Məhkəmə qərarları › İş №2(102)-1496/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1496/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1496/2025 22.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Bakı şəhəri 30 saylı Dövlət Notariat Kontoruna qarşı “icra qeydinin ləğv edilməsi ” tələbinə iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: icra qeydinin ləğvi üçün əsaslar, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 yanvar 2025-ci il tarixli, 2(103)- 685/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azə rbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 20 may 2022-ci il tarixli, 1**-MF-*** nömrəli kredit müqaviləsi ilə Cavabdeh1 ASC tərəfindən İddiaçı illik 15% dərəcəsi ilə 3 ay güzəştli olmaqla, 36 ay müddətinə 500000 manat məbləğdə kredit verilmişdir. 2. 23 may 2022-ci il tarixli, 113-MFİ-292 nömrəli ipoteka müqaviləsi ilə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 100,4 kv.m olan qeyriyaşayış binası və torpaq sahəsini qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi üçün ipoteka ilə Cavabdeh1 ASC-nin qarşısında yüklü etmişdir.

3. Cavabdeh1 ASC tərəfindən İddiaçı göndərilmiş 18 sentyabr 2023-cü il tarixli ipoteka predmetinə hərracda satılması il ə bağlı tutmanın yönəldilməsi haqqında icra qeydinin aparılacağı barədə bildirişə əsasən İddiaçı, 20 may 2022-ci il tarixli, 1**-MF-*** nömrəli kredit müqaviləsinə əsasən yaranmış 463439,39 manat borcunun 21 gün müddətində ödənilmədiyi halda, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 100,40 kv.m olan qeyri-yaşayış binasına və torpaq sahəsinə tutmanın yönəldilməsi prosedurunun başlanılması ilə bağlı xəbərdar edilmişdir.

4. Həmin bildiriş İddiaçı ünvan 3 ünvanına və ünvan 4a 19 sentyabr 2023-cü il tarixdə çatdırılmış və imzalanmışdır.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 1 saylı Bakı Ərazi İdarəsinin 03 oktyabr 2023-cü il tarixli məktubuna əsasən ünvan 5 ünvanında ye rləşən qeyri-yaşayış binasına dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.

6. Bakı şəhəri 30 saylı Notariat Ofisi tərəfindən verilmiş 8İ-15148 reyestr nömrəli 24 oktyabr 2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən ipoteka saxlayan “AFB” Bankın tələbi ilə İddiaçı məxsus ipoteka predmeti olan ünvan 6 ünvanında yerləşən 93,1 kv.m qeyri-yaşayış binası və mülkiyyətində olan sahəsi 0,8374 ha olan torpaq sahəsinə tutma yönəldilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Bakı şəhəri 30 saylı Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 30 saylı Notariat Ofisi tərəfindən verilmiş 24 oktyabr 2023-cü il tarixli icra qeydinin qanunsuz olduğundan ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia belə əsaslandırılmışdır ki, Bakı şəhəri 12 saylı Notariat Ofisində rəsmiləşdirilmiş 20 may 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 ASC-dən 15% dərəcəsi olmaqla 500000 manat kredit götürmüş, 23 may 2022-ci il tarixdə 12 saylı Notariat Ofisində bağlanmış 113MFİ-292 nömrəli ipoteka müqaviləsinə əsasən ona məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 100,40 kv.m olan qeyri-yaşayış sahəsini və torpaq sahəsini ipoteka saxlayanın xeyrinə girov qoyaraq yüklü etmişdir. Cavabdeh1 ASC Bakı şəhəri 12 saylı Notariat Ofisinə müraciət edərək 24 oktyabr 2023-cü il tarixli icra qeydi almış və Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə göndərmişdir. Kredit müqaviləsi ba ğlandığı tarixdən iddiaçı təxminən 135.000 manat kredit borcu ödəsə də, bank əsassız olaraq şişirdilmiş məbləği tələb etmişdir. Banka ödəmiş olduğu məbləğləri bank əsas borcdan da silmək əvəzinə qanunsuz olaraq faiz borcuna silməklə ona süni rəqəmlərlə borc hesablayaraq, icra qeydi verilməsini tələb etmişdir. Barəsində Bakı şəhəri 30 saylı Notariat Ofisi tərəfindən verilmiş 24 oktyabr 2023-cü il tarixli icra qeydinin mövcud olduğunu, bu yaxın günlərdə İcra şöbəsindən edilən telefon zəngindən və onun əsasında çağırış əsasında məlumatı olmuşdur. Belə ki, bankla arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən ondan 471086,37 məbləğində pulun ödənilməsini tələb edilir. Lakin borc yuxarıda qeyd etdiyi kimi düzgün hesablanmamışdır. Bundan başqa, ipoteka rəsmiləşdirilməsindən irəli gələn hüq uqları da pozulmaqdadır. İpotekaya yönəldilmə haqqında bildiriş qeydiyyata alınmadan borcun ipoteka predmetinə yönəldilməsi icra qeydində tələb edilmişdir. İpoteka müqaviləsi bağlanan zaman qeyriyaşayış sahəsinin və torpaq sahəsinin bazar dəyəri 770.000 manat qiymətləndirilmişdir. İcra qeydində isə borcun ipoteka predmetinə yönəldilməsi tələb olunsa da, hərracdan satılıb–satılmaması barədə göstəriş və qalan məbləğin ona qaytarılması qeyd edilməmişdir.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2(004)766/2024 nömrəli qətnaməsi ilə (hakim Ü.Xəlil) iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında ipoteka ilə təmin olunmuş kredit müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə öhdəliyi yerinə yetirmədiyi ü çün borcverən kreditin təminat üsulu olan ipoteka predmetinə tutma yönəldilməsi barədə notariusa müraciət etmişdir. Bakı şəhəri 30 saylı Notariat Ofisi tərəfindən ipoteka predmeti olan ünvan 6 ünvanında yerləşən 93,1 kv.m qeyri-yaşayış binası və mülkiyyətində olan sahəsi 0,8374 ha olan torpaq sahəsinə tutma yönəldilməsi barədə 8İ-15148 reyestr nömrəli 24 oktyabr 2023-cü il tarixli icra qeydi verilmişdir.

11. İddiaçı iddia etmişdir ki, ipoteka predmetinə tutma yönəldilərəkən ona bildiriş verilməmiş, bildirişdəki imza ona məxsus olmamışdır. Qanunvericiliyin müddəalarına əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi - bildirişin verilməsi, qeydə alınması, və bildiriş alındıqdan sonra 21 gün ərzində tutmanın yönəldilməsindən məhkəməyə şikayət edilmədikdə, notariusun icra qeydinin verilməsi p rosedurlarından ibarətdir.

12. İşdə olan bildirişdən və xəbərnamədən görünür ki, həm borclu, həm də ipoteka qoyan olan iddiaçının yaşadıqları ünvana poçt vasitəsi ilə bildirişlər göndərilmiş, 19 mart 2023-cü il tarixdə iddiaçı tərəfindən soyadı yazılmaqla imzalanaraq çatdırılmışdır. Bununla belə, qanunvericiliyə əsasən bildirişin rəsmi qaydada verilməsindən deyil, onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.

13. Məhkəmə hesab etmişdir ki, icra qeydinin aparılması zamanı hər hansı bir pozuntuya yol verilmədiyindən, icra qeydi qanuni və əsaslı olmuşdur. Belə ki, qanunvericiliyin tələblərinə uyğun olaraq icra qeydinin verilməsindən öncə tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt v asitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərmiş, bildiriş iddiaçıya çatdırılmışdır. Kredit müqaviləsinin bitmə müddəti 20 may 2025-ci il olduğundan isə, iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddəti də ötürülməmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1, 36.2, 36.3, 37.1, 38.1, 39.2-ci, “Notariat haqqında” Qanunun 76, 79-cu, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 217.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edil məsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 yanvar 2025-ci il tarixli, 2(103)-685/2025 nömrəli qətnaməsi ilə (hakim V.Sadıqovun sədrliyi və məruzəsi ilə, hakimlər X.Mərdanova və S.Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2(004)-766/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, icra qeydi qanunvericiliyin tələblərinə uyğun olaraq verilmiş, onun ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir.

18. Cavabdeh1 ASC tərəfindən iddiaçıya göndərilmiş 18 sentyabr 2023-cü il tarixli ipoteka pred metinə hərracda satılması ilə bağlı tutmanın yönəldilməsi haqqında icra qeydinin aparılacağı barədə bildirişə əsasən sonuncuya 20 may 2022-ci il tarixli, 1**-MF*** nömrəli kredit müqaviləsinə əsasən yaranmış 463439,39 manat borcunun 21 gün müddətində ödənilmədiyi halda ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 100,40 kv.m olan qeyri-yaşayış binası və torpaq sahəsinə tutmanın yönəldilməsi prosedurunun başlanılması ilə bağlı xəbərdarlıq edilmişdir. 18 sentyabr 2023-cü il tarixli 095556 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı icra qeydi ilə bağlı bildirişin çatdırılma qəbzinə əsasən bildiriş iddiaçının ünvan 3 ünvanına 19 sentyabr 2023cü il tarixdə çatdırılmış və imzalanmışdır. 18 sentyabr 2023-cü il tarixli 095555 nömrəli ipoteka predmetinə tutmanın yö nəldilməsi ilə bağlı icra qeydi ilə bağlı bildirişin çatdırılma qəbzinə əsasən bildiriş iddiaçının ünvan 4a 19 sentyabr 2023-cü il tarixdə çatdırılmış və imzalanmışdır.

19. Apellyasiya məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlilini əsassız hesab etməklə göstərmişdir ki, kuryer xidmətlərinin fəaliyyəti də “Poçt haqqında” Qanun ilə tənzimlənir və bildirişin kuryer xidməti vasitəsi ilə çatdırılması sifarişli poçt göndərişlərinə daxil olmaqla, sifarişli çatdırılma hesab olunur. Odur ki, bildirişin kuryer xidməti vasitəsi ilə çatdırılması zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir.

20. İmzanın ona məxsus olmaması ilə bağlı iddiaçının dəlillərinə münasibətdə isə apellyasiya kollegiyası qeyd etmişdir ki, imzanın ona məxsus olub-olmaması əhəmiyyət kəsb etmir, belə ki, iddiaçının m əlum olan hər iki ünvan üzrə bildiriş göndərilmiş və hər iki xəbərnamə imzalanaraq bildiriş qəbul edilmişdir. Bu imzaların məhz iddiaçıya məxsus olub-olmaması önəm kəsb etmir, bildirişin ailə üzvləri tərəfindən də imza edilərək qəbul edilməsi mümkündür.

21. Digər tərəfdən isə qanunvericilikdə nəzərdə tutulmuşdur ki, bildirişin rəsmi qaydada verilməsindən deyil, onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.

22. İddiaçı tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etməmiş, bununla da həmin tələblə razı olduğunu nümayiş etdirmişdir.

23. Öhdəliklə bağlı (əsas borc, faiz borcu və s.) mübahisə məhz həmin icraat çərçivəsində açıla bilər. Əks yanaşma mübahisənin u zun müddət davam etməsi ilə nəticələnə bilər. Hazırda borc məbləğini mübahisələndirməklə iddiaçı işi yubatmaq məqsədini güdür. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

24. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 yanvar 2025-ci il tarixli, 2(103)-685/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Notariat haqqında” Qanunun 76-cı, “İpoteka haqqında” Qanunun 36.1, 37.1-ci, Mülki Prosessual Məcəllənin 77.1, 88, 106.1, 217.2-ci maddələrinin tələbləri pozulmuşdur.

26. Belə ki, notariat orqanı icra qeydinin aparılması barəd ə tələbkarın təqdim etdiyi sənədlərə baxış keçirdiyi ilk anda “Notariat haqqında” təlimata görə xüsusi diqqət tələb edən və “İpoteka haqqında” Qanuna görə də ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsini təsdiq edən qəbzdə borclunun adı və soyadı qrafasının qarşısındakı icra edilən imzanın ilk görünüşdə oxşadılaraq, başqa şəxslər tərəfindən icra edilməsi şübhəsi yaranmalı olduğundan, mübahisə doğurduğuna bir başa işarə verməyinə baxmayaraq və tutmanın ipotekaya yönəldilməsi barədə bildirişin borcluya çatdırılmamasını aşkar vəziyyətdə bildiyi halda, icra qeydini qanunsuz olaraq vermişdir. Bakı Apellyasiya Məhkəməsi isə bu qaydaların pozulmasını aşkar vəziyyətdə araşdırma zamanı müəyyən etsə də, bu hallara əhəmiyyət verməyərək qanunun bu müddəalarını kobud şəkil də pozmuşdur. “İpoteka haqqında” Qanunda göstərildiyi kimi poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra o halda nəzərdə tutulur ki, rəsmi qayda poçt qəbzi “Azərpoçt” vasitəsi və yaxud ciddi poçt xidmətləri tərəfindən göndərilir. Amma məhkəmə baxışı zamanı araşdırılan və tədqiq olunan icra qeydi ilə bağlı notariat işinin içərisində olan sənədlərdən məlum olmuşdur ki, bildiriş xüsusi kuryer poçtları tərəfindən göndərilmiş olsa da, onun borclu tərəfindən alınmasını təsdiq edən hər hansı bir mötəbər sənəd əldə edilməmişdir. Bildirişdə olan borclu tərəfindən icra edilən imza isə onun imzasının olmaması qənaətinə gəlməyə əsas vermiş olmuşdur. Borclu İddiaçı məhkəmə hazırlıq iclasında imzanın onun tərəfindən icra edilməməsini təsdiq etməsinə baxmayaraq və imzanın oxşadılaraq bildiri ş üzərində başqa şəxslər tərəfindən icra edilməsi ehtimalı üzə çıxmasına baxmayaraq, məhkəmə imza nümunələrinin götürülməsi və məhkəməxətşünaslıq ekspertizasının keçirilməsi haqqında vəsatəti təmin etməmiş, qətnaməsində də bütün bu halları təhrif edərək bildirişin borcluya çatdırılması kimi qanunsuz olaraq qiymətləndirmişdir.

27. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

28. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

29. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət verm ir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

30. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlilləri üzrə tam yoxl anılmasını təşkil edir. Tətbiq edilən hüquq: 31. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən son ra təqdim olunmuş sayılır. 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. 38.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. 32. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu mü əyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət ol unduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzg ün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti tə min etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi iddiaçının hazırkı şikayətin dəlillərinə oxşar apellyasiya şikayətinə hüquqi qiymət vermiş, qanuni və əsaslı nəticəyə gəlmişdir. (bax bənd 17-23)

36. Hazırkı kassasiya şikayətinin dəlilləri i ddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin iddiaçıya təqdim edilməməsi ilə bağlıdır.

37. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bir daha qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu məsələ ilə bağlı maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

38. Belə ki, bildirişlərin iddiaçıya kuryer xidməti ilə göndərilməsində hər hansı pozuntu müəyyən olunmur; xəbərnamədə iddiaçının imzasının olub-olmaması isə əhəmiyyət kəsb etmir, bu səbəbdən ki, qanunvericiliyə əsasən ipoteka saxlayanın bildirişin poçta təqdim edilməsi vəzifəsi vardır, bildirişin şəxsən ipoteka qoyana verilməsi nəzərdə tutulmamışdır.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktik i hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 yanvar 2025-ci il tarixli, 2(103)-685/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar