Məhkəmə qərarları › İş №2(102)-1492/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1492/2019

23.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1492/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 oktyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı İKB ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 oktyabr 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Misirzadə, iş № 2(011)-1428/2018 saylı mülki iş) iddia tələbi qismən təmin edilərək, İddiaçı İ KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 3-MG-1-0-455-14 saylı, 22 iyul 2014-cü il tarixli əsas kredit müqaviləsinin ləğv edilməsini, ödəniş gününə qüvvədə olan məzənnə ilə Cavabdeh1 7099,54 ABŞ dolları əsas borc, 20,05 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 71,19,59 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı, 30 manat məbləğində dövlət rüsumu, bildiriş qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının alınaraq İddiaçı İKB ASC-yə ödənilməsi, tələb Cavabdeh1 məxsus Bakı şəhəri, ÜNVANinə yönəldilməsi, Bakı şəhəri, ÜNVANinin ilkin satış qiyməti 75000 manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən İddiaçı İKB ASC-yə olan borcun ödənilməsi, Bakı şəhəri, ÜNVANinə tutma yönəldikdən və o satıld ıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X6 və Cavabdeh5 həmin fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 150 manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Vəliyev (sədrlik edən, məruzəçi), X.Mərdanova və E.Həsənov, 2(103)-9392/2018 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1, X1 Soltan Faiq oğlu, X6 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçı nın xeyrinə kredit müqaviləsi üzrə banka 7152,34 ABŞ dolları əsas, 2678,33 ABŞ dolları faiz, 20,05 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 9850,72 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın ödənilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, ÜNVANinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun Bakı şəhəri, ÜNVANinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, ÜNVANinə yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X4 Bakı şəhəri, ÜNVANinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2 Məmməd qızının, Cavabdeh3, Cavabdeh4 və X4 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 ilə İddiaçı İKB arasında bağlanmış 22.07.2014cü il tarixli əsas kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı İKB ASC apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. K assasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhk əməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 ilə İddiaçı İKB ASC-nin 3 saylı filialı arası nda 22.07.2014-cü il tarixli, 3-MG-1-0-445-14 saylı əsas kredit müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən cavabdehə 72 ay müddətinə 30000 manat məbləğində və ya kredit veriləcək gün bu məbləğin ABŞ dolları və ya avro ekvivialentində kredit limiti ayrılmışdır. Cavabdeh1 ilə İddiaçı İKB ASC-nin 3 saylı filialı arasında 22.05.2015-ci il tarixli, 3-MG-l-0455-14(2) saylı bank, hesab, kredit və zaminlik müqaviləsindən görünür ki, bank cavabdehə 24 ay müddətinə illik dərəcəsi 25% olmaqla 11 700 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdeh1 ilə İddiaçı İKB ASC-nin 3 saylı filialı arasında 22.05.2015-ci il tarixli, 3-MG-l-0455-14(2) saylı bank, hesab, kredit və zaminlik müqaviləsinə 10.03.2016-cı il tarixli əlavədən görünür ki, kreditin illik faiz dərəcəsi 22% olmaqla müqavilənin m üddəti 22.02.2020-ci il tarixinə qədər uzadılmışdır. İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 22.07.2014-cü il tarixli, 3-MG-l -0-445-14 saylı əsas kredit müqaviləsi öhdəliklərin icrasını təmin etmək məqsədilə 22.07.2014-cü il tarixdə Bakı şəhəri, ÜNVANinə dair 3- 1-0-455-14 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Arayışdan görünür ki, Cavabdeh1 7152,34 ABŞ dolları əsas borcu, 2678,33 ABŞ dolları faiz borcu, 20,05 ABŞ dolları cərimə üzrə borcu olmaqla, ümumilikdə 9850,72 ABŞ dolları məbləğində kredit borcu vardır. RX seriyalı, ******* saylı, 24.07.2014-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, ÜNVANi İddiaçı İKB ASC-nin 3 saylı» filialının xeyrinə 72 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı İKB ASC tərəfindən cavabdehə borcun ödənilmə sinə dair xəbərdarlıq məktubları göndərilmişdir. İddiaçı tərəfindən cavabdehə 19.09.2017-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş göndərilmişdir. Bildirişin qeydə alınmasına dair ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində 22.09.2017-ci il tarixdə qeydə alınmışdır. 2 saylı MKİS tərəfindən 21.07.2014-cü il tarixdə verilmiş Forma 2 arayışının surətindən görünür ki, cavabdehlər Bakı şəhəri, ÜNVANində qeydiyyatdadırlar. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, X5 və Cavabdeh5 tərəfindən notariat kontorunda ünvanlanmış razılıq ərizələrinin surətlərindən görünür ki onlar, Cavabdeh1 məxsus olan Bakı şəhəri, ÜNVANinin İddiaçı İKB ASC-nin hər hansı filialına kreditin təmina tı üçün ipoteka (girov qoyulmasına razılıq vermişlər və qanunvericiliyin tələblərinə müvafiq ipoteka edmetinə ödəniş yönəldikdə, heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeydşərtsiz evi tərk etməyi öhdələrinə götürmüşlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04.12.2017-ci il tarixli qərardadı ilə göstərilən daşınmaz əmlakların bazar qiymətinə qiymətləndirilməsi «xxxx» MMC-yə həvalə olunmuş, «xxxx» MMC-nin Bakı şəhəri, ÜNVANinin bazar dəyərinin müəyyən edilməsi üzrə 0093/18/NB saylı, 14.02.2018-ci il tarixli hesabatı ilə qeyd edilən daşınmaz əmlakın bazar dəyəri 75000 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərə kətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(maddə 739.1) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.(maddə 4 42) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən rclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın ıbirıin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə uyğun olaraq, əsas öhdəliyin, yaxud onun bir kəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin bnilməsi maddələrinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutm anın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Kollegiya hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən m üqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Həmçinin məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehdən əsas və faiz borcunun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə əsaslı deyildir. Məhkəmə mühasibatlıq ekspertizasının 433 saylı, 21.05.2018 saylı rəyinə əsasən Cavabdeh1 İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə 18.09.2017-ci il tarixə banka olan borcu əsas üzrə 8823,49 ABŞ dolları, faiz borcu üzrə 1296,15 ABŞ dolları məbləğində müəyyən edilir. Rəyin nəticə hisəsində eyni zamanda qeyd olunmuşdur ki, |23.12.2017-ci il tarixdən 12.01.2018-ci il tarixə qədər cavabdeh tərəfindən banka 1348,95 ABŞ dolları məbləğində ödəniş edilmiş və həmin ödəniş ekspertiza tədqiqatı nəzərə alınmamışdır. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1 -ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunanlara əsasən kollegiya hesab etmişdir ki, ekspertizanın verdiyi rəyi sübut növü qəbul edərək, hesab etmişdir ki, qeyd edilən hissədə iddi a qismən təmin edilərək, cavabdehdən göstərilən kredit müqaviləsi üzrə yaranmış kredit borcu hesablanarkən ödənilmiş 1348,95 ABŞ dolları (1348,95-1296,15=52,8 ABŞ dolları) nəzərə alınmaqla yalnız )99,54 ABŞ dolları (7152,3452,8=7099,54 ABŞ dollan) məbləğində əsas borc tutulmalıdır. İddianın 20,05 ABŞ dolları məbləğində cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab etmişdir ki, iddianın həmin hissəsi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora (əməli olduğu pul məbləğidir və iddiaçının iddia ərizəsində göstərilən cərimə əsaslıdır və şişirdilmiş məbləğ deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İKB ASC-nin ka ssasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 10 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar