Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1478/2019 19.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh Zaman Kənan Valodya oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov, iş № 2(006)-xx/18) iddiaçı ləğv prosesində olan İddiaç ı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilərək Cavabdeh əsas borc üzrə 3938,54 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, 3968,54 manat məbləğində pulun alınaraq ləğv prosesində olan İddiaçı ASC-yə verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Baxışova-sədrlik edən və məruzəçi, V.Həsənov və N.Cəfərov, iş № 2(103)xx/18)cavabdeh Zaman Kənan Valodya oğlunun apellyasiya şikayəti təmin edilməyərək Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh K.Zaman kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasını n xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh Zaman Kənan Valodya oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Zaman Kənan Valodya oğlundan 07.08.2017-ci il tarixinə qalan əsas borcu üzrə 3938,54 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, 20 manat məbləğində pulun alınaraq ləğv prosesində olan İddiaçı ASC-yə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Cavabdeh K.Zaman Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. Hüquqiməsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, Vəkil izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə k ollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdədəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Zaman Kənan Valodya oğlu arasında bağlanmış 28.06.2012-ci il tarixli, PK 396 saylı plastik kredit kartı üzrə kredit müqaviləsinə əsasən bank tərəfindən Zaman Kənan Valodya oğluna 12 ay müddətinə illik 20 faiz olmaqla, 4000 manat məbləğində kredit xətti açılmışdır. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş 18.08.2017-ci il tarixli maliyyə arayışa əsasən Zaman Kənan Valodya oğlunun kredit müqaviləsi üzrə İddiaçı ASC-yə əsas borc üzrə 3938,54 manat məbləğində borcu vardır. 18.08.2017-ci il tarixdə cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq məktubu göndərilmiş, borc ödənilmədiyindən bank hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya qaydasında baxılarkən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5609 saylı, 20 aprel 2018-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən 07.08.2017-ci il tarixə Zaman Kənan Valodya oğlunun İddiaçı ASC- yə olan borcu əsas borc üzrə 3938,54 manat məbləğində olması, həmçinin faiz borcunun olmaması müəyyən edilmişdir. Birinci inst ansiya məhkəməsi qeyd edilənlərə əsasən borcalan tərəfindən iddiaçı ilə bağlanmış müqavilə üzrə kredit öhdəliyinin lazımi qaydada icra edilmədiyini müəyyən edərək və Mülki Məcəllənin 739, 442, 443-cü maddələrinə istinad edərək iddianı təmin etmişdir. Cavabdeh apellyasiya şikayətində ekspert rəyi qərəzli olduğundan iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində cavabdeh öz mövqeyini əsaslandırmamış, məhkəmə iclasında izahat verərkən göstərmişdir ki, ekspert tərəfindən kredit üzrə faizlər müqavilə şərtlərinə uyğun olaraq 20 %-lə deyil, 40 %-lə hesablandığından əsassızdır. Apellyasiya baxışı zamanı araşdırma aparılaraq müəyyən edilmişdir ki, ekspert rəyində cavabdehdən faiz borcunun 40 %-lə tutulduğu qeyd edilməmiş, ümumi ödənilmiş mə bləğ hesablanaraq cavabdeh tərəfindən banka kredit üzrə cəmi 3073 manat pul ödənildiyi müəyyən edilmişdir. Müqavilə şərtlərinə əsasən 4000 manat kreditə hər il 20%dən 800 manat olmaqla 5 il üçün 4000 manat faiz ödənilməli idi. Kreditdən istifadə müddəti 28.06.2013-cü ildə bitdiyi halda cavabdeh istifadə etdiyi kredit məbləğini qaytarmadığından və 07.08.2017-ci il tarixədək yalnız 61,46 manat əsas borc üzrə ödəniş etdiyindən (tələb edilən əsas borcun 3938,54 manat olduğu nəzərə alınaraq) istifadə etdiyi məbləğə bank tərəfindən 5 il üçün 3011,54 manat faiz hesablanması və tutulması müqavilə şərtlərinə uyğun olmuşdur. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsi üçün prosessual əsaslar yoxdur. Ape llyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuş, mübahisəni həll edərkən və qətnamə çıxararkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudlu ğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına mü vafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Zaman Kənan Valodya oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli 2(103)-xx/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi A.İsgəndərov
Məhkəmə qərarları › İş №2(102)-1478/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1478/2019
19.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver