Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1492/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb olunmaqla) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: könüllü sığortadan irəli gələn mübahisə, sığorta ödənişi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb ol unmaqla) “sığorta ödənişinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6762/2023 saylı mülki iş üzrə 5 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. “BMW 530i” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətindədir. 2. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2020-ci il tarixdə Mi 012765 №-li sığorta müqaviləsi bağlanmış və **-PC-*** dövlət qeydiyyat nişanlı “BMW 530i” markalı avtomobil 4 il müddətinə sığortalanmış, "xxxx" MMC sığortalı, İddiaçı faydalanan şəxs, sığorta məbləği 90.0 00 manat, sığorta haqqı isə 9.360 manat müəyyən olunmuşdur.
3. Avtomobilin sığortalanması zamanı bağlanmış Mİ-012765 №-li “X4 Sığortası Şəhadətnaməsi” “Nəqliyyat vasitələrinin (Kasko) sığortası” qaydaları ila tənzimlənir. 4. “BMW 530i” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin AD 089890 saylı “B” kateqoriyalı sürücülük vəsiqəsinin sahibi X11 tərəfindən xx.xx.2021-ci il tarixinə qədər idarə olunması məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2020-ci il tarixdə etibarnamə verilmişdir. 5. 20 yanvar 2021-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Tbilisi prospekti ilə İzmir küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş vermiş, X6 idarə etdiyi **-PC-*** dövlət qeydiyyat nişanlı “BMW 530i” markalı avtomobillə X5 məxsus “Toyota Rav” markalı **-UG-*** d övlət qeydiyyat nişanlı avtomobil yolun buzlu olması səbəbindən toqquşmuş, sığortalı avtomobilə ziyan dəymişdir. 6. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə” 2/1387 №-li xx.xx.2021-ci il tarixli aktda göstərilmişdir ki, X11 xx.xx.2021-ci il tarixdə saat 01:00-da müayinə olunmuş və onun alkoqol sərxoşluq vəziyyəti müəyyən edilməmişdir. 7. “Narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında” 617 №-li xx.xx.2021-ci il tarixli aktda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 13:05-də müayinə olunmuş və ünvan 1 ünvanında qeydiyyatda olan X6 müayinəsi zamanı nəticə(OPİ, MET, THC, COC, BZO, TMC) - mənfi, aşkar edilmədi.
8. Fətəli Ağayev xx.xx.2021-ci il tarixdə "xxxx" MMC -də müxtəlif müayinələrdən, o cümlədən kompüter tomoqrafiya müayinəsindən keçirilmiş, ona ambulator müalicə təyin olunmuşdur.
9. Bakı şəhəri Yasamal RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 09 fevral 2021-ci il tarixli qərarla, toplanmış materialda və X6 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrinin tərkib əlamətləri olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, “BMW 530i” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qərarın surətinin Yasamal RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. 10. "xxxx" MMC-nin İddiaçı vəkilinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubda göstərilmişdir ki, “xx.xx.2021-ci il tarixdə saat 23:30 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar hər-hansı bir rəsmi məlumat "xxxx" MMC-nə daxil olmamışdır. Araşdırmamız nəticəsində müəyyən edilmişdir ki, "xxxx" MMC-yə məxsus “BMW” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair hesablanmış məbləğ "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesablarına köçürülməmişdir.
11. Müstəqil ekspert X13 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktda (arayışda), "xxxx" MMC-yə məxsus “BMW 530i” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, 2017-ci il buraxılışlı avtomobilə dəymiş ziyanın məbləğinin ümumilikdə (ehtiya t hissələri və xidmət haqqı daxil olmaqla) 73.150 (yetmiş üç min yüz əlli) manat təşkil etdiyi göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat:
12. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, baş vermiş sığorta hadisəsi nəticəsində **-PC-*** dövlət qeydiyyat nişanlı “BMW 530i” markalı avtomobilə dəymiş 90.000 manat zərərin (sığorta ödənişinin) cavabdehdən xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. İddia onunla əsaslandırmışdır ki, sığortaçı "xxxx" ASC ilə sığortalı "xxxx" MMC arasında ** PC *** dövlət qeydiyyat nişanlı “BMW 530i” markalı avtomobilin kasko sığortalanması barədə xx.xx.2020-ci il tarixində xx.xx.2024-cü il tarixinədək müqavilə imzalanmış, bu barədə sığortalıya 0 12765 nömrəli sığorta şəhadətnaməsi verilmiş, sığorta məbləği 90.000 manat, sığorta haqqı isə 9.360 manat müəyyən olunmuşdur. Sığorta hadisəsi 20 yanvar 2021-ci il tarixində saat 23:30-da Tbilisi prospekti ilə İzmir küçəsinin kəsişməsində baş vermiş, X6 idarə etdiyi ** PC *** dövlət qeydiyyat nişanlı “BMW 530i” markalı avtomobillə X5 məxsus “Toyota Rav” markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun buzlu olması səbəbindən toqquşmuş, avtomobil istifadəyə yararsız vəziyyətə düşmüşdür. Sığorta hadisəsi baş verdikdən dərhal sonra X22 İdarəsi və sığorta şirkəti ilə əlaqə saxlanılaraq məlumat verilmiş, Yasamal RPİ-nin 09 fevral 2021-ci il tarixli qərarı ilə X6 əməlində İXM-in 263.1-ci və 263.1.1-ci maddələrinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi”nin 617 nömrəli aktı və “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə 2/1387 ilə aktı ilə X6 hadisə zamanı tam sağlam olduğu, hər hansı spirtli içki və ya psixotrop maddə qəbul etmədiyi təsdiqlənmişdir. Vəkili tərəfindən "xxxx" ASC-yə 13 avqust 2021-ci il tarixli sorğu və 22 sentyabr 2021-ci il tarixli ərizələr ilə müraciət olunaraq sığorta ödənişinin edilməməsinin səbəbi barədə məlumat verilməsi xahiş edilsə də, sorğulara rəsmi cavab verilməmiş və sığorta ödənişi ödənilməmişdir. Bundan başqa, vəkili tərəfindən 13 avqust 2021-ci il tarixli və 28 sentyabr 2021-ci il tarixli sorğularla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edilmiş, “Avto Lizinq" MMC-nin 17 avqust 2021-ci il tarixli cavab məktubu ilə MMC-yə məxsus “BMW” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair hesablanmış məbləğin “Rəvan Sığorta" ASC tərəfindən “Avtolizinq" MMC-nin hesabına köçürülmədiyi bildirilmişdir. Vəkili tərəfindən xx.xx.2021-ci il tarixli ərizə ilə Azərbaycan Respublikasının Mərkəzi Bankına da müraciət edilərək "xxxx" ASC tərəfindən sığorta ödənişinin verilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. Beləliklə, pozulmuş hüquqlarının bərpası istiqamətində mübahisənin həlli üçün məhkəməyə qədərki bütün həll vasitələrindən istifadə edilmiş, lakin nəticə əldə edə bilməmişdir. Lizinq obyekti kreditorun hüquqlarının təminatı kimi lizinq verənin mülkiyyətində qalsa da, ona dair sahiblik və istifadə hüquqları lizinq alana keçir. Bu baxımdan lizinq alanın göstərilən hüquqlarının müdafiəsi, eləcə də onun lizinq obyektinə dəymiş z ərərin əvəzini tələb etmək hüququ vardır.
14. Cavabdehin nümayəndəsi X9 iddia tələbinə qarşı məhkəməyə yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixdə Mi 012700 №-li sığorta müqaviləsi bağlanmış və mübahisəli avtomobil 4 il müddətinə sığortalanmışdır. İddiaçının xx.xx.2021-ci il tarixli müraciətinə əsasan sığortalı avtomobil Yasamal rayonu ərazisində X11 tərəfindən idarə olunarkən, xx.xx.2021-ci il tarixdə saat 23:30 radələrində yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə sığortalı avtomobilə zərər dəymişdir. İddiaçı hadisənin baş verməsi barədə cavabdehə 20 gün sonra məlumat vermiş, bu da baş vermiş hadisənin sığorta hadisəsi olub-olmaması, hadisənin hansı şəraitdə va hansı səbəbdən baş verməsi və digər təfərrüa tlı araşdırmanın aparılmasını mümkünsüz etmişdir. Həmçinin, hadisə barədə gec məlumat verilməsinə baxmayaraq mövcud imkanlarla hadisəni araşdırmağa çalışan əməkdaşlara Fətəli Ağayev tərəfindən yanlış məlumat verilmişdir. Belə ki, hadisə ilə bağlı sürücünün verdiyi video müsahibədə sürücü hadisədən dərhal sonra Mərkəzi Klinikaya aparıldığını, orada 3 gün müddətində stasionar müalicə aldığını və bu səbəblə cavabdehə məlumat verə bilmədiyini qeyd etmişdir. X10 Cəmiyyətə daxil olan xx.xx.2021-ci il tarixli məktuba əsasən sürücü xəstəxanaya yol nəqliyyat hadisəsindən sonra - xx.xx.2021-ci il tarixdə saat 00:31 radələrində müraciət etmiş va müayinə olunduqdan sonra stasionar müalicədən qəti imtina etmişdir. Hadisədən sonra sürücü xx.xx.2021-ci il tarixdə Yasamal rayon Polis İdarəsinə getmiş və ərizə ilə rəhbərliyə müraciət edərək tibbi ekspertizadan keçməkdən imtina etdiyini bildirmişdir. Buradan da görünür ki, hadisədan sonra onun səhhətində ciddi problem olmamış, sürücü cavabdehə məlumat vermək iqtidarında olmuşdur. Həmçinin sığortalı, cavabdehə yazdığı xx.xx.2021-ci il tarixli ərizədə xəstəxanada 3 gün qaldığını bilmədən dediyini, əslində 2-3 saat qaldığını qeyd etmişdir. Yol-nəqliyyat hadisəsinin digər iştirakçısı “Toyota Rav 4” markalı avtomobilin sürücüsü X2 Cəmiyyətə yazdığı ərizəsinə və video müsahibəsinə əsasən hadisədən sonra özünü sürücünün atası kimi təqdim edən şəxs ona yaxınlaşmış və oğlunun sərxoş olduğu üçün avtomobili sürənin özü olduğunu bildirməsini xahiş etmişdir. Cəmiyyətə yol-nəqliyyat hadisəsi barədə 20 gün sonra şifahi məlumat verilməsinə baxmayaraq, müm kün qədər araşdırma aparılması üçün hətta 22 gün sonra sürücüdən narkoloji müayinədən keçməyi tələb olunmuşdur. “Nəqliyyat vasitələrinin “Kasko” sığortası” şəhadətnaməsinin 10-cu bəndinə əsasən, baş vermiş sığorta hadisəsinin araşdırılması məqsədilə sığortaçı müvafiq sənəd toplusuna əlavə olaraq alkoqol və narkoloji müayinə arayışı tələb edə bilər. Lakin sürücü, xx.xx.2021-ci il tarixdə Cəmiyyətə ərizə ilə müraciət edərək rayona getməli olduğunu və buna görə də müayinədən keçə bilmədiyini qeyd etmişdir. xx.xx.2021-ci il tarixli “Cinayət işinin rədd edilməsi haqqında” qərarda sürücünün xx.xx.2021-ci il tarixdə Yasamal rayon Pİ-nin rəhbərliyinə ərizə ilə müraciət edərək tibbi ekspertizadan keçməkdən imtina etdiyi qeyd olunmuşdur. Qarşı tərəfin sürücüsünün izahatı, sürücünün ekspertizadan keç məkdən imtina etməyi və Cəmiyyətə izahat verərkən bəhanə ilə müayinədən yayınmağı, onun yolnəqliyyat hadisəsi baş verərkən narkotik maddənin təsiri altında olmağını istisna etmir. Bundan başqa, sürücü Cəmiyyətin inzibati binasında narkoloji müayinədən keçmək barədə göndəriş alarkən, telefon danışığı aparmışdır ki, (otaqda video və səs yazısının aparılmasına dair lövhə iki görünən hissədə vurulmuşdur), sonradan həmin video və səs yazısı akustik ekspertiza olunmuşdur. Orada da açıq-aydın sübut olunur ki, sürücü psixotrop maddə qəbul etdiyindən müayinədən keçməmək üçün vaxt qazanmağa çalışır və qəsdən yayınır. Həmçinin, sığortalı avtomobildə olan digər sərnişinlərin hadisəyə dair ərizəsində və video müsahibəsində də ziddiyyətlər var. Sığortalı avtomobil həm də "xxxx" ASC-də təkrar sığortalanm ış, təqdim olunmuş məlumatlar əsasında təkrar sığorta şirkəti də sığorta ödənişindən imtina etmişdir. Avtomobilin sığortalanması zamanı bağlanmış Mİ012765 №-li “Nəqliyyat vasitələrinin “Kasko” Sığortası Şəhadətnaməsi” “Nəqliyyat vasitələrinin (Kasko) sığortası” qaydaları ila tənzimlənir. Həmin qaydaların 14.1-ci maddəsinə asasən sığortalı, sığorta hadisəsi baş verdikdən sonra, əgər sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta hadisəsinin baş verdiyini bildiyi və bilməli olduğu gün dərhal və ya ən geci 3 gün ərzində sığortaçıya məlumat verməlidir. Mülki Məcəllənin 923.1-ci bəndinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığor taçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər-hansı vasitə ilə xəbər verməlidir. “Nəqliyyat vasitələrinin (Kasko) sığortası” qaydalarının 14.4-cü bəndinə əsasən sığortalı hadisənin səbəblərini, şəraitini və şərtlərini müəyyən etmək, zərər və ziyanın miqdarını təsbit etmək üçün yararlı dəlilləri və sığortalı üçün əldə edilməsi mümkün olan lazımi məlumat və sənədləri sığortaçının tələbi ilə gecikdirmədən ona verməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və göstərilən müddəalar rəhbər tutularaq, mübahisəli avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi üzrə sığorta ödənişinin verilməsi qeyri-mümkün hesab edilmişdir.
15. Cavabdehin nümayəndəsi Məhkəmə Ekspertizası və X1 30 iyun 2021-ci il tarixl i ekspert rəyini məhkəməyə təqdim etmiş, ekspertin tədqiq etdiyi 1 ədəd “KODAK” markalı DVD-R optik diskə yazılmış 192.168.30.58_17_**********2358919 adlı faylda qeydə alınmış videofonoqramda montaj əlamətlərinin müəyyən olunmadığını, Fətəli Ağayevə məxsus video və səs yazısından onun, psixotrop maddə qəbul etdiyindən müayinədən keçməmək üçün vaxt qazanmağa çalışdığını və qəsdən yayındığının müəyyən edildiyini bildirmişdir.
16. İddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti baş vermiş sığorta hadisəsi ilə əlaqədar cavabdehin məlumatı olduğunu, mübahisəli avtomobilin lizinq müqaviləsi əsasında əldə edildiyini, hadisədən sonra nəqliyyat vasitəsinin tam yararsız vəziyyətə düşdüyünü, lakin dəymiş zərərlə bağlı "xx xx" MMC-yə cavabdeh şirkət tərəfindən hər hansı ödəniş edilmədiyini bildirmişdir.
17. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-589/2023 nömrəli, 11 aprel 2023-ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia tələbi rədd edilmişdir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı “Nəqliyyat Vasitələrinin (Kasko) Sığortası Qaydaları”nın 14.1-ci bəndinin tələbləri üzrə sığorta hadisəsi baş verdikdən sonra sığorta hadisəsinin baş verdiyini bildiyi və bilməli olduğu gün dərhal və ya ən geci 3 gün ərzində sığortaçıya məlumat verməli olduğu halda bunu etməmiş, hadisə baş verdikdən sonra oranı tərk etmiş, 20 gün sonra sığorta şirkətinə bu barədə məlumat vermiş, eyni zamanda “Nəqliyyat Vasitələrinin “Kasko” Sığortası” şəhadətnaməsinə Əlavə Şərtlə rin 10-cu bəndinin tələbləri üzrə sığorta hadisəsi ilə əlaqədar alkoqol və narkotik müayinə arayışı təqdim etməmiş, nəticədə göstərilən X17 hissəsinə əsasən (sığorta təminatına daxil olmayan zərərlər (istisnalar) və Sığorta ödənişinin verilməsindən imtinanın əsasları “Nəqliyyat Vasitələrinin (Kasko) Sığortası Qaydaları”nın müvafiq olaraq 4-cü və 18-ci maddələrində əks olunmuş hallarda) Sığortaçı sığorta ödənişinin verilməsindən imtina etməsi əsası ilə ona sığorta ödənişi verilməsindən imtina etmişdir.
19. İddiaçının mübahisələndirdiyi hallarla bağlı məhkəmə qeyd etmişdir ki, sığorta hadisəsi kimi qeyd edilən yol-nəqliyyat hadisəsi 20 yanvar 2021-ci il tarixində baş verdiyi halda, müvafiq tibbi müayinə xx.xx.2021-ci il tarixdə olmuşdur. “Nəqliyyat Vasitələrinin “Kasko” Sığortası” şəhadətnam əsinə Əlavə Şərtlərə əsasən, hadisə zamanı sığortalı avtonəqliyyat vasitəsini idarə edən şəxsin müvafiq tibbi müayinələrdən vaxtında keçməməsi tərəflər arasında olan sığortadan irəli gələn hüquq münasibətlərinin pozulması kimi qiymətləndirilir. Bundan başqa, hadisə zamanı sığortalı avtonəqliyyat vasitəsini idarə edən şəxsin hadisədən dərhal sonra klinikaya müraciət etdiyi, bu səbəblə də sığortaçı şirkətə məlumat verə bilməməsinə dair dəlil də öz təsdiqini tapmır. Belə ki, “Cinayət işinin başlanması barədə rədd qərarı”dan göründüyü kimi, 22 yanvar 2021-ci il tarixdə X11 ərizə ilə Yasamal rayon Pİ-nə müraciət etmişdir. Beləliklə məhkəmə araşdırması zamanı sübut olunmuşdur ki, İddiaçı yol-nəqliyyat hadisəsi baş verdikdən sonra yuxarıda sadalanan tələblərə riayət etməmiş, həmçinin iddia tələbi ndə qeyd etdiyi faktlar öz ifadəsi və cavabdehin təqdim etdiyi sübutlarla tam təkzib olunmuşdur. Bu səbəbdən də, məhkəmə iddia tələbinin təmin edilməməsini ədalətli və qanuni hesab etmiş, iddiaçının cavabdehə qarşı “sığorta ödənişi tələbi”nə dair iddiasını əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetmədiyindən təmin etməmişdir.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 923.1, 933.1.1, 933.1.2, 933.1.3 və 935.1.1-ci maddələrinə, “Nəqliyyat Vasitələrinin (Kasko) Sığortası Qaydaları”nın 4.5, 14.1, 14.4, 18.1-ci, “Nəqliyyat Vasitələrinin “Kasko” Sığortası şəhadətnaməsinə Əlavə Şərtlər”in 10-cu bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 78.1, 80 və 81-ci maddələrinə istinadla əs aslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
21. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi sübutlara düzgün qiymət verməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Halbuki cavabdeh şirkətin sığorta ödənişinin ödənilməsindən imtina etməsi üçün əsas gətirdiyi hallar Mərkəzi Klinikanın verdiyi tibbi sənədlərlə təkzib edilir. Avtomobili idarə etmiş Fətəli Ağayev hadisənin baş verməsindən 1 gün sonra sərxoşluq vəziyyətinin tibbi müayinəsin dən keçirilmişdir. Cavabdeh şirkət mövcudluğunu iddia etdiyi videoçəkilişi məhkəməyə təqdim etməmişdir. Hadisə barədə, hadisədən dərhal sonra şirkətə məlumat verilmiş, şirkət isə 2 həftə sonra hadisə yerinin müayinəsini həyata keçirmişdir ki, bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2022-ci və 16 fevral 2023-cü il tarixli qərardadları ilə iş üzrə ilkin və əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, müvafiq rəylər alınmışdır. Təyin edilmiş ekspertizalar zamanı ekspert qarşısında “xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “BMW 530i” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği nə qədər təşkil edir?” məzmununda sual qoyulmuşdur.
24. Azərbaycan Re spublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məzmununa görə oxşar olan xx.xx.2022-ci il tarixli ilkin və xx.xx.2023-cü il tarixli əlavə ekspert rəylərində göstərilmişdir ki, 2017-ci il buraxılışlı “BMW 530i” markalı, **-PC*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab edilmir və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalmış yararlı hissələrin dəyəri çıxılmaqla təxminən 36.000 (60.000 – 40%) manat müəyyən edilir.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-267/2023 nömrəli, 25 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Sabit Bəhramzadə) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci ins tansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul olunmuş, cavabdehdən 36.000 (otuz altı min) manat sığorta ödənişi, həmçinin ödədiyi dövlət rüsumlarının və bank xidməti xərclərinin əvəzi olaraq 540,54 (beş yüz qırx manat 54 qəpik) manat, yəni cəmi 36.540,54 (otuz altı min beş yüz qırx manat 54 qəpik) manatın alınaraq iddiaçıya ödənilməsinın xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 150 manatın cavabdehdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edimişdir.
26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh şirkətin iddiaya və apellyasiya şikayətinə etiraz kimi irəli sürdüyü, iddiaçının hadisə barədə vaxtında məlumat vermədiyi ar qumenti işin halları ilə öz təsdiqini tapmamışdır. Belə ki, cavabdehin Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti ilə razılaşdırdığı “Nəqliyyat Vasitələrinin (Kasko) Sığortası Qaydaları”nın 14.1-ci bəndinə əsasən sığortalı, sığorta hadisəsi baş verdikdən sonra, əgər sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta hadisəsinin baş verdiyini bildiyi və bilməli olduğu gün dərhal və ya ən geci 3 gün ərzində sığortaçıya məlumat verməlidir. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış sığorta müqaviləsində (şəhadətnaməsində) isə nəzərdə tutulmuşdur ki, “Bu sığorta şəhadətnaməsi “X4 sığortası qaydaları”na əsaslanır. Sığorta hadisəsi baş verdikdə aşağıda göstərilən nömrələrlə dərhal "xxxx" ASC-yə və DYP-ə zəng edin”. Beləliklə, sığorta hadisəsi barədə məlumat vermək və zifəsinin tezliyi (müddəti) Mülki Məcəllədə “dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində”, sığorta şəhadətnaməsində “dərhal”, həmin şəhadətnamənin əsaslandığı qaydalarda isə “dərhal və ya ən geci 3 gün müddətində” kimi müəyyənləşdirilmişdir. İşin hallarından aydın olur ki, baş vermiş yol-nəqliyyat hadisəsi barədə hadisədən dərhal sonra – xx.xx.2021-ci il tarixdə saat 23:49 radələrində Daxili İşlər Nazirliyinin 102 xidməti vasitəsilə Yasamal RPİ- nin NH-nə məlumat verilmiş, hadisə yerinə polis əməkdaşları gələrək araşdırma aparmış, hadisə iştirakçılarının izahatları alınmış, müvafiq ekspertiza keçirilmiş, xx.xx.2020-ci il tarixli qərarla cinayət işinin başlanması rədd olunmuşdur. Həmin qərardan aydın olur ki, hadisənin baş verməsindən təxminən 10-15 dəqiqə sonra hadisə yerinə X1 9 ekipajı da gələrək “BMW 530i” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan şəxsləri xəstəxanaya aparmışlar.
27. Məhkəmə kollegiyası hesab etmişdir ki, hadisə barədə sığorta şirkətinə konkret olaraq hansı tarixdə məlumat verilmiş olduğu müəyyən edilməsə də, bu qeyri-müəyyənliyin sığortalının ziyanına şərh olunması qanunvericinin məqsədlərinə uyğun hesab edilə bilməz. Belə ki, cavabdeh şirkət də hadisədən 20 gün sonra hadisə barədə məlumat əldə etdiyini irəli sürməsinə baxmayaraq, bunu sübuta yetirəcək heç bir sübut təqdim etməmişdir.
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki qanunvericilik sığortalının sığortaçını sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq sığortaçıya bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanının xəbər ve rməli olduğunu təsbit etmişdir – hazırkı işin hallarına görə isə sığortalının səlahiyyətli dövlət orqanını dərhal məlumatlandırmış olduğu müəyyən edilmişdir. “Dərhal” ifadəsi qısa vaxt dövrünü bildirən mücərrəd ifadə olmaqla, hər bir hadisənin baş vermə yeri və vaxtı baxımından qiymətləndirilməlidir və barəsində məlumat verilməli olan hadisənin mahiyyətindən (yerindən, baş vermə vaxtından, şəraitindən və s.) asılı olaraq “dərhal”lıq 1 saat, 3 gün, hətta 3 gündən çox da ola bilər.
29. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, sığorta ödənişinin verilməsindən imtina etmək üçün cavabdeh şirkətin istinad etdiyi sözügedən arqumentin konkret mübahisə üzrə ümumiyyətlə imtinaya əsas verməli olub-olmadığı məsələsi də mülki qanunvericiliyin əlaqədar maddələrinin məzmunu və məqsədləri baxımından nəzərdən keçirilməlidir. Mülki Məcəllənin 935-ci maddəsinin mənasına görə, cavabdeh şirkətin istinad etdiyi “vaxtında məlumat verilməməsi” arqumenti yalnız o halda sığorta ödənişinin ödənilməsindən imtinaya əsas verir ki, məlumatın gec verilməsi, yaxud “dərhal” kimi qiymətləndirilə bilən müddət ərzində verilməməsi sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması ilə nəticələnmiş olsun; sığortalının verdiyi yanlış məlumatlar isə sığortaçını “sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum” etdiyi zaman imtinaya əsas verə bilər.
30. Məhkəmə kollegiyası yuxarıda gəldiyi qənaətə uyğun olaraq hesab etmişdir ki, iddiaçı sığorta hadisəsi barədə məlumatı “dərhal” ifadəsini də ehtiva edən mümkün olan ən qısa zamanda səlahiyyətli dövlət orqanına vermiş, sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum edəcək qədər uzun müddət sonra hadisədən xəbər tutduğu isə müəyyən edilməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, “BMW 530i” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsaslarla idarə etmiş olan X6 alkoqol sərxoşluq vəziyyəti xx.xx.2021-ci il tarixdə səlahiyyətli dövlət qurumu tərəfindən yoxlanılaraq “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə” 2/1387 №-li xx.xx.2021-ci il tarixli akt tərtib edilmiş, Fətəli Ağayev xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-də müxtəlif müayinələrdən keçirilmiş, “Narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin is tehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında” 617 №-li xx.xx.2021-ci il tarixli aktla isə onun narkotik vasitələri və psixotrop maddələri istehlak etmədiyi müəyyənləşdirilmişdir. Başqa sözlə, cavabdeh şirkətin – hətta hadisədən 20 gün sonra məlumat əldə etmişdirsə belə hadisənin sığorta hadisəsi olub-olmamasını, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduğu qənaətinə gəlmək mümkün deyildir. Bu zaman həm də nəzərə alınmalıdır ki, sığortalanmış avtomobil hazırkı dövrə qədər təmir edilməməklə yanaşı, cavabdehin irəli sürdüyü arqumentə görə ona hadisədən 20 gün sonra baxış keçirilmişdir. Bu isə o deməkdir ki, cavabdeh şirkətin dəyən zərərin həcmini müəyyənləşdirmək im kanından məhrum olmasından bəhs etmək ümumiyyətlə ağlabatan deyildir. Sığortalanmış avtomobili idarə etmiş olan X6 hadisə baş verdiyi zaman sərxoş, yaxud narkotik vasitənin təsiri altında olması ilə bağlı cavabdehin nümayəndəsinin irəli sürdüyü arqumentlər isə tamamilə ehtimal xarakterlidir – hansı ki, bu cür ehtimallar əsasında səlahiyyətli dövlət qurumlarının müəyyənləşdirdiyi hallar təkzib oluna bilməz. Sərxoşluq elə bir vəziyyətdir ki, hüquqi mübahisələrdə onun mövcud olmadığı deyil, mövcud olduğu sübut edilməlidir. Ümumiyyətlə qeyd olunmalıdır ki, cavabdeh şirkətin istinad etdiyi DVD-R optik diskə yazılmış videofonoqramda olan danışıqların məzmunu sözügedən ehtimala birmənalı şəkildə gəlməyə əsas vermir; yol-nəqliyyat hadisəsinin digər iştirakçısı olan “Toyota Rav 4” markalı avtomob ilin sürücüsü X2 cavabdeh şirkətə yazdığı bildirilən ərizəsi və video müsahibəsi isə məhkəməyə təqdim olunmamışdır.
31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh şirkətin sığorta ödənişinin ödənilməsindən imtina etməsi əsassız olmuşdur. Bununla belə məhkəmə kollegiyası, iddiaçının iddia tələbini qismən əsaslı hesab etmişdir. Belə ki, apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza ilə sığorta hadisəsi nəticəsində sığortalanmış avtomobilə dəymiş ziyanın məbləğinin avtomobilin salamat qalmış yararlı hissələrinin dəyəri çıxılmaqla təxminən 36.000 manat təşkil etdiyi müəyyən edilmişdir.
32. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, nəzərə alınmalıdır ki, sığorta ödənişi zərərçəkmiş şəxsə dəymiş real zərər miqdarında maliyyə kompensasiyası olduğundan, məruz q aldığı zərərin məbləğini sübutetmə yükü sığortalının üzərinə düşür.
33. Ekspertiza tədqiqatının iddiaçının özünün təqdim etdiyi qüsur aktı əsasında həyata keçirildiyini nəzərə almaqla məhkəmə kollegiya hesab etmişdir ki, ekspert rəyləri ilə razılaşmamaq üçün əsas yoxdur və sığortalanmış avtomobilə dəymiş ziyanın məbləği olaraq məhz ekspert rəyi ilə müəyyənləşdirilən məbləğ əsas götürülməlidir.
34. İddiaçının nümayəndəsinin elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə göndərdiyi, avtomobilə ümumilikdə 54.472,83 manat ziyan dəyməsi barədə “İmprotex Motors” tərəfindən verilmiş akta münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən, tərəf yalnız onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdığı halda qəbul oluna bilər.
35. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21, 385.1, 386.1, 442, 448.1, 883.1, 904.1, 904.2, 922, 923.1, 923.2, 923.3, 923.4, 925.1, 925.2, 925.3, 926.1, 927.1, 933.1, 934.1, 935.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81, 88, 101.7, 102.2, 103.1-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
36. İddiaçı (Vəkil1) kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin 54.472,83 manat hissəsində təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
37. Cavabdeh (Vəkil2) kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və birinci in taniya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.
38. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3565/2023 nömrəli, 11 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər Z.B.Babayev (məruzəçi), A.Q.Hüseynov və Ə.G.Nurməmmədov) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddia tələbinin təmin olunması hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
39. Məhkəmə tərkibi öz mövqeyini belə əsaslandırmışdır ki, sığorta müqaviləsi onun iştirakçıları olan sığortaçıya və sığortalıya müəyyən hüquqlar və vəzifələr yaradır. Belə ki, sığortalı müvafiq sığorta haqqı ödəmək, sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə bu barədə dərhal sığortaçıya məlumat vermək vəzifəsini və sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququnu, sığortaçı isə sığortalıdan müvafiq sığorta haqqını almaq hüququnu və sığorta hadisəsi baş verdikdə sığorta ödənişini ödəmək vəzifəsini əldə edirlər.
40. Tərəflər arasında sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd “Nəqliyyat Vasitələrinin “Kasko” Sığortası” şəhadətnaməsidir. X3 3-cü bəndində şəhadətnamədə qeyd olunan nəqliyyat vasitəsini idarə etmə səlahiyyəti olan şəxslər dedikdə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən tərtib edilmiş etibarnaməyə malik olma şərti ilə sığortalı tərəf indən təyin olunmuş istənilən şəxs nəzərdə tutulur.
41. Kollegiya onu da qeyd etmişdir ki, "xxxx" ASC tərəfindən iddiaçıya sığorta ödənişinin verilməsindən imtina olunmasının əsası dəqiq göstərilmiş və apellyasiya məhkəməsi, həmin əsasların tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və “Nəqliyyat Vasitələrinin (Kasko) Sığortası” Qaydalarına uyğun olmasına düzgün hüquqi qiymət verməmiş, cavabdehin imtinasının müqavilənin və Qaydaların hansı şərtinə və ya qanunun hansı normasına zidd olduğunu qətnamədə göstərməmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi iddiaçının hadisə barədə vaxtında məlumat vermədiyi arqumentinin işin halları ilə öz təsdiqini tapmamasını göstərsə də, cavabdeh şirkətin hadisədən 20 gün sonra hadisə barədə məlumat əldə etdiyini irəli sürməsinə baxmayaraq, b unu sübuta yetirəcək heç bir sübut təqdim etməməsini qeyd etməklə həmin halı sübut etmə vəzifəsini cavabdehin üzərinə qoymağa çalışmışdır. Halbuki hazırki halda sığorta hadisəsi barədə qanunla və tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq tələb olunan vaxtda məlumat verməsini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür.
42. Eyni zamanda sığorta hadisəsi ilə bağlı sürücü X6 barəsində keçirilmiş, “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə” 2/1387 №-li xx.xx.2021-ci il tarixli aktın və “Narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında” 617 №-li xx.xx.2021-ci il tarixli aktın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalara uyğun keçirilib-keçirilməməsinə apellyasiya instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməmişdir.
43. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab etmişdir ki, "xxxx" ASC tərəfindən iddiaçıya sığorta ödənişinin verilməsindən imtina olunmasının əsası dəqiq göstərilmiş və apellyasiya məhkəməsi, həmin əsasların tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və “Nəqliyyat Vasitələrinin (Kasko) Sığortası” Qaydalarına uyğun olmasına düzgün hüquqi qiymət verməmiş, cavabdehin imtinasının müqavilənin və Qaydaların hansı şərtinə və ya qanunun hansı normasına zidd olduğunu qətnamədə göstərməmişdir. Həmçinin apellyasiya instansiya məhkəməsi idd iaçının hadisə barədə vaxtında məlumat vermədiyi arqumentinin işin halları ilə öz təsdiqini tapmamasını göstərsə də, cavabdeh şirkətin hadisədən 20 gün sonra hadisə barədə məlumat əldə etdiyini irəli sürməsinə baxmayaraq, bunu sübuta yetirəcək heç bir sübut təqdim etməməsini qeyd etməklə həmin halı sübut etmə vəzifəsini cavabdehin üzərinə qoymağa çalışmış. Halbuki hazırki halda sığorta hadisəsi barədə qanunla və tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq tələb olunan vaxtda məlumat verməsini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Odur ki, apellyasiya məhkəməsinin qeyd olunanlarla bağlı gəldiyi nəticə tam və əsaslı deyildir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
44. Təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xx xx" ASC-nin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, şəxs xəstəxanaya aparılmışdır, onu alkoqoldan 2 gün sonra, narkolojidən isə 31 gün sonra müayinədən keçiriblər. Bununla bağlı Mərkəzi Klinikaya sorğu verib, sorğuya cavabında bildiriblər ki, şəxs gəlib 2 saat sonra isə buraxılıbdır. Eyni zamanda, zərərçəkmiş şəxs Səlimbəyov Abbas izahatında qeyd edib ki, hadisədən sonra sürücünün atası ona yaxınlaşmış və bildirmişdir ki, oğlu sərxoşdur, ona görə də xahiş edib ki, polis gələn zaman maşını özünün sürməsinə dair ifadə versin, lakin şəxs bununla razılaşmayıbdır. Həmin şəxs birinci instansiya məhkəməsində şahid qismində ifadə verməmişdir, şahidin dindi rilməsi ilə bağlı vəsatət qaldırmasına baxmayaraq məhkəmə tərəfindən təmin edilmədi. Həmin şəxsin izahatı həm yazılı, həm də video formasında iş materiallarına əlavə edilmişdir. Sığorta hadisəsi barədə iddiaçı tərəfindən onlara məlumat verilməmişdir. Sığorta şirkətinin sığorta hadisəsindən 20 gün sonra məlumatı olmamışdır.
45. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6762/2023 nömrəli, 5 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər C.C.Musayeva (sədrlik edən və məruzəçi), F.F.Babayev və G.T.Axundova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
46. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, şin məhkəmələr tərəfindən müəyyən olunan hallarından görünür ki, “BMW 530i” marka lı **PC-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətindədir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2020-ci il tarixdə Mi 012765 №-li sığorta müqaviləsi bağlanmış və **-PC-*** dövlət qeydiyyat nişanlı “BMW 530i” markalı avtomobil 4 il müddətinə sığortalanmış, "xxxx" MMC sığortalı, İddiaçı sığorta olunan, sığorta məbləği 90.000 manat, sığorta haqqı isə 9.360 manat müəyyən olunmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X7 avtomobili xx.xx.2021-ci il tarixinə qədər idarə etməsi üçün xx.xx.2020-ci il tarixdə etibarnamə verilmişdir. 47. xx.xx.2021-ci il tarixdə saat 23:30 radələrində X11 idarə etdiyi **-PC-*** dövlət qeydiyyat nişanlı “BMW 530i” markalı avtomobillə Bakı şəhəri, Yasamal rayonu Tbilisi prospekti ilə üzü İzmir küçəsi istiqamətində hərəkət edərkən, qeyd olunan küçələrin kəsişməsində idarəetməni itirərək əvvəlcə yolun ortasında olan səki daşlarına, daha sonra isə İzmir küçəsində işıqfora dəymiş, X5 məxsus “Toyota Rav” markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış, hadisə nəticəsində “BMW 530i” markalı avtomobildə olan sürücü X11, eləcə də, sərnişinlər X8 və X12 xəsarət almışlar. Eyni zamanda sığortalı avtomobilə ziyan dəymişdir.
48. Bakı şəhəri Yasamal RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 09 fevral 2021-ci il tarixli qərarla, X6 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 263.11-ci maddələrinin tərkib əlamətləri olmadığından, Azərbaycan Respubl ikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, “BMW 530i” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qərarın surətinin Yasamal RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Təhqiqatçı tərəfindən hadisəni törətmiş sürücü Fətəli Ağayevin yol-nəqliyyat hadisəsini törətdiyi vaxt narkotik sərxoşluğu vəziyyətində olması yoxlanılmamışdır. 49. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə” 2/1387 №-li xx.xx.2021-ci il tarixli aktda göstərilmişdir ki, X11 xx.xx.2021-ci il tarixdə saat 01:00-da müayinə olunmuş və onun alkoqol sərxoşluq vəziyyəti müəyyən edilməmişd ir. Fətəli Ağayev xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-də müxtəlif müayinələrdən, o cümlədən kompüter tomoqrafiya müayinəsindən keçirilmiş, ona ambulator müalicə təyin olunmuşdur. “Narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixdə tərtib edilmiş 617 №-li aktda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 13:05-də müayinə olunmuş və ünvan 1 ünvanında qeydiyyatda olan X6 müayinəsi zamanı nəticə- (OPİ, MET, THC, COC, BZO, TMC) - mənfi, aşkar edilməmişdir.
50. Beləliklə tərəflər arasında əmlakın sığortası (könüllü) müqaviləsindən irəli gələn hüquq münasibətlərinin mövcudluğu və həmin münasibətlər qüvvədə olduğu dövrdə etibarnamə verilmiş X6 istifadəsi ndə və sahibliyində olmuş və cavabdeh tərəfindən sığortalanmış avtomobilə zərər dəyməsi işin mübahisəsiz hallarıdır. Sığorta ödənişinin verilməməsindən narazı qalan iddiaçı məhkəməyə müraciət edərək sığorta hadisəsi nəticəsində ona dəymiş zərərin tam ödənilməsini xahiş edir, cavabdeh isə sığortalının sığorta qanunvericiliyinə uyğun şəkildə müraciət etməməsi nəticəsində hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olduğuna istinad edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
51. Göründüyü kimi işin mübahisələndirilən halları hadisənin baş verməsi barədə cavabdeh-cəmiyyətə qanunvericilkdə nəzərdə tutulan müddətdə məlumat verilibverilməməsindən, hadisə baş verən zaman avtomobili idarə edən şəxsin narkotik maddələr və ya spirtli içki lərin təsiri altında olub-olmamasından ibarətdir.
52. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən, iddiaçının istinad etdiyi halları əsaslı hesab etməmiş, onun yol-nəqliyyat hadisəsi baş verdikdən sonra qanunla, “Nəqliyyat Vasitələrinin (Kasko) Sığortası” Qaydaları və tərəflər arasında bağlanmış “Nəqliyyat Vasitələrinin “Kasko” Sığortası” şəhadətnaməsi ilə üzərinə düşən vəzifəsini icra etmədiyinə, yəni hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə məlumat verməməsinə, həmçinin iddia tələbində qeyd etdiyi faktların öz ifadəsi və cavabdehin təqdim etdiyi sübutlarla tam təkzib olunmasına əsaslanmışdır.
53. İşdən görünür ki, tərəflər arasında sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd - “Nəqliyyat Vasi tələrinin “Kasko” Sığortası” şəhadətnaməsidir. X3 3-cü bəndində şəhadətnamədə qeyd olunan nəqliyyat vasitəsini idarə etmə səlahiyyəti olan şəxslər dedikdə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən tərtib edilmiş etibarnaməyə malik olma şərti ilə sığortalı tərəfindən təyin olunmuş istənilən şəxs nəzərdə tutulur. İddiaçı müqavilədə qeyd olunan şərtlərlə tanış olmuş, həmin şərtlərlə razılaşaraq sığorta müqaviləsi bağlamış, xx.xx.2020-ci il tarixdə imzaladığı “İltizam”da iddiaçıya məxsus Mİ-012765 saylı sığorta şəhadətnaməsində hansı hallarda (işıqforun qadağanedici işarəsi verildikdə hərəkətin davam etdirilməsi, “Giriş qadağandır” və “Hərəkət qadağandır” yol nişanlarının tələblərinin pozulması, üfiqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək əks istiqamətli nəq liyyat axınının hərəkət zolağına keçməsi, narkotik maddələr və ya spirtli içkilərin təsiri altında avtomobili idarə etdikdə) sığorta ödənişinin verilməməsi, nəqliyyat vasitəsinin “etibarnaməsiz” idarə olunduğu hallarda hadisə nəticəsində dəymiş zərərə görə sığorta təminatının verilmədiyi iddiaçıya izah olunmuşdur.
54. Cvabadeh-sığorta təşkilatı iddiaya etirazın əsası kimi baş vermiş hadisənin sığorta hadisəsi olub-olmaması, hadisənin hansı şəraitdə və hansı səbəbdən baş verməsi, habelə hansı məbləğdə zərər dəyməsi və digər təfərrüatları barədə araşdırma aparılmasının müvafiq məlumat vaxtında verilmədiyi üçün mümkünsüz olmasına istinad etmişdir. İddiaçı da hadisədən dərhal sonra Mərkəzi Klinikaya aparıldığını, orada 3 gün müddətində stasionar müalicə aldığını və bu səbəbdən Cəmiyyətə məluma t verə bilmədiyini qeyd etmişdir. Halbuki iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı hadisə barədə gec, eləcə də hadisəni araşdırmağa çalışan əməkdaşlara yanlış məlumat vermiş, həmçinin tibbi ekspertizadan keçməkdən imtina etmişdir (09 fevral 2021-ci il tarixli qərarın ikinci səhifəsinin üçüncü abzası), klinikada ona təcilil yardım göstərildikdən sonra dərhal evə buraxılmışdır.
55. Məhkəmə kollegiyası qeyd edir ki, sığorta müqaviləsi onun iştirakçıları olan sığortaçıya və sığortalıya müəyyən hüquqlar və vəzifələr yaradır. Belə ki, sığortalı müvafiq sığorta haqqı ödəmək, sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə bu barədə dərhal sığortaçıya məlumat vermək vəzifəsini və sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququnu, sığortaçı isə sığortalıda n müvafiq sığorta haqqını almaq hüququnu və sığorta hadisəsi baş verdikdə sığorta ödənişini ödəmək vəzifəsini əldə edirlər.
56. Göründüyü kimi, sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxsin hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə hər hansı vasitə ilə xəbər verməli idi. Tərəflərindən hərəkətsizliyə yol verildiyi sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması ilə nəticələnmişdir.
57. İddiaçı sığorta şirkətinə səhərisi gün məlumat verdiyinə, bununla da sığorta ödənişini ödəməkdən imtina edən cavabdehin hərəkətlərinin tərəf olduqları müqaviləyə və sığorta qanunvericiliyinə zidd olduğuna, bunun nəticəsində ona müq avilə münasibətlərindən irəli gələn zərər dəymiş olduğuna istinad etsə də, qeyd edilməlidir ki, sığorta hadisəsi baş verdikdən sonra etdiyi davranışın (hərəkətlərin və ya hərəkətsizliyinin) qanuna uyğun olduğunu sübut etmək vəzifəsi onun üzərinə düşür. Bunun üçün iddiaçı sığorta hadisəsi barədə tələb olunan vaxtda məlumat verməsini və ya vərməməsinin üzrlü səbəbdən baş verdiyini, hadisə baş verən zaman sürücünün narkotik maddələr və ya spirtli içkilərin təsiri altında olmadığını sübut etməlidir. İddiaçı eyni zamanda sığorta hadisəsinin baş verməsində təqsirli olan sürücü X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalara uyğun keçmədiyini əsaslandırmalı idi.
58. Nəzərə almaq lazımdır ki, sığortalı yalnız müəyyən qaydada və müəyyən müddət ərzində sığorta hadisəsinin baş verməsi barədə məlumat verməyə borcludur. Qanun bu bildirişlə eyni vaxtda bütün zəruri sənədləri təqdim etmək öhdəliyini sığortalının üzərinə qoymur. Məlumatlandırma telefon zəngi, SMS və ya qaydalarda göstərilən hər hansı digər ünsiyyət üsulu formasında ola bilər. Bundan başqa Mİ-012765 №-li “X4 Sığortası Şəhadətnaməsi”ndə sığorta olunan kimi göstərilən və yol-nəqliyyat hadisəsinin baş verməsində iştirak etməmiş iddiaçı da avtomobilin faktiki sahibinin əvəzinə sığorta olunan şəxs kimi hadisə barədə sığortaçıya məlumat verə bilərdi. Halbuki iddiaçı müqavilə ilə üzərinə düşən bu vəzifəni lazımi qaydada icra etmədiyini də əsaslandırmamışdır.
59. Belə ki, “Fizik i şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 9.2.3-cü bəndinə görə sığortaçını sığorta hadisəsi barədə məlumatlandırmaq sığortalının vəzifəsidir. Bu vəzifə faydalanan şəxs tərəfindən də yerinə yetirildikdə qənaətbəxş hesab edilir.
60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etm əlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfin dən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
62. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsas ola bilməz. Belə olan halda apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
63. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apell yasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
64. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri:
65. Qətnamədən iddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ləğv edilməsini və işin yenidən araşdırılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
66. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli olan hal sığortaçının (cavabdehin) həmin hadisənin sığorta hadisəsi olduğunu araşdırmaq imkanından məhrum olub-olmadığı, habelə hadisə nəticəsində sığorta ödənişinin verilməsindən imtina üçün əsas olub-olmadığıdır. Belə ki, cavabdeh şirkət iddiaçının (sığortalının) hadisə barədə gec, eləcə də hadisəni araşdırmağa çalışan əməkdaşlara yanlış məlumat verdiyini, həmçinin tibbi ekspertizadan keçməkdən imtina etdiyini irəli sürməklə sığorta ödənişini ödəməkdən imtina etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, cavabdeh şirkətin irəli sürdüyü, iddiaçının hadisə barədə vaxtında məlumat vermədiyi arqumenti işin halları ilə öz təsdiqini tapmır. Belə ki, "xxxx" ASC-nin Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti ilə razılaşdırdığı“ X4 Sığortası Qaydaları”nın 14.1-ci bəndinə əsasən sığortalı, sığorta hadisəsi baş verdikdən sonra, əgər sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdı rsa, sığorta hadisəsinin baş verdiyini bildiyi və bilməli olduğu gün dərhal və ya ən geci 3 gün ərzində sığortaçıya məlumat verməlidir. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış sığorta müqaviləsində (şəhadətnaməsində) isə nəzərdə tutulmuşdur ki, “Bu sığorta şəhadətnaməsi “X4 sığortası qaydaları”na əsaslanır. Sığorta hadisəsi baş verdikdə aşağıda göstərilən nömrələrlə dərhal "xxxx" ASC-yə və DYP-ə zəng edin”. İşin hallarından aydın olur ki, baş vermiş yol-nəqliyyat hadisəsi barədə hadisədən dərhal sonra – xx.xx.2021-ci il tarixdə saat 23:49 radələrində Daxili İşlər Nazirliyinin 102 xidməti vasitəsilə Yasamal RPİ-nin NH-nə məlumat verilmiş, hadisə yerinə polis əməkdaşları gələrək araşdırma aparmış, hadisə iştirakçılarının izahatları alınmış, müvafiq ekspertiza keçirilmiş, xx.xx.2020-ci i l tarixli qərarla cinayət işinin başlanması rədd olunmuşdur. Həmin qərardan aydın olur ki, hadisənin baş verməsindən təxminən 10-15 dəqiqə sonra hadisə yerinə X19 ekipajı da gələrək “BMW 530i” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobildə olan şəxsləri xəstəxanaya aparmışlar. Hadisə barədə sığorta şirkətinə konkret olaraq hansı tarixdə məlumat verilmiş olduğu müəyyən edilməsə də, bu qeyri-müəyyənliyin sığortalının ziyanına şərh olunmasını qanunvericinin məqsədlərinə uyğun hesab edilməməlidir. Xüsusilə ona görə ki, cavabdeh şirkət də hadisədən 20 gün sonra hadisə barədə məlumat əldə etdiyini irəli sürməsinə baxmayaraq, bunu sübuta yetirəcək heç bir sübut təqdim etməmişdir.
67. Həmçinin nəzərə alınmalıdır ki, mülki qanunvericilik sığortalının sığortaçını sığorta hadisəsinin baş verm əsi barədə məlumatlandırmasından asılı olmayaraq sığortaçıya bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanının xəbər verməli olduğunu təsbit etmişdir – hazırkı işin hallarına görə isə sığortalının səlahiyyətli dövlət orqanını dərhal məlumatlandırmış olduğu müəyyən edilmişdir. Sığorta ödənişinin verilməsindən imtina etmək üçün cavabdeh şirkətin istinad etdiyi sözügedən arqumentin konkret mübahisə üzrə ümumiyyətlə imtinaya əsas verməli olub-olmadığı məsələsi ilə bağlı bildirilmişdir ki, Mülki Məcəllənin 935-ci maddəsinin mənasına görə, cavabdeh şirkətin istinad etdiyi “vaxtında məlumat verilməməsi” arqumenti yalnız o halda sığorta ödənişinin ödənilməsindən imtinaya əsas verir ki, məlumatın gec verilməsi, yaxud “dərhal” kimi qiymətləndirilə bilən müddət ərzində verilməməsi sığortaçın ın hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması ilə nəticələnmiş olsun, sığortalının verdiyi yanlış məlumatlar isə sığortaçını “sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum” etdiyi zaman imtinaya əsas verə bilər. Halbuki iddiaçı sığorta hadisəsi barədə məlumatı “dərhal” ifadəsini də ehtiva edən mümkün olan ən qısa zamanda səlahiyyətli dövlət orqanına vermiş, sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum edəcək qədər uzun müddət sonra hadisədən xəbər tutduğu isə müəyyən edilməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, “BMW 530i” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsaslar la idarə etmiş olan X6 alkoqol sərxoşluq vəziyyəti xx.xx.2021-ci il tarixdə səlahiyyətli dövlət qurumu tərəfindən yoxlanılaraq “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə” 2/1387 №-li xx.xx.2021-ci il tarixli akt tərtib edilmiş, Fətəli Ağayev xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-də müxtəlif müayinələrdən keçirilmiş, “Narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında” 617 №-li xx.xx.2021ci il tarixli aktla isə onun narkotik vasitələri və psixotrop maddələri istehlak etmədiyi müəyyənləşdirilmişdir. Cavabdeh hadisədən 20 gün sonra məlumat əldə etmişdirsə belə hadisənin sığorta hadisəsi olub-olmamasını, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini m üəyyənləşdirmək imkanından məhrum olduğu cavabdehin etirazlarından öz əksini tapmır.
68. Bu zaman həm də nəzərə alınmalıdır ki, sığortalanmış avtomobil hazırkı dövrə qədər təmir edilməməklə yanaşı, cavabdehin irəli sürdüyü arqumentə görə ona hadisədən 20 gün sonra baxış keçirilmişdir. Bu isə o deməkdir ki, cavabdeh şirkətin dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından məhrum olmasından bəhs etmək ümumiyyətlə ağlabatan deyildir. Sığortalanmış avtomobili idarə etmiş olan X6 hadisə baş verdiyi zaman sərxoş, yaxud narkotik vasitənin təsiri altında olması ilə bağlı cavabdehin nümayəndəsinin irəli sürdüyü arqumentlər isə tamamilə ehtimal xarakterlidir – hansı ki, bu cür ehtimallar əsasında səlahiyyətli dövlət qurumlarının müəyyənləşdirdiyi hallar təkzib oluna bilməz. Baş vermiş sığorta hadi səsi Daxili İşlər Nazirliyi tərəfindən araşdırılmış, iddiaçının nümayəndəsinin sərxoş və ya başqa bir maddənin təsiri altında olması öz təsdiqini tapmamışdır. Sərxoşluq elə bir vəziyyətdir ki, hüquqi mübahisələrdə onun mövcud olmadığı deyil, mövcud olduğu sübut edilməlidir. Ümumiyyətlə qeyd olunmalıdır ki, cavabdeh şirkətin istinad etdiyi DVD-R optik diskə yazılmış videofonoqramda olan danışıqların məzmunu sözügedən ehtimala birmənalı şəkildə gəlməyə əsas vermir; yolnəqliyyat hadisəsinin digər iştirakçısı olan “Toyota Rav 4” markalı avtomobilin sürücüsü X2 cavabdeh şirkətə yazdığı bildirilən ərizəsi və video müsahibəsi isə məhkəməyə təqdim olunmamışdır. Göstərilənlərə əsasən, cavabdeh şirkətin sığorta ödənişinin ödənilməsindən imtina etməsi əsassız olmuşdur. Həmçinin ekspertiza ilə sığorta hadisəsi nəticəsində sığortalanmış avtomobilə dəymiş ziyanın məbləğinin avtomobilin salamat qalmış yararlı hissələrinin dəyəri çıxılmaqla təxminən 36 000 manat təşkil etdiyi müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, sığorta ödənişi zərərçəkmiş şəxsə dəymiş real zərər miqdarında maliyyə kompensasiyası olduğundan, məruz qaldığı zərərin məbləğini sübutetmə yükü sığortalının üzərinə düşür. Ekspertiza tədqiqatının iddiaçının özünün təqdim etdiyi qüsur aktı əsasında həyata keçirildiyini nəzərə almaqla qeyd olunmalıdır ki, ekspert rəyləri ilə razılaşmamaq üçün əsas yoxdur və sığortalanmış avtomobilə dəymiş ziyanın məbləği olaraq məhz ekspert rəyi ilə müəyyənləşdirilən məbləğ əsas götürülməlidir. İşdə olan sübutlardan aydın olur ki, sözügedən avtomobil sığortalanmışdır, sığorta hadisəsi baş verm işdir, nəqliyyat vasitəsinə zərər dəymişdir, hadisə səlahiyyətli dövlət qurumu olan Daxili İşlər Nazirliyi tərəfindən araşdırılmışdır, avtomobili idarə edən şəxsin hadisə zamanı sərxoş və ya başqa hallar aşkar edilməmişdir, cavabdeh istinad etdiyi səs yazısının sürücünün sərxoş olması və ya narkotik vasitə təsiri altında olmasını təsdiq etmir, səs yazısı tibbi sənəd deyildir. Odur ki, cavabdeh sığorta anlayışını pul yığmaq, yığılan pul vəsaitlərinin sığorta şirkətinin xalis gəlirləri kimi qəbul etmək, sığorta hadisəsinə görə ödənişləri müxtəlif bəhanələrlə rədd etmək Sığorta institutuna xələl gətirməkdədir.
69. Məhkəmənin diqqətinə çatdırırlar ki, sonuncu məhkəmə iclası 05 dekabra təyin edilmişdir, lakin həmin vaxt Türkiyə Respublikasında olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyə cəyi ilə bağlı təxir ərizəsi və bununla bağlı biletlərin şəklini elektron məhkəmə sisteminə əlavə etsələr də, məhkəmə həmin ərizəni nəzərə almadan vəkil olaraq onun iştirakını təmin etmədən yekun məhkəmə aktı qəbul etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
70. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
71. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şərai tində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
72. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
73. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
74. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqav ilələr də bağlaya bilərlər.
75. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
76. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaş madır. Maddə 899.1. Sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanır: 899.1.1. tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə; 899.1.2. müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə; 899.1.3. icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər qaydada.
77. Maddə 901.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulan hallar istisna olmaqla, sığortaçı sığortalıya sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd - sığorta şəhadətnaməsi verməlidir. Bu tələb sığorta müqaviləsinin bu Məcəllənin 899.1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bağlandığı hala da şamil edilir.
78. Maddə
913. Sığorta müqaviləsi bağlanarkən sığortaçı, sığorta brokeri və ya sığorta agenti sığortalını icbari sığortanın şərtləri ilə, yaxud könüllü sığorta müqaviləsinin əsaslandığı sığorta qaydaları ilə tanış etməlidir. Bu zaman sığortalıya sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi zaman necə hərəkət etməyi, sığortaçının sığorta ödənişindən imtina etməsinin qanuni əsaslarını əks etdirən, hamı tərəfindən asanlıqla başa düşülən üslubda tərtib edilmiş yaddaş vərəqi verməlidir.
79. Maddə
915. Sığortaçının təklif etdiyi könüllü sığorta növünün aparılmasının əsaslandığı, həmin sığorta növü üzrə qayda və şərtlərin məcmusu olan sığorta qaydaları bu Məcəllənin və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alın maqla, sığortaçının özü tərəfindən və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16.5-ci və 16.6-cı maddələrində nəzərdə tutulmuş digər qaydada müəyyən edilir.
80. Maddə 916.1. Sığorta qaydalarında aşağıdakılar müəyyən edilməlidir:... 916.1.7. tərəflərin hüquqları və vəzifələri;... 916.1.9. sığorta ödənişinin həyata keçirilməsi qaydası və şərtləri, sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin konkret siyahısı; 916.1.10. sığorta ödənişinin verilməsindən imtinanın əsasları; 916.1.11. sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişini verməkdən imtina olunması haqqında qərarın qəbul edilməsi müddəti; 916.1.12. sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti; 916.1.13. müb ahisələrin həlli qaydası;...
81. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
82. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.
83. Maddə 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.
84. Maddə 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
85. Maddə 923.3. Sığortalı və ya sığorta olunan tərəfindən sığortaçının sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq sığortaçıya bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı xəbər verməlidir.
86. Maddə 923.4. Bu Məcəllənin 923.1-ci maddəsində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir.
87. Mad də 924.1. Sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir.
88. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir.
89. Maddə 925.5. Əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı və ziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir: 925.5.1. Zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda; 925.5.2. sığortaçı sığorta hadisəsi barədə bu Məcəllədə nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə; 925.5.3. digər ha llarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduqda.
90. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
91. Maddə 933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutula n, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər.
92. Maddə 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.
93. Maddə 935.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 935.1.1. bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması; 935.1.2. bu Məcəllədə, Azərbaycan Respublikasının İnzi bati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi; 935.1.3. müqavilə və ya icbari sığorta qanunları ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması; 935.1.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtin a edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; 935.1.5. zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu Məcəllənin 925.5-ci maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi; 935.1.6. bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması; 935.1.7. əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin ə vəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir. 935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-20 №-li qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”
94. Bənd. 9.2. Sığortalının vəzifələri:... 9.2.3. sığortaçını sığorta hadisəsi barədə yazılı şəkildə məlumatlandırmaq. Bu vəzifə faydalanan şəxs tərəfindən də yerinə yetirildikdə qənaətbəxş hesab edilir;
95. Bənd 18.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortal ı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
96. Bənd 18.3. Bu Qaydaların 18.1-ci bəndində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir.
97. Bənd 23.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:... 23.1.2. Bu Qaydaların 18.1-ci bəndinin tələblərinə əməl edilməməsi nəticəsin də sığortaçı hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olduqda; 23.1.3. aşağıdakı hallar istisna olmaqla, sığortalı, sığorta olunan və ya üçüncü şəxs zərər dəymiş avtomobili və ya digər əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməməsi nəticəsində sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etdikdə: 23.1.3.1. zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkilər üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin gö rülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda; 23.1.3.2. sığortaçı sığorta hadisəsi barədə bu Qaydalarda nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 iş günü müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə; 23.1.3.3. digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduqda; “Rəvan Sığorta ASC”nin İdarə Heyəti tərəfində 24 dekabr 2009-cu il tarixində təsdiq edilmiş və 11 fevral 2010-cu il tarixində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti ilə razılaşdrılmış “Nəqliyyat Vasitələrinin (Kasko) Sığortası” Qaydaları 98. 4.5-ci bəndinə ə sasən nəqliyyat vasitəsinin narkotik maddələr və ya spirtli içkilər qəbul etmiş şəxs tərəfindən idarə olunması zamanı nəqliyyat vasitəsinə dəyən zərərlər sığorta təminatına daxil olmayan zərərlərdir. 99. 14.1-ci bəndinə asasən sığortalı, sığorta hadisəsi baş verdikdən sonra, əgər sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta hadisəsinin baş verdiyini bildiyi və bilməli olduğu gün dərhal və ya ən geci 3 gün ərzində sığortaçıya məlumat verməlidir. 100. 14.4-cü bəndinə asasən, sığorta etdirən hadisənin səbəblərini, şəraitini və şərtlərini müəyyən etmək, zərər və ziyanın miqdarını təsbit etmək üçün yararlı dəlilləri və sığortalı üçün əldə edilməsi mümükün olan lazımi məlumat və sənədləri (sənədin əsli və ya özü tərəfindən təsdiq olunmuş surəti və ya fotosurəti) sığortaçın ın tələbi ilə gecikdirmədən ona verməlidir və onları mühafizə etməlidir. 101. 18.1-ci bəndinə əsasən, sığortalı sığorta hadisəsinin baş vermə səbəblərinin araşdırılmasına maneçilik törətdikdə sığorta ödənişinin verilməsindən imtina edilir. 102. “Nəqliyyat Vasitələrinin “Kasko” Sığortası” şəhadətnaməsinə Əlavə Şərtlərin 10cu bəndinə əsasən, baş vermiş sığorta hadisəsinin araşdırılması məqsədilə sığortaçı müvafiq sənədlər toplusuna əlavə olaraq alkoqol və narkotik müayinə arayışı tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
103. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
104. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
105. Maddə
88. Mə hkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
106. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
107. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
108. Maddə 416.2. Apellyasiya inst ansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
109. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
110. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
111. Kassasiya instans iyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
112. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
113. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq mü nasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
114. Kassasiya şikayəyinin sonuncu məhkəmə iclasının 05 dekabra təyin edildiyi, lakin həmin vaxt Türkiyə Respublikasında olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyi ilə bağlı təxir ərizəsi və bununla bağlı biletlərin şəklini elektron məhkəmə sisteminə əlavə etsələr də, məhkəmənin həmin ərizəni nəzərə almadan vəkil olaraq onun iştirakını təmin etmədən yekun məhkəmə aktı qəbul etdiyi barədə dəlili ilə əlaqədar məhkəmə kollegiyası qey d edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin 05 dekabr 2023-cü il tarixli məhkəmə iclasının protokolu ilə təsdiq olunur ki, 05 dekabr tarixli məhkəmə iclasının təxirə salınması barədə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi elan olunaraq iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirtaskı olmadan baxılmasını qərara almışdır.
115. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsini düzgün tətbiq etmişdir.Belə ki, həmin maddəyə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.Bu maddədən məlum olur ki, lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin üzürlü səsblərdən gəlmədiyi hallarda belə işin baxılmasının təxirə salınması məhkəmənin vəzifəsi deyil, hüququdur.
116. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
117. Məhkəmə kollegiyası hesab edir ki, ap ellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
118. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
119. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 dekabr 2023-cü il tarixli 2(103)-6762/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul ed