Məhkəmə qərarları › İş №2(102)-1485/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1485/2019

20.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1485/2019 20.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Mirzəliyev Əsəd Abdulla oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 15 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəi üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 05 yanvar 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ************, 23 oktyabr 2014-cü il tarixli əsas kredit müqaviləsinə əsasən əsas borc üzrə 23342 (iyirmi üç min üç yüz qırx iki) ABŞ dolları 93 (doxsan üç) sent, faiz borcu üzrə 8055 (səkkiz min əlli beş) ABŞ dolları 90 (doxsan) sent, cərimə üzrə 50 (əlli) ABŞ dolları, ümumilikdə isə 31448 (otuz bir min dörd yüz qırx səkkiz) ABŞ dolları 83 (səksən üç) sent məbləğində pul vəsaiti və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı- nin xeyrinə ödənilməsi, Tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 37 saylı evin, 5 saylı mənzilə yönəldilməsi və mənzilin açıq hərracda satılması, mənzilin açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına Cavabdeh1 İddiaçı-yə borcunun ödənilməsi, İpoteka predmetinin satışından əldə edilmi ş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin Cavabdeh2 verilməsi, ipoteka predmetinin ilkin satış məbləğinin 61000 (altmış bir min) manat müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 1 ünvandayerləşən 37 saylı evin, 5 saylı mənzilinə tutma yönəldikdən və satıldıqdan ən geci 1 (bir) ay ərzində cavabdeh (ipoteka qoyan) Cavabdeh2 və onunla birlikdə yaşayan digər cavabdehlər olan ailə üzvləri (qohumları) Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh7 mənzili könüllü surətdə tərk etmədikdə həmin yaşayış sahəsindən çıxarılmaları, İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 1,35%-i, yəni 40 (qırx) qəpiyi iddiaçıya aid edilməsi, qalan 98,65%-i, yəni 29 (iyirmi doqquz) manat 60 (altmış) qəpik məbləğində pul vəsaitinin C avabdeh1 tutularaq İddiaçı-yə ödənilməsi, iş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərcinin 1,35 %-i, yəni 70 (yetmiş) qəpiyi iddiaçıdan, digər 98,65 %-i, yəni 49 (qırx doqquz) manat 30 (otuz) qəpik məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq dövlət nəfinə ödənilməsi, Qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2018-ci il tarixli, 2(103)-10477/2018 saylı qətnaməsi ilə (hakimlər F.Talışinski sədrlik edən, məruzəçi S.Hacıyev və R.Eyvazov) cavabdehlər Cavabdeh1 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməyərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-78/2018 saylı işi üzrə 05 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı cavabdehl ər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh7 qarşı iddia (tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə) ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 23.10.2014cü il tarixli ********** saylı kredit müqaviləsinə əsasən 08 may 2017-ci il tarixə Banka borclu olduğu 23342,93 (iyirmi üç min üç yüz qırx iki dollar 93 sent) ABŞ dolları məbləğində əsas borcun, 8055,90 (səkkiz min əlli beş dollar 90 sent) ABŞ dolları məbləğində faizin, 487,20 (dörd yüz səksən yeddi dollar 20 sent) ABŞ dolları məbləğində cərimənin, cəmi 31886,03 (otuz bir min səkkiz yüz səksən altı dollar 03 sent) ABŞ dolları məbləğində pulun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətini 40000 (qırx min) AZN məbləğində müəyyən edilməklə Cavabdeh1 tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 41.8 kv.m ümumi, 29 kv.m yaşayış, 12.7 kv.m yardımcı sahədən ibarət olan 2 otaqlı mənzilə yönəldilməsinə, mənzilin açıq hərracdan satılmasına və satışdan əldə olunmuş vəsaitin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 və onunla birlikdə yaşayan qohumla rı (Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh6, Cavabdeh3, Cavabdeh7 və X2) yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları və mənzilin boşaldılması baradə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, hər iki instansiya məhkəməsi işin mahiyyətini araşdırraraq hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. İşə baxılarkən MPM-nin 9 və 97-ci maddəsinin tələbləri pozulmuşdur. Maddi və prosessual hüquq normalarının pozuluğundan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 15 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 36.1, 36.3, 47.4, 59.3.1, 59.4; MM-in 269-270, 309.1, 319.1, 324.4, 324.5, 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 467, 550-554, 556, 739, 741, 743, 744; MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit və ipoteka müqavilələri (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, mübahisə edilən hissədə apellyasiya şikayətlərinin sübutedici əsası olmayan dəlillərinə əsasən qətnamənin lə ğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən etməyən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar olmadığından onların verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh4 aid edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Cavabdeh1 kassasiya şikayətinin dəlili ilə əlaqədar olaraq kollegiya qeyd edir ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə kreditor qarşısında müqavilə üzrə öhdəlikləri yaranmışdır. Cavabdeh həmin öhdəliyin icrasından yayındığı üçün iddiaçı bu tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Beləliklə kassasiya icraatı qaydasında işə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə araşdırılarkən maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Belə ki, iradə ifadəsi ilə bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən lazımınca icra edilməmiş və nəticədə həmin müqavilənin vaxtında və lazımınca icra edilməməsinə görə məsuliyyəti yaran mışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kоllеgiyаsı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə üzrə tədbiq edilməli olan hüquq normalarını düzgün tətbiq edərək nəticə etibarı ilə qanuni və əsaslı qətnamə çıxarmışdır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz, ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərba ycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 15 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar