Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1491/2023 12.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Rafiq oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1491/2023 (Açar sözlər: podrat müqaviləsi üzrə pul tələbi, sübutetmə) Bakı şəhəri, 12 may 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2(103)-7669/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 12 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıd akı qərarı qəbul etdi İşin halları:
1. İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə sifarişçi Cavabdeh arasından bağlanmış 07 yanvar 2020-ci il tarixli “Reklam məhsullarının yayımlanması haqqında” müqaviləyə əsasən sifarişçi reklam məhsullarının TV, 90FM-də və reklam xarakterli sujetlərin yayımlanmasını sifariş edir, icraçı isə həmin məhsulları öz efirində yayımlayır. Müqavilənin 3.3 bəndinə əsasən ödəniş hər ay üçün növbəti ayın 10-a kimi aparılmalıdır və Azerbaycan Respublikası Milli Bankın ödəniş gününə olan manat məzənnəsinə uyğun olaraq manatla həyata keçirilir.
2. İctimai Televiziya və Radio Yayımları Şirkətinə ünvanlanmış mail məktublarına əsasən Cavabdeh tərəfindən reklam məhsulları İctimai Televiziya və Radio Yayımları Şirkətinin e-mail poçtuna göndərilmişdir.
3. Media plan c ədvəllərinə əsasən, həmin ilin mart-may aylarında Babayevski konfetləri, İrshad Telekom, Kasko Butika aid reklamların yayımlanması xidmətinin dəyəri ƏDV daxil 31.912 manat təşkil etmişdir. 4. 17 mart 2020-ci il tarixli, seriya AEP № 415347 saylı kassa mədaxil orderinin surətinə əsasən, Cavabdeh tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkətinə Kasko butika reklamına görə 2550 manat məbləğində pul ödənilmişdir.
5. İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubuna əsasən şirkət tərəfindən Cavabdeh 31.912 manat borcun ödənilməsi tələb edilmişdir.
6. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “e-mail” yazışmalarının məzmunundan və “whatsap” yazışmalarından məlum olur ki, Babayev X3 Televiziya və X2 borcun u etiraf edir və borcunu ödəyəcəyini vəd edir, bunu üçün vaxt verilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı İctimai Televiziya və Radio Yayımları Şirkəti Cavabdeh qarşı “Reklam məhsullarının yayımlanması haqqında” müqavilənin şərtlərinin pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 31.192 manat məbləğində maddi ziyanın və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh fiziki şəxs olmaqla “Reklam sifarişçisi” qismində 07 yanvar 2020-ci il tarixində iddiaçı tərəflə “Reklam məhsullarının yayımlanması haqqında” müqavilə bağlamışdır. Həmin müqavilə nin şərtlərinə uyğun olaraq, şirkət öhdəsinə düşən vəzifələri vaxtında və lazımınca yerinə yetirmişdir. Lakin müqavilənin şərtləri cavabdeh tərəfindən kobud şəkildə pozulmuş və hazırki vaxtda ƏDV də daxil olmaqla, cavabdehin 31.912 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən yaranmış borcun ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli məktub da göndərilməsinə baxmayaraq, məsələnin həlli üçün cavabdeh tərəfindən heç bir addım atılmamışdır.
9. Cavabdehin nümayəndəsi cavabdehin iddiaçı ilə hər hansı müqavilə bağlamadığını və heç bir müqaviləyə imza atmadığını bildridiyinə görə iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir.
10. Məhkəmə Ekspertiza Mərkəzinin 01 mart 2022-ci il tarixli, 4/124 saylı rəyinə əsasən İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə Cavab deh adlarından olan 07 yanvar 2020-ci il tarixli, Vİ-15/20 nömrəli “Reklam məhsullarının yayımlanması haqqında” müqavilənin sonunda “Fiziki şəxs Cavabdeh” qrafasındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
11. Cavabdeh məhkəmə iclasında iddiaçı ilə hər hansı müqavilə bağlamadığını və reklam sifarişi vermədyini, Şirkətin əməkdaşı Aytən Bayramova və digərləri ilə onun arasında xidmətlərin əvəzinin ödənilməsi barədə WhatsApp və e-mail yazışmalarının həqiqətən onun tərəfindən həyata keçirildiyini,həmin yazışmaların bu müqaviləyə aidiyyəti olmadığını, 2500 manat ödənişin göstərilən müqavilə üzrə edilmədiyini, ola bilsin ki, başqa xidmət müqaviləsi üzrə ödənildiyini göstərmiş, iddianın rədd edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasında iddiaçıda departament rə hbəri işləyən Aytən Bayramova şahid qismində ifadə verərək bildirmişdir ki, cavabdeh əvvəllər iddiaçı Şirkətin işçisi olmuş, sonradan işdən çıxaraq müstəqil olaraq televiziyalara reklam yerləşdirmək işinə başlamış, əvvəllər yerləşdirdiyi reklamların pulunu vaxtında ödəmiş, lakin ödəməni köçürmə ilə deyil,nağd ödəmişdir. Sonralar isə ödəməni dayandırmışdır. Bununla əlaqədar onunla ödəniş etməsi üçün WhatsApp, e-mail yazışmaları, telefon danışıqları aparılmış, həmin yazışmalarda cavabdeh borcunu ödəyəcəyini və vaxt verilməsini istəmiş, bu yazışmalardakı reklamlar məhz xx.xx.2020-ci il tarixli müqavilə üzrə təsdiq edilmiş reklam müdia planları ilə əlaqədar olmuşdur. Bu müddət ərzində cəmi 2550 manat ödəniş etmişdir.MÜqavilə ilə tanış olmaq üçün götürüb, imzalanmış şəkildə qaytarmışdır.
13. Ba kı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-199/2022 saylı, 07 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Anar Rzayev) iddianın qismən təmin edilməsi, Cavabdeh 29.362 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı İctimai Televiziya ve Radio Yayımları Şirkətinin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 126 manat İctimai Televiziya və Radio Yayımları Şirkətindən ve Cavabdeh müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 07 yanvar 2020-ci il tarixli, Vİ15/20 nömrəli “Reklam məhsullarının yayımlanması haqqında” müqavilədəki imzanın cavabdeh tərəfindən imzalanmadığı müəyyən edilsə də, tərəflər arasında müqavilə faktiki olaraq bağlanmışdır. Belə ki, müqavilə cavabdeh tərəfindən imzalanmasa belə, onunla iddiaçıya qabaqcadan elektron rabitə vasitəsi ilə bildirdiyi razılığı əsasında bağlanmış, cavabdeh təfindən həm müqaviləyə qədər həm də, müqavilədən sonrakı iradə ifadəsi ilə müqavilə yenilməklə etibarlı sayılmış, üzərinə düşən öhdəlik qismən yerinə yetirilmiş, iddiaçı tərəf isə müqavilənin qanunla müəyyən olunmuş şərtlərinə riayət etmişdir. Buna görə də tərəflər arasında qeyd edilən müqavilə bağlanmış sayılır. Həmçinin bu müqavilənin yazılı bağlanması mütləq qaydada qanunvericilkdə şərtləşdirilməmişdir.
15. Birinci instansiya məhkəməsi müqavilə üzrə tələb edilən 31912 mamnat borcdan ödənilmiş 2550 manatı çıxaraq, 29.362 manat tutulmasını əsaslı hesab etmişdir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəll əsinin 14.2.6, 21.1, 390, 405.1, 417.1, 427.3-cü maddələri, Mülki Prosessual Məcəllənin 88. 106.1, 119.1-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza rəyinə əsasən iddiaçı ilə cavabdeh arasında olan müqavilədəki imza cavabdehə aid deyil. Belə olan halda cavabdehin həmin müqavilə üzrə hər hansı öhdəliyi yarana bilməz. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar həqiqəti əks etdirmir. Onların hamısı iddiaçı tərəfindən məhkəməni aldatmaq üçün hazırlanmışdır. İşdə olan media planlard an bir neçəsini cavabdeh göndərmiş, onların cəmi isə iddia tələbinin həcmini əhatə etmir, digər media planların isə onun tərəfindən göndərilməsi barədə sübut yoxdur. Cavabdeh tərəfindən WhatsApp yazışmalarının ona aid olmadığıməhkəmədə bildirilmiş, 2550 manat ödəniş barədə order saxta olmuşdur. Reklam məhsulları e-mailə göndərilməsi isə onlara görə borcun yaranmasına dəlalət etmir.
19. Bakı Apellyasiya Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2(103)7669/2022 saylı qətnaməsi ilə (hakimlər F.F.Babayev (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və R.Ə.Eyvazov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
20. Apelyatorun dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki qanunveric iliyin normaları baxımından tərəflər arasında yazılı müqavilə olmasa da, müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində Cavabdeh hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur.
21. Kollegiya hesab etmişdir ki, cavabdeh tərəfindən 07 yanvar 2020-ci il tarixli, Vİ-15/20 nömrəli “Reklam məhsullarının yayımlanması haqqında” müqavilənin imzalanmaması onu müqavilə cavabdeh tərəfindən imzalanmasa belə, onun iddiaçıya qabaqcadan elektron rabitə vasitəsi ilə bildirdiyi razılığı əsasında bağlanmış, cavabdeh tərəfindən həm müqaviləyə qədər həm də, müqavilədən sonrakı iradə ifadəsi ilə müqavilə bəyənilməklə etibarlı sayılmış, üzərinə düşən öhdəlik qismən yerinə yetirilmiş, iddiaçı tərəf isə müqavilənin qanunla müəyyən olunmuş şərtlərinə riayət etmişdir. Buna görə də tərəflər arasında qeyd edilən müqavilə bağlanmış sayılır.
22. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2021-ci il tarixli qərarında göstərmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
23. Həmçinin, kollegiya qeyd etmişdir ki, bu cür müqavilənin bağlanması üçün ayrıca şəkildə mütləq qaydada yazılı müqavilənin bağlanmasına zərurət yoxdur. Müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla kollegiya belə qənaətə gəlir ki, tərəflər arasında qeyd edilən müqavilə münasibət ləri baş tutmuşdur.
24. Digər tərəfdən, cavabdeh iddiaçının əməkdaşına göndərdiyi media plan cədvəllərinin, onlar arasında olan yazışmaların (borcun olması ilə bağlı, borcunun ödəyəcəyi ilə bağlı) başqa öhdəlik və borc münasibətlərinin olduğunu bildirsə də, qeyd etdikləri ilə bağlı (iddiaçı ilə başqa müqavilə və ya borcun olması) hər hansı bir sübut təqdim edə bilməmişdir.
25. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apelyasiya şikayətini təmin etməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mülkiyyət hüququnu pozmuş, mülki qanunvericiliyin tələblərinə cavab verməyən əhəmiyyətsiz əqdə obyektiv hüquqi qiymət verməmiş, sübutları düzgün qiymətləndirilməmişdir. Belə ki, apellyasiya məhkəməsi həmin qərarı çıxararkən apellyatorun dəlillərini ətraflı araşdırmadan, elektron rabitə vasitəsilə göndərilmiş məktubları nəinki mütəxəssis cəlb etməklə həqiqiliyini yoxlamamış, heç özü də gözünün ucu belə baxmamışdır. Yalnız cavabdehin həmin reklam məhsulları iddiaçının e-mail poçtuna göndərməsi halını özü təsdiq etməsini sübut olaraq qəbul etməklə kifayətlənmişdir.
28. Halbuki, cavabdeh hər iki instansiya məhkəmələrində israrla bildirib ki, iş materiallarında cavabdeh tərəfindən imzalanmış reklamların yayımlanması üçün 31.912 manat məbləğind ə media plan cədvəlləri yoxdur. İş materiallarında olan media planların hamısı iddiaçı tərəfindən saxtalaşdırılmış sənədlərdir və hətta onların cəmi belə iddia tələbinin həcmini təşkil etmir. Media planların əksəriyyətini o göndərməyib və həmin planların onun tərəfindən göndərilməsinə dair hər hansı sübut yoxdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş həmin media planlar cavabdehin ona göndərdiyi planların iddiaçı tətəfindən dəyişdirilib təsdiq edilmiş formalarıdır. Bu dəyişikliklərə dair cavabdeh tərəfindən hər hansı razılıq yoxdur. Əgər cavabdeh və iddiaçının elektron poçtları tutuşdurularsa cavabdeh tərəfindən həmin media planların göndərilmədiyi müəyyən olunar.
29. İddiaçı İctimai Televiziya və Radio Tatımları Şirkəti kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı Ape llyasiya Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2(103)-7669/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi
30. Maddə
385. Ödəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
32. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsin də tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 33. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
39. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansi yası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyinə görə apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yo xlanılır.
42. Kassasiya instansiya məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Məlum olduğu kimi hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tə ləb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
45. Tərəflərin reklam məhsullarının yerləşdirilməsinə dair xidmət barədə razılaşmaları, bu razılıq çərçivəsində iddiaçının göndərdiyi reklam məhsullarının iddiaçı tərəfindən yayımlanması, cavabdehin isə həmin işə görə pul ödəməməsi kimi işin halları işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən işdə olan mötəbər sübutlarla təsdiq edilmişdir. Cavabdeh yazılı müqaviləni imzalamasa da, cavabdehin də özünə aid olmasını qəbul etd iyi e-mail və WhatsApp yazışmaları ilə tərəflərin müqavilə münasibətində olduğu, işin görüldüyü və borcun yarandığı müəyyən edilmişdir. Cavabdeh bu yazışmaların konkret olaraq bu müqaviləyə aid olmadığını bildirsə də, iddiaçı ilə arasında başqa bir müqavilə öhdəliyi olması barədə heç bir sübut verməmişdir.
46. Məhkəmə kollegiyası hesab edir ki, podrat müqaviləsinin yazılı formada bağlanması Mülki Məcəllədə xüsusi olaraq göstərilmədiyindən iddiaçının yazılı müqavilənin mövcud olmamasına istinad edərək öhdəliyinin icrasından imtina etməsi əsassızdır.
47. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, sübutların düzgün qiymətləndirilməməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmı ş hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
48. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir.
49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzr ə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğu üçün dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə dəlilləri əsassız olduğu üçün təmin olunmamalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2(103)-7669/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.