Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1479/2019 21.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1479/2019 Bakı şəhəri 21 fevral 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun vəkili Vəkil və Cavabdeh2 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 fevral 2018-ci il tar ixli qətnaməsi ilə (iş № 2(001)-1610/2018, hakim T.S.Kərimov) İddiaçı iddiası qismən təmin edilmiş, cavabdeh “xxxx” MMC-dən 2650 manat məbləğində dəymiş zərərin əvəzinin tutulması qət edilmiş, qalan hissədə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-11103/2018, hakimlər V.Ə.Baxışova, V.T.Həsənov və N.Ş.Cəfərov) cavabdeh “xxxx” MMC-nin apellyasiya şikayəti təmin edilməmiş,Binəqədi Rayon Məhkəməsinin 09 fevral 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən “xxxx” MMC verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. İşin halları: 26.04.2017-ci il tarixdə “xxxx” MM C-yə məxsus avtobusun sürücüsü Cavabdeh2 təqsiri üzündən yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə İddiaçı avtomobilinə zərər dəymişdir. İddiaçı 30.08.2017-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər “xxxx” MMC və Cavabdeh2 vurulmuş zərərə görə 6000 manatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi maddi ziyanın digər cavabdeh tərəfindən vurulmasına baxmayaraq səhv nəticəyə gələrək iddia tələbinin MMC-yə aid olan hissəsində rədd edilməli və Cavabdeh2 aid hissədə təmin etməli olduğu halda, cavabdehə müna sibətdə iddianın rədd olunmasını əsaslandırmamış, MMC ilə Cavabdeh2 arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqaviləni nəzərə almamış, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bununla bərabər məhkəmə kassatorun qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında digər cavabdeh vəkilsiz iştirak etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçının iddia tələbinin əsasını mülki hüquq pozuntusu nəticəsində iddiaçıya vurulmuş maddi zərərin ödənilməsi təşkil edir. Apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, cavabdeh “xxxx” MMC-nin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, baş vermiş yol nəqliyyat hadisəsində təqsiri olan sürücü Cavabdeh2 ilə MMC arasında tam maddi məsuliyyət barədə müqavilə bağlandığı üçün iddiaçıya vurduğu ziyana görə MMC deyil, sürücü özü məsuliyyət daşıyır. İş materiallarına əlavə edilmiş cavabdehlər arasında bağlanmış 05 aprel 2017-ci il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh2 05 aprel 2017-ci il tarixdən 05 sentyabr 2017-ci il tarixə kimi 05 ay müddətinə avtobus sürücüsü vəzifəsinə təyin olunmuş və hadisə baş verərkən “xxxx” MMC-nin işçisi olmuşdur. Buna görə də birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, “xxxx” MMC Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən işçisinin vurduğu ziyana görə məsuliyyət daşıdığından iddia ona qarşı hissədə təmin edilməlidir. Apellyasiya şikayətinə əlavə edilmiş 18.04.2017-ci il tarixli “xxxx” MMC ilə Cavabdeh2 arasında bağlanmış tam maddi məsliyyət haqqında müqavilədə işçinin əmək münasibətləri prosesində işəgötürənin əmlakına vurduğu ziyana görə tam maddi məsuliyy ət daşıdığı barədə şərtlər nəzərdə tutulduğundan, həmin müqavilədə işçi tərəfindən 3-cü şəxslərə vurulmuş maddi ziyanla bağlı müddəalar əksini tapmadığından sözügedən müqavilə “xxxx” MMC-nin işçisinin vurduğu ziyana görə 3-cü şəxslər qarşısında məsuliyyətini istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki hüquq pozuntularının (deliktlər) anlayışını müəyyən edən 1096-cı maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə delikt nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zə rərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Kassatorun işçisi ilə aralarında bağlanmış tam maddi məsuliyyət haqqında müqavilənin nəzərə alınmaması dəlilinə gəldikdə isə Azərbaycan Respublikası Ə mək Məcəlləsinin 199-cu maddəsi ilə işçinin qanuna zidd hərəkətləri nəticəsində vurduğu ziyana görə tam həcmdə işəgötürən qarşısında tam maddi məsuliyyətinin əsasları müəyyən edilmişdir. Bununla bərabər kassatorun qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə iclasında iştirakının təmin edilmədiyi dəlilinə gəldikdə isə kassator apellyasiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin kassator məhkəmə iclasına gəlməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə iş üzrə müəyyən edilmiş həqiqi hallara və qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlə rə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Əsli ilə düzdür Hakim Gündüz Quliyev
Məhkəmə qərarları › İş №2(102)-1479/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1479/2019
21.02.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver