Məhkəmə qərarları › İş №2(102)-1482/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1482/2020

02.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1482/2020 02.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Dəmirov İlqar Kamal oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.09.2019-cu il tarixli, 2(105)****/2019 nömrəli qərardadından İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin (hakim E.Əhmədov) **.**.2013-cü il tarixli, 2(027)-* ***/2013 nömrəli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 05.03.2008-ci il tarixli 48 USD saylı kredit müqaviləsi üzrə yaranmış əsas borc qalığı 837.26 ABŞ dolları, faiz borcunun məbləği 1144.05 ABŞ dolları, cərimənin məbləği 200 ABŞ dolları olmaqla, cəmi 2181.31 ABŞ dolları məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzər alınmaqla manat hesabı ilə İddiaçı ASC-nin xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Abbasov, Ş.Abasov, T.Məmmədov) 25.09.2019-cu il tarixli, 2(105)-****/2019 nömrəli qərardadı ilə Cavabdeh1 apelyasiya şikayətinin qismən təmin edilməsi, Quba Rayon Məhkəməsinin 27.12.2013-cü il tarixli, 2(027)-****/2013 nömrəli qətnaməsinin borcun Cavabdeh2 tutulması hissəsində ləğv edilməsi, həmin tələbə dair hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Abbasov, Ş.Abasov, T.Məmmədov) 25.09.2019-cu il tarixli, 2(105)-****/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Quba Rayon Məhkəməsinin 27.12.2013-cü il tarixli, 2(027)-****/2013 nömrəli qətnaməsinin Cavabdeh1 1144.05 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə borcun un tutulması hissəsində dəyişdirilməsi, Cavabdeh1 faiz borcuna görə 900 ABŞ dolları, cərimə borcuna görə 50 ABŞ dolları pulun tutulmasının müəyyən edilməsi, qətnamənin Cavabdeh1 837,26 ABŞ dolları əsas borc və 30 manat dovlət rüsumunun tutulması hissəsində dəyişdirilmədən saxlanılması, iş üzrə aparılmış mühasibatlıq və xətşünaslıq ekspertizalarının dəyəri olan 272 (145+127) manatın 50 manatının İddiaçı ASC-dən, 222 manatının Cavabdeh1 alınaraq dövlət büdcəsinə keçirilməsiqət edilmişdir. İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının **.**.2019-cu il tarixli, 2(105)-****/2019 nömrəli qərardadından kassasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlill əri və tərəflərin izahatları: İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə mübahisə edilən hüquq münasibətinin hüquq varisliyinə yol verməməsini qeyd etsə də, fikrini heç bir maddi norma ilə əsaslandırmamışdır. Ona görə də o, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının **.**.2019-cu il tarixli, 2(105)-****/2019 nömrəliqərardadının ləğv edilərək, iş üzrə Cavabdeh2 hüquq varisi müəyyən edilənədək icraatın dayandırılması məqsədilə işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı ASC-nin ləğvedicisi Əmanət lərin Sığortalanması Fondunun vəkili Vəkil1 və Cavabdeh1 vəkili X1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPMnin 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya kollegiyası 25.09.2019-cu il tarixli qərardadını onunla əsaslandırmışdır ki, iş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 06.06.2015-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Cavabdeh2 qarşı iddia tələbi onun zaminlikdən doğan öhdəliyinə əsaslanır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini müzakirə edib, onları əsassız sayır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Belə ki, iş materialları ilə də müəyyən edilir ki, Cavabdeh2 iddia tələbi üzrə zaminlik öhdəliyi daşımışdır. Ca vabdehlərdən Cavabdeh2 vəfat etsə də, əsas borclu Cavabdeh1 hazırda yaşayır. Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsi isə tərəflərdən (iddiaçı və ya cavabdehdən) birinin sıradan çıxmasını (ölməsini) nəzərdə tutur. Cavabdeh1 sağ olduğu halda tərəflərdən biri sıradan çıxmış (ölmüş) hesab edilə bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığor talanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.09.2019-cu il tarixli, 2(105)-****/2019 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar