Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-149/2020 13.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdeh2 vəkili Vəkil iştirakı ilə, Cavabdeh2 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)8791/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Səbail rayon məhkəməsinin (hakim Şahin Abdullayev) xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı MMC-nin xeyrinə 18000 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31 manatın, cəmi 18031 manat məbləğində pulun tutulması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Elşad Şamayev - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Xəyal Sarıyev) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(009)-948/2019 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə və mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı MMC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3, habelə müb ahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən müştərək qaydada dəymiş ziyan məbləği olaraq 18000 manat məbləğində pul ödənişinin məcburi olaraq icrasının, habelə ödənişin vaxtında edilməməsi nəticəsində yaranmış ildə 5 faiz hesabı ilə 19 ay üçün həmin məbləğin faizi olaraq 1450 manatın, dövlət rüsumu və bank xərci olaraq 31 manat məbləğində xərcin, ümumilikdə 19481 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, “Holcim” zavodunun dileri olan İddiaçı MMCyə Cavabdeh2 müraciət edərək tanışı X7 18000 manat dəyərində 3600 kisə 144 ton olmaqla sement lazım ol duğunu bildirmiş, sonradan onlara xxxxxxxxn adından sement sifariş olunmuş, mal sifariş verilən ünvana, yəni xxxxxxxxxxn işlətdiyi daş sexinə birbaşa “Holcim” zavodunun anbarından bir neçə dəfəyə xx xxx 2017-ci il, xx xxx 2017-ci il və xx xxx 2017-ci il tarixlərdə 5 dəfə olmaqla daşınmışdır. X9 daşınma qaiməsində olan telefon ilə əlaqə saxlanarkən, o, borcu olmamasını, malı 1 dəfə qəbul etməsini, digər dəfələr malı onun sexinə tanışlarının yığmalarını, malı alan və gətizdirən şəxsin onun qohumu xxxxxxxxxxolmasını, şirkətə borcu olmamasını, təqsirli şəxslərin tapılması ilə bağlı izahat və ərizə verilməsini xahiş etmişdir. Bununla bağlı xxxxxxxərizə və izahatını da təqdim etməklə şikayət ərizəsi ilə Abşeron rayon Polis İdarəsinə müraciət edilmiş, şirkəti aldadan təqsirli şəxslərin dairəsin i müəyyən edərək dəymiş ziyanın ödənilməsinə kömək edilməsini xahiş edilmişdir. Abşeron rayon Polis İdarəsində bu fakt üzrə araşdırma aparılmış, cavabdehlərin izahatı alınmış, xx xxxx 2018-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və mülki qaydada məhkəməyə müraciət etmə hüquqları izah edilmişdir. Polis İdarəsindən əldə edilmiş araşdırma materiallarından görünür ki, cavabdeh xxxxxxxxxxx X2 ərizəsində dediklərini təsdiq edərək göstərmişdir ki, daş sexi işlədir, tanışı Cavabdeh1la şərikli tikinti aparmaq istəmiş, 2017-ci ilin may ayında xxxxxxx sementinin olmasını bildirmiş, bu sementləri satmağa köməklik etməsini xahiş etmiş, yığmağa yeri olmadığını, gətirdiyi sementləri tanışı xxxxxxxx sexinə yığmağını xahiş etmişdir. O, sementləri xxxxxx sexinə yı ğdırmış, xxxxx sementi qəbul etmiş, sonra öyrənmişdir ki, sementləri xxxxxx Xırdalan şəhərində bir tikintiyə satmışdır. Cavabdeh1 polisə verdiyi izahatında qeyd etmişdir ki, qardaşı xxxxxxxxx“Holcim” zavodu ilə müqaviləsi olmuş və sement götürmüşdür. Özü xxxxxxxvə bir neçə şəxslə tikinti işləri apardığı üçün tikintiyə o da pul qoymalı olduğu üçün, lakin pulu olmadığı üçün qardaşı Elçindən xahiş etmişdir ki, ona müəyyən qədər sement versin. 2017-ci ilin may ayında qardaşı Elçin 3600 kisə sementi ona tikintiyə sərf etmək üçün göndərmişdir. Lakin sementi saxlamağa yeri olmadığı üçün Əlibalanın köməyi ilə xxxxxxxx adlı şəxsin sexinə yığdırmış və həmin sementləri də Əlibala satmışdır. 2018-ci ilin əvvəllərində xxxxxxx onunla şəriklikdən pulunu da alıb ayrılmış və bu səbəbdən də həmin sementləri n pulunu verə bilməmişdir. Qeyd edilənlərdən də görünür ki, cavabdehlər X5 adına rəsmiləşdirdikləri 18000 manat məbləğində 3600 kisə sementi əldə edərək satmış və şirkətə ödənilməli olan pulu ödəməməklə ziyan vurmuşlar. Dəfələrlə Cavabdeh2la görüş keçirərək şirkətə ödənilməli olan borcun ödənilməsini tələb etdikdə xxxxxx qardaşıxxxxxxxxxxx ödəməli olduğunu göstərsələr də araşdırma materialları ilə hər üçünün şirkətə ziyan vurması öz təsdiqini tapmış və bu səbəbdən də müştərək qaydada dəymiş 18000 manat ziyan məbləğini və pulu vaxtında ödəmədiklərinə görə 19 aya 5 faiz hesabı ilə 1450 manat ödəməlidirlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Mə hkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Hazırkı işin materiallarından göründüyü kimi həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi yalnız Abşeron rayon Polis İdarəsinin icraatında olan araşdırma materialı üzzə təhqiqatçının qəbul etdiyi xx.xx.2018-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərara istinad edərək qətnamə qəbul etmişdir. Halbuki, MPM-in 82.4-cü maddəsinə əsasən «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar işə baxan məhkəmə üçün preyudisial əhəmiyyət daşımır. İşdən g örünür ki, Cavabdeh2 həmin hadisəyə aidiyyəti olmamışdır. Belə ki, o, tərəflər arasında bağlanmış müqavilənin tərəfi olmamış, malın sifarişçisi olmamış, həmçinin qaimə üzrə mal qəbul edibtəhvil verməmiş, bu barədə müqavilənin tərəfləri ilə heç bir rəsmi və qeyri-rəsmi təması və əlaqələri olmamışdır. Bu barədə heç bir sübut da yoxdur.Belə ki, işdən göründüyü kimi, müqavilə “xxxx" ASC ilə Abbas Orucov arasında bağlanmış, yəni rəsmi münasibətlər həmin şəxslər arasında olmuşdur.Bundan başqa, işdə olan nəqliyyat qaimələrinin kserosurətindən göründüyü kimi, ümumilikdə 5 dəfə cəmi 144 ton çəkidə sement “xxxx” ASC-dən alınmış və məhz Abbas Orucova təhvil verilmişdir.Bununla bağlı qeyd etmək lazımdır ki, məhkəmələr həmin sənədlərin kserosurətlərə istinad edə bilməzdi.Belə ki, Mülki Prosessual Məcəl lənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Göründüyü kimi məhkəmələrin həmin kserosurətlərə istinad etməsi qanuni və əsaslı hesab edilə bilməz. Həm iddia ərizəsində, həm də «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarda göstərilənlər işin həqiqi hallarını tam əks etdirməsə də belə, təkcə orada müqavilə iştirakçılarının izahatla ilə Cavabdeh2 həmin malın satılmasında iştirakı istisna olunur. Beləliklə, hər iki instansiya məhkəməsi iddia ərizəsində və «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarda göstərilənləri əsas kimi qəbul etsə belə, təkcə orada göstərilənlərə obyektiv yanaşılsa idi, onda iddia tələbi Cavabdeh2 münasibətdə ümumiyyətlə rədd edilməli idi. Belə ki, iddia ərizəsində və «Cina yət işinin başlanmasının rədd edilməsi haqqında» qərarda göstərilənlərə əsasən sement Cavabdeh1 deyil, Abbas Orucovun adına rəsmiləşdirilərək Əlibala Məmmədova verilmiş, sonuncunun müəyyən etdiyi və qohumu xxxxx ilə birgə işlətdiyi obyektə boşaldılmış, mal həmin şəxslər tərəfindən təhvil-təslim edilmişdir. Bununla yanaşı, hər iki instansiya məhkəməsi nəzərə almamışdır ki, Abşeron rayon Polis İdarəsində araşdırma zamanı Cavabdeh2, ümumiyyətlə izahatı alınmamışdır. Belə olan halda hər iki instansiya məhkəməsinin hansı fakta əsaslanaraq pulun tutulmasını Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyması, bu zaman Əlibala Məmmədovun iddiaya cavab verməli olmaması barədə nəticəyə gəlməsi heç bir sübuta əsaslanmır. Bununla belə, həm iddia ərizəsində, həm də «Cinayət işinin başlanmasının rədd edilməsi haqqı nda» qərarda göstərilənlərin həqiqətə uyğun olub-olmamasını müəyyən etmək üçün ilk növbədə həmin şəxslərin prosesdə iştirakı təmin edilməli idi. Lakin hər iki instansiya məhkəməsi həmin şəxslərin prosesdə iştirakı təmin etməməklə, yalnız formal, qeyri-mötəbər sübutlara istinad etməklə, heç bir araşdırma aparmadan, çəkişmə prinsipinə əməl etmədən, qərəzli olaraq qanunsuz qətnamə qəbul etmişdir. Tərəflərin izahatları: Cavabdeh2 vəkili Vəkil oğl məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili X6 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yer i və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər və üçüncü şəxs gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işdən göründüyü kimi, iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, iddiaçı iddia tələbinin rədd edilən hissədə mübahisələndirməmişdir. Həmçinin qətnamədən yalnız Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Hazırda da apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yalnız Cavabdeh2 mübahisələndirir. Ona görə də, qətnaməni yalnız ona münasibətdə kassasiya qaydasında yoxlanıldı. Apellyasiya instansiya sı məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı MMC “xxxx” ASC tərəfindən verilmiş yük-nəqliyyat qaimələrinin kserosurətlərinə əsasən xx xxx 2017-ci il tarixdə 28,80 ton, xx xxx 2017-ci il tarixdə 28,80 ton, xx xxx 2017-ci il tarixdə 28,80 ton, xx xxx 2017-ci il tarixdə 28,80 ton, xx xxx 2017-ci il tarixdə 28,80 ton, cəmi 144 ton çəkidə “Optimal” markalı sement “xxxx” ASC-dən almış və həmin sement xxxxxx adlı şəxsə təhvil verilmişdir. İş materiallarında olan X5 İddiaçı MMC-nin rəhbərliyinə yazdığı xx xxxx 2018-ci il tarixli izahatında göstərilmişdir ki, onun İddiaçı MMC-yə heç bir borcu yoxdur. O, həmin şirkətlə heç bir müqavilə bağlamamış və heç bir məsuliyyət daşımır. Belə ki, onun çalışdığı Bakı-Sumqayıt şossesi 16-cı km ünvanında yerləşən döşəmə plitəsi sexi nə onun yaxın qohumu Cavabdeh3 xahişi ilə müvəqqəti olaraq (bir neçə günlük) yük yerləşdirilməsinə icazə vermiş, yük (3600 kisə - 144 ton) sementdən ibarətdir. Sonradan ona məlum olmuşdur ki, sement “Holcim” şirkətinin məhsuludur. Onun qohumu Cavabdeh3 ona bildirmişdir ki, bu malların hamısı Emin adlı bir şəxsə məxsusdur və tezliklə aparacaqdır. Yük boşaldılandan bir gün sonra sexin ərazisindən götürülmüş və ona məlum olmayan istiqamətə aparılmışdır. xx xxx 2017-ci il, xx xxx 2017-ci il və xx xxx 2017-ci il tarixində beş dəfə olmaqla 144 t. sement sexin ərazisinə boşalıb və 5 qaimədə yalnız xx xxx 2017-ci il tarixdən olanı o, imzalamışdır. O biri qaimələrin kim tərəfindən imzalandığı ona məlum deyil. Cavabdeh1 Abşeron rayon Pİ-nə yazdığı xx xxxx 2018-ci il tarixli izahatında göstərilmişd ir ki, o, 2016-cı ildən başlayaraq xxxxxxxxx adlı şəxs və digər bir neçə nəfər şəxslə Bakı şəhərinin Nizami rayonunda şərik tikinti işlərini aparırdı. Onun qardaşı xxxxxx “Holcim” zavodu ilə müqaviləsi olmuş və həmin şirkətdən sement götürmüşdür. Onun xxxxxxxxxxx və digərləri ilə şərik olduğu tikintiyə o da pul qoymalı idi. Nağd pulu olmadığı üçün qardaşı xxxxxxxxxx xahiş etmişdir ki, ona müəyyən qədər sement versin. 2017-ci ilin may ayında qardaşı xxxxxxxx 3600 kisə sementi onun üçün göndərmiş və o, da xxxxxxxxxxxx demişdir ki, sementi qəbul etsin və tikintiyə sərf etsin. xxxxxxxx da sementləri qəbul edib saxlamağa yer olmadığı üçün Bakı-Sumqayıt yolun kənarında yerləşən xxxxxxxxxx adlı şəxsin sexinə yığdırmış, sonradan həmin sementləri xxxxxxxxx özü satmışdır. 2018-ci ilin əvvəllərində i sə xxxxxxx onunla şərik olduğu tikintidən öz payını götürüb onlardan ayrılmışdır. Həmin sementlərin pulunu da “Holçim” şirkətinə verə blməmişlər. Cavabdeh3 Abşeron rayon Pİ-nə yazdığı xx xxxx 2018-ci il tarixli izahatında göstərilmişdir ki, o, uzun müddətdir ki, daş sexini işlədir. Cavabdeh1 təxminən 2 ildir ki, tanıyır. xxxx İlqar adlı tanışının vasitəsi ilə tanımış və həmin ərəfələrdə xxxxx də daxil olmaqla şərikli tikinti işlərini aparmaq istəmişlər. Lakin tikintiyə qoymağa pulu olmadığı üçün o, xxxxheç bir şərikli iş görməmişdir. 2017-ci ilin may ayında xxx ona demişdir ki, sementi yığmağa yeri də yoxdur. O, da tanışı İlqardan xahiş etmişdir ki, xxx sementlərini bir neçə günlük onun Abşeron rayonu “VAZ” dairəsinin yaxınlığında olan sexinə yığmağa icazə versin. xxx etiraz etməmişdir. O, da İlqarın sexində olan xxxx demişdir ki, sexə gətirilən sementi qəbul etsin. Aradan bir müddət sonra o, maraqlanıb öyrənmişdir ki, xxx sementləri xxx sexinə yığıb və oradan da onları Xırdalan şəhərində tikinti aparan şəxslərə satmışdır. O, xxx heç bir sementini satmamışdır. Abşeron rayon Pİ tərəfindən qəbul edilmiş xx xxxx 2018-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarın surətinə əsasən İddiaçı MMC-nin müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərardan həmçinin müəyyən olunmuşdur ki, İddiaçı MMC-nin müraciəti əsasında aparılan araşdırma materiallarından göründüyü kimi, Cavabdeh2 qardaşı Cavabdeh1 xahişinə əsasən daim iş münasibətlərində olduğu “Holcim” zavodundan 2017-ci ilin fevral, may və iyun aylarında üm umi dəyəri 18000 manat təşkil edən 144 ton çəkidə 3600 kisə sementləri götürərək Xırdalan şəhərində Bakı-Sumqayıt şossesinin 16-cı km-də yerləşən döşəmə plitəsi sexinə göndərmiş, həmin sementlər Cavabdeh1 tərəfindən tikintilərə satılmış, lakin pulun ödənilməsi təmin edilməmişdir. Cavabdeh1 ilə İddiaçı MMC arasında yaranmış mübahisə mülki xarakterli olduğundan mülki mühakimə icraatı qaydasında məhkəmələr tərəfindən həll edilməlidir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş sübutları, yəni yüknəqliyyat qaimələrinə, təhqiqat orqanının cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarına və cavabdehlərin polis şöbəsində verdikləri izahatlara hüquqi qiymət verərək, Mülki Məcəllənin 385.1, 386.1, 389.1, 442, 443, 600.1, 600.4 və 600.5-ci maddələrin istinad edərək belə nəticəyə gəlmişdir ki, iddiaçı MMC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında sementin nisyə alqı-satqısı olmuş, cavabdehlər həmin müqavilədən irəli gələn öhdəliklərə əməl etməmiş, sementin pulunu satıcı MMC-yə ödəməkdən imtina etmişlər, ona görə də 18000 manat Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı MMC-yə ödənilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, təqdim edilmiş yük-nəqliyyat qaimələrinə əsasən iddiaçı tərəfindən göndərilmiş yük, yəni sement kisələri xxxx tərəfindən qəbul edilmiş və ona aid anbara yığılmışdır. Lakin həmin yük xxxx tərəfindən qəbul edilsə də, o, iddiaçıya sementin alınması ilə bağlı hər hansı sifariş verməmişdir. xxxxxxxx polis orqanına verdiyi şikayətdən və t əhqiqatçı tərəfindən aparılmış araşdırmadan da göründüyü kimi, 3600 kisə sement İddiaçı MMC tərəfindən xxxxxxxxx anbarına Cavabdeh2 sifarişi əsasında sonuncunun qardaşı Cavabdeh1 xahişi ilə göndərilmiş və orada boşaldılmışdır. Cavabdeh1 özü Abşeron rayon Polis İdarəsində verdiyi izahatına Cavabdeh2 sementin iddiaçıdan alınmasını xahiş etdiyini göstərmişdir. Cavabdeh1 polis idarəsində verdiyi izahatında sementin xxxxxxxxv tərəfindən satılmasını göstərsə də, bu hallar məhkəmə iclasında öz təsdiqini tapmamış, eyni zamanda iddiaçı tərəfindən də bu halları təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Çünki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi və həmin məhkəmənin g əldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi iş materiallarına əlavə edilmiş yüknəqliyyat qaimələrinə, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara və cavabdehlərin polis şöbəsində verdikləri izahatlara istinad edərək iddiaçı MMC ilə cavabdehlər zzzz və Cavabdeh1lar arasında sementin nisyə alqı-satqısı barədə müqavilələrin olması, cavabdehlərin həmin müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirməməsi qənaətinə gələrək iddia tələbini qismən təmin etmişlər. Lakin iş materiallarında olan 2 ədəd xx xxx 2017-ci il, 1 ədəd xx.xx.2017-ci il və 1 ədəd xx.xx.2017-ci il tarixli yük-nəqliyyat qaimələrin surətlərindən (həmin sənədlərin kserosurət olmasına baxmayaraq məhkəmələr Mülki Prosessual Məcəllənin 89.2-ci maddəsinin tələblərinə zidd olaraq sübut kimi qiy mətləndirmişlər) görünür ki, 3600 kisə, 144 ton sementin satıcısı kimi “xxxx” MMC, alıcı kimi İddiaçı MMC, daşıyıcılar kimi müxtəlif MMC-lərə məxsus avtomaşınlar, yükü qəbul edən şəxs kimi isə zzzzzzz göstərilmişdir. Qeyd olunan sənədlərdə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və zzzzzzzzz nə “xxxx” MMC, nədə ki İddiaçı MMC arasında hər hansı əmlakın, həmçinin sementin alqı-satqısı, sifarişi barədə məlumatlar öz əksini tapmamışdır. İşdən daha sonra görünür ki, zzzzzz və Cavabdeh1lara qarşı iddianı qismən təmin edən məhkəmələr əsasən malı qəbul edən Azzzzzzzn İddiaçı MMC-nin rəbərliyinə yazdığı izahata, MMC-nin müraciətinə əsasən Abşeron rayon PŞ-də toplanmış materiala və təhqiqatçının “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına, daha konkret olaraq təhqiqatçı tərəfindən araşd ırma zamanı Cavabdeh1 və xxxxx izahatlarına istinad etmiş, həmin sənədləri iddianın qismən təmini üçün kifayət bilmişdir. Halbuki polis şöbəsində araşdırma zamanı Cavabdeh2 ümumiyyətlə izahatı alınmamış, apellyasiya şikayətində və apellyasiya məhkəməsinin iclasında verdiyi izahatında isə Cavabdeh2 göstərmişdir ki, İddiaçı MMC-dən sement almamış, MMC ilə hər hansı müqaviləsi, bağlılığı olmamış, sementi zzzzzzzz almış, xx.xx.2018-ci il tarixli üzləşmə aktına görə isə zzzzzzzzzz MMC-dən aldığı mallara görə borcunun olmadığı müəyyən edilmiş, iddiaçı MMC həmin faktı təsdiqləmişdir. PŞ-də izahatı alınan zzzzzzzzzzz sementin Cavabdeh1 tərəfindən gətirildiyini göstəmiş, Cavabdeh1 isə poliə şöbəstnə verdiyi izahatında sementin qardaşı Cavabdeh2 tərəfindən ona göndərildiyini bildirmişdir. Göründüyü kimi verilmiş iddiaya zzzzzzz cavabdeh olmasını təsdiq edən iddianın təmin edilməsinə kifayət edəcək qədər mötəbərlar sübutlar yoxdur. Məhkəmələr yalnız Cavabdeh1 polis şöbəsində verdiyi izahatında qardaşı xxxxxxxx 3600 kisə sementi onun üçün göndərməsini qeyd etməsinə əsaslanmışdır. Cavabdeh1 isə məhkəmə iclasında dindirilməmişdir. Həmçinin digər cavabdehlər və 3-cü şəxs də məhkəmə baxışlarında iştirak etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında 144 ton sementin nisyə alqı-satqısının baş verməsi, Cavabdeh2 ümumiyyətlə həmin sementin iddiaçı MMC-dən alınmasında aidiyyətinin olması məsələlələrinin həlli üçün iddiaçı tərəf kifayət qədər sübutlar təqdim edə bilməmişdir. İddiaçı tərəfindən sübut kimi təqdim olunmuş yük-nəqliyyat qaimələrind ə cavabdehlər xxxxxxx və Cavabdeh1ların sifarişçi, alıcı, daşıyıcı ya da ki yükü qəbul edən şəxslər kimi göstərilməmiş, 3-cü şəxs xxxxxxxxxxn və Cavabdeh1 izahatları məhkəmə qarşısında, çəkişmə, tərəflərin bərabərliyi və aşkarlıq şəraitində verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Digər tərəfdən Azərbaycan Respubli kası Mülki Prosessual Məcəlləsinin 89-cu maddəsində düzünə sübutlar sadalanmış, 106.1-ci maddəsində isə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları yanakı sübutlar kimi qeyd edilmişdir. İşdə iştirak edən şəxslərin izahatlarının yalnız iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapdığı halda sübut kimi qəbul edilən olması ilə şərtləndirilmişdir. Göstərilən normaya görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Apellyasiya instansiyası məhkəməsi iddiaçı MMC-nin nümayəndəsinin Cavabdeh2 sementin alınmasında sifarişçi olması barədə izahatına, Cavabdeh1 isə polis şöbəsinə verdiyi izahatında sementi n qardaşı Cavabdeh2 tərəfindən ona göndərilməsinə dair izahatına əsaslanmış, lakin həmin izahatlarıniş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapmadığını, əksinə yük-nəqliyyat qaimələri ilə ziddiyyət təşkil etdiyini diqqətdən qaçırmışdır. Məhkəmələr tərəfindən Abşeron rayon Pİ-nin xx xxxx 2018-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarının hazırkı işdə sübut əhəmiyyəti kəsb etməsi, həmin qərarla müəyyən edilmiş halların hazırkı mübahisənin həllində hüquqi qüvvəyə malik olması ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə cinayət təqibi üzrə istənilən dövlət orqanının deyil, yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarları müəyən edilmiş hallar mülki işə baxılmasına məcburidir Hə min maddəyə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir İş materiallarından daha sonra görünür ki, İddiaçı MMC-nin hüquqşunası X8 həm Polis İdarəsində aparılan araşdırma zamanı, həm də məhkəmə iclaslarında verdiyi izahatlarda iddiaçı MMC-nin “Holcim” zavodunun rəsmi dileri olduğunu, Cavabdeh2 144 ton sementin alınması ilə bağlı MMC-yə sifariş verməsini, həmin sifarişə əsasən “xxxx” ASC-dən sement buraxıldığını göstərmişdir. Lakin iş materiallarına bu halları təsdiq edən hər hansı bir sübut, İddiaçı MMC barədə məlumatlar (Nizamnamasi, “xxxx” ASC-nin dileri olması, sement satışında diler fəaliyyət i göstərməsi), cavabdeh Cavabdeh2 daimi alıcı olmasını təsdiq edən, bu barədə onunla bağlanmış müqavilə, 144 ton sementin alınmasının sifariş verməsinə dair ərizəsi və ya digər sənədlər əlavə edilməmişdir. Baxmayraq ki, həmin sənədlər işin nəticəsi üçün, yəni iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmasının, Cavabdeh2 isə iddiya cavab verməli şəxs olmasının müəyyən edilməsində mühüm əhəmiyyət kəsb edir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəld iyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, kassasiya şikayətinə əlavə edilən sənədləri də nəzərə almaqla araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8791/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-149/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-149/2020
13.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver