Məhkəmə qərarları › İş №2(102)-1494/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1494/2020

02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1494/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı X5, onun və digər iddiaçılar X6 və İddiaçı3 vəkili Vəkil1, Cavabdeh2 və vəkili Vəkil2 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-*****/2019 nömrəli qətnaməsindən iddiaçılar X7, X6 və İddiaçı3 tərəfindən birgə verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin (hakim C.Səfiyeva) xx.xx.2018-ci il tarixli, 2(012)*****/2018 nömrəli qətnaməsi ilə iddiaçılar X7, X6 və İddiaçı3 cavabdehlər Abşeron rayon 1 saylı Notariat Kontoruna, Cavabdeh2 və X2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Abasov, A.Abbasov, T.Məmmədov) xx.xx.2018-ci il tarixli, 2(105)-*****/2018 nömrəli qətnaməsi ilə iddiaçılar X7, X6 və İddiaçı3 Oktay oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-*****/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.İsgəndərov, Ə.Əhmədov, İ.Dəmirov) xx.xx.2018-ci il tarixli, 2(102)-7190/18 saylı qərarı ilə iddiaçı X7 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx.xx.2018-ci il tarixli, 2(105)-*****/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və işin apelyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər G.Tağızadə, T.Quliyev, E.Əhmədov) xx.xx.2019-cu il tarixli, 2(105)-*****/2019 nömrəli qətnaməsi ilə iddiaçılar X7, X6 və İddiaçı3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-*****/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilərək, xx.xx.2015-ci il tarixli X7 və X3 arası nda bağlanmış AN-İN ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər S.Hacıyev, Q.Əsgərov, E.Vəliyeva) xx.xx.2019-cu il tarixli, 2(102)-*****/2019 saylı qərarı ilə cavabdehlər Cavabdeh2 və X3 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-*****/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Z.Məmmədov, N.Nəsibov, H.Babayeva) xx.xx.2019-cu il tarixli, 2(105)-*****/2019 nömrəli qətnaməsi ilə iddiaçılar X7, X6 və İddiaçı3 tərəfindən verilmiş apelyasiya şikayəti t əmin edilməyərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-*****/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçılar X7, X6 və İddiaçı3 iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən birgə kasasiya şikayəti vermişlər. İşin halları: İddiaçılar X7, X6 və İddiaçı3 cavabdehlər Abşeron rayon 1 saylı Notariat Kontoruna, Cavabdeh2 və X2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli X7 ilə X3 arasında bağlanmış AN-İN ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin də lilləri və tərəflərin izahatları: İddiaçılar X7, X6, İddiaçı3 və onların vəkili kasasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə iddia müddətinin 1 il olmasını qeyd etməklə iddia tələbini təmin etməmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti 6 ildir. Daşınmaz əmlakla bağlı iddia müddəti 6 il olduğundan iddiaçılar tərəfindən iddia müddəti ötürülməmişdir. Lakin apelyasiya məhkəməsi bu hala hüquqi qiymət verməmişdir. Bundan əlavə, apelyasiya məhkəməsinin qətnaməsində göstərilmişdir ki, Cavabdeh2 etiraz edərək bildirir ki, torpağı 200000 manata almışdır. Lakin Cavabdeh2 birinci instansiya məhkəməsinə öz imzası ilə poçtla göndərdiyi etirazd a isə torpağı 85000 manata aldığını göstərmişdir. Bu da cavabdehin yalanlarını sübut edən haldır. Lakin apelyasiya məhkəməsi bilərəkdən buna dair hüquqi qiymət verməkdə maraqlı olmamışdır. Beləliklə, apelyasiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməyərək, maddi və prosessual pozuntuya yol verməklə qətnamə qəbul etmişdir. Lakin qeyd edilən alqı-satqı müqaviləsi uydurma əqd olduğundan etibarsız bilinməlidir. Mülki Məcəllənin 354-cü maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən 1 il ərzində irəli sürülə bilər. İddiaçılar tərəfindən formal alqı-satqı müqaviləsinin bağlandığı gündən 5 ay keçməmiş Abşeron rayon məhkəməsinə iddia verilmişdir. İddia tələbi geri qaytarılmış və onlar yenidən həmin tələblə məhkəməy ə müraciət etmişlər. Cavabdehin iddia müddəti ilə bağlı təqdim etdiyi dəlili isə əsassızdır. Göstərilənlərə əsasən onlar iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-*****/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin iddiaçılar X6 və İddiaçı3, cavabdehlər X3 və Abşeron rayon 1 saylı Notariat Kontorunun səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümk ün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı X7, onun və digər iddiaçılar X6 və İddiaçı3 Oktay oğlunun vəkili Vəkil1 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 və vəkili Vəkil2 kasasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-*****/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, apelyasiya kollegiyası tərəfindən mülki işə baxış keçirilən zaman müəyyən edilmişdir ki, İddiaçı1 və qeyrisi Cavabdeh2 qarşı aralarında bağlanmış xx xxxxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə iddia ərizəsi ilə xx xxxxx 2016-cı il tarixdə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380-ci maddəsinin tələbinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Qanunun mənasına görə müəyyənləşdir ilmiş qaydada iddia irəli sürülməsi dedikdə iddianın mülki prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə yazılı və eləcə də məhkəmə aidiyyəti, prosessual müddətlər və s. məsələlər barəsində qaydalara əməl olunması ilə verilməsi başa düşülür. Beləliklə, nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 380-ci maddəsində iddia müddətinin axımını kəsən hal kimi nəzərdə tutulmuş müəyyənləşdirilmiş qaydada iddianın irəli sürülməsi istənilən iddianı deyil, məhz irəli sürülən iddia ilə eynilik təşkil edən iddianı, yəni hazırki halda müqavilənin etibarsızlığı iddiasını ehtiva edir. İşə yenidən apelyasiya instansiyası məhkəməsində baxılarkən apelyasiya kollegiyası cavabdeh tərəfindən iddia müddətinin axımını kəsən hər hansı etirafedici hərəkətin olub-olmamasını araşdırmaq üçün Cavabdeh2 izahatını din ləmiş, suallar vermiş, öz növbəsində cavabdeh iddianı qəbul etmədiyini, onu əsassız saydığını və Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-*****/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzin də irəli sürülə bilər. Yuxarıdakı normaların tələblərindən də görünür ki, etibarsız əqdlər üzrə mübahisələrə qanunla müəyyən edilmiş xüsusi iddia müddətləri tətbiq edilir və hazırda əhəmiyyətsiz əqdin etibarsızlığına dair iddia müddəti bir il müəyyən edilmişdir. İddiaçı isə təxminən əqd bağlanandan iki il sonra məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüş və buraxılmış iddia müddətinin bərpasına dair məhkəməyə heç bir müraciət etməmişdir. Beləliklə, qeyd olunanlara əsasən apelyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına düzgün istinad edərək, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Apelyasiya kollegiyası işin tədqiq olunan faktiki hallarına əsaslanaraq hesab etmi şdir ki, mübahisələndirilən müqavilə iddia edildiyi kimi ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan bağlanmış əqd hesab edilə bilməz. Belə ki, işdə əqdin yalnız görünüş üçün bağlanmasına əsas verən hallar mövcud deyildir. Eyni zamanda, iddiaçı etibarsız əqdlər üzrə qanunla müəyyən edilmiş bir illik iddia müddətini də buraxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan eti barsızdır. Satılmış əmlakın qiyməti ilə bağlı məsələyə qiymət verərkən isə Mülki Məcəllənin 390-cı maddəsi ilə nəzərdə tutulmuş müqavilə azadlığı prinsipi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu normaların tələbləri baxımından apelyasiya kollegiyası hesab etmişdir ki, tərəflər arasında xx.xx.2015-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə təkcə onun hərfi mənası baxımından deyil, iş üzrə tərəflərin qarşılıqlı münasibətləri, müqaviləyə qədər ki və sonrakı danışıqları, onun digər şərtləri və mənası baxımından qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1- ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir. İddiaçı müqavilənin ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan bağlandığını qeyd etsə də hazırda məhkəməyə bu dəlillərini təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilməmişdir. O cümlədən, yuxarıda da qeyd edildiyi kimi Abşeron Rayon Məhkəməsinin 2(012)3034/2016 saylı, xx.xx.2016-cı il tarixli, qanuni qüvvəyə minmiş qətnaməsi ilə göstərilən hallar təkzib olunmuşdur. Kasasiya kollegiyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, iddiaçı kasasiya şikayətində müddətin ötürülmədiyinə istinad etsə də, müqavilənin etibarsızlığı ilə bağlı iddia müddəti apelyasiya kollegiyası tərəfindən düzgün tətbiq edilmişdir. Apelyasiya kollegiyası iddianın təmin edilməməsi qənaətinə gələrkən maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki,kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar X7, X6 v ə İddiaçı3 tərəfindən birgə verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-*****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar