ABŞ dolları məbləğində kredit xətti ayrılmış, 18.02.2015-ci il tarixli, 04L000000522S saylı kredit sazişinə əsasən müqavilənin müddəti 175 ay, kredit xətti isə 15000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Kredit xətti müqaviləsinə uyğun olaraq Cavabdeh1 18.02.2015-ci il tarixli, 027R********** saylı kredit razılaşmasına əsasən İddiaçı QSC-dən 24 ay müddətinə aylıq faiz dərəcəsi 2,1667 % olmaqla 11500 ABŞ dolları kredit götürmüşdür. 17 mart 2015-ci il tarixdə və 25 iyul 2015-ci il tarixdə sazişlər imzalanmış, əvvəlki razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi İddiaçı QSC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməmişlər. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh1 həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qrafikə əsasən vaxtında qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit və saitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə yerinə yetirməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01.11.2018-ci il tarixli, 23324 nömrəli rəy əsasında müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan maliyyə arayışı və 18.02.2015-ci il tarixli, 027R********** saylı kredit razılaşmasının qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 “xxxx” QSC-yə 07 iyun 2017-ci il tarixə 10472,31 ABŞ dolları əsas borc və 4801,55, ABŞ dolları faiz borcu vardır. Apellyasiya kollegiyası qeyd etmişdir ki, borclu Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavab dehdir. Cavabdeh1 İddiaçı QSC-dən aldığı kredit üzrə əsas borcu, müqavilə ilə müəyyən edilmiş faizləri və dəbbə pulu borcunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh1 müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Həmçinin zamin Cavabdeh2 borclu ilə birlikdə iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuş, lakin bu öhdəliyi icra etməmişdir. Apellyasiya kollegiyasının iş üzrə gəldiyi nəticədən görünür ki, Cavabdeh1 iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə əsas borcu, faiz borcu və cərimə borcu yaranmışdır. Məhkəmə borcun tutulması üçün ekspert rəyinə istinad etmişdir. Borcun qətnamədə göstərilən məbləğdə olması barədə işdə kifayət qədər mötəbər sübutlar m övcuddur və onun yenidən hesablanması üçün hazırda heç bir zərurət yoxdur. Lakin apellyasiya kollegiyası cərimə borcu ilə əlaqədar hesab etmişdir ki, qət edilmiş cərimə borcu olduqca yüksəkdir və cavabdehlərin maddi imkanlarına uyğun deyildir. Belə ki, kreditor tərəfindən borcluya kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi ilə əlaqədar 6565,93 ABŞ dolları məbləğində cərimə borcu hesablanmış, məhkəmə tərəfindən bu borc 4000 ABŞ dollarına endirilmişdir. Apellyasiya kollegiyası hesab etmişdir ki, işin halları nəzərə alınarsa qeyd edilən məbləğ tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən də, apellyasiya kollegiyası işin hallarını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun kreditorun vəziyyətini daha da ağırlaşdırdığını, habelə kreditorun əmlak mənafelərini nəzərə alaraq hesab et mişdir ki, kredit müqaviləsi üzrə dəbbə borcu 1000 ABŞ dollarına endirilməlidir. Apellyasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bilmiş, cavabdeh iddia tələbinin qismən rədd edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğvinə dair məhkəməyə daha mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respulikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 445.1, 445.2, 448.1, 467, 470.1, 472.1, 472.2, 739.1, 739.2-cu maddələrinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və həmin nəticəyə tətbiq etdiyi maddi və prosessual hüquq normaları düzgün olmuşdur. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin qaranlıq məqamların aydınlaşdırılması barədə qiymətləndirmə və məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsi barədə vəsatətlərinin təmin edilməməsi barədə dəlili ilə əlaqədar qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iş materiallarında olan iddiaçı tərəfin iddiasının əsası və cavabdeh tərəfin iddiaya olan etirazının əsası kimi istinad etdiyi hallar və təqdim edilmiş sənədlər üzrə keçirilmiş ekspertizanın nəticələrinə işin digər sübutları ilə yanaşı huquqi qiymət verməklə həm həmin rəyə, həm işin faktiki hallarına, həm tərəflərin qarşılıqlı münasibətinə, həm də mülki işin materiallarına istinad edərək gəldiyi nəticəsi əsaslıdır. Məhkəmə kollegiyası “borcun qətnamədə göstərilən məbləğdə olması barədə kifayət qədər sübutlar mövcud olduğun dan və onun yenidən hesablanması üçün heç bir zərurət olmaması” barədə apellyasiya kollegiyasının gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə instansiyası tərəfindən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 n oyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları duzgün tətbiq edilmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya q ərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 may 2019-cu il tarixli 2(105)-1735/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar