Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-149/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: borc müqaviləsi üzrə pul tələbi 11.02.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4344/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhk əmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər arasında xx.xx.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixə qədər qaytarmaq şərtilə 9500 manat, xx.xx.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən isə xx.xx.2019-cu il tarixə qədər qaytarmaq şərtilə 5000 manat pul iddiaçı tərəfindən cavabdehə verilmişdir. Həmin müqavilələr üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 14500 manat məbləğində pul verilmişdir.
2. Cavabdeh həmin pul məbləğini müqavilələrdə nəzərdə tutulmuş vaxtda qaytarmağı öz üzərinə öhdəlik götürməsinə baxmayaraq, həmin tarixdən xeyli müddət keçmiş, lakin cavabdeh öhdəliyini icra etməyərək, borcu iddiaçıya müqavilələrdə nəzərdə tutulmuş qaydada ödəməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci in stansiya məhkəməsində icraat
3. İddiaçı xx xxxxxxx 2018-cü il tarixli "Borc müqaviləsi" üzrə ödənilməli olan 9.500 manat məbləğində borcun, gecikdirilmiş müddət ərzində 356,24 manat məbləğində faizin, xx xxxxxxx 2018-cü il tarixli "Borc müqaviləsi" üzrə ödənilməli olan 5.000 manat məbləğində borcun, gecikdirilmiş müddət ərzində 187,50 manat məbləğində faizin, cəmi isə 15.043,74 manat məbləğində pul vəsaitinin və dövlət büdcəsinə ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında xx xxxxxxx 2018-ci il tarixdə bağlanmış “Borc müqaviləsi"nə əsasən 9.500 (doqquz min beş yüz) manat və xx xxxxxxx 2018-ci il tarixdə bağlanmış “Borc müqaviləsi"nə əsasən isə 5.000,00 (beş min) manat məbləğində olan pul vəsaiti onun tərəfindən Cavabdeh borc verilmişdir. xx xxxxxxx 2018- ci il tarixli "Borc müqaviləsi"nə əsasən Cavabdeh 9.500 manat məbləğində olan borcunu son olaraq xx xxxxxx 2019-cu il tarixdə, xx xxxxxxx 2018ci il tarixli “Borc müqaviləsi"nə əsasən isə 5.000 manat məbləğində olan borcunu son olaraq xx xxxxxx 2019-cu il tarixdə ödəməli idi. Lakin borc alan-Cavabdeh müqavilələr ilə nəzərdə tutulmuş öhdəliyini vaxtında yerinə yetirməmiş, "Borc müqavilə"ləri üzrə borc alanın öhdəliyinin icra müddətindən 9 (doqquz) ay keçməsinə baxmayaraq, borc alan həmin borc pulun qaytarılmasını müxtəlif bəhanələr gətirməklə boyun qaçırır. Hal-hazırda Cavabdeh ona olan borcun ümumi məbləği 14.500,00 (on dörd min beş yüz) manat təşkil edir.
5. Bakı şəh əri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2019-cu il tarixli, 2(006)-6623/2019 saylı qətnaməsi ilə (hakim R.Səmədov) iddia tələbi təmin edilmiş, Cavabdeh xx xxxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 9500 (doqquz min beş yüz) manat əsas borc, 356,24 çü) yüz əlli altı manat, iyirmi dörd qəpik) manat müqavilə müddəti bitəndən sonra ödənilməmiş (5%-lə hesablanmış) faiz borcu olmaqla, cəmi 9856,24 (doqquz min səkkiz yüz əlli altı manat, iyirmi dörd qəpik) manat pulun, xx xxxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 5000 (beş min) manat əsas, 187,50 (bir yüz səksən yeddi manat, əlli qəpik) manat müqavilə müddəti bitəndən sonra ödənilməmiş (5%-lə hesablanmış) faiz borcu olmaqla, cəmi 5187,5 (beş min yüz səksən yeddi manat, əlli qəpik) man at pulun, habelə 30,40 (otuz manat, qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 15.074,14 (on beş min yetmiş dörd manat, on dörd qəpik) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında borc müqavilələrindən irəli gələn hüquq münasibətləri yaranmış və iddiaçı cavabdehə ümumilikdə 14500 manat məbləğində pul vəsaitini borc vermiş, cavabdeh isə müqavilə üzrə onun üzərinə düşən öhdəliyi tam yerinə yetirməyərək pulu iddiaçıya qaytarmamışdır.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 324.2, 331.1, 385.1, 442, 445.7, 449.1, 739.1, 740.1, 740.2-ci, Azərbaycan Respublikasının Prossesual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3 və 2 17.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4344/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Hüseyn (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və İ.Kərimli) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-6623/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Mülki Məcəllənin 324.1, 324.2, 331.1, 385.1, 44 2, 739.1, 740.1, 740.2 maddələrini tətbiq etməklə əsas borcun, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsini tətbiq etməklə 5 faiz məbləğində pulun tutulması barədə əsaslı nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə bağlanmış borc müqaviləsi üzrə 9500 manat borcun, xx.xx.2018-ci il tarixdə bağlanmış borc müqaviləsi üzrə 5000 manat borcun ödənilməsi ilə bağlı artıq notariat orqanı t ərəfindən məcburi icra edilməli olan icra vərəqələri verilmiş və həmin icra vərəqələri ləğv olunmamışdır, eyni zamanda icra vərəqələri üzrə başlanmış icra işinə xitam verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçının vəkili məhkəmə iclasında kassasiya şikayətinin təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəs ini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
16. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
17. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulm ası və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
18. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
19. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasi ya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
20. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)
21. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)
22. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslarda n çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. (maddə 445.7)
23. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. (maddə 449.1)
24. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiy yət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)
25. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (maddə 739.2)
26. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (maddə 740.1)
27. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı f ormada bağlanmalıdır. (maddə 740.2) Mülki Prossesual Məcəllə
28. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
29. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
30. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
31. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol ver ilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
32. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
33. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hər iki kredit müqaviləsi üzrə 1 saylı Notariat Ofisi tərəfindən icra qeydi verilsə də iddiaçı hər iki icra sənədlərinin geri qaytarılması barədə ərizə ilə Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinə müraciət etmiş, icra məmurunun xx.xx.2019-cu il tarixli qərarları ilə icra sənədləri İddiaçı geri qaytarılmışdır.
36. Bundan başqa iddiaçının vəkili E.Yəhyazadənin kassasiya instansiyasında verdiyi izahatla müəyyən edilir ki, xx xxxx 2019-cu il tarixli icra qeydi Cavabdeh tərəfindən verilmiş iddia əsasında Bakı şəhəri Səbail Rayon Məhkəməsin in xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir.
37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4344/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.