Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1486/2020 27.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şamaxı Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(074)-686/2018, hakim E.Z.Hümbətov) iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 47.734 manat əsas borc, 8.755 manat faiz borcu, 20 manat cərimə borcu olmaqla, cəmi 56.509 manatın tutulması, tutmanın cavabdehə məxsus Sumqayıt şəhəri, 34-cü məhəllə, 6/19 saylı evin 26 saylı mənzilinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin 60.000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə edilmiş vəsait hesabına banka olan borcun ödənilməsi, bu vəsait kifayət etmədikdə borcun ümumi qaydada tutulması, ipoteka predmetinə tutma yönəldikdən və açıq hərracda satıldıqdan sonra cavabdehin mübahisəli mənzili 1 ay ərzində tərk etmədiyi təqdirdə evin boşaldılması və onun istifadə hüququnun itirilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-ci il tarixli qətnaməsi ilə (iş № 2(105)-915/2019, hakimlər E.G.Rəhimov, A.Ə.Abbasov, T.Q.Məmmədov) Cavabdehapellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə “faiz borcunun tutulması” hissəsində dəyişdirilmiş, cavabdehdən iddiaçının xeyrinə 1.956 manat faiz borcunun tutulması qət edilmiş, qətnamə qalan hissələrdə dəyişdiirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxx 2015-ci il tаrixli müqaviləyə əsasən, sonuncuya bank tərəfindən illik 8 faiz dərəcəsi olmaqla 300 ay müddətinə 50.000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilədən irəli gələn öhdəliklərin icrasının təmin etmək məqsədilə bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus Sumqayıt şəh əri, 34-cü məhəllə, 6/19 saylı evin 26 saylı mənzili bankın xeyrinə yüklü edilmişdir. xx xxxxx 2018-ci tarixdə “xxxx” ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallar düzgün araşdırılmamış, o, məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməmiş və nəticədə işdə iştirak etmək hüququndan məhrum olmuş, eləcə də ipoteka predmetinin ilkin satış qiymətinin onun real bazar dəyərini əks etdirmədiyi barədə dəlillərinə düzgün hüquqi qiymət verilməmiş, faiz borcu tamamilə ödənildiyi halda ondan faiz borcunun tutulması barədə əsassız nəticəyə gəlinmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun və dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741- ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər üzrə verilməsini şərtləndirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması ist isna edilir. İş materiallarından görünür ki, kreditor kredit müqavilələri üzrə öhdəlikləri yerinə yetirərək nəzərdə tutulmuş kredit məbləğini borcluya ödəmiş, lakin borclu kredit razılaşmaları üzrə öhdəlikləri tam yerinə yetirməyərək banka borclu qalmış, əsas və faiz borclarını vaxtında ödəməmişdir. İddiaçı cavabdehdən əsas borc üzrə 47734 manat, faiz borcu üzrə 8755 manat, cərimə üzrə 421,27 manat pulun tutulmasını tələb etmişdir. İş üzrə alınmış məhkəmə mühasibatlıq ekspertizasının xx xxxx 2019-cu il tarixli, rəyinə əsasən, Cavabdeh xx xxxxxxx 2017-ci il tarixə əsas borc üzrə 48386 manat, faiz borcu üzrə 1956 manat borcu vardır. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218.3-cü maddəsinuin tələbləri baxımından əsas borcun iddia ərizəsində göstərilən m əbləğdə tutulması, eyni zamanda həmin Məcəllənin 467-ci maddəsinin tələbləri baxımından iddiaçı tərəfindən tələb eilən 421 manat cərimənin 20 manat məbləğində müəyyən edilməsibarədə birinci instansiyası məhkəməsinin gəldiyi nəticələrlə razılaşmışdır. Bununla bərabər apellyasiya məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini faiz borcu hissəsində dəyişdirərək həmin məbləğin da ekspert rəyində göstərilən məbləğə uyğun müəyyən edilməsini qət etmişdir. Eyni zamanda tərəflər arasındakı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədilə ipoteka müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınm az əşyanın satılmasını tələb edə bilər Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1 və 34.1.2.-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə görə, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın ra zılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka müqaviləsində ipoteka predmetinin ilkin satış qiyməti 63.000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən alınmış qiymətləndirici rəyi ilə ipoteka predmeti olan əmlakın dəyəri 60.000 manat müəyyən edilmiş və birinci instansiya məhkəməsi tərəfindən həmin əmlakın ilkin satış qiyməti həmin məbləğdə müəyyən edilmişdir. Cavabdeh apellyasiya şikayətində mənzilinin aşağı məbləğdə dəyərləndirildiyini qeyd etmiş və bu qiyməti mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiya məhkəməsinin təşəbbüsü ilə mübahisəli əmlak müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməyə təqdim edilmiş, lakin cavabdeh bu prosesə maneçilik törətmiş, mütəxəssisi mü lkiyyətində olan mənzilə buraxmamışdır. Buna görə də apellyasiya məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzil açıq hərraca çıxarılarkən onun ilkin satış qiyməti məlum xx xxxxxx 2018-ci il tarixli hesabatda müəyyənləşdirilmiş dəyərə müvafiq olaraq 60000 manat məbləğində müəyyən edilmiş və birinci instansiya məhkəməsinin bu barədə gəldiyi nəticə də işin hallarına uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunm uş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə müəyyən edilmiş həqiqi hallara uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1486/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1486/2020
27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver