Məhkəmə qərarları › İş №2(102)-1490/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1490/2024

29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1490/2024 29.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi (pul öhdəliyinin icra edilməməsinə görə bank uçot dərəcəsi ilə hesablanan faiz tələbi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7512/2023 nömrəli, 25 dekabr 2023-cü il tarixli qətnaməsi ndən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 29 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 yanvar 2009-cu il tarixli, 250/a nömrəli “Kredit müqaviləsi”nə əsasən Cavabdeh 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 10530 manat məbləğində kredit verilmişdir. 2. 01 sentyabr 2009-cu il tarixli “Əlavə razılaşma”ya əsasən İddiaçı ASC və Cavabdeh 14 yanvar 2009-cu il tarixli, 250/a saylı kreditin təminatlılığını nəzərə alaraq əlavə 3500 AZN kredit vəsaiti ayrılır. Kredit və ona hesablanmış faizlər “Borcalan” tərəfindən 01 sentyabr 2010-cu il tarixinə qədər qaytarılır və kredit üzrə faizlər dəyişməz olaraq qalır.

3. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanan 0 1 sentyabr 2009-cu il tarixli, 404/a nömrəli “Kredit müqaviləsi”nə əsasən Cavabdeh 12 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 3500 manat məbləğində yenidən kredit verilmişdir.

4. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli “kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsinə dair” bildirişlərə əsasən, borcludan 3 (üç) gün müddətində banka olan borcunun ödənilməsi tələb edilmişdir. 5. xx.xx.2009-cu il tarixli, № 404/ag girov müqaviləsinə əsasən, “Girovqoyan” Cavabdeh Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə mülkiyyətində olan “BMW-540” minik markalı (Buraxılış ili-1999, BanWBADN61070GG87540), **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobili “Girovsaxlayan” İddiaçı ASC-yə girov qoymuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı «Amrahbank” ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2009-cu il tarixli 404/a saylı Kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə kredit üzrə borcu cəmi 5706.28 (beş min yeddi yüz altı manat 28 qəpik) manat - bundan 3350 (üç min üç yüz əlli) manat əsas borc, 255.85 (iki yüz əlli beş manat 85 qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 2100.43 (iki min yüz manat 43 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 77.06 (yetmiş yeddi manat 06 qəpik) manat dövlət rüsumunun, xx.xx.20 09-cu il tarixli 250/a saylı Kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə kredit üzrə borcu cəmi 16660.94 (on altı min altı yüz altmış manat 94 qəpik) manat - bundan 8515.35 (səkkiz min beş yüz on beş manat 35 qəpik) manat əsas borc, 3199.03 (üç min yüz doxsan doqquz manat 03 qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 4946.56 (dörd min doqquz yüz qırx altı manat 56 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 139.98 (yüz otuz doqquz manat 98 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın həmin kreditlərin ipoteka predmeti olan “BMW-540” minik markalı (Buraxılış ili-1999, BanWBADN61070GG87540), rəngi tünd göy, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilm əsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqavilələri üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2023-cü il tarixli **********332 saylı və xx.xx.2022-ci il tarixli **********981 saylı bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, kredit ödənişlərini etməmişdir. Cavabdeh sonuncu dəfə 250/a saylı kredit üzrə xx.xx.2021-ci il tarixində 300 (üç yüz) manat, 404/a saylı kredit üzrə xx.xx.2021-ci il tarixində 200 (iki yüz) manat məbləğində ödənişlər etmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/5028 №-li ekspert rəyində qeyd olunur; rəyin t ədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2009-cu il tarixli, 250/A saylı və xx.xx.2009-cu il tarixli, 404/A saylı kredit müqavilələrinin qeyd olunan şərtlərini nəzərə alınaraq Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə onun tərəfindən aparılmış bütün ödənişlər nəzərə alınmaqla hər iki müqavilə üzrə sualda soruşulan tarixlərə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2009-cu il tarixli, 250/A saylı kredit müqaviləsi üzrə xx.xx.2011-ci il tarixə (müqavilənin bitdiyi tarixə): əsas borc üzrə - 8515,35 manat, faiz borcu üzrə - 2607,96 manat. xx.xx.2023-cü il tarixə (rəyin tərtib edildiyi tarixə): əsas borc üzrə - 8515,35 manat, faiz borcu üzrə - 2607,96 manat. xx.xx.2009-cu il tarixli, 404/A saylı k redit müqaviləsi üzrə xx.xx.2010-cu il tarixə (müqavilənin bitdiyi tarixə) əsas borc üzrə 3350,00 manat, faiz borcu üzrə - 793,23 manat.xx.xx.2023- cü il tarixə (rəyin tərtib edildiyi tarixə):əsas borc üzrə - 3350,00 manat, faiz borcu üzrə -1510,72 manat müəyyən edilmişdir.

9. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin (hakim Solmaz Ədilova) e-2(005)2033/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2009-cu il tarixli 250/a saylı Kredit müqaviləsi üzrə 8515.35 manat əsas borc, 2607.96 manat faiz borcu, xx.xx.2009-cu il tarixli 404/a saylı Kredit müqaviləsi üzrə 3350 manat əsas borc, 255.85 manat faiz borcu olmaqla cəmi 14729,16 manat və 217.04 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmuş, 01 sentyabr 2009-cu il tarixli 404/a nömrəli və 1 4 yanvar 2009-cu il tarixli, 250/a nömrəli kredit müqavilələri üzrə borc tələbi üzrə tutma “BMW-540” minik markalı (Buraxılış ili-1999, Ban-WBADN61070GG87540), **ER-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilmiş, həmin avtomobil açıq hərracda satılsın və ondan əldə ediləcək vəsait cavabdehin iddiaçıya olan borcunun ödənilməsinə yönəldilsin, borc ödənildikdən sonra girov qoyulmuş əmlakın satışından qalan məbləğ Cavabdeh qaytarılmış, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

10. Məhkəmə hesab etmişdir ki, iddia tələbi 14 yanvar 2009-cu il tarixli, 250/a nömrəli kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində əsaslıdır, lakin faiz borcunun tutulması hissəsində qismən əsaslıdır, 01 sentyabr 2009-cu il tarixli 404/a nömrəli kredit müqaviləsi üzrə əsas və faiz borcun tutulması hissəsində tam əsaslıdır və təmin olunmalıdır. Belə ki, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/5028 №-li rəyini nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2009-cu il tarixli 250/a saylı Kredit müqaviləsi üzrə 8515.35 manat əsas borc, 2607.96 manat faiz borcu; xx.xx.2009- cu il tarixli 404/a saylı Kredit müqaviləsi üzrə 3350 manat əsas borc, 255.85 manat faiz borcu tutulmalıdır.

11. Məhkəmə iddia tələbinin “müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5 faiz dərəcəsi ilə faiz hesablamaqla cavabdehdən 2100,43 manat və 4946,56 manat məbləğində faiz borcu nun tutulması” hissəsi ilə bağlı belə qənaətə gəlmişdir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının qanuni qüvvəsini almış 2-3(103)-130/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş və iflas proseduruna başlanılması və Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. Hüquqi nəticə etibarı ilə xx.xx.2020-ci il tarixdən sonra İddiaçı ASC faiz formasında zərərin ödənilməsini tələb etmək hüququnu itirmişdir. Bu onunla bağlıdır ki, ləğv prosesində olan Bank həmin tarixdən artıq fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi və sair bu kimi fəaliyyəti h əyata keçirə bilmir. Belə olan halda onun əldən çıxmış faydası da ola bilməz.

12. Məhkəmə iddia tələbi üzrə tutmanın girov predmetinə yönəldilməsi ilə bağlı qeyd etmişdir ki, 01 sentyabr 2009-cu il tarixli 404/a nömrəli və 14 yanvar 2009-cu il tarixli, 250/a nömrəli kredit müqavilələri üzrə borc tələbi tələbin cavabdehə məxsus olan və bank qarşısında ipoteka ilə yüklü edilmiş “BMW-540” minik markalı (Buraxılış ili-1999, BanWBADN61070GG87540), **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-yə ödənilməsi hissəsində əsaslıdır və təmin edilməli, borc tələbi “BMW540” minik markalı (Buraxılış ili1999, Ban-WBADN61070GG87540), **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməlidir.

13. Məhkəmə öz mövqeyini əs aslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 279, 295, 298.1,298.2, 385.1, 442, 443.1,445.7, 462.1, 448.1,448.2, 449.1, 449.4 465.2, 739.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1 119.1, 80, 217.4cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

14. İddiaçı ASC apellyasiya şikayəti verərək, LPO “Amrahbank" ASC-nin apellyasiya şikayətini təmin edilməsini, Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)2033/2023 saylı qətnaməsini qismən təmin edilməyən kredit müqavilələri üzrə faiz məbləğləri və əldən çı xmış fayda olaraq, illik beş faiz hissəsində ləğv edilməsini və LPO “AmrahBank" ASC-nin iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əldən çıxmış fayda olaraq, kreditorun xeyrinə borcludan faiz məbləğinin tutulmaması hissəsində qətnamə əsassızdır və ləğv edilərək həmin hissədə də iddia təmin edilməlidir. Bundan başqa, kredit müqaviləsi üzrə kredit borc məbləği barədə məhkəməyə təqdim etdikləri maliyyə arayışı, hesabdan çıxarış məlumatları əsasında ekspertizanın rəyinə əsasən faiz borcu hissəsində olan azalma da əsassızdır və iddia tələbi həmin hissədə də tam təmin edilməlidir, kifayət qədər azaldılmış faizlər üzrə əsaslı nəticə əldə etmək üçün konkret suallar əsasında iş üzrə təkrar komission məhkəmə mühasibatlıq ekspertizası keçirilməlidir. Məhkəmə iş materiallarında olan kredit və maliyyə sənədlərinə əsasən, borclunun kreditor qarşısında əldən çıxmış faydanın hüquqi mahiyyətini nəzərə almamış və illik beş faiz üçün sübutların mövcudluğu baxımından iddianın əsaslılığına düzgün qiymət verməmişdir.Yəni, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Həmçinin, uzun müddətdir ki, Amrahbank da daxil olmaqla, ləğv prosesində olan digər bankların işləri üzrə verilən ekspert hesablamalarını bank əməliyyat sistemi üzrə uzlaşmayan yüksək peşəkarlıq və dəqiqlikdən uzaq olmasını nəzərə alınsa, məhkəmənin ekspert rəyini mötəbər sübut növü kimi nəzərə alması qan uni və ədalətli deyildir. Bu səbəbdən də iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilməli və daha mötəbər komission ekspert rəyi alınmalıdır.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1 hazırkı iş üzrə iki kredit müqviləsinin bağlandığını, 1-ci kredit müqaviləsi üzrə kreditin təminatı imkan verdiyi üçün kredit ayrılmasına etiraz edilməməsi ilə bağlı razılşama olduğunu və sonradan 01 sentyabr 2009-cu il tarixli, 404/A nömrəli kredit müqaviləsi əsasında 1-ci kredit müqaviləsindən əlavə yenidən kredit verildiyini, növbəti müqavilənin isə 14 yanvar 2009-cu il tarixli olduğunu qeyd etmişdir. 14 yanvar kredit müqaviləsi üzrə 10500 manat, 01 sentyabr 2009-cu il tarixli kredit müqaviləsi üzrə isə 3500 manat məbləğində kredit verildiyini bildi rmiş, kredit müqaviləsinin müddəti bitəndən sonra 14 yanvar tarixli kredit müqaviləsi üzrə 4946 manat, illik beş faizlə hesablanmaqla 56 qəpik faiz borcu, 01 sentyabr 2009-cu il tarixli 404/A kredit müqaviləsinin müddəti bitəndən sonra illik beş faizlə hesablanmaqla 2100 manat 43 qəpik faiz borcunun hesablandığını qeyd etmiş, lakin birinci instansiya məhkəməsinin işə baxarkən bu halı nəzərə almadığını və bunu görə də iddia tələbinin tam təmin edilmədiyini və birinci instansiya məhkəməsinin bu mövqeyi ilə də razı olmadığını, ekspert rəyi ilə də razı olmadığını, bu müddət ərzində müqavilədə nəzərdə tutulsa da dəbbə pulunun tələb edilməməsinin əsas səbəbinin müəssisədə olan iş çoxluğu ilə əlaqəli olduğunu qeyd edərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etm işdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Məmməd Məmmədov) 2(103)-7512/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

18. Kollegiya qeyd etmişdir ki, borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətinin əsassız, ziddiyyətli və aidiyyəti olmayan dəlilləri formal mülahizə xarakteri daşıdığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci in stansiya məhkəməsinin gəldiyi nəticəni istisna edən və ya bu nəticəyə rəğmən fərqli qənaət formalaşdıran, habelə ekspertizanın təyin edilməsi üçün əsaslar müəyyən etmir və apellyasiya şikayətinin özünün dəlillərini hüquqdan sui-istifadəyə yönəlmiş cəhd kimi qiymətləndirir.

19. Qeyd edilənlərdən məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.

20. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 276-300, 307-321, 324, 385-390, 425.1, 427.3, 442, 443.1, 445, 448.1, 560, 739, 741, 743 və 744-cü, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, və 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Ko nstitusiya Məhkəməsi Plenumunun Qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

21. Qətnamədən iddiaçı kassasiya şikayəti verərək qətnamənin qismən təmin edilməyən kredit müqavilələri üzrə faiz məbləği və illik 5 (beş) faiz hissəsində ləğv edilməsi, LPO “AmrahBank" ASC-nin iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət b itənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün ba nk uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göründüyü kimi, borclunun kreditorun pul vəsaitlərini özündə saxlamasından və ya istifadə etməsindən asılı olmayaraq illik 5 faiz üçün faiz məbləğini də ödəməyə borcludur.

23. Qanunvericiliyin mövqe yindən də aydın olur ki, gecikdirilmiş kredit borcuna görə, borclu illik minimum faiz məbləğini kreditora ödməyə borcludur. Qeyd olunanlardan aydın olur ki, gecikdirilmiş faiz məbləğinin kreditor təşkilatın aktiv və ya passiv fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur və borclunun statusu dəyişməz olaraq qaldığı üçün kredit öhdəliyində də hər hansı üstünlükdən söhbət gedə bilməz. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 385.2 Öz məzmunundan və xarakterindən asılı ola raq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

26. Maddə 442.1 Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

27. Maddə 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

28. Maddə 445.1 İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

29. Maddə 445.7 Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

30. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən kredit müqavilələri üzrə faiz məbləği və illik 5 (beş) faiz hissəsində mübahisələndirildiyindən, məhkəmə aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kass asiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. İddiaçının kassasiya şikayətinin dəllləri apellyasiya iddia ərizəsində və işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman da irəli sürlümüşdür, həmin dəlillər tam hüquqlu məhkəmə kimi sübutları araşdırmaqla işə baxan apellyasiya məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Mülki Prosessual Məcəllə nin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7512/2023 nömrəli iş üzrə 25 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar