Məhkəmə qərarları › İş №2(102)-1479/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1479/2020

18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1479/2020 18.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, hüquq və vəzifələrinə toxunan şəxsin vəkili Şirinov Fuad Paşa oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 06 dekabr 2019-cu il tarixli qərardadından hüquq və vəzifələrinə toxunan şəxs x4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 mart 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli, 2(012)-327/2018 aylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh x2ndan mübahisəli avtomobilin etibarnamə ilə satılması zamanı iddiaçı x1ndan aldığı 3000 manat pulun alınaraq iddiaçı x1 xeyrinə tutulması, iddiaçı x1 tərəfindən x3-yə keçirilmiş 11941 ABŞ dolları pulun ödəniş gününə manata nəzənnəsi ilə və ödənilmiş 30,40 manat dövlət, rüsumunun cavabdeh x5 iddiaçı x1 xeyrinə tutulması, cavabdehlər x2 və x5 müştərək qaydada ödənilmiş 30,40 manat dövlət rüsumu alınaraq iddiaçı Cəfərov lişad Vaqif oğlunun xeyrinə tutulması qət edilmişdir. (hakim Ş.Nəcəfova) Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 06 dekabr 2019-cu il tarixli qərardadı ilə (hakimlər Ş.Abasov (sədrlik edən, məruzəçi), A.Abbasov və T.Məmmədov, 2(105)4628/2019 saylı mülki iş) hazırki iş üzrə Abşeron Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli, 2(012)-327/2018 aylı qətnaməsindən cavabdeh x2 və özünü qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs hesab edən x4 tərəfindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya qaydasında baxılması qeyri mümkün hesab edilmiş və o, qəbul olunmamış hesab olunmuşdur. İşin halları İddiaçı x1 cavabdehlər x2 ə x5 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Hüquq və vəzifələrinə toxunan şəxs x4 apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv olunmasını, yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdı r ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. İddiaçı x1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Məhkəmə kollegiyasının iclasında hüquq və vəzifələrinə toxunan şəxsin vəkili Şirinov Fuad Paşa oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və ye ri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını ar aşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, işin 168 və 169-cu vərəqlərində olan xəbərnamələrdən görünür ki, cavabdehlər x2 və x5 Abşeron layon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli, 2(012)-327/2018 saylı qətnaməsini müvafiq olaraq 12.10.2018-ci il və 02.10.2018-ci il tarixlərdə almışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1.5-ci naddəsinə görə məhkəmə birinci instansiya məhkəməsinin, apelyasiya və kassasiya məhkəmələrinin aktlarını işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Müəyyən edilmişdir ki, x4 da qətnamədən apelyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edən zaman müəyyən etmişdir ki, məh kəmə qətnaməsindən cavabdeh x5 da apelyasiya şikayəti vermiş, eyni zamanda buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə müraciət etmiş, bununla əlaqədar məhkəmə instansiyalarında mübahisə getmiş və yekunda Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 oktyabr 2019-cu il tarixli, 2(105)- 12/2019 saylı qərardadı ilə buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab etmişdir ki, gedən məhkəmə mübahisəsi zamanı cavabdeh x5 nümayəndəsi x4 olmuş və bilavasitə məhkəmə icraatında iştirak etmişdir. Belə olan halda məhkəmə kollegiyası onun yenidən öz adından apelyasiya şikayəti verməsini onun məhkəmə müdafiə hüququnun realizəsi kimi qiymətləndirməmişdir. İşdən göründüyü kimi tələb borclu ol araq x5 qarşı yönəlmiş və məhkəmədə cavabdeh qismində o, çıxış etmişdir. Əri x4 isə etibarnamə əsasında onu təmsil etmişdir. Qəbul edilmiş qətnamənin x4 hansı hüquqlarına toxunduğu, yaxud onun üçün hansı vəzifə yaratdığı bəlli olmamışdır. Bundan əlavə o, arvadının adından da olsa bu mübahisə üzrə məhkəmə çəkişmələrində iştirak etmiş, mövqeyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iş üzrə tərəflərin ailə üzvlərinin hər birinin özünü qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs hesab edərək hər dəfə ayrı-ayrılıqda məhkəmə mübahisəsi yaratması tələbkar tərəfin hüquqlarının pozulması ilə yanaşı məhkəmə qərarlarının icrasının gecikdirilməsinə yönələn kobud analogiyanın yaranmasına səbəb olar. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiy ası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qərardadın ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qərardad dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Hüquq və vəzifələrinə toxunan şəxs x4nun kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 06 dekabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar