Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1471/2022 10.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: aliment məbləğinin artırılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9131/2021 nömrəli iş üzrə 20 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi, İşin halları: Tərəflər 21 oktyabr 2011-ci il tarixdə nikaha girmiş, həmin nikahdan 19 noyabr 2012-ci il tarixdə X3 adında bir uşaqları olmuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, onların birgə nikahlarından olan qızları X2 anası İddiaçı yanında saxlanılması, X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 160 manat məbləğində aliment tutulması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin sentyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək uşağın şəkərli diabet xəstəliyindən əziyyət çəkməklə onun müalicəsinə, o cümlədən şəkərölçən aparatın, dərmanların alınmasına hər ay xeyli vəsait sərf olunmasını, eyni zamanda cavabdehin yüksək məbləğdə əmək haqqı aldığı vəziyyətdə ondan 160 manat sabit pul məbləğində alimentin tutulmasının Ailə Məcəlləsinin 76-cı maddəsinin tələbinə uyğun olmamasını və s. əsas göstərməklə Cavabdeh uşağın saxlanılması üçün alimentin onun aylıq qazancının dörddə bir hissəsi miqdarında müəyyən olunmasına, uşağın müalicəsi üçün alınmış aparatlara görə ötən 20 ay müddətində çəkilmiş xərcin yarısını təşkil edən 4800 manatın, insulin alınması üçün ötən müddət ərzində çəkmiş olduğu 2000 manat məbləğində xərcin yarı hissəsinin, eləcə də uşağın hər ay müalicəsinə görə aparat və dərmanların alınması üçün hər ay 340 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh qarşılıqlı iddia verərək keçmiş həyat yoldaşı İddiaçı xəstə uşağının tərbiyəsi və müalicəsi ilə lazımın ca məşğul olmamasını və s. əsas göstərməklə uşağın anasından alınaraq onun himayəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-477/2021 nömrəli, 03 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim: O.Q.Məmmədli) iddia qismən təmin edilərək Cavabdeh tutulan alimentin miqdarı artırılmaqla hər ay qazancının dörddə bir hissəsi miqdarında müəyyən olunmuş, uşağın müalicəsi üçün hər ay 200 manatın, müalicəyə çəkilmiş 5784,72 manat məbləğində xərcin yarısını təşkil edən 2892,36 manatın tutularaq İddiaçı verilməsi, ilkin iddianın qalan hissədə və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli qətnaməsindən apel lyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9131/2021 nömrəli, 20 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.F.Babayev (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-477/2021 nömrəli, 03 may 2021-ci il tarixli qətnaməsi uşağın müalicəsi üçün çəkilmiş xərcə görə Cavabdeh 2892,36 manatın tutulmasına dair hissədə ləğv edilərək iddianın həmin hissədə rədd edilməsi, uşağın müalicəsi üçün 200 manat tutulmasına dair hissədə dəyişdirilərək Cavabdeh hər ay 100 manat tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İlkin iddia tələbi üzrə Cavabdeh kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 20 oktyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilm ədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 76.1.1 Bir uşağa görə valideynin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Maddə 81.1 Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstəril ən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Maddə 81.2 Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut et məlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hal ların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya qətnamənin qanuniliyini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflərin birgə nikahlarından olan qızları Leyla Məmmədzadə həm 1-ci tip şəkərli diabet xəstəliyindən və həm də autizm spektr pozuntusu xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikasının Ailə Məcəlləsini n 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən bir uşağa görə valideynin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Tərəflərin birgə nikahlarından yalnız bir uşaqları olduğundan və alimentin tutulması bir uşağa görə tələb olunduğundan məhkəmə qanunun həmin müddəalarının tələblərinə müvafiq olaraq Cavabdeh tutulan alimentin miqdarını onun qazancının və gəlirlərinin dörddə bir hissəsində müəyyən etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən k ənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. (81.2) Saxlanılması üçün aliment tutulması tələb olunan uşaq yuxarıda qeyd olunduğu kimi iki müxtəlif xəstəlikdən əziyyət çəkməklə buna görə əlavə xərclər tələb olunduğundan kollegiya bununla əlaqədar Cavabdeh hər ay 100 manatın tutulması barədə nəticəyə gəlmişdir. Cavabdeh hə r ay alimentə görə onun qazancının və gəlirlərinin ¼ hissəsinin tutulması və eləcə də ondan əlavə xərclərə görə 100 manat tutulması qanunun tələblərinə və işdə olan sübutlara uyğun olduğundan kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə həmin hissədə qanuni və əsaslıdır. Tərəflərin birgə nikahlarından olan qızları məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə İddiaçı yanında saxlanıldığından qarşılıqlı iddianın rədd edilməsi qanunun tələbinə uyğun olmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya, QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9131/2021 nömrəli iş üzrə 2 0 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1471/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1471/2022
10.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver