Məhkəmə qərarları › İş №2(102)-1489/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1489/2024

16.04.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1489/2024 16.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə (üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhər Ərazi İdarəsi cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, mülkiyyətə edilən qanunsuz müdaxilənin aradan qaldırılması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK QSC-yə qarşı “mülkiyyətin müdafiəsi, mülkiyyətə edilən qanunsuz müdaxilənin aradan qaldırılması” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2023-cü il tarixli 2(103)-7145/2023 saylı qətnaməsindən Cavabdeh Mənzil Tikinti Kooperativi Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası (“İzmir” restoranı) və ona aid 0.32875 ha torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında İddiaçı (bundan sonra mətndə iddiaçının) və X2 adına qeydə alınmışdır və restoran 1995-ci ildən fəaliyyətə başlamışdır.

2. İddiaçı restoranın əvvəllər nəqliyyat vasitələrinin yolu kimi istifadə edilən giriş-çıxış qapısının önü "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra mətndə cavabdeh) tərəfindən mişar daşı ilə bağl anmış, bununla əlaqədar olaraq iddiaçı müxtəlif inzibati orqanlara müraciət etmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidməti iddiaçıya xx.xx.2015-ci il tarixli cavab məktubunda bildirib ki, “İzmir” restoranının həyatyanı ərazisinə gedən məhəllə daxili avtomobil yolu inşaat işləri ilə əlaqədar Cavabdeh MKT-nın nümayəndələri tərəfindən bağlanmışdır. Gələcəkdə hərhansı fövqəladə hadisənin baş verməsinin qarşısının alınması məqsədi ilə qeyd edilən ünvanda obyektlərin perimetrləri boyunca keçidlərin açılması üçün xx.xx.2015-ci il tarixli məktubla Cavabdeh MKT-nın rəhbərliyinə və xx.xx.2014-cü il tarixli məktubla Yasamal Rayon İcra Hakimiyyətinə məktublar göndərilmişdir.

3. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi iddiaçı ya ünvanlandığı xx.xx.2022-ci il tarixli məktubunda bildirib ki, həqiqətən Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2015-ci il tarixli 076/081 nömrəli tikintiyə icazə sənədi əsasında Cavabdeh MTK tərəfindən tikintisi aparılan çoxmərtəbəli yaşayış binalarının ərazisinin daş hasara alınması zamanı sözügedən restoranın giriş-çıxış yolu bağlanmışdır.

4. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi iddiaçıya ünvanladığı xx.xx.2020-ci il və xx.xx.2022-ci il tarixli məktublarında bildirib ki, göstərilən ünvanda Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının ətrafının daş hasara alınması zamanı İzmir küçəsi 5 ünvanında yerləşən “İzmir” restoranının da istifadə etdiyi və əvvəllər möv cud olmuş nəqliyyat vasitələrinin gediş-gəliş yolu bağlanmışdır. Həmin gediş-gəliş yolunun açılaraq bərpa edilməsi üçün aidiyyətı orqanlara müraciətlər olunsa da, bu yolun açılması təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə (üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhər Ərazi İdarəsi cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan Yasamal rayonu, İzmir küçəsi 5 ünvanında yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş yolunun təmin edilməsi üçün cavabdehin üzərinə vaxtı ilə mövcud olmuş və cavabdeh tərəfindən bağlanmış avtomobil yolunun açılması vəzifəsinin qoyulması, yoldan sərbəst istifadə üçün cavabdeh tərəfindən yaradılan hər cür maneələrin aradan qaldırılması və cavabdehin qanunsuz müdaxiləsinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılıb ki, ünvan 1 ünvanında yerləşən “İzmir” restoranı və onun altındakı 0.32875 ha torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Restoran 1995-ci ildən fəaliyyətə başlamışdır. Qısa müddətdə həmin restoran şəhər sakinlərinin və turistlərin daimi istirahət yerinə çevrilmişdir. Restoranda 60 nəfər daimi çalışan işçi olmuşdur. Lakin 8 ilə yaxındır ki, restorana gedən məhəllə daxili avtomobil yolu Cavabdehnın rəhbərliyi tərəfindən qanunsuz olaraq daş hasar çəkilməklə tam bağlanmışdır. Həmçinin cavabdeh də həmin yoldan hər hans ı kənar məqsəd üçün deyil, öz təyinatı üzrə bina sakinlərinin gediş-gəliş yolu kimi istifadə edir. Yəni onların restorana gedən yolun açılması cavabdehin hər hansı hüquq və mənafelərinə toxunmur və həmin yol ümumi istifadə üçün nəzərdə tutulmuşdur. Bir nəfər mühafizəçidən başqa bütün işçilər qaçıb dağılmışdır. Bu hal onların restoranın fəaliyyət göstərməsinə tam mane olmuş, restoranın işgüzar nüfuzuna, onların maddi və mənəvi mənafeyinə mühüm ziyan vurmuş və vurmaqda davam edir. Onlar faktiki olaraq əmlakı idarə etmək imkanından və bundan əldə edəcəyi gəlirlərdən xeyli dərəcədə məhrum olmuşlar. Bütünlükdə Cavabdehnın qanunsuz hərəkətləri nəticəsində onlara külli miqdarda ziyan vurulmuşdur. Xüsusilə, həmin yerdə yanğın, uçqun və sair fövqəladə hallar baş verərsə yanğından mühafizə, təcili t ibbi yardım və digər xilasetmə qüvvələri maşınlarının hazırda ora daxil ola bilmək imkanı yoxdur. Bu da ilk növbədə insanların həyat və sağlamlığını real təhlükə qarşısında qoymaq deməkdir. Qanunların ən öndə məqsədi və vəzifəsi insan həyatının aliliyinin qorunmasıdır. Bu mənada restoranın ətrafında, sağ və sol tərəfdə yaşayış binalarının olması da məsələnin nə dərəcədə ciddi, fövqəladə olmasından xəbər verir. Hər hansı yanğın halında xüsusi təyinatlı maşınların (texnikaların) müdaxiləsi əlçatmaz olar və baş verən yanğın qarşısı alınmaz ola bilər. Bu isə ağır bərpaolunmaz itkilərin yaranmasına gətirib çıxara bilər. Bu problemin həlli ilə əlaqədar dəfələrlə edilmiş müraciət və xəbərdarlıqlara baxmayaraq restoranın normal fəaliyyəti üçün şərait yaradılmamış, haqlı tələbləri təmin edilməmişdi r. Tələbi ona görə haqlı hesab edir ki, Cavabdeh bir hüquqi şəxs kimi hələ təsis edilmədiyi vaxtlarda “İzmir” restoranı mövcud olub, tanınmış restoran kimi fəaliyyət göstərib. Həmin vaxt restorana avtomobillərin sərbəst giriş-çıxış yolu, həmin yolun önündə isə avtomaşınların dayana biləcəyi geniş avtodayanacaq mövcud olmuşdur. Fəaliyyətə başladığı gündən indiyədək xüsusi mülkiyyət hüququ əsasında ayrı-ayrı şəxslərin mülkiyyətinə keçmiş bu restorana Əmlak Məsələləri Dövlət Komitəsindən hər dəfə verilən texniki pasportlarda da avtomobillər üçün bu giriş-çıxış yolunun olması öz əksini tapmışdır. Restorana həmin yoldan başqa, alternativ giriş çıxış yolu yoxdur. Onlar mülkiyyətə edilmiş qəsd və ya başqa maneələrlə bağlı aidiyyətı icra hakimiyyəti və hüquq mühafizə orqanlarına dəfələrlə müraciət etməklə Cavabdeh MTK-nın rəhbərliyi tərəfindən bu hərəkətlərə son qoyulmasına köməklik göstərilməsini xahiş etmişdir. Hüquq mühafizə orqanları tərəfindən yerli baxış zamanı göstərilən hüquqpozma, yəni məhəllə daxili avtomobil yolunun Cavabdeh MTK-nın rəhbərliyi tərəfindən qanunsuz olaraq daş hasar çəkilməklə tam bağlanılması faktı öz təsdiqini tapsa da, hazırki məsələnin həlli üçün müvafiq məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur.

7. Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş edib.

8. Üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə2 işin mahiyyəti üzrə baxılmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirib.

9. Birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli qərardadla ekspertiza təyin etmişdir. Həmin qərardad əsasında Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 10/693 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizası rəyində göstərilib ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüləri, planlı yerləşməsi və digər texniki parametrləri xx.xx.2018-ci il tarixli, **********23-06301 reyestr nömrəli texniki pasporta uyğundur. Həmin texniki pasportda ərazinin şimal tərəfindəki sərhəd hasarında giriş-çıxış qapısının olması qeyd olunsa da, faktiki vəziyyətdə həmin qapının önündə mişar daşından hasar inşa edilməklə yol bağlanmışdır. Cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin ölçüləri, planlı yerləşməsi və digər texniki parametrləri Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 10/121 nömrəl i 2014-cü il tarixli ayrıc aktına uyğundur. İddiaçının gediş-gəliş yolu kimi iddia etdiyi sahə 10/121 nömrəli 2014-cü il tarixli ayrıc aktı ilə yaşayış binalarının tikintisi üçün Cavabdeh MTK-ya verilmiş 0,9479 ha torpaq sahəsinə düşür. Rəydən həmçinin görünür ki, xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan ünvan 4 ünvanında yerləşən “İzmir” restoranına və onun altındakı 0,32875 ha torpaq sahəsinə avtomobillə (nəqliyyat vasitəsi ilə) hər-hansı alternativ gediş-gəliş yolun olmadığı müəyyən edilmişdir. Əlavə olaraq qeyd olunur ki, sözügedən torpaq sahəsinə faktiki vəziyyətdə parkın ərazisindən keçən piyada yolu mövcuddur. Həmin piyada yolunda müvafiq icra hakimiyyəti qurumları ilə razılaşdırdıqdan sonra əraziyə uyğun tərtib olunacaq layihə əsasında yenidənqurma işləri aparılmaqla “İzmir” restoranına və onun altındakı 0,32875 ha torpaq sahəsinə avtomobillə gediş-gəliş yolunun açılması texniki cəhətdən mümkündür.

10. Cavabdeh tərəfin təqdim etdiyi texniki pasportda mübahisəli ərazinin avtodayanacaq kimi göstərildiyi, iddiaçının təqdim etdiyi texniki pasportda isə iddia edilən giriş-çıxış qapısının həmin avtodayanacağa açıldığı əks olunmuşdur.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra mətndə birinci instansiya məhkəməsi) 21 sentyabr 2023-ci il tarixli, e-2(004)-455/2023 saylı qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia tələbi təmin edilərək, iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan Yasamal rayonu, İzmir küçəsi 5 ünvanında yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş yolunun təmin edilm əsi üçün cavabdehin üzərinə vaxtı ilə mövcud olmuş və cavabdeh tərəfindən bağlanmış avtomobil yolunun açılması vəzifəsi qoyulması, yoldan sərbəst istifadə üçün cavabdeh tərəfindən yaradılan hər hansı maneələrin aradan qaldırılması və cavabdehin qanunsuz müdaxiləsinə son qoyulması qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan çıxarışa əsasən, iddiaçının mülkiyyətində olan torpaq sahəsi ½ hissədə paylı mülkiyyətdədir. Həmçinin həmin torpaq sahəsi natural qaydada bölünməmiş, mülkiyyətçilər arasında torpaq sahəsinin ayrıca istifadə qaydası müəyyən edilməmişdir. Bununla belə mübahisə predmeti, iddia predmeti həmin mülkiyyətin daxilində deyil, ümumi mülkiyyətə gedən nəqliyyat vasitələri yolunun açılması ilə bağlıdır. Bu isə öz növbəsində digər mülkiyyətçinin də mənafeyinə xidmət etmiş olur. Nəticə etibarı ilə digər mülkiyyətçinin iddiasının və razılığının olmaması mövcud vəziyyətdə iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıra bilməz və bu hal hazırki iddia üzrə iddiaçının subyektiv hüququnu, yəni tələbetmə hüququnu istisna edə bilməz.

13. Mübahisə edilən yol əvvəllər də mövcud olmuş və “İzmir” restoranı tərəfindən istifadə edilmiş, restoranın həyətyanı ərazisinə gedən yeganə məhəllə daxili avtomobil yolu inşaat işləri ilə əlaqədar cavabdeh tərəfindən bağlanmışdır. Eyni zamanda həm cavabdeh tərəfin təqdim etdiyi texniki pasportda mübahisəli ərazinin avtodayanacaq kimi nəzərdə tutulması, həm də iddiaçının texniki pasportunda iddia edilən nəqliyyat üçün girişçıxış qapısının əks olunması onu göstərir ki, həmin yer bu təyinatla ümumi istifadədə olan yol olmuşdur.

14. Məhkəmə qeyd edib ki, əmlakın istifadəyə verilməsi tam şəkildə mülkiyyət anlamını ehtiva etmir. İstifadə hüququ mülkiyyət hüququnun üç ünsüründən (sahiblik, istifadə, sərəncam) biridir. Hətta, cavabdehin mübahisəli yola istifadə hüququ əsasında mülkiyyətə bərabər hüququ olsa belə, bu həmin əmlakdan, xüsusi ilə ümumi istifadədə olmuş yoldan istifadə edən digər şəxslərin hüquqlarının xitamına əsas deyildir.

15. Həmçinin, iddiaçının istifadə etdiyi avtomobil yolunun cavabdeh tərəfindən bağlanması mülki hüquq subyektlərinin bərabərliyi, mütənasiblik prinsipinin pozulmasına, nəticə etibarı ilə mülkiyyətçinin həddən artıq fərdi yükə məruz qalmasına, şəxsə ağır bərpa olunmaz zərər vurulmasına gətirib çıxarır.

16. Eyni zamanda Fövqəladə Hallar Nazirliyinin cavab məktublarından da görünür ki, həmin avtomobil yolunun bağlanması iddiaçının mülkiyyətində olan restoranda yanğın, uçqun və s. fövqəladə halların baş verəcəyi təqdirdə yanğınsöndürmə və sair qəzaxilasetmə işlərinin görülməsini qeyri-mümkün edir. Bu isə ağır və bərpaolunmaz itkilərin yaranmasına gətirib çıxara bilər. Bu mənada cavabdehin müdaxiləsi qanuni məqsədlərə uyğun olamamaqla leqitim xarakter daşımır. Bu səbəbdən də həmin qanunsuz müdaxilə və maneə aradan qaldırılmalıdır.

17. Göstərilənlərdən əlavə məhkəmə iş üzrə keçirilmiş tikinti-texniki ekspertiza rəyinin “parkın ərazisindən “İzmir” restoranına və onun altındakı 0,32875 ha torpaq sahəsinə avtomobillə gediş-gəliş yolunun açılmasının texniki cəhətdən mümkün olması” hissəsi ilə bağlı qeyd ki, ümumi istifadədə ola n həmin park vətəndaşların istirahət yeridir. Parkda olan çoxillik qiymətli ağacların kəsilməsi həm ekoloji, həmdə iqtisadi cəhətdən yolverilməzdir və bu yalnız mühüm dövləti məqsədlər üçün mümkündür. Əks təqdirdə cəmiyyətin maraqları ilə fərdin maraqları arasında ədalətli balans pozulmuş olar.

18. Eyni zamanda əvvəllər mövcud olmuş avtomobil yolunun açılaraq bərpa edilməsi daha az zərər vurulmaqla qanunun qeyd olunan normasının tələbi baxımından ağlabatan və məqsədəmüvafiqdir. Həmçinin həmin yolun tərəflər arasında müştərək qaydada istifadə olunması cavabdehin hər hansı hüququnun pozulmasına və onun mənafeyinə hər hansı zərər vurulmasına səbəb olmur.

19. Bununla belə cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, cavabdehin əmlaka istifadə hüququnun olması mahiyyət etibarı ilə mülkiyyətə bərabər tutulur.

20. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin mülkiyyət hüququ əsasında yola sahiblik hüququnun olması faktı iddiaçının həmin yola məhdud əşya hüququ baxımından istifadə hüququnu istisna etmir. Xüsusi ilə vurğulanmalıdır ki, iş materiallarında olan dövlət orqanlarının, hüquq mühafizə orqanlarının arayışlarından da görünür ki, həmin yol daha əvvəllər mövcud olmuş və İzmir restoranı tərəfindən istifadə olunmuşdur. Bu isə hüquqi müəyyənlik prinsipi baxımından iddiaçının yoldan istifadə hüququnun cavabdehdən (ayrıc aktının verilməsindən) daha əvvəl yarandığına dəlalət edir.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İİİ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə, 71-ci maddəsinin İİ hissəsinə, “Azərbaycan Respublikasında i nsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.5, 157.4 158, 170.2, 175.1, 243-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48, 54.4, 82-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-ci maddələrinə istinadla əsaslandırmış dır. Apellyasiya instansiyası məhkəməsindəki icraat 22.Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmamasını xahiş etmişdir. 23.Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə bu məsələyə düzgün hüquqi qiymət verməmiş, sözügedən əmlakın digər mülkiyyətçisinin işə cəlb edilməsi ilə bağlı heç bir tədbir görməmişdir. Digər tərəfdən, sözügedən torpaq sahəsinin cavabdehin istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı qüvvədədir və iddiaçının avtomobil yolu kimi istifadə edildiyini iddia etdiyi ərazinin də daxil olduğu sahə daimi istifadə hüququ ilə “Star Construction” şirkətinə məxsus olmuş və buna dair çıxarış verilmişdir. Hansı ki, Cavabdeh QSC “Star Construction” şirkətinin 100 faiz nizamnamə k apitalını, torpaqdan istifadə hüququ ilə ondan almışdır. Həmin ərazidə Cavabdeh QSC tərəfindən yaşayış binası inşa edilərkən iddiaçının avtomobil yolu kimi istifadə edildiyini iddia etdiyi ərazi yaşayış kompleksinin baş planında nəzərdə tutulmuş və bu plan BŞİH və Memarlıq-Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmişdir. Əgər iddiaçının belə bir subyektiv hüququnun olduğunu qəbul edilərsə, bu halda iddiaçı sözügedən ərazidən istifadə etmək hüququnun pozulduğunu iddia edirsə, ilk növbədə həmin ərazinin cavabdehə verilməsinə əsas olan BŞİH-nin sərəncamının ləğvi və ya dəyişdirilməsi ilə bağlı inzibati məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etməlidir. İnzibati məhkəmə qaydasında işə baxılan zaman müəyyən edilsəydi ki, həqiqətən də BŞİH tərəfindən sərəncam əsasında Cavabdeh QSC-ni n istifadəsinə sözügedən torpaq sahəsinin verilməsi ilə iddiaçının hüquqları həqiqətən pozulub və iddiaçının həmin ərazidən istifadə etmək hüququ təmin edilməlidir. Bu halda iddiaçının iddiası qanuni və əsaslı olardı. Beləliklə, işə baxan məhkəmə MM-in 213.6-cı maddəsini yanlış olaraq tətbiq etmiş və maddi hüquq normasının tələbini pozmuşdur. İddiaçı öz tələbinin əsası kimi göstərmişdir ki, mübahisə edilən ərazi əvvəllər avtomobil yolu olmuş və “İzmir” restoranına giriş-çıxış məhz həmin yol vasitəsilə mümkün olmuşdur. İşə baxan məhkəmə də qətnamədə qeyd etmişdir ki, “işin mübahisəsiz halıdır ki, iddiaçının iddia etdiyi, əvvəllər nəqliyyat vasitələrinin yolu kimi istifadə etdiyi giriş-çıxış qapısının önü mişar daşla inşa edilməklə həmin yol cavabdeh tərəfindən bağlanmışdır”. Məhkəmə bu qəna ətə gələrkən heç bir tutarlı əsas göstərməmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********10-12301 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,71495 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3418,5 kv.m. ümumi sahəsi olan əmlak kompleksi Cavabdeh MTK-nın adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Həmin əmlaka dair tərtib olunmuş xx.xx.2013-cü il tarixli texniki pasportun situasiya planından görünür ki, əmlak kompleksi ilə “İzmir” restoranı arasında avtodayanacaq ərazisi mövcud olmuşdur. Həmçinin, Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 260 saylı sərəncamına əsasən Yasamal rayonu, İzmir küçəsi ünvanında 0,9479 ha torpaq sahəsi yaşayış binalarının tikintisi üçün Cavabdeh MTK-ya ver ilmişdir. Göründüyü kimi, texniki pasportun situasiya planı və Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 260 saylı sərəncamı onu deməyə əsas verir ki, iddiaçının əvvəllər “avtomobil yolu” kimi istifadə edildiyini iddia etdiyi ərazi əslində avtodayanacaq olub və həmin avtodayanacaq da, o cümlədən sərəncamla Cavabdeh MTK-ya ayrılmış torpaq sahəsi də dövlətin mülkiyyətindədir və Cavabdeh MTK həmin torpaq sahəsindən istifadə hüququ əsasında təyinatı üzrə istifadə edir. İşə baxan məhkəmə isə həmin sərəncama ümumiyyətlə istinad etməmiş və cavabdehin istifadəsində olan ərazidə mişar daşlarından hasar hörməsini “cavabdeh tərəfindən yaradılmış maneə” kimi göstərmişdir. Beləliklə, iddiaçı mübahisə edilən ərazinin əvvəllər avtomobil yolu olmasını heç bir mötəbər sübutla əsasla ndıra bilməmiş, məhkəmə isə hazırda cavabdehin istifadəsində olan və mişar daşı ilə hasarladığı əraziyə iddiaçının obyektinin giriş-çıxış qapısının olmasını əsas gətirərək həmin ərazini əvvəllər ümumi istifadədə olan avtomobil yolu kimi təqdim etmiş, bununla da MM-in 77-ci maddəsinin tələbini pozmuşdur.

24. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7145/2023 saylı, 19 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər - E.C.Kazımov (sədrlik edən və məruzəçi), K.H.Əkbərov və İ.S.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, mülki iş üzrə birinci instansiya məhkəməsinin e-2(004)-455/2023 saylı, 21 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq mövqeyini on unla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 692.6 kv.metr qeyri-yaşayış binasına (“İzmir” restoranına) və 0.32875 ha. torpaq sahəsinə iddiaçının ½ hissədə paylı mülkiyyət hüququnun olması hazırki iddianı irəli sürməsinə hər hansı bir maneə yaratmır. Cavabdeh tərəf Mülki Məcəllənin 213.6-cı maddəsinin 2-ci cümləsinə istinad edərək məhkəmənin “subyektiv hüquq” məsələsinə dair mülahizəsini yanlış əsaslandırdığını qeyd edir. Əslində cavabdeh şikayətində məhkəmənin qənaətini təhrif etməyə cəhd edir. Çünki, birinci instansiya məhkəməsi qənaətində xüsusi qeyd edib ki, torpaq sahəsi natural qaydada bölünməmiş, mülkiyyətçilər arasında torpaq sahəsinin ayrıca istifadə qaydası müəyyən edilməmişdir. Bununla belə, mübahisə predmeti, iddia predmeti həmin mülkiyyətin daxilində deyil, ümumi mülki yyətə gedən nəqliyyat vasitələri yolunun açılması ilə bağlıdır. Bu isə öz növbəsində digər mülkiyyətçinin də mənafeyinə xidmət etmiş olur. Nəticə etibarı ilə digər mülkiyyətçinin iddiasının və razılığının olmaması mövcud vəziyyətdə iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıra bilməz və bu hal hazırki iddia üzrə iddiaçının subyektiv hüququnu, yəni tələbetmə hüququnu istisna edə bilməz. Göründüyü kimi, məhkəmə subyektiv hüquq məsələsini tam düzgün əsaslandırmışdır. Ona görə də paylı mülkiyyətin digər mülkiyətçisinin hazırki işə cəlb edilməməsi şikayəti əsaslı etmir və qətnamənin ləğvi üçün əsas ola bilməz.

26. Bakı şəhər İcra Hakimiyyətinin sərəncamının qüvvədə olması və iddiaçının avtomobil yolu kimi istifadə etdiyi ərazinin də daxil olduğu sahənin daimi istifadə hüququ ilə cavabdehə məxsu s olması və həmin ərazidə yaşayış binası inşa edilərkən avtomobil yolu kimi istifadə edilən ərazinin yaşayış kompleksinin baş planında nəzərdə tutulması və bu planın Memarlıq-Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilməsi də hazırki iddianın əsassız olduğuna və iddiaçının bu iddia üzrə subyektiv hüququnun olmadığına dəlalət etmir. Buna görə də, ilk növbədə sərəncamın ləğv edilməsi və ya dəyişdirilməsi üçün inzibati məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etməyə də gərək yox idi. Çünki, iddiaçının hüquqları Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında Cavabdeh QSC-nin istifadəsinə sözügedən torpaq sahəsinin verilməsi ilə pozulmayıb. Başqa sözlə, sərəncamla torpaq sahəsinin cavabdehin istifadəsinə verilməsi iddiaçının mülkiyyətindən sərbəst istifadə etməsinə maneə, daha dəqiq d eyilsə, qeyri-yaşayış və torpaq sahəsinə əvvəllər mövcud olmuş avtomobil yolunun mişar daşı ilə hörülərək bağlanması üçün əsas olmamalı idi. Çünki, sərəncamla cavabdehə belə bir ixtiyar verilməmişdir. Ona görə də bu dəlil üzrə işə baxan məhkəmə Mülki Məcəllənin 213.6-cı maddəsini yanlış olaraq tətbiq etməmiş və maddi hüquq normasının tələbini pozmamışdır. 27. ünvan 1 ünvanında yerləşən 0,71495 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3418,5 kv.m. ümumi sahəsi olan əmlak kompleksi Cavabdeh MTK-nın adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınması, həmin əmlaka dair tərtib olunmuş xx.xx.2013-cü il tarixli Texniki Pasportun situasiya planında əmlak kompleksi ilə “İzmir” restoranı arasında avtodayanacaq ərazisinin mövcud olmasını, eləcə də Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 260 saylı Sərəncamına əsasən Yasamal rayonu, İzmir küçəsi ünvanında 0,9479 ha torpaq sahəsi yaşayış binalarının tikintisi üçün Cavabdeh MTK-ya verilməsini iddiaçı da mübahisələndirmir. Eyni zamanda əvvəllər avtomobil yolu kimi istifadə edilən sahənin avtodayanacaq ərazisindən keçməsi və sərəncamla Cavabdeh MTK-ya ayrılmış torpaq sahəsinin də dövlətin mülkiyyətində olması cavabdehin də həmin torpaq sahəsindən istifadə hüququ əsasında təyinatı üzrə istifadə etməsi iddiaçının da həmin yoldan eyni məqsədlə istifadə etməsinə maneə deyildir. Ancaq cavabdeh tərəf iddiaçının əvvəllər də avtomobil yolu kimi istifadə etdiyi, oradan isə İzmir küçəsinə çıxış üçün nəzərdə tutulan qapının qarşısını mişar daşı ilə hörüb ona mülkiyyətindən sərbəst istifadə etməsinə həqiqətən man eə yaradıb. Cavabdeh, iddiaçının mübahisə edilən ərazinin əvvəllər avtomobil yolu olmasını heç bir mötəbər sübutla əsaslandıra bilmədiyini qeyd etsə də, əksinə həmin ərazidən əvvəllər iddiaçının qeyriyaşayış obyektinə avtomobil yolu olmasını yuxarıda işin hallarında qeyd olunan bu sahə üzrə səlahiyyətli rəsmi dövlət orqanları olan qurumlar da təsdiq edib və cavabdehdən həmin yolun açılmasını tələb ediblər. Məhkəmə tərkibi də mübahisəli əraziyə yerində baxış zamanı qeyd olunan ərazidən cavabdeh tərəfin və bina sakinlərinin də avtomobil yolu kimi istifadə olunmasını və həqiqətən qeyri-yaşayış sahəsinə avtomobillə giriş-çıxış üçün nəzərdə tutulan yolun mişar daşı ilə hörülərək bağlandığını müəyyən etdi. Bu cür vəziyyətdə həmin ərazidən iddiaçı tərəfin əvvəllər avtomobil yolu kimi istifadə etm əsinə daha hansı yaxud nə qədər sübut olmalı idi ki, cavabdeh tərəf bundan “razı” qalmalı olsun. Əlbətdə ki, bu ritorik sual kimi səslənsə də şikayətdə bu cür dəlillərdən istifadə edilərkən təqdim edilən sübutların mövcudluğu diqqətdən qaçırılmamalı idi.

28. Birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 572.1 və 572.2-ci maddələrinə istinad etməsi də şikayətin əsaslı olmasını təsdiq etmir. Həqiqətən qeyd olunan normalar alğı-satqı ilə bağlı yaranan münasibətlər zamanı yüklülük məsələsini tənzimləyir və bu cür yüklülük dövlət qeydiyyatına alınır. Ancaq hazırki mübahisə üzrə “yüklülük” dedikdə əslində birinci instansiya məhkəməsi dövlət mülkiyyətində olan torpaq sahəsinin istifadə hüququ ilə cavabdehə ayrılmamışdan əvvəl sonuncunun həmin ərazinin avtodayanacaq və “İzmir” restoranına ged ən yol kimi istifadə olunduğunu bildiyi üçün yüklü olmasını, başqa sözlə cavabdeh ayrıc aktı ilə həmin istifadə hüquqlarını əldə edərkən iddiaçıya məxsus qeyri-yaşayış binasının (“İzmir” restoranın) mövcudluğundan və həmin binaya gedən yolun iddiaçı və restoranın müştəriləri tərəfindən istifadə olunmasından xəbərdar olduğunu, dolayısı ilə də əmlakı yüklü şəkildə qəbul etməyə razılıq verməsini nəzərdə tutub. Bir daha qeyd olunur ki, bu cür “yüklülük” Mülki Məcəllənin 572.1 və 572.2-ci maddələrində nəzərdə tutulan yüklülük anlayışı ilə əhatə olunmasa da məhkəmənin gəldiyi yekun qənaəti düzgün olduğuna və həqiqəti əks etdirdiyinə görə bu cür dəlildən istifadə etmişdir. Çünki, iddiaçı da qeyri-yaşayış binasına giriş-çıxış üçün nəzərdə tutulan yolun keçdiyi ərazinin onuni xeyrinə yüklülüyünün q eydə alındığını iddia etmir. Ona görə də məhkəmənin işin faktiki hallarını tamamilə təhrif etməsindən və iddiaçıya “yeni hüquq” verilməsindən söhbət gedə bilməz.

29. Apellyasiya instansiyası məhkəməsi də razılaşır ki, ayrıc aktının mövcudluğu iddiaçının da cavadehlə birlikdə həmin ərazidən müştərək qaydada avtomobil yolu kimi istifadə imkanını istisna etməməlidir. Çünki, qeyd olunan ərazidən cavabdeh və bina sakinləri onsuzda avtomobil yolu kimi istifadə edirlər. Məhkəmə tərkibi bunu mübahisəli əraziyə yerində baxış zamanı da bilavasitə gördü. Ona görə də Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamında yaxud ayrıc aktında torpaq sahəsindən iddiaçının istifadə hüququnu şərtləndirən vəzifə cavabdehə münasibətdə müəyyən edilməsə belə, iddiaçının həmin ərazidəki avtomobil yolundan istifadə etmək h aqqı qanundan irəli gəlir (MM.m.157.4; 172.2).

30. Məhkəmə tikinti-texniki ekspertizasının rəyinin təhrif edilməsi və düzgün qiymətləndirilməməsi dəlili də yalnız şikayət xatirinə qeyd olunub. Çünki, həqiqətən rəyin nəticə hissəsində 3-cü suala verilən cavabın 2-ci cümləsində qeyd olunur ki,...Texniki pasportda qeyd olunan ərazinin şimal tərəfindəki qapının önündə mişar daşından hasar hörülmüşdür. 3-cü cümləsində qeyd edilir ki,...lakin iddiaçının gediş-gəliş yolu (avtomobil yolu) kimi iddia etdiyi sahənin Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 260 saylı sərəncamı ilə ünvan 5 ünvanda Cavabdeh MTK-ya verilmiş 0,9479 ha torpaq sahəsinə düşdüyü müəyyən edilir. Göründüyü kimi, məhkəmənin ekspert rəyini qətnamədə qiymətləndirməsi prosessual hüquq normalarının tələblərinə uyğu n olmuşdur. Əksinə cavabdeh tərəf şikayətində qeyd olunanları təhrif etməyə cəhd edir. Çünki, ekspert rəyində göstərilənləri məhkəmə tərkibi yerində baxış zamanı da müəyyən etdi. Həqiqətən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasının və torpaq sahəsinin texniki pasportunda qeyd olunan ərazinin şimal tərəfindəki qapının önündə mişar daşından hasar hörüldüyü təsdiq edilmişdir. Burada xüsusi qeyd olunmalıdır ki, ekspert rəyində göstərilibgöstərilməməsindən asılı olmayaraq işdə olan iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasının və torpaq sahəsinin texniki pasportundan da açıq-aşkar görünür ki (bax.i.v.16), qeyd olunan ərazinin şimal tərəfində qeyri-yaşayış binasına və torpaq sahəsinə avtomobillə daxil olmaq və çıxmaq üçün qapı nəzərdə tutulub və məhz həmin qapının önündə mişar daşından hasar hörülmüşdür. Burada hasarın hörüldüyü hissənin konkret iddiaçının mülkiyyətində yaxud cavabdehin istifadəsində olan torpaq sahəsinə düşməsi heç bir əhəmiyyət kəsb etmir. Yəni, hasarın inşa olunduğu ərazinin hansı sahəyə düşməsindən asılı olmayaraq onun iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasına və torpaq sahəsinə avtomobillə daxil olub və çıxmaq üçün nəzərdə tutulmuş qapının önünü kəsməsi işin mübahisəsiz halıdır.

31. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1, 152.5, 157.4, 172.2-ci maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 53.2-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2, 77.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şika yətinin dəlilləri

32. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-7145/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

33. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq bildirilmişdir ki, cavabdehin inşa etdiyi binada yaşayan sakinlərin sözügedən ərazidən avtomobil yolu kimi istifadə etməsi o anlama gəlmir ki, həmin ərazidən iddiaçı da istifadə etməlidir. Həmçinin, tərəflərindən istinad edilən əmlaka dair texniki pasportun situasiya planı və Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 260 saylı sərəncamı onu deməyə əsas verib ki, iddiaçının əvvəllər “avtomobil yolu” kimi istifadə edildiyini iddia etdiyi ərazi əslində avtodayanacaq olub və həmin avtodayanacaq da, sərəncamla Cavabdeh MTK-ya ayrılmış torpaq sahəsi də dövlətin mülkiyyətindədir və Cavabdeh MTK həmin torpaq sahəsindən istifadə hüququ əsasında təyinatı üzrə istifadə edib. İşə baxan məhkəmə isə heç bir mötəbər sübut olmadan qeyd edib ki, “mübahisəli əraziyə yerində baxış zamanı qeyd olunan ərazidən cavabdeh tərəfin və bina sakinlərinin də avtomobil yolu kimi istifadə olunmasını və həqiqətən qeyri-yaşayış sahəsinə avtomobillə giriş-çıxış üçün nəzərdə tutulan yolun mişar daşı ilə hörülərək bağlandığını müəyyən etdi”. Bu halda işə baxan apellyasiya məhkəməsi heç bir ekspertiza müəyyən etmədən, heç bir mötəbər sübutla təsdiq edilmədən ərazinin əvvəllər iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə gedən avtomobil yolu kimi istifadə edildiyini mü əyyən edə bilməzdi. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdıma aparmamış, tərəflər arasındakı mübahisənin qanuni həlli üçün tətbiq etməli olduğu prosessual hüquq normalarını tətbiq etməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, qətnamənin 25 və 26-cı bəndlərində “iddiaçıların qeyriyaşayış sahəsinə mövcud olmuş avtomobil yolunun mişar daşı ilə hörülərək bağlanması” qənaəti həqiqətə uyğun olmamaqla yanaşı iş materiallarına uyğun deyil, çünki “İzmir” restoranı yerləşən əraziyə avtomobillə giriş-çıxış yolu heç vaxt olmamışdır. BŞİH-nin sərəncamı ilə Cavabdeh MTK-ya ayrılmış torpaq sahəsi əvvəllər avtodayanacaq olmuşdur. Məhkəmə ilkin ekspertizanın rəyini nəzərə almamış, cavabdehin yeni ekspertiza keçirilməsi barədə yazılı vəsatətini müzakirə belə etməmiş, qəbul edilən qətnamədə həmin yazılı vəsatətə ümumiyyətlə münasibət bildirilməmiş, bunların əvəzində görüntü xarakteri daşıyan formal yerli baxış keçirərək cavabdehin yeni “məhkəmə-texniki” ekspertiza keçirilməsi ilə bağlı dəlillərini araşdırmamaqla işin hallarına obyektiv qiymət verməkdən yayınmışdır.

34. İddiaçı kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.6-cı maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etirazında kassasiya şikayətinin rədd olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 36.Maddə 152.1. Mülkiyyət hüqu qu - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 37.Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 38.Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətç i qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 39.Maddə 172.2. Torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 40.Maddə 53, 2-ci hissə. İstifadəyə və icarəyə verilmiş, habelə xüsusi mülkiyyətə satılmış torpaq sahəsinə dair qoyulan öhdəliklər və məhdudiyyətlər müvafiq müqavilə və ya məhkəmənin qərarı ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 41.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə e tməlidir. 42.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 43.Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 44.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 45.Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda if adə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələr ək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellya siya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

53. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, kassasiya şikayətinin dəlilləri cavabdehin apelyasiya şikayətində irəli sürdüyü dəlillərlə eyni məzmundadır. Apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri araşdıraraq qiymət v ermiş və işin hallarına uyğun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma və gəlinən nəticə ilə razılaşır.

54. Kassatorun dəlilləri (apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdıma aparmaması, gəlinən nəticənin iş materiallarına uyğun olmaması, ilkin ekspertiza rəyinin nəzərə alınmaması və s.) işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına, qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına aid dəlillərdir və həmin dəlillər kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir.

55. Kassatorun iş üzrə ekspertiza təyin olunması haqqında vəsatətinin araşdırılmadığı, əsaslandırlmadan rədd edilməsi barədə dəlilləri qətn amənin ləğv olunmasına əsas vermir.

56. Belə ki, cavabdehin nümayəndəsi iş üzrə “komission” ekspertiza təyin olunmasını və ekspert qarşısında aşağıdakı sualın qoyulmasını xahiş etmişdir: cavabdehə verilmiş 0,9479 ha torpaq səthinin iddiaçıya məxsus torpaq sahəsindən bir metr aşağı olması və cavabdehə məxsus qeyd edilən ərazinin dar olmasını və eyni zamanda “İzmir” restoranının açılması iddia edilən hasardan restoranın binasının faktiki həmin hasardan cəmi bir neçə metr məsafədə yerləşdiyini nəzərə alaraq həmin torpaq sahəsinə avtomobil yolunun açılması texniki cəhətdən mümkündürmü?

57. Apelyasiya instansiyası məhkəməsi bu vəsatəti müşavirə otağında araşdıraraq vəsatəti təmin erməmişdir.

58. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsas ən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

59. Bu normanın məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilibedilməməsi məhkəmənin mülahizəsinə buraxılıb. Qeyd olunan prosessual hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. İş üzrə ekspert rəyi verilməsinə baxmayaraq, məhkəmə kollegiyası cavabdehin vəsatətindən sonra mübahisəli əraziyə dair dolğun təsəvvürün olması məqsədi ilə əyani olaraq yerində baxış keçirmişdir. Bundan sonra cavabdeh tərəfindən verilmiş vəsatəti təmin etməmişdir.

60. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

62. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2023-cü il tarixli 2(103)-7145/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar