Məhkəmə qərarları › İş №2(102)-1481/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1481/2021

08.02.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1481/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk iddia tələbi üzrə, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbi üzrə QƏRARİ (Açar sözlər: məhkəmənin irəli sürülmüş tələblər əsasında işə baxması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış evinin 1/4 hissəsində mülkiyyət hüquqlarına xitam verilməsi barədə ilk iddia tələbi, Cavabdeh İddiaçı qarşı birgə ni kah dövründə əldə olunmuş əmlaklar üzərində müəyyən edilmiş paylarına müvafiq olaraq payının dəyərinin ödənilməsi barədə qarşılıqlı iddia tələbi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6597/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Masallı Rayon Məhkəməsinin 2(050)-649/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli, 16 saylı nikah qeydi pozulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-858/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə və əşyadan payın ayrılması tələbinə dair ilkin iddiası qismən təmin edilmiş, Cavabdeh, azyaşlı uşaqları xx xxxxxx 2008-ci il təvəllüdlü X1 və xx xxxx 2010-cu il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 2319-cu məhəllə ünvanında inşa edilmiş 16 mərtəbəli yaşayış binasının, sahəsi 99,0 kcadrat metr olan 166 saylı mənzilinə köçürülməsi, həmin mənzilin giriş qapısının açarının bir nüsxəsinin İddiaçı alınaraq ona verilməsi, həmçinin İddiaçı Cavabdeh qarşı payçıya kompensasiya payının dəyərinin ödənilməsi barədə qarşılıqlı iddiası isə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1262/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə, Bakı şəhəri Xə tai Rayon Məhkəməsinin 2(011)-858/2016 saylı xx xxxx 2016-cı il tarixli qətnaməsindən iddiaşı Cavabdeh tərəfındən verilmiş apellyasiya şjkayəti qismən təmin edilmiş, qətnamə qismən-birgə nikah dövründə əldə edilmiş əmlaklara 2/3 hissədə payların müəyyən edilməsi və payına düşən hissəsinin dəyəri-17346 manat məbləğində pulun alınaraq ona verilməsi barədə Cavabdeh iddia tələblərinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddiaçı X2 iddia tələbi qismən təmin edilərək birgə nikah dövründə əldə olunmuş ümumi bazar dəyəri 7120 manat olan əmlaklar üzərində 2/3 hissədə payı müəyyən edilmiş, payına düşən hissənin dəyərinin cavabdehdən tutulması hissəsində Cavabdeh iddiası təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkə məsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 2319-cu məhəllə ünvanında inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 3-cü blokunda yerləşən 166 saylı mənzildən 1/4 hissədə cavabdehin mülkiyyət hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi məhkəməyə müraciət edərək İddiaçı ilə birgə nikah dövründə əldə olunmuş əmlaklar üzərində müəyyən edilmiş paylarına müvafiq olaraq payının dəyəri kimi Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 2319-cu məhəllə ünvanında inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 3-cü blokunda yerləşən 166 saylı mənzilə görə 40000 manat, ev əşyalarına görə 4746,66 manat və “Mercedes Benz E280” ma rkalı **-BH-*** qeydiyyat nişanlı avtomobilə görə 10400 manat, cəmi 55146,66 manat məbləğində pulun İddiaçı tutulub Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan “xxxx” MMC-si tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, X9 küçəsi, 2319-cu məhəllədə yerləşən çoxmərtəbəli binanın 166 saylı mənzilinin xx xxxxxx 2019-cu il tarixinə bazar dəyəri 105000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, 31255 nömrəli məhkəmə ekspertizasının rəyinin surətindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilmişdir ki, xarici əmtəə görünüşünün və hərəkət hissələrinin yaxşı saz vəziyyətdə olan komplektli və təyinatı üzrə istifadəyə yararlı, qara rəngli, 2008-ci il buraxılışlı “Mercedes Benz E280 minik” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil 26000 manat, avtomobilin dəyərinin düşməsi dərəcəsini və köhnəlməsi nəzərə alınaraq 20800 manat məbləğindədir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(011)-640/2019 nömrəli qətnaməsi ilə (hakim İlahə Abbasova) hər iki iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 2319-cu məhəllə ünvanında inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 3-cü blokunda yerləşən 166 saylı mənzilə görə 26250 manat ödənilməklə həmin əmlakda Cavabdeh paylı mülkiyyət hüququna xitam verilməsi, İddiaçı ev əşyalarına görə 4746,66 manat və “Mercedes Benz E 280” m arkalı, **-BH-*** qeydiyyat nömrəli avtomobilə görə 10400 manat, cəmi 15146,66 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29cu maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə olan 1 saylı Protokolun 1-ci maddəsinə və Mülki Məcəlləsinin 152, 157.2, 213.1, 215.2 və 215.4-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə istinad edərək göstərmişlər ki, iş üzrə “xxxx” MMC-dən alınmış xx xxxxxx 2019-cu il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən mübahisələndirilən mənzilin xx xxxxxx 2019-cu il tarixə bazar dəyəri 105000 manat təşkil etdiyindən qarşılıqlı iddia üzrə iddiaçının mənzildə 1/4 p ayının dəyəri olaraq 26250 manat Cavabdeh ödənilməklə həmin əmlakda sonuncunun paylı mülkiyyət hüququna xitam verilməlidir. Həmçinin qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə Cavabdeh birgə nikah dövründə əldə edilmiş ümumi bazar dəyəri 7120 manat olan əmlaklara (mebel və s. üzərində) 2/3 hissələ pay müəyyən olunmuşdur ki, bu da Cavabdeh həmin əmlaklarda payının dəyərinin 4746,66 manat təşkil etməsi deməkdir. Həmin mülki iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2018-ci il tarixli rəyi ilə “Mercedes Benz E280 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin 20800 manat olduğu müəyyən edilmişdir ki, həmin avtomobil üzərində Cavabdeh 1/2 payının dəyəri 10400 manat təşkil edir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya ins tansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Xəyalə Cəmilova sədrlik edən və məruzəçi, İsmayıl Xəlilov, İlham Kərimli) xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-10644/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən - ilk iddianın təmin olunmayan və qarşılıqlı iddianın təmin olunan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. İddiaçı qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ilkin iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiya məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Elşad Şamayev - sədrlik edən və məruzəçi, Elşanə Vəliyeva, Aqil Abbasov) xx xxxx 2020-ci il tarixli, 2(102)-1978/2020 saylı qərarıı ilə kassasiya şikayəti qismən təmin olunaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)10644/2019 nömrəli qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən maddi hüquq normaları pozulmuşdur. Belə ki, məhkəmə apellyasiya instansiyası məhkəməsi ilk iddia üzrə iddiaçının apellyasiya şikayətini r ədd edərkən və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.2 və 215.4-cü maddələrinə istinad etmişlər. Mülki Məcəllənin 215.2-ci maddəsi ilə nəzərdə tutulmuş mülkiyyətçinin digər mülkiyyətçilərdən əvəz ödəmək tələb etmək hüququ onun əmlakda payının sahibliyinə və istifadəsinə verilməsinin mümkün olmaması nəticəsində yaranır. Həmin əvəz əmlak üzərinə ümumi paylı mülkiyyət, o cümlədən əvəzi tələb edən mülkiyyətçinin öz payı üzərinə hüququn itirilməsi ilə nəticələnmir. Hazırki iş üzrə isə iddia tələbləri paylı mülkiyyətçilərin bir birinə kompensasiya verilməklə mülkiyyət hüquqlarına xitam verilməsi ilə bağlıdır. Bunun qaydaları isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində təsbit olunmuşdur. Göründüy ü kimi, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, tətbiq edilməli maddi hüquq normasını tətbiq etməmişdir. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şərafət Məmmədova - sədrlik edən və məruzəçi, Emin Mehdiyev, Xəyal Sarıyev) xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş, ilk iddia və qarşılıqlı iddia tələbləri rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsinin qərarındakı göstərişləri nəzərə alaraq qeyd etmişdir ki, iddia tələbləri paylı mülkiyyətçilərin bir birinə kompensasiya verilməklə mülkiyyət hü quqlarına xitam verilməsi ilə bağlıdır. Bunun qaydaları isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində təsbit olunmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2014-cü il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə əsasən Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Hazırkı iş üzrə iddia tələblərində ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satıl ması barədə tələb irəli sürülməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilən vəziyyətdə məhkəmə yalnız iddiaçı və qarşılıqlı iddiaçı tərəfindən irəli sürülmüş tələblər barədə qətnamə qəbul etməlidir. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hər iki tələb rədd olunmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışd ır ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticədən belə çıxır ki, iddiaların rədd edilməsinin əsası və səbəbi «hazırki iş üzrə hərracla bağlı tələblərin irəli sürülməməsi» olmuşdur. Məhkəmə kollegiyası həmin qənaətə gəlməklə, istinad etdiyi maddi hüquq normasını düzgün təfsir etməyərək səhvə yol vermişdir. Halbuki, həm Mülki Məcəllənin 220-ci maddəsində, həm də Konstitusiya Məhkəməsinin sögügedən qərarında paylı mülkiyyətçilər arasında yaranmış mübahisənin həllinin, yəni payın ayrılmasının bir neçə ardıcıl qaydası, o cümlədən ilk növbədə, payın naturada ayrılması, bu mümkün olmadıqda payın dəyərinin ödənilməsi müəyyən olunmuş, hərracın isə həmin qaydalara ardıcıllıqla əməl edilməsindən sonra müsbət nəticə əldə olunmayacağı təqdirdə, yəni payın naturada ayrılmasının qeyrimümkü nlüyü və ya payın dəyərinin ödənilməsindən imtina olunduğu təqdirdə ən sonda tətbiq olunmasının mümkünlüyü təsbit edilmişdir. Qarşılıqlı iddia ərizəsindən göründüyü kimi Cavabdeh Mülki Məcəllənin 220.3-cü maddəsinə istinad edərək, ona düşən və naturada ayrılması mümkün olmayan payının dəyərinin ödənilməsi tələbini irəli sürmüşdür. Qeyd edirik ki, tərəflərin arasında bundan əvvəl olmuş əmlak bölgüsünə dair məhkəmə mübahisələri və hazırki iş üzrə iddia ərizələrində və məhkəmə baxışı zamanı bildirdikləri iradə ifadəsindən onların payın dəyərinin ödənilməsi yolu ilə ümumi mülkiyyətə xitam vermək istəkləri açıq-aşkar görünür. Belə ki, işə əlavə olunmuş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iyun 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı mənzilə köçürülm ə və əşyadan payın ayrılması tələbinə dair iddia qaldırarkən, İddiaçı da Cavabdeh qarşı kompensasiya verməklə payının dəyərinin ödənilməsi barədə qarşılıqlı iddia irəli sürmüşdür. İstər həmin işə, istərsə də hazırki işə baxılarkən, İddiaçı Cavabdeh payının dəyərini ödəməkdən imtina etməmiş, lakin payın dəyərinin məbləği barədə yekun razılığa gələ bilməmişlər. İddiaçı apellyasiya şikayətində şikayətin dəlili kimi yalnız əmlakda payın dəyərinin qiymətləndirilməsindən narazı olduğunu bildirməklə, dolayısı ilə payın dəyərinin ödənilməsindən imtina etmədiyini bir daha təsdiq etmişdir. Lakin məhkəmə kollegiyası işin mühüm əhəmiyyət kəsb edən və hərracın keçirilməsi barədə iddia tələbi irəli sürülməsi zərurətini aradan qaldıran bu hallarını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazı n dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəll ənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiy yətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Müki Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıqaşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və sa tış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Mülki Məcəllənin 221-ci maddəsinə əsasən isə ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəl ləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəl ləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hə dləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin qətnamə ilə hər iki iddia tələbi rədd edilmişdir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız qarşılıqlı iddia tələbinin rədd edilməsi hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə həmin hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyaı əsaslı hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi MPM-nin 218.3-cü maddəsinə istinad edərək iddia tələblərində ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satıl ması barədə tələb irəli sürülməməsi əsası ilə iddia tələbini rədd etmişdir. Cavabdeh Aynurə Əsgərovanın kassasiya şikayətinə görə AR Mülki Məcəllənin 220.3-cü maddəsində göstərilən paylı mülkiyyətdəki əşyanın bölünməsi və ya ondan payın ayrılmasının mərhələlərindən biri olan ayrılan mülkiyyətçinin öz payının dəyərinin digər paylı mülkiyyətçilərdən tələb etməsi hüququ payın dəyərinin məbləği barədə mülkiyyətçilər arasında mübahisə olduğu halda belə məhkəmə qaydasında təmin edilməlidir. Məhkəmə kollegiyası bu məsələ ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 220.4 və 221-ci maddələrinin tələblərinə görə, bu hal istisna olunur, payın dəyəri ödənilməklə əşyaya paylı mülkiyyət hüququna xitam verilməsi içtirakçıların razılığı, o cümlədən payın dəyəri ilə bağlı razılığı əsasında mümkündür. İstisna hal Mülki Məcəllənin 220.3-cü maddəsində göstərilmişdir. Həmin maddəyə görə, Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 221-ci maddəsinə görə isə, Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün ol madıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qər ara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6597/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar