Məhkəmə qərarları › İş №2(102)-1490/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1490/2025

03.06.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1490/2025 03.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-442/2025 nömrəli, 7 yanvar 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 3 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ şin halları

1. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-228/2022 saylı hökmünə əsasən X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməklə, ona 14 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, mülki İddiaçı mülki iddiası qismən təmin edilmiş, X2 8.145.400 manat pulun tutularaq mülki İddiaçı ödənilməsi, o cümlədən cinayət yolu ilə əldə edilmiş X1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 2.0 hektar torpaq sahəsi, eləcə də X5 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 39 ünvanında yerləşən 42 nömrəli mənzil, ünvan 4i, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 4 ünvanında yerləşən 24 nömrəli mənzil, Salyan rayonu, Xalac k əndində yerləşən 1,21641 hektar kənd təsarrüfatlı təyinatlı torpaq sahəsi və “Toyota Camry” markalı, AZ **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin xüsusi müsadirə edilməklə cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməsi hökm edilmişdir. Hökm qanuni qüvvəyə minmişdir.

2. Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 31,40 kv.m olan mənzil, ünvan 4i, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 69,27 kv.m olan mənzil İddiaçı mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 39, 42 saylı mənzildən çıxarılması, cavabdehin üzərinə Bak ı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 39, mənzil 42, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 4, mənzil 24 və ünvan 4indən özünə və ailə üzvlərinə məxsus olan bütün əşyaların çıxarılaraq mənzilin boşaldılması, mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılan maneələrə son qoyması öhdəliyinin cavabdehin üzərinə qoyulması və həmin mənzillərin iddiaçının istifadəsinə və sahibliyinə verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü qanuni qüvvəsini almaqla icraya yönəldilmiş və Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 39 ünvanında yerləşən 42 nömrəli mənzil, ünvan 4i, Bakı şəhə ri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 4 ünvanında yerləşən 24 nömrəli mənzil İddiaçı mülkiyyətinə keçmişdir. Qeyd olunan mənzillərin İddiaçı mülkiyyətində olmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsindən müvafiq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Mübahisə predmeti olan daşınmaz əmlak iddiaçının mülkiyyətində olmasına baxmayaraq, hazırda o, həmin əmlaklardan istifadə edə bilmir və öz mülkiyyət hüququndan irəli gələn hüquqlarını həyata keçirə bilmir. Belə ki, cavabdeh, yəni X3 arvadı Cavabdeh iki yetkinlik yaşına çatmayan övladları xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 39 ünvanında yerləşən 42 nömrəli mənzildə yaşamaqla, həmin mənzil dən və paralel olaraq digər əmlaklardan istifadə edirlər. Qeyd olunan daşınmaz əmlakların giriş qapıları bağlı vəziyyətdədir, qapıların açarları cavabdehdə olmaqla, həmin mənzillərdə cavabdehə və ailə üzvlərinə məxsus əşyalar saxlanılmaqdadır.

5. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin e-2(004)-258/2024 nömrəli iş üzrə 4 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim - Fariz Əlizadə) iddia təmin edilərək, cavabdehin Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 39, mənzil 42-dən çıxarılması, cavabdehin üzərinə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 39, mənzil 42, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 4, mənzil 24 ünvanında olan mənzillərdən və ünvan 4indən özünə və ailə üzvlərinə məxsus bütün əşyaların çıxarmaqla həmin əmlakların boşaldılması, iddiaçın ın mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılan maneələrə son qoyması öhdəliyinin cavabdehin üzərinə qoyulması, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 39, mənzil 42, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 4, mənzil 24 ünvanlında yerləşən mənzillər və ünvan 4inin tam boşaldılmaqla iddiaçının istifadəsinə və sahibliyinə verilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 39 ünvanında yerləşən 42 nömrəli mənzil, ünvan 4i, ünvan 5 ünvanında yerləşən 24 nömrəli mənzilin Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-228/2022 saylı hökmünə əsasən iddiaçının mülkiyyətinə verilməsi hökm edilmişdir. Həmin hökm qanuni qüvvəsini almışdır. Mübahisə pr edmeti olan mənzillər hüquqmüəyyənedici sənədlərə əsasən iddiaçıya məxsusdur. Hazırda cavabdeh həmin mənzillərdə yaşamaqla, mənzillərin qapılarını bağlayaraq açarını özündə saxlamaqla, öz əşyalarını həmin mənzillərə yığmaqla mənzilləri istifadə etməkdədir. Bununla da, iddiaçının mülkiyyət hüquqları cavabdeh tərəfindən pozulmuşdur. Mülkiyyətçinin mülkiyyət hüquqlarının qeyri-legitim əsaslarla məhdudlaşdırılması yolverilməzdir.

7. Məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti olan mənzillərin iddiaçının mülkiyyətində olması mülki işin mübahisəsiz halıdır. Cavabdeh həmin mənzillərdə qanunsuz olaraq istifadə etməklə iddiaçının ona məxsus olan mülkiyyət hüquqlarını həyata keçirməsinə, mənzillərdən istifadə etməsinə, sahiblik etməsinə maneçilik törədir. Mülkiyyətçinin mülkiyyət hüquqlarının müdafi əsi təmin edilməlidir.

8. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 157-ci maddələrinə istinad eetməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh hazırda yetkinlik yaşına çatmamış övladları ilə, yəni xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X9 ilə, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 4, mənzil 24 ünvanında yaşayır. İddiaçının tələbi sözügedən əmlakların boşaldılması, ədalət prinsipinə ziddir, cavabdeh və onun yetkinlik yaşına çatmamış iki övladı mə nzildən çıxarıldığı təqdirdə onların yaşamaq üçün yeri olmayacaqdır. Həmçinin sözügedən əmlaklar cinayət yolu ilə əldə edilməmişdir, həyat yoldaşına və onun ailəsinə illərdi məxsus olan əmlaklardır. Təqsirləndirilən şəxsin əmlakının müsadirə edilməsi ailənin daimi yaşayış yerinin itirilməsi ilə nəticələnirsə, bu, ailənin hüquqlarına ciddi müdaxilə ola bilər. Hətta cinayət əməlinə görə əmlak müsadirə edildikdə belə, ailənin yaşayış hüququ qorunmalıdır, xüsusilə də azyaşlı uşaqların maraqları nəzərə alınmalıdır. Məhkəmə qətnaməsində yalnız formal hüquq normalarına istinad etmişdir. Konstitusion hüquq normalarını pozmuş, artıq mövcud olan vahid məhkəmə təcrübəsini nəzərə almamışdır. Birinci instansiya məhkəməsi yalnız Vüsal Axundov və İddiaçı arasında olan münasibətləri nəzərə almış və bunu n əsasında Vüsal Axundovun yoldaşı, yəni cavabdeh və iki azyaşlı uşaqları tərəfindən əmlakların boşaldılması tələbini təmin etmişdir. Məhkəmə tərəfindən, ailələrinin yaşayış hüququ qorunmamış, xüsusilə də azyaşlı uşaqların maraqları nəzərə alınmamışdır. Yəni hazırki mülki iş üzrə məhkum və iddiaçı arasında olan münasibətlər deyil, həmçinin məhkumun ailə üzvlərinin maraqları nəzərə alınmalı idi. Birinci instansiya məhkəməsi tərəfindən mühakimə ədalət prinsipinin pozulması yolu ilə yekunlaşmışdır. Məhkəmə iddiaçı və cavabdeh arasında mövcud olan münasibətlərə hüquqi qiymət verməmiş və qətnaməsində formal hüquq normalarına istinadetmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, İnsan Hüquqları və X4 haqqında Avropa Konvensiyasının 1-ci Protokolun un 1-ci maddəsi, Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi və BMT Uşaq Hüquqları Konvensiyasının 3-cü maddəsinin tələblərini pozmaqla iddia tələbini təmin etmişdir. Həmin normalara əsasən, müsadirə olunan əmlak təqsirləndirilən şəxsə aid olsa da, həmin əmlakın onun yoldaşı və azyaşlı övladları tərəfindən yaşayış məqsədilə istifadə olunması bu şəxslərin də yaşayış hüququnu nəzərə almağı tələb edir. Təqsirləndirilən şəxsin əmlakının müsadirə edilməsi ailənin daimi yaşayış yerinin itirilməsi ilə nəticələnirsə, bu, ailənin hüquqlarına ciddi müdaxilə ola bilər. Cinayət əməlinə görə əmlak müsadirə edildikdə belə, ailənin yaşayış hüququ qorunmalıdır, xüsusilə də azyaşlı uşaqların maraqları nəzərə alınmalıdır. Dövlətlər uşaqla bağlı bütün tədbirlərdə uşağın maraqlarının üstün tutulmasını təmin etməlidirlər. Bu prinsiplə bağlı olaraq, ailənin azyaşlı övladlarının yaşayış yerinin itirilməsi onların fiziki və psixoloji rifahını təhlükə altına qoyur. Dövlət orqanları bu hüquq pozuntusunu nəzərə almalı və uşaqların mənafeyinə uyğun həll yolları tapmalıdır. Hazırkı məhkəmə mübahisəsi üzrə artıq vahid məhkəmə təcrübəsi mövcuddur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə nəzər yetirmək lazımdır. Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Lakin Cinayət Məcəlləsinin 32-ci maddəsinin nəzərdə tutduğu əmlakın hamısının müsadirəsi cəzanın məqsədinə uyğun deyildir. Belə ki, əmlakın hamısının müsadirəsi nəinki məhkumun, həmçinin onun himayəsində olan yetkinlik yaşına çatmamış uşaqlarının, yaşlı valideynlərinin, ərinin (arvadının) mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına, onların maddi vəziyyətinin ağırlaşmasına səbəb olur. Məhz bunu, eləcə də ədalət və humanizm prinsiplərini əsas götürərək Azərbaycan Respublikası Ali Soveti 6 noyabr 1991-ci il tarixdə “Azərbaycan Respublikasının məhkəmələri tərəfindən müsadirə edilmiş və alınmış yaşayış evlərinin amnistiya qaydasında qaytarılması haqqında” Qanun qəbul etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsində məhkumun x üsusi mülkiyyətdə olan əmlakının hamısının məcburi qaydada, əvəzsiz olaraq dövlət mülkiyyətinə alınmasını nəzərdə tutan müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğun olmayan hesab edilmiş və Qərar qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsində məhkumun xüsusi mülkiyyətdə olan əmlakının hamısının məcburi qaydada, əvəzsiz olaraq müsadirə edilməsini nəzərdə tutan müddəaları qüvvədən düşmüş hesab edilmişdir. Lakin, birinci instansiya məhkəməsi tərəfindən AR Konstitusiya Məhkəməsinin mövqeyi də araşdırılmamış və nəticə etibarı ilə qanunsuz qətnamə qəbul edilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-442/2025 nömrəli mülki iş üzrə 7 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Xəyal S arıyev (sədrlik edən və məruzəçi), Günay Axundova və Fərrux Qasımov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisələndirilən əmlakların iddiaçının mülkiyyətinə verilməsinə dair qüvvədə olan məhkəmə aktı- hökm olmasına baxmayaraq, həmin əmlaklar hazırda cavabdehin qanunsuz sahibliyində olduğundan, iddiaçı əmlakının özgənin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh hal-hazıradək mənzillərdən çıxmayaraq, həmin mənzilləri təhvil verməməsi mülkiyyətçinin qanunla tənzimlənən və qanunla qorunan hüquqlarını pozmuşdur.

14. Qeyd ed ilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlmişdir ki, iddiaçının cavabdehə qarşı iddia tələbi ilə bağlı irəli sürdüyü faktiki hallar, onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır.

15. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh, mülkiyyətçi olan iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs olmadığından, o, iddiaçının ailə üzvü və digər qohumu hesab edilmədiyindən, onun həmin mənzilə istifadə hüququ yaranmır. Birinci instansiya məhkəməsi mülkiyyət hüquqlarının müdafiəsi baxımından iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir.

16. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29-cu, Mülki Məcəllənin 6, 140, 152, 157-ci maddələrinə, habelə Azərbaycan Respublikası Konstitusiya M əhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəllənin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

20. Maddə 12 (hissə İİ). Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.

21. Maddə 13 (hissə İ). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

22. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, buqeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiqolmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimisahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindəntanınan və qorunan hüququdur.

25. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqicəhətdən təmin edilmiş imkanıdır.

26. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasiletməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

27. Maddə 152.5. Mülk iyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlərnəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib olabilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

28. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarı

29. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcad an müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının həd ləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən, tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

38. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

39. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

40. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, mübahisələndirilən əmlakların iddiaçının mülkiyyətinə verilməsinə dair qüvvədə olan məhkəmə aktı- hökm olmasına baxmayaraq, həmin əmlaklar hazırda cavabdehin qanunsuz sahibliyində olduğundan, iddiaçı həmin əmlakların cavabdehin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir.

41. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh halhazıradək mənzillərdən çıxmayaraq, həmin mənzilləri təhvil verməməsi mülkiyyətçinin qanunla tənzimlənən və qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Qeyd edilənlərə əsasən, iddiaçının cavabdehə qarşı iddia tələbi ilə bağlı irəli sürdüyü faktiki hallar, onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır.

42. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd e tmişdir ki, cavabdeh, mülkiyyətçi olan iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs olmadığından, o, iddiaçının ailə üzvü və digər qohumu sayılmadığından, onun mübahisələndirilən mənzillərdən istifadə hüququ yaranmır. Birinci instansiya məhkəməsi mülkiyyət hüquqlarının müdafiəsi baxımından iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir.

43. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tə nzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 7 yanvar 2025-ci il tarixli, 2(103)-442/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmasın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar