Məhkəmə qərarları › İş №2(102)-1485/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1485/2020

13.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1485/2020 13.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı1 1qızının, vəkili Qasımlı Anar Elman oğlunun, Cavabdeh1 vəkili Əliyeva Sevda Rufulla qızının iştirakları ilə, İddiaçı1 1qızının və vəkili Qasımlı Anar Elman oğlunun Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2019-cu il tarixli, 2(105)3085/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 22 aprel 2019-cu il tarixli, 2(060)-2226/2019 saylı qətnaməsi ilə (hakim A.M.Süleymanova) İddiaçı1 1qızının Cavabdeh1 qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2019-cu il tarixli, 2(105)-3085/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi T.O.Quliyev, G.F.Tağızadə, E.G.Rəhimov) İddiaçı1 1qızının apellyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 22 aprel 2019-cu il tarixli, 2(060)-2226/2019 saylı qətnaməsi İddiaçı1 1qızına münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı1 1qızı Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 11saylı mənzil ilk dəfə 03 sentyabr 2010-cu ildə mərhum qayınanası, 10 noyabr 2016-cı il tarixdə vəfat etmiş X1 mülkiyyətində olmuşdur. O, 29 sentyabr 2003-cü ildə X2 ilə nikaha daxil olaraq ailə həyatı qurmuş və həmin mənzilə gəlin köçmüşdür. Gəlin köçərkən həmin mənzil özəlləşməmiş və dövlət mənzil fonduna aid olmuşdur. 22 yanvar 2008-ci ildə ünvan 1 ünvanında yerləşən 11saylı mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. 03 sentyabr 2010-cu ildə isə, mənzil qayınanası X1 adına özəlləşdirilmişdir. O, mənzildə qeydiyyatda olduğu üçün mənzilin özəlləşməsində iştirak etmiş və notarial qaydada razılıq ərizəsi vermişdir. Həyat yoldaşı 28 mart 2012-ci ildə, qayınanası isə 10 noyabr 2016-cı ildə vəfat etmişlər. Həyat yoldaşının vəfatından sonra baldızı Cavabdeh2 onu və azyaşlı övladını yola vermədi yi üçün məcbur qalıb 2016-cı ildə evdən çıxmışdır. Hazırda kirayədə yaşayır. Cavabdeh1, anası və bacısı əlbir olaraq öz payını bağışlamaqla Cavabdeh2 Sumqayıt “Asan Xidmət” mərkəzində xüsusi notariat kontorunda 20 iyun 2017-ci il tarixli, 25V-527 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə almaqla mənzilə tam mülkiyyət əldə etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə onun iddiası təmin olunaraq baldızı Cavabdeh2 adına Sumqayıt “Asan Xidmət” mərkəzində xüsusi notariat kontorunda 20 iyun 2017-ci il tarixli, 25V-527 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə ləğv edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə onun və qızının həmin mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə ləğv olunmuşdur. Bundan sonra həmin mənzilə dair onun və qaynı Cavabdeh1 adına qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilmişdir. Onlar mənzili həmin şəhadətnamə əsasında özəlləşdirmişlər və bundan sonra qarşılıqlı razılıq əsasında sataraq öz aralarında bölmək qərarına gəlmişlər. 21 iyul 2018-ci il tarixdə 1 saylı Notariat Kontorunda mənzili 51.000 manata satmışlar. Bankdan pulu hər ikisi imza etməklə qəbul etsələr də, məbləği bütünlükdə qaynı Cavabdeh1 götürmüşdür və həmin puldan ona cəmisi 10.000 manat vermişdir. Qalan 15.500 manat pulunu isə mənimsəyərək ona qaytarmamışdır. O, həmin 15.500 manatdan onun qızına dəyəri 300 manat olan mobil telefon almışdır. Savadsız olduğu üçün qaynı Cavabdeh1 onu aldatmışdır və bildirmişdir ki, guya ona 10.000 manat çatır. Yerdə qalan pulu isə digər vərəsələrə verəcəkdir. Lakin ona sonrad an bəlli olmuşdur ki, evin yarı hissəsi və satışdan əldə olunan vəsaitin yarısı ona çatmalıdır. Bundan sonra dəfələrlə qaynına müraciət edərək onu aldatdığını, pulu qaytarmayacağı təqdirdə ondan şikayət edəcəyini bildirsə də, o, buna heç bir əhəmiyyət verməmişdir. Ona görə də, Cavabdeh1 15.500 (on beş min beş yüz) manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı1 1qızı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İddiaçı1 1qızı və vəkili Qasımlı Anar Elman oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı1 1qızı və vəkili Qasımlı Anar Elman oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin t əmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh1 vəkili Əliyeva Sevda Rufulla qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Cavabdeh1 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İ ddiaçı1 1qızının, vəkili Qasımlı Anar Elman oğlunun, Cavabdeh1 vəkili Əliyeva Sevda Rufulla qızının izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı1 1qızının kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etmə yi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan Sumqayıt şəhər 1 saylı Notariat Kontoru tərəfindən təqdim edilmiş ünvan 1-də yerləşən 11saylı mənzilə dair alqı-satqı müqaviləsi və sənədlərdən görünür ki, mənzilin satışı ilə bağlı 48.000 manat “xxxx” ASC-də depozit hesaba qoyulmuş və 21.07.2018-ci il tarixdə satıcılar ayrı-ayrılıqda 24.000 manat qəbul edilməsi ilə bağlı qəbzlərə imza etmişlər. İşin mübahisəsiz halına görə ümumi paylı mülkiyy ətdə olan mənzili alqı-satqı müqaviləsi əsasında satılmış və mənzilin satış dəyəri bankın depozit hesabına qoyulmuş, hər iki mülkiyyətçi qəbzə imza etməklə paylarına düşən pul məbləğini bankın kassasından qəbul etmişlər. İş materiallarından görünür ki, İddiaçı1 birgə aldıqları mənzilin dəyərinin ona çatacaq 15.500 manat hissəsinin cavabdehdə olduğunu bildirir və həmin məbləğin ona qaytarılmasını tələb edir. Lakin yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.Belə ki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin fak tiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətind ə göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 1qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2019-cu il tarixli, 2(105)-3085/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar