Məhkəmə qərarları › İş №2(102)-1483/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1483/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1483/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh X qarşı (X3 Səhmdar Cəmiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ iş № 2(102)-1483/2024 (Açar sözlər: əqdin etibarsızlığı, forma tələbinə riayət edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı (X3 Səhmdar Cəmiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) müqavilənin etibarsız hesab edilməsi və yeni müqavilə bağlanması ö hdəliyinin Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6799/2023 nömrəli, 20 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən birgə qaydada verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanı İddiaçı1 mülkiyyətində olmuşdur. 2. "xxxx" MMC (Cavabdeh MTK-nın əvvəlki adı) ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin 1.1-ci bəndində əsasən Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 103 ünvanında yerləşən yaşayış üçün yararsız binanın söküntüsü "xxxx" MMC tərəfindən həyata keçirilməli, İddiaçı1 mülkiyyətində olan 2 otaqlı, 11 saylı, 38.8 kv.m. mənzilin əvəzin ə yeni inşa olunacaq binada 2 otaqlı 60 kv.m. mənzil İddiaçı1 təhvil verilməlidir.

3. Müqavilənin 2.1.3-cü maddəsinə əsasən İcraçı yaşayış üçün yararsız olan mənzilini boşaldaraq müvəqqəti olaraq kirayə mənzilə köçmək üçün sifarişçiyə birdəfəlik 150 manat məbləğində kompensasiya ödəyir və binanın tikintisi başa çatdırılaraq sifarişçiyə təhvil verilənə kimi icraçı hər ay 500 manat kirayə məqsədləri üçün kompensasiya ödəyir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarxli müqavilənin etibarsız hesab edilərərk ləğv edilməsi və yeni müqavilə bağlanması öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətn amə çıxarılmasını xahiş etmişlər.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının evi cavabdehlə bağlanmış müqaviləyə əsasən sökülərək yerində yeni binanın tikiləcəyi və həmin binada iddiaçıya mənzil veriləcəyi tərəflər arasında razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədə Cavabdeh MTK tikiləcək binaların ünvanını, veriləcək konkret mənzil göstərilməmiş, binanın layihəsi və digər sənədlər müqaviləyə əlavə edilməmişdir. İddiaçı1 arvadı İddiaçı2 notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi, ipoteka ilə yüklü edilmiş əmlakla bağlı Maraqlı şəxs ASC-nin razılığı alınmamışdır. Sökülmüş mənzil ipotekada olduğundan cavabdeh tərəfindən verilmiş kirayə pulunun əsas hissəsi ipoteka kreditinə ödənilmişdir. Cavabdeh MTK tərəfindən binanın nə vaxt tikiləcəyi, mənzilin nə vaxt təhvil veriləcəyi qeyri-müəyyəndir.

6. Məhkəmə icraatı gedişində X3 Səhmdar Cəmiyyəti maraqlı şəxs qismində işə cəlb edilmişdir.

7. Cavabdeh iddia ərizəsinə etiraz ilə müraciət edərək bildirmişdir ki, iddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin 2.1.2-ci bəndinə əsasən binanın bünövrəsi qoyulduqdan 2 il müddətində mənzilin mülkiyyət sahibinə təhvil verilməsi nəzərdə tutulmuşdur. Binanın bünövrəsinin qoyulmasından hələ bir il keçməmişdir. MTK müqavilə üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirəcəkdir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-3473/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim F.Əlizadə) iddia rədd olunmuşdur.

9. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Hazırki mübahisə üzrə müqavilənin notarial qaydada bağlanılması məcburi hesab edilmir. Bu səbəbdən, müqavilə sadə yazılı formada bağlanmaqla forma şərtlərinə cavab verir. Sözügedən müqavilə daşınmaz əmlaka sərəncam verməklə (alqı-satqı, bağışlanma və s.) bağlı deyil, Sifarişçi və İcraçı arasında bağlanmış əmlakın söküntüsünün həyata keçirilməsi şərtləri və yeni tikiləcək binada mənzillə təmin edilmə ilə bağlı olmuşdur. Müqavilənin məzmunu ilə bağlı məhkəmə qeyd etmişdir ki, məzmun tərəflərin iradə ifadəsi və müqavilə azadlığı prinsipləri rəhbər tutulmaqla qarşılıqlı razılıq əsasında tərtib edilir. Mübahisə predmeti olan müqavilənin formal tələblərinə əməl olunur, məzmunu aydın və anlaşılandır. Müqavi lə şərtlərin detallı, təfsilatı formada müəyyən edilməməsi onun etibarsızlığına dəlalət etmir.

10. Etibarsızlığın iradə qüsurluluğu ilə bağlı məhkəmə qeyd etmişdir ki, hazırki mübahisə üzrə sözügedən müqavilənin bağlanmasına münasibətdə iddiaçının iradəsi zədələnməmiş, iddiaçı sərbəst şəkildə iradəsini ifadə etməklə müqavilə münasibətlərinə daxil olmuşdur. Müqavilənin şərtlərinin detallı olmaması iradə qüsuruna səbəb olmur. Nəzərə almaq lazımdır ki, iddiaçı mülkiyyətçi qismində iradə ifadəsini daha ətraflı formada ortaya qoyaraq müqavilə şərtlərinin daha təfsilatlı müəyyənləşdirilməsinə nail ola bilərdi. Həmin xüsusatlarla bağlı razılıq əldə edilmədikdə isə mülkiyyətçinin toxunulmaz mülkiyyət hüquqları qanunla müəyyən edilmiş qaydada dövlət tərəfindən müdafiə ediləcəkdir.

11. Subyekt tərki bi ilə bağlı məhkəmə qeyd etmişdir ki, müqaviləni bağlayan şəxslər fiziki və hüquq şəxs olmaqla tam fəaliyyət qabiliyyətli subyektlər olmuşlar. Sifarişçi qismində mənzilin mülkiyyətçisi məhz İddiaçı1 çıxış etmişdir. Deməli, subyekt tərkibi nöqteyi-nəzərdən də müqavilənin etibarsız hesab olunmasına əsaslar yoxdur.

12. Məhkəmə iddiaçılara izah etmişdir ki, müqavilə öhdəliklərinin cavabdeh tərəfindən icra olunmaması və ya lazımi qaydada icra olunmaması halları mövcuddursa, öhdəliklərin icra edilməməsi əsası ilə vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət edilə bilər.

13. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6, 337.1, 337.2, 337.3, 337.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə zidd olaraq mülkiyyət hüququnun pozuntusu ilə bağlı baş vermiş qanunsuz hallara hüquqi qiymət verməmişdir. Mübahisələndirilən sazişin qanunvericilik aktlarına uyğun olmaması, mənzilə hüququ olan şəxslərin nəzərə alınmaması, müqavilənin qeyri-müəyyənliyi və digər xüsusatlar mülki hüquqların pozuntusu kimi qiymətləndirilməli idi. Müqavilə layihəsi cavabdeh tərəfindən təqdim edilmiş və təqdim edildiyi şəkildə də imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 417-420-ci maddələrinə əsasən müqavilə standart şərtlər əsasında bağlanıla bilər. Məcəllənin 420.2-ci maddəsində deyilir: “Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır”. İddiaçı ilə saziş bağlayarkən cavabdeh məhz vicdanlılıq prinsiplərini pozaraq etimaddan sui-istifadə etmişdir. Ona görə də bu əsasla da müqavilə etibarsız hesab edilməlidir. Cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 393 və 421-ci maddələrinin tələbinə riayət etməmi ş, birinci instansiya məhkəməsi öz qərarında iddia tələbinin bu dəlilinə münasibət bildirməmişdir.

16. Apelyasiya baxışında İddiaçı1 məhkəmə iclasında verdiyi izahatında apelyasiya şikayətini müdafiə edərək, bildirmişdir ki, cavabdeh tərəfindən faktiki hansı ünvanda və binada, hansı blokda, mərtəbədə, neçə nömrəli mənzili verəcəyini razılaşdırmamış, binanın layihəsini və digər sənədləri müqaviləyə əlavə etməmişdir. Həyat yoldaşının notarial qaydada təsdiq edilmiş ərizəsi, sənədlər və ipoteka ilə yüklü olan əmlakla bağlı maraqlı şəxsin yazılı razılığını almamışdır. Cavabdeh tərəfdən müqaviləni imzalamış Qurban Əliyev İddiaçı1 hazırkı sazişin müvəqqəti bağlanıldığını, tikiləcək çoxmənzilli binanın sənədləşmə işləri tamamlandıqdan sonra yeni notarial qaydada təsdiq ediləcək yekun müqavilə bağ layacaqlarına söz versə də, buna əməl etməmiş, sonra həmin şəxs onlara məlum olmayan səbəblərdən işdən kənarlaşdırılmışdır. Bu müqavilə podrat müqaviləsi deyil. Podrat pul verib sifarişlə ev alanda bağlanılan müqavilədir. Ən pis halda əvəzləşmə müqaviləsi ola bilər. Onlarla cavabdehin və iddiaçının iradəsini əks etdirən müqavilə bağlanılmalıdır.

17. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirmişlər ki, iddiaçı mənzili hansı mərtəbədən istəyirsə götürə bilər. Binanın tikildiyi sahə 2 hektar ərazidən ibarətdir, 2 qonşunun binadan çıxmasını gözləmək çox vaxtı alacağına görə onlar bu ərazini tikdilər ki, vətəndaşlara mənzilləri versinlər hazırkı mərhələdə onlarla yenidən müqavilə bağlanılmasını istəyirlər. Onlar mərtəbəni göstərmə yə, hər şeyi etməyə hazırdırlar. Bina təhvil verilənə qədər tərəflər arşında bağlanmış müqaviləyə dəyişiklik etsələr, problem olacaq. Əgər 1 nəfərlə notarial qaydada müqavilə bağlasalar, onda onların vəziyyəti çox pis olacaq. İddiaçı istədiyi vaxt gələrək müqavilə bağlaya bilər, amma onun istədiyi başqa hal olduğuna görə o şərtlə müqavilə bağlamaq alınmayacaq. Müqavilədəki şərtlər şablon şərtlərdir. Bir müqaviləyə dəyişiklik etdikdə orada olan hər kəs müqaviləsinə dəyişiklik edilməsini istəyəcək.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6799/2023 nömrəli, 20 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – G.Axundova (sədrlik edən və məruzəçi), C.Musayeva və F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci ins tansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qeyd etmişdir ki, əqdin etibarlılığının subyekt tərkibi ilə bağlı şərtin yoxlanılması zamanı müəyyən edilir ki, müqavilə tərəfləri tam fəaliyyət qabiliyyətli fiziki şəxsi və hüquqi şəxs olmuşdur.

20. Əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlərin ödənilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisə predmeti olan müqavilə İddiaçı1 tərəfindən imzalanmış, bununla da iddiaçı iradə ifadəsini bildirmişdir. İddiaçı tərəfindən aldanılmaya dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.

21. Digər İddiaçı2 razılığının alınmaması ilə bağlı dəlilə münasibətdə mə hkəmə kollegiyası qeyd etmişdir ki, hazırki iddia tələbi də məhz yenidən eyni məzmunlu müqaviləni bağlamaqdır. Sadəcə iddiaçılar həmin müqavilənin notariat qaydasında bağlanmasını və müqavilədə mənzilin yerləşdiyi mərtəbə, onun nömrəsinin dəqiq göstərilməsini tələb edirlər. Habelə, mənzil razılıq əsasında təhvil verilmiş, sökülmüş və yerində yeni bina inşa edilmişdir. Buna görə də birinci instansiya məhkəməsi xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə tələbin rədd edilməsi qənaətinə gəlməkdə haqlı olmuşdur.

22. Məhkəmə həmçinin, iddiaçıların yeni şərtlərlə müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə münasibətdə qeyd etmişdir ki, cavabdehin iradəsinə zidd olaraq onun üzərinə müqavilə bağlanması öhdəliyinin qoyulması mülki qanunvericiliyi n müqavilələr azadlığı prinsipinə uyğun deyildir.

23. Eyni zamanda, Kollegiya hesab etmişdir ki, iddiaçı mübahisə predmeti olan müqavilə şərtləri ilə razı olmadığı halda müqavilə şərtlərinin dəyişdirilməsi ilə bağlı müraciət edə bilər.

24. Məhkəmə Mülki Məcəllənin 144.1, 324.3, 324.4, 421.1-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarına və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2022-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətini n dəlilləri

25. İddiaçılar (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

26. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə tərəfindən mübahisələndirilən sazişin qanunvericilik aktlarına uyğun olmaması, mənzilə hüququ olan şəxslərin nəzərə alınmaması, müqavilənin qeyri-müəyyənliyi və digər xüsusatlar mülki hüquqların pozuntusu kimi qiymətləndirilməli idi. Apellyasiya və birinci instansiya məhkəməsi qeyrimüəyyən müddəaları özündə əks etdirən sazişi etibarlı hesab etmiş, müqavilənin natamam olmasına diqqət yetirməmiş, kobud pozuntulara hüquqi qiymət verməmiş, öz qərarını əsaslandırmamışdır. Birinci instansiya məhkəməsinə təqdim edilmiş sənədlərdən görünür ki, tikinti ilə bağlı zəruri sənədlər əldə edilmədən binanın söküntüsü həyata keçirilmiş, iddiaçılara görülən işlər barədə heç bir məlumat verilməmişdir. Mübahisəli evin yüklü olması, birgə nikah dövründə əldə edilməsi və digər xüsusatlarla bağlı araşdırma aparılmamışdır. İş materialına əlavə edilmiş layihəyə əsasən çox sayda binanın tikintisinin nəzərdə tutulmasına baxmayaraq yalnız 5-ci binanın 9-12-ci mərtəbələrinin planını əks etdirən layihə təqdim edilmiş, bunu yanlış olaraq iddiaçıların mənzilinin sxemi kimi göstərmişlər, halbuki, hazırda 1-ci binanın tikintisi gedir və məhz bu evdən mənzil veriləcəyi vəd edilmişdir. Məhkəmə göstərilən xüsusatlara hüquqi qiymət verməmiş, araşdırma aparmamaqla cavabdehin mənafeyinə uyğun qərar qəbul etmişdir. Məhkəmə prosesi zamanı nümayəndələr inşa edilə cək çoxmənzilli binalarda 2 otaqlı, 60 kv.metrlik mənzilin nəzərdə tutulmadığını bildirmələrinə və apellyasiya şikayətində göstərilənlərin öz təsdiqini tapmasına baxmayaraq birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamış, öz qərarını əsaslandırmamışdır. Apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndələrin bir-birinə uyğun gəlməyən ziddiyyətli izahatları həmçinin, onu deməyə əsas verir ki, həqiqətən də onları aldatmışlar. “20 faiz artıq sahə vermişik” deyib onları borclu çıxartmaları, “imza edib razılaşıbdır razılaşmazdı” və s. kimi sözlər işlədilməsi cavabdehlər haqqında söz deməyə imkan verir. Mübahisələndirilən müqavilə, o cümlədən məhkəmə qətnaməsi mülkiyyət hüquqlarının həyata keçirilməsinə əngəl, cavabdehin sui-istifadəsinə isə şərait yaradır. Kass asiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmuşdur. Ərizədə kassasiya şikayətinin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş edilmiş və göstərmişdir ki, hazırda binanın tikintisi başa çatmış və mənzillərin verilməsi püşkatma nəticəsində baş tutmuşdur. Yəni bütün sakinlərin mənzillləri onlara təhvil verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

29. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildir ilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir

30. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

31. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

32. Maddə 752.1. Podrat müqaviləsinə görə pod ratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində ir əli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və y a) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Ka ssasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

43. Məhkəmə kolleg iyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tət biq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

45. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 noyabr 2023-cü il tarixli 2(103)-6799/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar