Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-148/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “xxxx” QSC-nin Cavabdeh qızına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-148/21 (Açar sözlər: kredit borcunun ödənilməsi, iddianın ölmüş şəxsə qarşı qaldırılması əsası ilə iş üzrə icraata xitam verilməsi ) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı “xxxx” QSC-nin vəkili Vəkil, Cavabdeh prosessual hüquq varisi X1 iştirakı ilə, İddiaçı “xxxx” QSC-nin Cavabdeh qarş ı borc tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6206/2020 nömrəli, 06 avqust 2020-ci il tarixli qərardadından iddiaçı “xxxx” QSC-nin kassasiya şikayətinə 08 fevral 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. «xxxx» QSC xx.xx.2014-cü il tarixli, 12A000025839 saylı kredit müqaviləsinə əsasən Cavabdeh aylıq 2.0833 faizlə 24 ay müddətinə, 3650 manat məbləğində kredit vermişdir.
2. Cavabdeh xx.xx.2015-ci il tarixdə Bakı şəhərində ölmüşdür. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı «xxxx» QSC Cavabdeh qarşı xx xxxxxx 2017-ci ildə iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 12A000025839 saylı kredit müqaviləsi üzrə 1208.68 manat məbləğində əsa s, 245.91 manat məbləğində faiz və 431.68 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 1886 manat 27 qəpik məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməyib.
5. Tərəflər xx xxxxxxx 2015-ci il tarixli sazişlə kredit müqaviləsinə və ödəniş planına dəyişiklik ediblər.
6. Borc xx xxxxxx 2017-ci il tarixinə hesablanıb.
7. İddiaçı tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 442, 445.2.1, 448.1, 465.2, 467 və 501-ci maddələrinə istinad etmişdir.
8. İddiaçı bankın nümayəndəsi birinci instansiya məhkəməsində vəsatət verərək, hazırki iş üzrə cavabdehin vəfat etdiyini, cavabdehin ərinin onun hüquqi varisi kimi işə cəlb edilməsini xahiş etmiş, cavabdehin əri X2 prosessual hüquq varisi kimi işə cəlb edilmişdir.
9. Cavabdehin prosessual hüquqi varisi X2 birinci instansiya məhkəməsində əvvəlcə, borcun olması ilə razı olduğunu, lakin 285 manat pensiya olmasını, daha sonra cavabdehin onun arvadı olduğunu, vəfat etdiyini, arvadı vəfat etdikdən sonra onun heç bir əmlakının olmadığını, arvadından ona heç bir əmlakın qalmadığını, onun adına heç bir vərəsəlik işinin açılmadığını, arvadından ona heç bir əmlak qalmadığı halda, onun bu borcu niyə ödəməli olduğunu bilmədiyini, özünün pensiya aldığını, yaşlı olduğunu, heç bir yerdə işləmədiyini bildirib, bu halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.
10. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-783/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qər ardadı iş üzrə icraata xitam verilmişdir. (hakim Gülnar Əhmədova)
11. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, iş üzrə cavabdeh şəxs olan Cavabdeh xx.xx.2015-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Cavabdehin vəfat etdiyi vaxtdan altı aydan artıq bir müddət keçməsinə baxmayaraq, onun adına hər hansı vərəsəlik işi açılmamış, elektron notariat informasiya sistemində də cavabdehin adına vərəsəlik işinin açılmasına dair heç bir məlumat aşkar edilməmişdir.
12. Birinci instansiya məhkəməsi onu da müəyyən edib ki, iddiaçı tərəfindən də cavabdehin adına vərəsəlik işinin açılması, onun vərəsələrinin müəyyən edilməsi onun miras əmlakı barəsində, habelə miras əmlakın vərəsələr tərəfindən qəbul edilməsi kimi hallara dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd edib ki, məhkəmə araşdırması çərçivəsində cavabdehin əri prosessual hüquq varisi kimi işə cəlb edilsə də, maddi hüquq münasibətləri çərçivəsində onun cavabdehin hüquqi varisi olması halı müəyyən eidlməmişdir.Çünki vəfat etmiş cavabdehin barəsində hər hansı vərəsəlik işi açılmamış, cavabdehin miras əmlakı mövcud olmadığında onun əri olan prosessual hüquqi varisi tərəfindən hər hansı miras əmlakın faktiki və ya notarial qayadada qəbul edilməsi halı aşkar edilməmişdir.
14. Məhkəmə belə hesab edib ki, hazırki halda cavabdehin prosessual hüquqi varisi olan əri cavabdehin vərəsəsi kimi tanınmadığı halda, habelə cavabdehin heç bir miras əmlakını qəbul etmədiyi halda, onun cavabdehin kreditoru qismində çıxış edən iddiaçı qarşısında hər hansı bir öhdəliyi yaranm amışdır. Başqa sözlə, cavabdehin prosessual hüquqi varisi olan ərinin miras aktivi və miras passivini qəbul etmədiyindən vərəsəlik hüquq münaisbətləri əsasında iddiaçı bank qarşısında onun mülki hüquqi məsuliyyətinə əsas verən hər hansı borc öhdəliyi yoxdur.
15. İşin müəyyən edilmiş bu hallarına görə məhkəmə belə nəticəyə gəlib ki, hazırki iş üzrə cavabdeh vəfat etdiyindən və onun maddi hüquq münasibətləri çərçivəsində hüquqi varisi müəyyən edilmədiyindən, hazırki iş üzrə hüquq varisliyinə yol verilmədiyindən iş üzrə icraata xitam verilməlidir.
16. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 1151.1, 1243.1, 1243.2 1306.1, Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
17. «xxxx» QSC qərardaddan şikayət verib, qərardadın ləğ v olunmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, Cavabdeh əri X2 xx.xx.2015-ci il tarixdə saziş imzalamaqla mərhum arvadının banka olan borcunu ödəməyə razı olması barədə iradə ifadəsini bildirib.
19. Kreditin qaytarılması öhdəliyi qanunvericiliyin tələbinə görə şəxsi xarakter daşıyan, kreditorun və ya borclunun ölümü ilə xitam verilməli olan öhdəliklər sırasına adi deyil.
20. Borclu Cavabdeh ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəlikləri icra edilmədikdə kreditorun onun vərəsələrinə qarşı tələb hüququ yaranması üçün əsasdır.
21. Apellyasiya şikayətində iddiaçı Mülki Məcəllənin 558.1, 1151.1, 1153, 1306, Mülki Prosessual Məcəllənin 254.1.1 və 256.0.1-ci maddələrinə istinad etmişdir.
22. Bakı Apelyasiya Məhkəməsi Mülki k ollegiyasının 2(103)-6206/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, Qaradağ Rayon Məhkəməsinin 2(002)-783/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmiş, yeni qərardad qəbul edilərək, iddiaçı “xxxx” QSC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilmişdir. (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Fuad Babayev və Akif İsgəndərov)
23. Apelyasiya instansiyası məhkəməsi Cavabdeh xx.xx.2015-ci il tarixdə Bakı şəhərində ölməsi və xx.xx.2015-ci il tarixli ödəniş qrafikini Cavabdeh və onun həyat yoldaşı X1 imzalaması faktına əsasən müəyyən etmişdir ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə vəfat etdiyi halda, onun xx.xx.2015-ci il tarixdə ödəniş qrafikini imzalaması mümkün deyildi.
24. Apelyasiya ins tansiyası məhkəməsi hesab edib ki, bank Cavabdeh vəfat etdiyini bilə-bilə, ölmüş şəxsə qarşı iddia ərizəsi ilə xx.xx.2017-ci il tarixdə məhkəməyə müraciət etmişdir.
25. Bank öz şikayət ərizəsində cavabdehin həyat yoldaşı ilə xx.xx.2015-ci il tarixdə saziş imzalanmasını qeyd etməklə, artıq xx.xx.2015-ci il tarixdə cavabdehin vəfat etməsi barədə məlumatlı olmasını təsdiq etmişdir.
26. Apelyasiya instansiyasının qənaətinə görə vəfat etmiş şəxsə qarşı məhkəmədə iddia qaldırılması qanunvericilikdə nəzərdə tutulmadığından mülki iş üzrə icraata xitam verilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
27. «xxxx» QSC (vəkil Əkbərov Nicat Ələkbər oğlu) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkə məsinin qərardadının ləğv, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti apelyasiya şikayətini dəlillərinə uyğun əsaslandırılmaqla, apelyasiya məhkəməsinin maddi və prosessual hüquq normalrının pozmasına istinad edilib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
30. Məhkəmə iclasında iddiaçı «xxxx» QSC-nin vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.
31. Cavabdeh prosessual hüquq varisi X2 məhkəmə kollegiyasında vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Mülki Prosessual Məcəllə Madd ə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və pro sessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 261.0.7. İş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Kassasiya baxışının hədləri
32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
33. Apelyasiya şikayətində iddiaçı apelyasiya məhkəməsinin qərardadın ləğvini tələb etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qərardadını tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olun muşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.
36. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilən halı odur ki, iddia ölmüş şəxsə qarşı qaldırılmışdır.
37. Mülki Məcəllənin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun ölümü ilə xətm edilir. Belə olan halda isə ölmüş şəxsin Mülki Prosessual Məcəllənin 48-ci və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcu d deyildir. Ona görə də, kollegiya hesab edir ki, ölmüş şəxsə qarşı iddia irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi prosessual baxımdan qeyri-mümkündür.
38. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddələrinə görə iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsində isə təsbit olunmuşdur ki, işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Buna görə də kollegiya hesab edir ki, iddiaçıya izah olunmalıdır ki, o, həmin şəxsdən miras qalmış əmlakı qəbul edən vərəsəni və ya vərəsələri müəyyən etməklə, hazırkı iddianı həmin şəxsə v ə ya şəxslərə qarşı irəli sürə bilər.
39. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Qeyd olunan maddədən də görünür ki, yalnız mülki iş üzrə tərəf sıradan çıxdıqda prosessual hüquq varisliyinə yol verilir. Hazırkı işdə cavabdeh kimi göstərilmiş şəxs isə tərəf kimi qəbul edilə bilməz. Çünki cavabdeh kimi göstərilmiş şəxs iddia ərizəsi verilməmişdə n əvvəl vəfat etdiyinə görə işdə tərəf statusunu əldə etməmişdir. Həmçinin cavabdeh kimi göstərilmiş şəxsin iddia verilməsindən xeyli əvvəl ölməsinin iddiaçıya məlum olması da işin mübahisəsiz halı kimi müəyyən edilib.
40. Bu baxımdan məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır. 41.Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” QSC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6206/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qə tnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.