Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1493/2019 01.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 01 mart 2019-cu il İş № 2(102)-1493/19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı vəkili Məmmədov Ülvi Ziyadxan oğlu və Cavabdeh İKB ASC-nin vəkili Məmmədov Natiq Sədrəddin oğlunun iştirakı ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-8573/2018 nömrəli iş üzrə 03 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYY ƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim N.T.Tağıyeva) 2(006)-1474/2018 nömrəli, 20 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində 0.0153 ha torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 76.2 kv.m olan fərdi yaşayış evinin üzərindən yüklülüyün (girovun) götürülməsi barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsinə) ərizə ilə müraciət etmək və İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində 0.0153 ha torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 76.2 kv.m olan fərdi yaşayış evinə dair dövlət reyestrindən çıxarışın əslinin qaytarılması vəzifəsi nin cavabdeh İKB Cavabdeh ASC-yə həvalə edilməsi, Cavabdeh İKB ASC-dən 500 (beş yüz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər S.F.Hacıyev (sədrlik edən və məruzəçi) R.Ə.Eyvazov və F.Ş.Talışinski) 2(103)-8573/2018 nömrəli iş üzrə 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh İKB ASC-nin apellyasiya şikayəti təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)1474/2018 saylı, 20 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilməsi, İddiaçı Cavabdeh İKB ASC-yə qarşı X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə öhdəliklərin icrasının həvalə edilməsi və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilməsi qət edilmişd ir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh İKB ASC-yə qarşı X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır kəndi, Ə. Vahid küçəsində 0.0153 ha torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 76.2 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin yaşayış evi 25.06.2013-cü tarixli, 2-SKMF-1-0-365-13 (İ) saylı "İpoteka Müqaviləsi" əsasında 25.06.2013-cü il tarixli 2-SKMF-1-0-365-13 saylı "Əsas Kredit Müqaviləsi'" və 03.07.2013-cü il tarixli, 2-SKMF-l-0-365-13-Əl saylı "Əlavə Kredit Müqaviləsi" üzrə öhdəliklərin icrasının təminatı üsulu kimi notarial qaydada İKB "Cavabdeh" ASC qarşısında ipote ka ilə yüklü edilmiş, yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 03.07.2013-cü il tarixli. 2-SKMF-1-0-365-13-Ə1 saylı "Əlavə Kredit Müqaviləsi" əsasında - X3 36 ay müddətində 15.000 manat kredit verilmiş, həmin müqavilənin müddəti 03.07.2016-cı il tarixində bitmişdir. 03.07.2013-cü il tarixli, 2-SKMF-l-0-365-13-Əl saylı “Əlavə Kredit Müqaviləsi” üzrə borc (əsas və faiz borcu) 01.08.2016-cı il tarixində tam bağlanılmış, öhdəlik tam icra edilmişdir. Bundan sonra İKB Cavabdeh ASC-yə rəsmi qaydada müraciət edilmiş və kredit xətti üzrə məbləğdən istifadə edildiyi borcun isə tam ödənildiyi bildirilmiş, Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində 0.0153 ha torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 76.2 kv.m olan fərdi yaşayış evinin girovdan (ipotekadan) azad edilm əsi barədə ipoteka qeydiyyatını aparan dövlət orqanına İKB Cavabdeh ASC tərəfindən ərizə ilə müraciət edilməsi xahiş edilmişdir. Cavabdeh İKB Cavabdeh ASCnin nümayəndələri həqiqətən də müqavilə üzrə öhdəliklərin icra edildiyinə əmin olduqdan sonra daşınmaz əmlakın girovdan azad edilməsi üçün 45 manat dövlət rüsumu ödənilməsini tələb etmişlər və ərizə ilə müraciət etməli olduğunu bildirmişdir. Onlar da daşınmaz əmlakın girovdan azad edilməsi üçün 45 manat dövlət rüsumu ödəyərək ərizə ilə banka müraciət etdilər. Bundan sonra keçən təxminən 1 il 6 ay ərzində 2 dəfə rəsmi olaraq ərizə ilə, 10 dəfəyə yaxın şifahi qaydada cavabdehə müraciət etsələr də baxmayaraq ki, müqavilə üzrə öhdəlikləri tam icra ediblər, ipotekanın qeydiyyatını aparan dövlət orqanına İKB Cavabdeh ASC tərəfindən girovun götü rülməsi üçün ərizə verilməmiş, yaşayış evi yüklü olaraq qalmışdır. Cavabdehə hər dəfə müraciət ediləndə əsassız olaraq bildirmişdir ki, müqavilə üzrə sənədlər itib, filial bağlanıb. Pul lazım olduğundan evi satmaq istəsə də cavabdehin hərəkətsizliyi, özbaşınalığı onun bu hüququnu realizə etməyinə maneə yaratmışdır. Bununla da ona bank tərəfindən maddi və mənəvi ziyan vurulmuşdur ki, bu vəziyyət hal-hazırda da davam edir. Göstərilənlərə əsasən, Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində 0.0153 ha torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 76.2 kv.m olan fərdi yaşayış evinin üzərindən yüklülüyün (girovun) götürülməsi barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsinə) ərizə ilə müraciət etmək və ona məxsus daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın əslinin qaytarılması vəzifəsinin cavabdeh İKB CavabdehASC-yə həvalə olunması və vurulmuş maddi ziyanın əvəzi olaraq 5000 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-8573/2018 nömrəli iş üzrə 03 oktyabr 2018-ci il tarixli qətnaməsini ləğv edilməsi və işin yenidən baxılması üşün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəm əsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına İddiaçı kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında iştiarak edən İddiaçı vəkili Məmmədov Ülvi Ziyadxan oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştiarak edən Cavabdeh İKB ASC-nin vəkili Məmmədov Natiq Sədrəddin oğlu kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı iştirak etmədiyi üçün və iştirak etməməsinin üzrlü səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası işə onun i ştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-8573/2018 nömrəli iş üzrə 03 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlar a hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh İKB-nin 2 saylı filialı ilə X6 arasında bağlanmış 2-SKMF-1-0-365-13 saylı, 25 iyun 2013cü il tarixli əsas kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh İKB X4 72 ay müddəti nə 20000 manat məbləğində kredit limiti ayrılmasını öhdəsinə götürmüşdür; Cavabdeh İKB-nin 2 saylı filialı ilə X7 arasında bağlanmış 2-SKMF-l-0-365-13-Əl saylı, 03 iyul 2013cü il tarixli əlavə kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh İKB X3 36 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür; Cavabdeh İKB-nin 2 saylı filiali ilə İddiaçı arasında bağlanmış 2-SKMF-l-0-365-13(İ) saylı 25 iyun 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində 0.0153 ha torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 76.2 kv.m olan fərdi yaşayış evinin 25 iyun 2013-cü il tarixli əsas kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yü klü edilmiş əmlak 20000 manat məbləğində qiymətləndirilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində 0.0153 ha torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 76.2 kv.m olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 15.11.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə 34 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində İddiaçı adına qeydiyyata alınmışdır; Ödəniş qəbzlərindən görünür ki, X1 18.05.2016-cı il tarixdə olmaqla kredit müqaviləsi üzrə borcu tam olaraq ödəmişdir. Cavabdeh İKB-nin Azərbaycan Respubl ikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan ünvanladığı 20.04.2018-ci il tarixli, 02-1054 saylı məktubundan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində 0.0153 ha torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 76.2 kv.m olan fərdi yaşayış evi 26 iyun 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh İKB ASC-də ipoteka ilə yüklü edilmiş və həmin evinin yükülükdən azad olunması barədə Bank tərəfindən 28 noyabr 2016-cı il tarixli 9-01-2016-11-2016 saylı məktub verilmişdir. Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində 0.0153 ha torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 76.2 kv.m olan fərdi yaşayış evinə məxsus dövlət reyestrindən çıxarışın əsli itirilmişdir. Həmin fərdi yaşayış evinə dair çıx arışın dublikatının verilməsinə köməklik göstərilməsi və Bank tərəfindən verilmiş 28 noyabr 2016-cı il tarixli 9-01-2016-11- 2016 saylı məktubun surətinin onlara təqdim olunmasını xahiş edilmişdir. Cavabdeh İKB-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan ünvanladığı 07.06.2018-ci il tarixli, 02-1459 saylı məktubundan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində 0.0153 ha torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 76.2 kv.m olan fərdi yaşayış evi 26 iyun 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh İKB ASC-də ipoteka ilə yüklü edilmiş və həmin evinin yükülükdən azad olunması barədə Bank tərəfindən 28 noyabr 2016-cı il tarixli 9-01-2016-11-2016 saylı məktub verilmişdir. Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində 0.0153 ha torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 76.2 kv.m olan fərdi yaşayış evinə məxsus dövlət reyestrindən çıxarışın əsli itirilmişdir. Həmin fərdi yaşayış evinə dair çıxarışın dublikatının verilməsi və Bank tərəfindən verilmiş 28 noyabr 2016-cı il tarixli 9-01-2016-11-2016 saylı məktubun surətinin onlara təqdim olunmasına dair 20 aprel 2018-ci il tarixli məktub ilə müraciət olunmuş, lakin həmin məktuba cavab verilməmişdir. Odur ki, yuxarıda qeyd olunan fərdi yaşayış evinə dair çıxarışın dublikatının verilməsinə köməklik göstərilməsi və Bank tərəfindən verilmiş 28 noyabr 2016-cı il tarixli 9-01-2016-11-2016 saylı məktubun surətinin onlara təqdim olunması təkrarən istənilmişdir. İşin mübahisəsiz halları ondan ibarət olmuşdur ki, Cavabdeh İKB-nin 2 saylı filialı ilə X6 arasında bağlanmış 2-SKMF-1-0-365-13-Ə1 saylı, 03 iyul 2013-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən, Cavabdeh İKB X3 36 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Cavabdeh İKB-nin 2 saylı filialı ilə İddiaçı arasında bağlanmış 2-SKMF-l-0-36513(İ) saylı 25 iyun 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Abşeron rayonu. Masazır kəndi, Ə.Vahid küçəsində 0.0153 ha torpaq sahəsində yerləşən 3 otaqlı. ümumi sahəsi 76.2 kv.m olan fərdi yaşayış evinin 25 iyun 2013-cü il tarixli əsas kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlak 20000 manat məbləğində qiymətləndirilmişdir. X2 18.05.2016-ci il tari xdə olmaqla kredit müqaviləsi üzrə borcu tam olaraq ödəmişdir. Göründüyü kimi, Abşeron rayonu. Masazır kəndi, Ə.Vahid küçəsində 0.0153 ha torpaq sahəsində yerləşən 3 otaqlı. ümumi sahəsi 76.2 kv.m olan fərdi yaşayış evinin 25 iyun 2013-cü il tarixli əsas kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və həmin kredit müqaviləsi üzrə borc tam olaraq ödənildiyindən qeyd olunan daşınmaz əmlak yüklülükdən azad edilməlidir, lakin qeyd olunan daşınmaz əmlak yüklülükdən azad edilməməsində cavabdehin hər hansı təqsirli hərəkətlərinin olması işin faktiki halları ilə müəyyən edilməmişdir. Bundan başqa, Abşeron rayonu. Masazır kəndi, Ə.Vahid küçəsində 0.0153 ha torpaq sahəsində yerləşən 3 otaqlı. ümumi sahəsi 76.2 kv.m olan fərdi yaşayış evinin yükülükdən azad olunması barədə Bank tərə findən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan müraciət edilmiş, eyni zamanda bildirilmişdir ki, Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində 0.0153 ha torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 76.2 kv.m olan fərdi yaşayış evinə məxsus dövlət reyestrindən çıxarışın əsli itirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd olunan normanın tələbləri baxımından apellyasiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, hazırki mübahisədə cavabde h tərəfindən iddiaçının qanunla qorunan hüquq və azadlıqlarının pozulması müəyyən edilməmişdir və iddiaçı da Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan qeyd olunan fərdi yaşayış evinin üzərindən yüklülüyün (girovun) götürülməsi və dövlət reyestrindən çıxarışın dublikatının qaytarılması barədə ərizə ilə müraciət etmək imkanı itirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası həmçinin düzgün olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya qarşı təqsirli hərəkətlər mövcud olmadığından iddiaçıya maddi ziyan vurulması halı da öz təsdiqini tapmamışdır. Beləliklə, apellyasiya məhkəməsinin qənaətinə görə, iddia tələbi əsassız olmaqla təmin edilməsi üçün hər hansı hal müəyyən edilməmiş, birinci instansiya məhkəməsi idd ia tələbini təmin etməklə maddi və prosessual hüquq normaları düzgün tətbiq etməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflər arasındakı hüquq münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi halla ra və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, q anunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-8573/2018 nömrəli iş üzrə 03 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-8573/2018 nömrəli iş üzrə 03 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Aslan Kalbalıyev
Məhkəmə qərarları › İş №2(102)-1493/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1493/2019
01.03.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver