Məhkəmə qərarları › İş №2(102)-1488/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1488/2024

05.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1488/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması barədə icra qeydi olduğuna görə mülki işin icraatına xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 fevral 2024-cü il tarixli, 2(106)158/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati bin asında yazılı icraat qaydasında iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 27 mart 2017-ci il tarixdə notariat qaydasında təsdiq olunmuş Mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə görə, Cavabdeh İddiaçı 25000 manat borcunun olduğunu etiraf etmiş və borcunu 27 mart 2018-ci il tarixədək tam ödəməyi öz öhdəsinə götürmüşdür. Sonradan tərəflər arasında notariat qaydasında bağlanan 27 mart 2018-ci il, 26 aprel 2018-ci il və 28 avqust 2018-ci il tarixli sazişlərə görə Cavabdeh İddiaçı olan borcunu son nəticədə 27 dekabr 2018-ci il tarixədək tam ödəməyi öz öhdəsinə götürür.

2. Bakı şəhəri 38 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş və reyestrdə 8İ-122 nömrəsi ilə qeyd edilmiş 11 yanvar 2020-ci ildə aparılmış icra qeydinə əsasən 27 mart 2017 -ci il tarixli, 3M-220 reyestrli və 28 avqust 2018-ci il tarixli, 3M-1033 reyestrli müqavilə üzrə İddiaçı xeyrinə Cavabdeh müddət üçün vaxtında ödənilməmiş 25000 manatın tutulması təklif edilmişdir.

3. Neftçala rayon İcra və Probasiya şöbəsinin 13 yanvar 2023-cü il tarixli qərarı ilə Bakı şəhəri 38 saylı notariat ofisi tərəfindən verilmiş 8İ-122 saylı, 11 yanvar 2020-ci il tarixli icra qeydi tələbkar İddiaçı xahişinə əsasən icra edilmədən tələbkara qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 22500 manat pul vəsaitinin və 165 manat dövlət rüsu mu vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh 05 may 2014-cü il tarixdə iddiaçıdan 25000 manat məbləğində borc pul almışdır. Həmin pulu qısa müddət ərzində qaytaracağına söz versə də, borcu qaytarmamışdır. 27 mart 2017-ci il tarixdə Bakı şəhəri 38 saylı notariat kontorunda cavabdehlə iddiaçı arasında mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmış, cavabdeh 27 mart 2018-ci ilədək borcu tam ödəməyi öhdəsinə götürmüşdür. Lakin qeyd edilən tarixə qədər borc qaytarılmadığından tərəflər arasında mövcud borcun etirafı haqqında 27 mart 2017-ci il tarixli müqaviləyə 3 dəfə dəyişiklik edilməsi barədə sazişlər imzalanmışdır. İmzalanmış sonuncu sazişə əsasən cavabdeh iddiaçıya mövcud borcu 27 dekabr 2018-ci il tarixədək tam ödəməyi öhdəsinə götürmüşdür. Bu tarixdə də borc qaytarılmamış, iddiaçı Bakı şəhəri 38 saylı notariat kontoruna müraciət etmiş, notariat kontoru tərəfindən 11 yanvar 2020-ci il tarixli icra qeydi verilmiş və icra olunması üçün aidiyyəti üzrə Neftçala rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İddiaçı 10 yanvar 2023-cü ildə ərizə ilə Neftçala rayon İcra və Probasiya şöbəsinə müraciət edərək icra qeydinin geri qaytarılmasını xahiş etmiş və 13 yanvar 2023cü il tarixli qərarla Bakı şəhəri 38 saylı notariat kontoru tərəfindən verilmiş icra qeydi icra edilmədən tələbkara qaytarılmışdır. Məhkəmə araşdırması zamanı cavabdeh borclu olduğunu etiraf etmiş və tələb olunan məbləğin 2500 manat hissəsini iddiaçıya qaytarmışdır.

6. Neftçala Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2(053)- 238/2023 nömrəli qətnaməsi ilə (hakim S.İ.Quliyev) iddia təmin edilmiş, Cavabdeh 22500 manatın, habelə iddia ilə məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 165 manatın tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443.1, 448.1, 882.1, 882.2, 882.5-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Cavabdeh apellyasiya şikayəti verərək, Neftçala Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2(053)-238/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

9. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 fevral 2024-cü il tarixli, 2(106)-158/2024 nömrəli qər ardadı ilə (hakim S.İ.Mayılovun sədrliyi və məruzəsi ilə, hakimlər T.X.Heydərovdan və İ.Q.Əsədovdan ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Neftçala Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2(053)-238/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir.

10. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbi icra qeydinin verilməsinə də əsas olmuş mövcud borcun etirafı haqqında müqavilə üzrə öhdəliyin icra edilməsi ilə bağlıdır. Notariusun icra qeydi mövcud olduğu (qüvvədə olduğu) halda həmin sənədin verilməsinə əsas olmuş müqavilə üzrə öhdəliyin icra edilməsi tələbinə məhkəmə qaydasında baxılması isə yolverilməzdir və MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.

11. Bakı şəhəri 38 saylı nota riat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş və reyestrdə 8İ-122 nömrəsi ilə qeyd edilmiş 11 yanvar 2020-ci ildə aparılmış icra qeydinin hazırda qüvvədə olub-olmamasının müəyyənləşdirilməsi məqsədi ilə Bakı şəhəri 38 saylı notariat ofisinə sorğu verilmişdir. Bakı şəhəri 38 saylı xüsusi notariat ofisinin 31 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, 27 mart 2017-ci il tarixli, 3M-220 reyestrli mövcud borcun etirafı haqqında müqavilə, 28 avqust 2018-ci il tarixli, 3M-1033 reyestrli mövcud borcun etirafı haqqında müqavilə və 11 yanvar 2020-ci il tarixli, 8İ-122 reyestrli icra qeydi qüvvədədir.

12. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri 38 saylı notariat ofisi tərəfindən 27 mart 2017-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə və 28 avqust 2018-ci il tarixli saziş əsasında 11 yanvar 2020-ci il tarixində ödənilməmiş 25000 manat pulun Cavabdeh tutulub İddiaçı verilməsi barədə icra qeydi verilmiş, həmin icra qeydi Neftçala rayon İcra və Probasiya şöbəsinin 13 yanvar 2023-cü il tarixli qərarı ilə tələbkar İddiaçı xahişinə əsasən icra edilmədən ona qaytarılmışdır. 11 yanvar 2020-ci il tarixdə aparılmış, reyestrdə 8İ-122 nömrə ilə qeyd edilmiş icra qeydi qüvvədədir.

13. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, Neftçala rayon İcra və Probasiya şöbəsinin 13 yanvar 2023-cü il tarixli qərarı ilə Bakı şəhəri 38 saylı notariat ofisi tərəfindən verilmiş 11 yanvar 2020-ci il tarixli icra qeydi tələbkar İddiaçı xahişinə əsasən icra edilmədən ona qaytarılmış olsa da, bu hal həmin icra qeydinin qüvvədən düşməsinə və ya l əğvinə səbəb olmamışdır. Notariusun icra qeydi qüvvədə olduğuna görə həmin sənədin verilməsinə əsas olmuş mövcud borcun etirafı haqqında mücərrəd müqavilə və həmin müqaviləyə dair sazişlər üzrə öhdəliyin icra edilməsi tələbinə məhkəmə qaydasında baxılması yolverilməzdir və bu səbəbdən də MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.

14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.1, 6.1.4, 8.1, 23.1.1-ci, Mülki Prosessual Məcəllənin 261.0.2, 384.0.5, 387.2.8-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

15. İddiaçı kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 fevral 2024-cü il tarixli, 2(106)-158/2024 nömrəli qərardadının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Mülki Məcəllənin 6.1.9-cu, “İcra haqqında” Qanunun 23.3-cü Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddələrinin tələbləri pozulmuşdur.

17. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mülkiyyəti hesab edilən pul vəsaitinin effektiv geri alınması üçün məhkəmə müdafiəsi hüququndan istifadə etmək imkanından məhrum etmişdir. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməzdən öncə ərizə ilə müraciət edərək, Bakı şəhəri 38 saylı notariat ofisinin verdiyi icra sənədini icra qurumundan geri istəmiş, icra qurumu da icra sənədini icra etmədən geri qaytarmışdır. Hazırda icra qu rumunun icraatında tərəflər arasındakı borc münasibətləri ilə bağlı heç bir icra sənədi mövcud deyildir. İddiaçı hüququndan istifadə edərək, mübahisəni məhkəmə müstəvisinə daşımış və qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında yeni icra sənədinin icra qurumuna yönləndirilməsinə nail olmaq istəmişdir.

18. Həmçinin apellyasiya məhkəməsinin istinad etdiyi Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinin dizpozisiyasından görünür ki, həmin norma özündə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini, iddiaçının iddiadan imtina etməsini, tərəflər arasında təsdiq olunmuş barışıq sazişini və iş üzrə icraata xitam verilməsi haqqında məhkəmə qərardadını ehtiva edir. Apellyasiya instansiyası məhkəməsi isə İddiaçı ilə Cavabdeh arasında borc münasibətlərini rəsmiləşdirən notarial qaydada təsdiq olunmuş borcun mücərrəd etirafı müqaviləsini, həmin müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi müddətinin uzadılması sazişlərini və qeyd edilən sənədlərin təsdiq edildiyi Bakı şəhəri 38 saylı notariat ofisi tərəfindən verilmiş icra sənədini MPM-in 261.0.2-ci maddəsində nəzərdə tutulmadığı halda bu maddənin təsiri altına düşdüyünə istinad edərək həmin normanı düzgün tətbiq etməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mövcud olan münasibətlərlə əlaqəli icra qeydinin mövcud olması, həmin icra qeydinin hələ də qüvvədə olması və çıxarılmış məhkəmə aktı nəticəsində eyni öhdəlik üzrə iki icra sənədinin mövcud olacağı ilə bağlı irəli sürülmüş dəlili də qeyd edilmiş normanın dispozitiv məzmunundan kənara çıxa raq onun mülki iş üzrə icraata xitam verilməsi üçün keçərli əsas deyildir.

19. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

20. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:

21. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

22. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadını bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmə tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının düzgün tətbiqinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

23. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ. hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 24. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 6.1.4-cü maddəsinə əsasən notariusun icra qeydləri icra sənədi sayılır. 23.1.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidi r.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə icraata xitam verilməklə, düzgün nəticəyə gəlinmişdir.

27. Kassasiya ş ikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, habelə Mülki Prosessual Məcəllənin 4.1-ci maddələri ilə müəyyən olunmuş hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatı mütləq hüquq deyildir və müəyyən prosessual şərtlər çərçivəsində məhdudiyyətlərə məruz qala bilər.

28. Hazırki iş üzrə müəyyən olunmuşdur ki, iddia tələbinin əsasını təşkil edən, tərəflər arasında bağlanılan mövcud borcun etirafı haqqında mücərrəd müqavilə üzrə Bakı şəhəri 38 saylı Notariat kontoru tərəfindən 11 yanvar 2020-ci il tarixdə icra qeydi verilmişdir. Həmin icra qeydi tələbkarın xahişinə əsasən icra məmurunun qərarı ilə qaytarılsa da, qüvvədədir və ləğv olunmamışdır.

29. Məhkəmə kollegiyası izah edir ki, icra qeydi müqaviləyə əsaslanan öhdəli yin məcburi icrası üsuludur və öhdəliyin mübahisəsiz olduğu hallarda tətbiq edilir. İcra qeydi hüquqi təbiəti etibarilə müqavilə öhdəliyinin icra olunması ilə bağlı qəti vəzifə müəyyən edir və məhkəmə tərəfindən verilən icra sənədi ilə eyni qüvvəyə malik olmaqla, icrası məcburidir.

30. Həmçinin, icra sənədinin geri qaytarılması onun xitamına səbəb olmur. Belə ki, “İcra haqqında” Qanunun 23.3-cü maddəsinə görə tələbkarın müraciəti əsasında icra edilmədən qaytarılan icra sənədi yenidən icraya yönəldilə bilər və icra qurumu həmin icra sənədini icraata qəbul etməli və icra tədbirlərini davam etməlidir.

31. Göstərilənlərə əsasən məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya məhkəməsi hazırki iddiaya baxılmasına mümkünsüz olması qənaətinə gəlməklə düzgün nəticəyə gəlmişdir.

32. Kassasiya şikayətinin digər dəlili ilə məhkəmə kollegiyası razılaşır. Belə ki, apellyasiya məhkəməsi iş üzrə icraata xitam verərkən Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə istinad etməklə, prosessual hüquq normasını düzgün tətbiq etməmişdir.

33. Halbuki, qeyd olunan maddə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadının mövcudluğu halında iş üzrə icraata xitam verilməsini nəzərdə tutmuşdur.

34. Hazırki işdə isə, tərəflər arasındakı mübahisə üzrə məhkəmə aktı mövcud deyildir. Notariusun icra qeydi isə belə məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

35. Məhkəmə k ollegiyası izah edir ki, iddiaçının hazırki tələbinə baxılması yolverilməz olsa da, bunun əsasını Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsi, yəni işə məhkəmədə baxılmalı olmaması təşkil edir.

36. Bununla belə, prosessual hüquq normasının qeyd olunan pozuntusu düzgün olmayan məhkəmə aktının qəbul edilməsi ilə nəticələnmədiyindən, Mülki Prosessual Məcəllənin 418.3-cü maddəsinə əsasən kassasiya şikayətinin hazırki dəlili qərardadın ləğvi üçün əsas kimi qəbul edilə bilməz.

37. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, m əhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 fevral 2024-cü il tarixli, 2(106)-158/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar