Məhkəmə qərarları › İş №2(102)-1492/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1492/2020

04.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1492/2020 04.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X6 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X4 və iddiaçının nümayəndəsi X5 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(067)-4511/2017 saylı qətnaməsi ilə (hakim A.F.İbrahimov) İddiaçı ASC-nin iddiası qismən təmin edilmiş, iddiaçı ilə C avabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, 140xx-xx/182362 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 349.580,50 manat əsas kredit borcu, 64.298,36 manat kreditdən istifadəyə görə faiz borcu, 48.023,02 manat hesablanmış penya, cəmi 461.901,88 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Cavabdeh2 məxsus olan Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində yerləşən mülkiyyətində olan 3.45 ha torpaq sahəsi və üzərində yerləşən 392.8 kv.m ümumi, 437.6 kv.m tikintialtı sahədən ibarət olan əmlak kompleksi kimi müəssisəyə tutmanın yönəldilməsi, əmlak kompleksinin açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsait hesabına Cavabdeh1 Orfula oğlunun İddiaçı ASC-yə olan kredi t borcu, kreditdən istifadəyə görə faizləri, penya və dövlət rüsumunun ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(105)-125/2019, hakimlər T.O.Quliyev, G.F.Tağızadə, E.G.Rəhimov) cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(067)-4511/2017 saylı qətnaməsi – «cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 48.023,02 manat hesablanmış penya» hissəsində dəyişdirilərək, cərimə borcunun 5000 manat müəyyən edilməsi, Cavabdeh2 məxsus olan Xaçmaz rayonunun Seyidlikəndyeri kəndində yerləşən 3.45 ha torpaq sahəsi və üzərində yerləşən 392.8 kv.m ümumi, 437.6 kv.m tikintialtı sahədən ibarət o lan əmlak kompleksinin ilkin satış qiymətinin 530.000 manat məbləğində müəyyən edilməsi, qətnamənin – İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, 140xx-xx/182362 saylı kredit müqaviləsi ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 349.580,50 manat əsas kredit borcu, 64.298,36 manat kreditdən istifadəyə görə faiz borcu, ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Cavabdeh2 məxsus olan Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində yerləşən mülkiyyətində olan 3.45 ha torpaq sahəsi və üzərində yerləşən 392.8 kv.m ümumi, 437.6 kv.m tikintialtı sahədən ibarət olan əmlak kompleksi kimi müəssisəyə tutma yönəldilməsi, Xaçmaz rayonunun Seyidlikəndyeri kəndində yerləşən mülkiyyətində olan 3.45 ha torpaq sahəsi və üzərində yerləşən 392.8 kv.m ümumi, 437.6 kv.m tikintialtı sahədən ibarət olan əmlak kompleksi açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsait hesabına Cavabdeh1 Orfula oğlunun İddiaçı ASC-yə olan kredit borcu, kreditdən istifadəyə görə faizləri, penya və dövlət rüsumu ödənilməsi və iddianın qalan hissəsi təmin edilməməsi» hissəsində dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatının dəyəri olan 145 manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 müştərək qaydada tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: xx xxxx 2014-cü il tarixli, 140xx-xx/182362 saylı kredit müqaviləsinə əsasə n İddiaçı ASC tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 19 faiz ödəmək şərtilə 446.200 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh2 ilə 140xxxx/400158 Sİ saylı, xx xxxx 2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və ona məxsus olan Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində yerləşən mülkiyyətində olan 3.45 ha torpaq sahəsi və üzərində yerləşən 392.8 kv.m ümumi, 437.6 kv.m tikintialtı sahədən ibarət olan əmlak kompleksi kimi müəssisə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2015-ci il tarixdə kreditin restrukturizasiyasına dair, xx.xx.2015-ci il tarixli tarixdə isə qalıq borcun 1.0555 kursla AZN valyutasına konvertasiya edilməsi barədə razılaşma bağlanmışdır. xx.xx.2017-ci il tarixdə İddiaçı ASC iddia ərizəsi ilə məhkəmə yə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, ipoteka predmeti olan əmlak düzgün qiymətləndirilməmiş, borc məbləği şişirdilmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı dır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi təşkil edir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışından müəyyən olunur ki, cavabdehlərin İddiaçı ASC-nə 349.580,50 manat əsas kredit borcu, 64.298,36 manat faiz borcu, 48.023,02 manat hesablanmış penya olmaqla, cəmi 461.901,88 manat məbləğində borcu vardır. Az ərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər üzrə verilməsini şərtləndirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki qanunvericiliyin tələbləri və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, öhdəliyinə uyğun olaraq müəyyən edilmiş miqdarda və vaxtda ödənişləri həyata keçirməmişdir. Buna görə də cavabdehin məhz kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyinə görə borcu yaranmışdır. Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq əsas kredit borcunu müqavilədə razılaşdırdığı kimi faizlərlə birlikdə iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası M PM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. İş üzrə alınmış məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxxxx 2018-ci il tarixli, 8674 saylı rəyi ilə Cavabdeh1 İddiaçı ASC-yə əsas borcu 349.580,50 manat və faiz borcu 64.686,78 manat məbləğində müəyyən edilmişdir. İddiaçı bankəsas borc və faiz borcu ilə bərabər 48023,02 manat cərimənin tutulması tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Apellyasiya məhkəməsi həmin normanın tələbləri baxımından iddiaçı tərəfindən tələb edilən 48023 manat dəbbə pulunu tənasübsüz yüksək hesab edərək, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirməklə dəbbə pulunu 5000 manat məbləğində müəyyən etmişdir. Eyni zamanda tərəflər arasındakı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədilə ipoteka müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1 və 34.1.2.-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüqu qunun yaranması anıdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə görə, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İşdə olan “S-Əmlak” X1 xx xxx 2019-cu il tarixli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh2 məxsus Xaçmaz rayonunun Seyidlikəndyeri kəndində yerləşən 3.45 ha torpaq sahəsi və üzərində yerləşən 392.8 kv.m ümumi, 437.6 kv.m tikintialtı sahədən ibarət olan əmlak kompleksi kimi müəsissənin 2019-cu il tarixə olan bazar dəyəri 1.750.000 manat təşkil edir. İşdə olan “xxxx” MMC-nin xx xxxx 2019-cu il tarixli, QR 269 M saylı qiymətləndirmə rəyinə əsasən Cavabdeh2 məxsus Xaçmaz rayonunun Seyidlikəndyeri kəndində yerləşən 3.45 ha torpaq s ahəsi və üzərində yerləşən 392.8 kv.m ümumi, 437.6 kv.m tikintialtı sahədən ibarət olan əmlak kompleksi kimi müəsissənin 2019-cu il tarixə olan bazar dəyəri 530.000 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin sübutların qiymətləndirilməsinin əsaslarını müəyyən edən 88-ci maddəsinin tələblərinə görə heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş üzrə “xxxx” MMC-nin xx xxxx 2019-cu il tarixli, QR 269 M saylı qiymətləndirmə rəyi ipoteka predmeti olan əmlakın dəyərinin reallığını özünə əks etdirdiyinə görə, həmin rəy əsas götürülməklə digər rəylərə tənqidi yanaşılaraq Cavabdeh2 məxsus Xaçmaz rayonunun Seyidlikəndyeri kəndində yerləşən 3.45 ha torpaq sahəsi və üzərində yerləşən 392.8 kv.m ümumi, 437.6 kv.m tikintialtı sahədən ibarət olan əmlak kompleksinin ilkin satış qiyməti 530.000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətna mənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar