Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-148/2022 17.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və YYYna qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı L.P.O "xxxx" ASC-nin ləğvedicisi X1 vəkili Vəkil və Cavabdeh1 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 (106)-1775/2021 nömrəli iş üzrə 17 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Kreditor L.P.O "xxxx" ASC ilə borcalan Cavabdeh1 oğlu arasında bağlanmış 28.08.2014-cü il tarixli, 80003826 saylı kredit müqaviləsinə əsasən borcalana illik 28 faizlə 24 ay müddətinə 7650 ABŞ dolları məbləğində kredit verilməsi razılaşdırılmışdır. 17.03.2015-ci il tarixli 01 saylı əlavə sazişlə kreditin qalıq məbləği 6109,54 ABŞ dolları müəyyən edilmiş və 17.04.2017-ci il tarixədək qaytarılma müddəti uzadılmışdır. Borcun təminatı olaraq YYY ilə 28 avqust 2014-cü il tarixli ZM 80003826 saylı zaminlik müqaviləsi bağlanılmış və zaminlik müqa viləsinə əsasən borcun təminatı olaraq YYY kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icra edilməsi üçün öz üzərinə borcalanla eyni ölçüdə öhdəlik götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 01.06.2020-ci ildə iddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Baxşızadə Elbrus Şiroğlan oğlundan müştərək qaydada 31.01.2020-ci il tarixədək 1079,82 ABŞ dolları əsas borc, 1614,78 ABŞ dolları faiz, 4283,19 ABŞ doları cərimə, müqavilənin bitdiyi tarixdən 31.01.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faizi 152,85 ABŞ dolları olmaqla, cəmi 7830,64 ABŞ dolları məbləğində pul və 30 manat məbləğində dövlət rüsumunun alınıb ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Ceyhun Baxşiyev iddia tələbi ilə qismən razı olaraq, imkanı olmadığından müqavilə öhdəliyni qismən icra etdiyni, əsas brcu qəbul etdiyini, faiz və cərimə məbləğlərini isə qəbul etmədiyini bildirmişdir. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 15.02.2021-ci il tarixli rəyi ilə müəyyən edimidir ki, 28.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə 31.02.2020-ci il tarixədək əsas borcu 1406,76 ABŞ dolları, faiz borcu isə 1139,37 ABŞ dolları müəyyən edilmişdir. Astara Rayon Məhkəməsinin (sədrlik edən hakim İbrahimov Zamin) 09 mart 2021-ci il tarixli, 2(018)-45/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və YYYndan müştərək qaydada 1079,82 (min yetmiş doqquz dollar, səksən iki sent) ABŞ dolları məblğində əsas borc, 1139,37 (min yüz otuz doqquz dollar, otuz yeddi sent) ABŞ dolları məbləğində faiz borcu, 30 (otuz) ABŞ dolları cərimə borcu, ümumilikdə 2249,19 (iki min iki yüz qırx doqquz dollar, on doqquz sent) ABŞ dolları pul (ödəniş gününə Azərbaycan manatına məzənnə ilə) və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi X2 verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, qanunvericilik aktlarının müddəalarına istinad edərək hesab etmişdir ki, kredit müqaviləsi üzrə əsasborc və faiz borcu ekspertiza rəyinə uyğun tutulmalı, iddiaçının iddia etdiyi 4283,19 ABŞ dolları cərimə borcu azaldılaraq 30 (otuz) ABŞ dolları həddində müəyyən edilməli, geci kdirilmiş vaxt üçün 152,85 ABŞ dolları məbləğində hesablanan faiz borcu tələbi isə təmin olunmamalıdır. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 739.1, 739.2, 445.2.1, 448.1.1, 472.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdeh Cavabdeh1 tərəfindən Astara Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(018)-45/2021 saylı qətnaməsindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən bankla onun arasında olan münasibətləri tam müəyyənləşdirməmiş, onun banka ödədiyi pul məbləğlərini nəzərə almamışdır. Şirvan Apellyasiya Məhkəməsi Mülki Ko llegiyasının (hakimlər İsmayıl Əhmədov - sədrlik edən, məruzəçi, Tale Kərimov və Tofiq Heydərov) 17 iyun 2021-ci il tarixli, 2(106)-1775/2021 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Astara Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(018)-45/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, Cavabdeh1 1835,7 manat tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən tərəflər arasında olan müqavilənin şərtlərinə, iddiaçı tərəfindən verilmiş maliyyə arayışına istinad etmişdir və gəldiyi nəticə o cümlədən tutulan borcun müştərək qaydada hər iki cavabdehdən tutulması düzgün olmamışdır. Apellyasiya instansiyası 17.06.2021-ci il tarixdə internet portaldan çıxarış əldə etməklə müəyyən etmişdir ki, hal hazırda mübahisələndirilən kredit borcu Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentini 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanı ilə əhatə olunan kredit borcu olmaqla Fərmana müvafiq qaydada hesablanaraq Cavabdeh1 borcu 1835, 7 manat həcmindədir. Cavadeh Cavabdeh1 borcundan restrukturizasiyaya yönəlmiş məbləğ 1835,7 manat olmuş, ona illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il müddətinə bu məbləğlə bağlı müqavilə bağlanması təklif edilmişdir. Başqa bir tərəfdən işdən görünür ki, iş üzrə digər cavabdeh olan YYY ilə zaminlik müqavilə si 28 avqust 2014-cü il tarixdə bağlanmış, həmin tarixdə 24 ay müddətinə verilmiş kredit müqaviləsinin icrasının təminatı kimi nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası zaminlik müqaviləsinə münasibətdə qeyd etmişdir ki, hazırkı kredit müqaviləsinin müddəti 28 avqust 2016-cı il tarixdə başa çatdığı halda bundan sonra bir il ərzində kreditor zaminə qarşı idda irəli sürməmiş, YYYnun zaminliyi bu müddətdən bir il sonra, yəni 28.08.2017-ci il tarixdə bitmiş olmuşdur. Apellyasiya instansiyası qanunvericiliyin tələblərini əsas götürməklə (MM 477.0.4) mülki iş materiallarını tədqiq edərkən mülki iş materiallarında iddia tələbinin YYYna qarşı da təmin edilməsi üçün əsasların aradan qalxdığını müəyyən edir. Ona görə də məhkəmə kollegiyası borcun yalnız Cavabdeh1dan tutulmalı olduğunu hesab etmi şdir. İddiaçı tərəfindən kassasiya şikayəti verilərək Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1775/2021 nömrəli iş üzrə 17 iyun 2021-ci il tarixli qətnaməsinin iddianın rədd edilmiş hissəsində ləğv edilib iddia tələbinin tam təmin edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tətbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şik ayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasınsında L.P.O "xxxx" ASC-nin ləğvedicisi X1 vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqda rda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə Banklara tövsiyyə edilmişdir ki: Bənd 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tə dbirlər görsünlər; Bənd 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Bənd 8.9-cu maddəsinə görə faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyy ən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılma lıdır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti əsasında apellyasiya insta nsiya məhkəməsinin qətnaməsi iddia tələbinin əsas, faiz və cərimə borcunun təmin edilməyən hissələrində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılan hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılanhissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həll i ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına istinad edərək, tərəflər arasında bağlanmış 28.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcun müvafiq kompensasiya məbləği çıxılmaqla, restrukturizasiyaya yönəlmiş məbləğ kimi qalan 1835,7 manat məbləğində tutulması, faiz borcu və dəbbə pulunun isə silinməli olması barədə mövqeyi düzgün olmuşdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərmanı dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kredit ləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi güdmüşdür. Bu məqsədlə də Banklara tövsiyə edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restruktizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər, borcları restruktizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. ( 6.2, 6.3 bənd) Həmin Fərmanın 8.9-cu bəndinə isə görə faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Göründüyü kimi, həmin Fərmanda y alnız bankla yeni müqavilə bağlamış şəxslərin faiz borcunun silinməsi şərti göstərilməmişdir. Əksinə banklara 1 ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlərin görülməsi tövsiyə edilmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1775/2021 nömrəli iş üzrə 17 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildi