Məhkəmə qərarları › İş №2(102)-1490/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1490/2019

01.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1490/2019 01.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 01 mart 2019-cu il İş № 2(102)-1490/19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı İKB ASC-nin vəkili Məmmədov Natiq Sədrəddin oğlu, Cavabdeh1 və vəkili Novruz Elvin Məhəmmədəli oğlunun iştirakı ilə, Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-10331/2018 nömrəli iş üzrə 08 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxara q MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Z.Ə.Sadiqov) 2(010)-3640/2018 nömrəliiş üzrə 06 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 10185,36 (on min yüz səksən beş dollar 36 sent) ABŞ dolları məbləğində əsas borc, 6129,3 (altı min yüz iyirmi doqquz dollar 30 sent) ABŞ dolları məbləğində faiz borcu və 10 (on) ABŞ dolları məbləğində cərimə olmaqla – ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə cəmi 16324,66 (on altı min üç yüz iyirmi dörd dollar 66 sent) ABŞ dolları məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı X2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, İddiaçı İKB ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 14 noyabr 2014-cü il tarixli “Bank hesab, kredit və zaminlik” müqaviləsinin ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər F.Ş.Talışinski (sədrlik edən və məruzəçi) S.F.Hacıyev və R.Ə.Eyvazov) 2(103)-10331/2018 nömrəli iş üzrə 08 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3640/2018 saylı işi üzrə 06 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı X2 Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı X2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 14 noyabr 2014-cü il tarixli kredit müqavilə si üzrə 10420,14 ABŞ dolları əsas borc, 6129,3 ABŞ dolları faiz borcu və 536,99 ABŞ dolları cərimə olmaqla, cəmi 17086,43 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması və Cavabdeh1 və Cavabdeh2 ilə İddiaçı İKB ASC arasında bağlanmış 14 noyabr 2014-cü il tarixli “Bank hesab, kredit və zaminlik” müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-10331/2018 nömrəli iş üzrə 08 oktyabr 2018-ci il tarixli qətnaməsini tamamilə ləğv edib, işin düzgün araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına Cavabdeh1 kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında iştiarak edən Cavabdeh1 və vəkili Novruz Elvin Məhəmmədəli oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştiarak edən İddiaçı İKB ASC-nin vəkili Məmmədov Natiq Sədrəddin oğlu kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəx slər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-10331/2018 nömrəli iş üzrə 08 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hal larını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan 14 noyabr 2014-cü il tarixli xxxxxxxxxxxxx №-li "Bank Hesab, Kredit və Zaminlik” müqaviləsin in müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı X3 Açıq Səhmdar Cəmiyyəti – “Bank” Cavabdeh1 - “Borcalan” və Cavabdeh2 - “Zamin” olmaqla bağlanmış həmin müqaviləyə əsasən sonuncuya 24 ay müddətinə, illik 28 % faiz dərəcəsi ilə 19.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 1.2.14-cü bəndinə əsasən, gecikdirilmiş borc yaranan halda - hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 180%-i həcmində dəbbə pulu hesablanır. Həmin Müqavilənin 8.2-ci bəndinə əsasən, Borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə, lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin bu müqavilənin 1.2.14-cü bəndində nəzərdə tutulmuş miqdarda Banka dəbbə pulu ö dəməlidir. İş materiallarından görünür ki: 21 aprel 2016-cı ildə 14 noyabr 2014-cü il tarixli 27-M-l - 0-391-14 №-li “Bank hesab, kredit və zaminlik” müqaviləsinə dəyişikliklərin edilməsi barədə İddiaçı İKB ilə borcalan Cavabdeh1 arasında Əlavə imzalanmış və həmin dəyişikliklə kreditin müddəti 15 dekabr 2018-ci ilədək uzadılmışdır. 21 aprel 2016-cı il tarixli xxxxxxxxxxx №-li 14 noyabr 2014- cü il tarixli “Bank hesab, kredit və zaminlik” müqaviləsinə Əlavənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, həmin Əlavəni İddiaçı X3 Açıq Səhmdar Cəmiyyəti - “Bank”, Cavabdeh1 - “Borcalan” və Cavabdeh3 - “Zamin” olaraq imzalamışlar (lakin, X1 ilə bağlanmış əsas Zaminlik müqaviləsi iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmamışdır). Cavabdeh1 Banka olan borcunun müvafiq cədvə l qrafıkinə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş cədvəlini Cavabdeh1 imza etmişdir. Həmin Ödəniş cədvəlinə əsasən ödənişin son tarixi 15 dekabr 2018-ci il müəyyən olunmuşdur. 09 aprel 2018-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə borcverən İddiaçı X2 ASC-yə 09 aprel 2018-ci il tarixinə 10.420,14 ABŞ dolları məbləğində əsas borc, 6.129,3 ABŞ dolları məbləğində faiz borcu və 536,99 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 17.086,43 ABŞ dolları məbləğində borcu vardır. Lakin, məhkəmə baxışı zamanı Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş 17 aprel 2018-ci il tarixli və 22 iyun 2018-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, borcalan Cavabdeh1 kredit borcu üzrə İddiaçı X2 ASC-yə 17 aprel 2018-c i il tarixdə 176 (yüz yetmiş altı) ABŞ dolları və 22 iyun 2018-ci il tarixdə isə 58,78 (əlli səkkiz dollar 78 sent) ABŞ dolları məbləğində pul ödəmişdir. Beləliklə də, aşağı instansiya məhkəmələri tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən 14 noyabr 2014-cü il tarixli 27-M-l-0-391-14 №-li “Bank hesab, kredit və zaminlik” müqaviləsi üzrə borc məbləği 09 aprel 2018-ci il tarixinə hesablanmış və borcalan tərəfindən 09 aprel 2017-ci il tarixdən sonra, yəni 17 aprel 2018-ci il tarixdə 176 ABŞ dolları və 22 iyun 2018-ci il tarixdə isə 58.78 ABŞ dolları olmaqla, cəmi 234,78 ABŞ dolları məbləğində pul ödənilmiş olduğundan, həmin məbləğ Bank tərəfindən 09 aprel 2018-ci il tarixinə hesablanmış 10.420,14 ABŞ dolları məbləğində olan əsas borcundan çıxılmalıdır. İş materiallarından görünür ki, cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarında olan 14 noyabr 2014-cü il tarixli 27-M-l-0-391-14 №-li “Bank hesab, kredit və zaminlik” müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür k i, zamin Cavabdeh2 borcalan Cavabdeh1 borcverən İddiaçı X2 ASC-dən kredit götürməsinə zamin durmuşdur. İş materiallarında olan 15 dekabr 2015-ci il tarixdə bağlanmış 14 noyabr 2014-cü tarixli xxxxxxxxxxxx №-li “Bank hesab, kredit və zaminlik” müqaviləsinə Əlavədən görünür ki, İddiaçı X3 Açıq Səhmdar Cəmiyyəti “Bank”, Quluzadə Bahadur Xeyrulla oğlu “Borcalan” və Cavabdeh3 “Zamin” olmaqla xxxxxxxxxxxx imzalanmış həmin Əlavəyə əsasən 14 noyabr 2014-cü il tarixli №-li “Bank, hesab, kredit və zaminlik” müqaviləsinə dəyişiklik edilmişdir. Lakin, iş materiallarında Cavabdeh3 14 noyabr 2014-cü il tarixli xxxxxxxxxxxxx №-li “Bank hesab, kredit və zaminlik” müqaviləsi üzrə zamin kimi hər hansı bir öhdəlik götürməsi (əsas zaminlik müqaviləsi), yəni İddiaçı İnvestisiya Kommesiya Bankı ilə Cavabdeh3 ar asında bağlanmış hər hansı bir Zaminlik müqaviləsi yoxdur. 15 dekabr 2015-ci il tarixdə bağlanmış həmin Müqaviləyə Əlavədə isə kredit müqaviləsinin müddəti uzadılmışdır. Eləcə də, iş materiallarında olan 14 noyabr 2014-cü il tarixli xxxxxxxxxxxxx №-li “Bank hesab, kredit və zaminlik” müqaviləsinə 21 aprel 2016-cı il tarixli Əlavənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, 14 noyabr 2014-cü il tarixli 27-M-1-0-391-14 №-li “Bank hesab, kredit və zaminlik” müqaviləsinə dəyişikliklərin edilməsinə kreditor İddiaçı X2 ASC ilə “borcalan” Cavabdeh1 xxxxxxxxxxxxx arasında bağlanmış 14 noyabr 2014-cü il tarixli №-li “Bank hesab, kredit və zaminlik” müqaviləsi üzrə öhdəlik götürmüş olsa da, zamin Cavabdeh2 14 noyabr 2014-cü il tarixli xxxxxxxxxxxxx №-li Kredit müqaviləsinə dəyişiklik ed ilməsi ilə əlaqədar bağlanmış 21 aprel 2016-cı il tarixli Əlavə bağlanarkən hər hansı bir öhdəlik götürməmiş, həmin Əlavə ilə Kredit müqaviləsinə edilmiş dəyişikliyə öz razılığını bildirməmiş və bu dəyişikliklərlə bağlı onlarla hər hansı bir yazılı razılaşma imzalanmamışdır. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən edilmişdir ki, borcalan Cavabdeh1 14 noyabr 2014cü il tarixli xxxxxxxxxxxxx №-li “Bank hesab, kredit və zaminlik” müqaviləsi və 14 noyabr 2014-cü il tarixli 27-M1-0-391-14 №-li “Bank hesab, kredit və zaminlik” müqaviləsi üzrə bağlanmış 21 aprel 2016-cı il tarixli Əlavə ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və borcverən İddiaçı İnvestisiya Kommersiya Bankı ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bunu nla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Eləcə də, 14 noyabr 2014-cü il tarixli xxxxxxxxxxxxx №-li “Bank hesab, kredit və zaminlik” müqaviləsi ilə zamin Cavabdeh2 “borcalan” Cavabdeh1 almış olduğu kredit üzrə öhdəlik götürmüş olsa da, o, həmin kredit müqaviləsi üzrə yeni borc müddətinin müəyyən edilməsi və kreditin qaytarılması müddətinin uzadılması ilə bağlı dəyişiklikləri nəzərdə tutan 14 noyabr 2014-cü il tarixli xxxxxxxxxxxxx №-li “Bank hesab, kredit və zaminlik” müqaviləsi üzrə bağlanmış 21 aprel 2016-cı il tarixli Əlavə bağlanarkən hər hansı bir öhdəlik götürməmiş, məlum Əlavə ilə kredit müqaviləsinə edilmiş dəyişikliyə öz razılığını bildirməmiş və bu dəyişikliklərlə bağlı onunla hər hansı bir yazılı razılaşma imzalanmamışdır. Eləcə də, iş materialları ilə digər zamin Cavabdeh3 14 noyabr 2014-cü il tarixli xxxxxxxxxxxxx №-li “Bank hesab, kredit və zaminlik” müqaviləsi üzrə öhdəlik götürməsi sübuta yetmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1- ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Göstərilən Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Adıçəkilən Məcəllənin 448.1 -ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sözügedən Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 439.1 -ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Qeyd olunan Məcəllənin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. İddiaçı, iddia ərizəsi ilə məhkəməyə mü raciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1 -ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Adıçəkilən Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzr ə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda bax ılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-10331/2018 nömrəli iş üzrə 08 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasi ya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-10331/2018 nömrəli iş üzrə 08 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Aslan Kalbalıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar