Məhkəmə qərarları › İş №2(102)-1487/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1487/2021

16.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1487/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1487/21 (Açar sözlər: alimentin tutulması) 16.03.2021 Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 və cavabdehin vəkili Hacıyeva Səbirə Sabir qızının iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3039/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilm iş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixdə nikah bağlanmışdır. Nikahdan 2 övlad doğulmuşdur: xx.xx.2014-cü il təvəllüdlü İnci və xx.xx.2018-ci il təvəllüdlü Reyhan. Reyhan xx.xx.2019-cu il tarixdən “Anemiya İ dərəcə” diaqnozu ilə dispanser qeydiyyatındadır (Sabunçu Rayon 22 №-li Uşaq poliklinikasının xx.xx.2019-cu il tarixli, 211 №-li arayışı; iş v. 15). İnci isə cərrahiyə əməliyyat olunmuş və xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi “OU–cərrahi əməliyyatdan sonrakı ortotropiya; mürəkkəb hipermetrik astiqmatizm; binokülyar görmənin zəyfliyi” diaqnozu ilə X5 adına Milli Oftalmologiya Mərkəzində müayinələrdən keçmişdir (həmin Mərkəzin xx.xx.2019-cu il tarixli, 1462 №-li və xx.xx.2019-cu il tarixli, 1761 №-li arayışları; iş v. 19 və 39). Nikahdan uşaqların olmasına baxmayaraq iddiaçı ilə cavabdehin münasibətləri pozulmuş və onlar ayrılmışlar. Uşaqlar analarının (hazırki iş üzrə iddiaçının) yanında qalmışlar. Cavabdehlə ayrı yaşadıqları müddət ərzində iddiaçı, uşaqların səhhəti ilə bağlı zəruri xərcləri özü qarşılayır. Cavabdeh uşaqların saxlanılması və müalicəsi ilə əlaqədar iddiaçıya köməklik göstərmir. İddiaçı xx.xx.2013-cü il tarixdən Respublika Gigiyena və X1-damcı infeksiyalar bölməsində həkim-köməkçi vəzifəsində işləyir; xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər sosial məzuniyyətdədir (həmin Mərkəzin xx.xx.2019-cu il tarixli, xx-xx/2704 №-li arayışı; iş v. 40). Cavabdeh hazırda Bakı Şəhəri Yasamal R ayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyündə polis nəfəri vəzifəsində işləyir; tutmalar aparıldıqdan sonra aylıq əmək haqqı 671,78 manat təşkil edir (həmin RPİ-nin xx.xx.2019-cu il tarixli, 048-7701219 №-li arayışı). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı ərizə ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək uşaqların – xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay, hər uşağa görə 200 (cəmi 400) manat sabit pul məbləğində alimentin, uşaqların xəstəliyi üçün əlavə xərc olaraq 300 manat, xx.xx.2018-ci il təvəllüdlü Reyhan 3 yaşına çatana kimi isə iddiaçının özü üçün 100 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xah iş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh xx.xx.2018-ci il tarixdə nikaha daxil olaraq, ailə qurmuşlar. Bu nikahdan onların 2 uşaqları var. Nikahdan uşaqların olmasına baxmayaraq iddiaçı ilə cavabdehin münasibətləri pozulmuş və onlar ayrılmışlar. Uşaqlar analarının (hazırki iş üzrə iddiaçının) yanında qalmışlar. Uşaqların hər ikisinin səhhətində problemlər var; mütəmadi olaraq müalicəyə ehtiyacları var. Cavabdehlə ayrı yaşadıqları müddət ərzində iddiaçı uşaqların səhhəti ilə bağlı zəruri xərcləri özü qarşılayır. Cavabdeh uşaqların saxlanılması və müalicəsi ilə əlaqədar iddiaçıya köməklik göstərmir. Uşaqlar körpə və xəstə olduqları üçün iddiaçı işləyə bilmir, sosial məzuniyyətdədir. Cavabdehin isə alimenti və qeyd edilən xərcləri ödəmək üçün maddi imkanı var.

4. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim A.Paşayeva) iddianın qismən təmin edilməsi, iddiaçı ilə cavabdehin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay, hər uşağa gərə 160 (cəmi 320) manat sabit pul məbləğində alimentin, xx.xx.2018-ci il təvəllüdlü Reyhan 3 yaşına çatana kimi iddiaçının özü üçün 50 manat, uşaqların xəstəliklərinin müalicəsi üçün hər uşağa görə 50 (cəmi 100) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.

5. Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78, 81, 84.1, 86-cı maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər- M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və E.Şamayev ) 05 mart 2020-ci il tarixli, 2(103)-3039/20 nömrəli qətnaməsi ilə hazırkı mülki iş üzrə Bakı Şəhər Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamə, “iddiaçı ilə cavabdehin birgə nikahından doğulmuş uşaqların müalicəsi üçün hər uşağa görə 50 (cəmi 100) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə” hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək həmin hissədə iddia təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv edərkən Azərbaycan Respublikası Kon stitusiyasının 17-ci maddəsinə, Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1, 78.1-ci maddələrinə, BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyasının” 3-cü maddəsinə əsaslanmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri

8. İddiaçı apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, uşaqlara görə əlavə xərclərin tutulması hissəsində qətnaməni ləğv edib apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, uşaqların müalicəsi ilə bağlı iddia tələbinin rədd edilməsi hissəsi mübahisələndirilir və məhkəmənin qətnaməsi bu hissədə işə baxılarkən madd i və prosessual hüquq normalarının pozulması və ya düzgün tövsif olunmaması ilə çıxarıldığından həmin hissədə qətnamə ləğv edilməli və bu hissədə iddianın təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməlidir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı Cavabdeh etiraz göndərərək iddiaçının kassasiya şikayətinin təmin olunmamasını, apelyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, maddi vəziyyəti yaxşı deyil, kirayədə yaşayır, kirayə haqqını ödəyə bilmədiyinə görə bacısının ailəsi ilə birlikdə yaşamağa məcbur olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil kassasiya şikayətini müdafiə edə rək, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 və vəkili Hacıyeva Səbirə Sabir qızı kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Tətbiq edilən hüquq.

13. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar.

14. Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

15. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övl adlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 16. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 17. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

18. BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyasının” 3-cü maddəsinə görə, uşaqlar barəsində bütün tədbirlərdə əsas di qqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.

19. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin mənasına görə isə, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mö vqeyi

23. İddiaçı qətnaməni uşaqların müalicəsi üçün aliment tutulması tələbinin rədd edilməsi hissəsində mübahisələndirir. Lakin iddiaçı tərəf uşaqların mütəmadi müalicəyə ehtiyacları olması, nə qədər vəsait xərclənməsi ilə bağlı halı sübuta yetirə bilməmiş, həmin məsələyə aydınlıq gətirə bilməmişdir.

24. Cavabdeh post-patrul xidmətində daimi olaraq çalışır. Aylıq əmək haqqı 671,78 manat təşkil edir. Həmin vəsaitin yarısından da çoxu-370 manatı aliment kimi tutulur. Cavabdehin özünün aylıq yaşayışını təmin etmək üçün cəmi 301 manat vəsait qalır.

25. Cavabdehin üzərinə əlavə aliment ödəmək öhdəliyi qoyularkən ehtimallarla qərar qəbul etmək olmaz. Aliment yetkinlik yaşına çatmayanın saxlanması üçün tutulur (əlavə xərclər də elə uşaqların saxlanmasına xidmət edir). Ona görə hər bir halda t ələb olunan alimentin məbləği sübuta yetirilməlidir.

26. İddiaçı əlavə xərclərlə bağlı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyi üçün həmin hissədə iddianın təmin olunmaması əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən uşaqların səhhətlərində müəyyən problemlərin olması müəyyən edilsə də, bu hal, Ailə Məcəlləsinin 81.3-cü maddəsinə görə cavabdehin əlavə xərclərin ödənilməsinə cəlb edilməsinə əsas ola bilməz. Çünki həmin maddənin tələbinə görə, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Lakin iş üzrə iddiaçı bu kimi xərclərin onun tərəfindən artıq çəkilmiş olduğunu və ya bu kimi xərcləri qarşılamalı olmasını təsdiq edə biləcək sübutları (məsələn: xərclərin ödənilməsi ilə bağlı edilmiş ödənişləri təsdiq edən kassa çeklərini və ya müalicənin (əməliyyatın) həyata keçirilməsi üçün əvvəlcədən ödənilməsi zəruri olan xərclər barədə ödənişli tibb müəssisəsinin müvafiq arayışını) məhkəmələrə təqdim etməmişdir.

27. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanmalıdır.

28. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3039/2020 nömrəli iş üzrə xxxx 2020-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar